Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Sevginin biokimyəvi simfoniyası
  • 0
Sevginin biokimyəvi simfoniyası

Ey sevənlər, yəqin ki, özünüzdə baş verən səbəbsiz və yersiz gülüşlərin, kədərlənmələrin olması, ürək döyüntüsünün artması, iştahanın azalması, yuxusuzluq kimi halların baş verməsini müəyyən etmisiniz. Bütün bu sadalanan simptomlar “sevgi” adlı gözəl üzücü bir xəstəliyin əlamətləridir. İnsan orqanizmində nə baş verirsə, hamısı kimyadır, həzm, susuzluq və hətta sevgi...

Sevgini biz nə qədər də möhtəşəm və uca tutsaq da bu ilk növbədə orqanizmdə gedən bir hormonal prosesdir. Bu hormonlardan 5-i ən əsasdır: dofamin, serotonin, adrenalin, endorfin, oksitosin və vazopressin.

Dofamin – müəyyən məqsədə çatma və konsentrasiya hormonudur. Bu hormon ilk dəfə sevməyə başlayanların orqanizmində xüsusilə çox yaranır və insanı məqsədinə çatmağa vadar edir. Kimyəvi quruluşuna görə dofamin biogen aminlərə, daha dəqiq desək katexolaminlərə aid olub noradrenalin və adrenalinin sələfidir. Sintez olunan dofaminin miqdarı insan davranışından asılıdır. Əgər insan gördüyü işdən həzz ala bilirsə, aldığı nəticədən razı qalırsa, bu onun beynində gələcəkdə ifraz olunacaq dofamin miqdarına da təsir göstərir. Bundan əlavə dofamin orqanizmdə dərketmə proseslərinin daha da asanlaşmasına səbəb olur. Bir sözlə dofamin insana həyatdan razı qalmaq, həzz almaq hisslərini, nəticəsindən razı qalacaq arzuları bəxş edir.

Serotonin – həzz və zövq almaq hormonudur. Amma çox qəribədir ki, “sevmək mövsümü” gələndə bu hormonun miqdarı azalır, ona görə də iztirab, qəm yemə hisləri yaranır. Serotonin orqanizmdə bir çox funksiyalara təsir göstərir. Bu hormonun iştirakı ilə beynin ön payının və onurğa beyninin işi aktivləşir, nəticədə idraki proseslər, hərəki funksiya aktivləşir və əzələ tonusu artır. Nəticədə insanda güc-qüdrət, hökmranlıq hissləri meydana çıxır. Eyni zamanda bu hormon insan əhval-ruhiyyəsinə də təsir göstərir. Onun azalması depressiv proseslərə gətirib çıxarır. Son zamanlar müəyyən edilmişdir ki, serotoninin miqdarının çox olması orqanizmdə mövcud olan şiş hüceyrələrini özlərini məhv etməyə məcbur edir. Orqanizmdə serotonin sintezində belə bir mexanizm var: serotoninin çox miqdarda sintezi əhval-ruhiyyəni artırır, bundan əlavə xoş əhval-ruhiyyə də serotonin sintezinə müsbət təsir göstərir.

Adrenalin – insanda böyrəküstü vəzin beyin maddəsində sintez olunan stress hormonu olub xüsusilə qaçış, döyüş, qorxu və həyəcan zamanı sintezi artır. Adrenalin sintezi insanda “dağları aşaram” hissləri yaradır. Bu hormonun təsiri ilə ürək əzələlərinin yığılma gücü və tezliyi, tənəffüsün dərinliyi və maddələr mübadiləsinin sürəti artır.

Endorfin - hələ orta əsrlərdən bəlli olan bu hormon insanda rahatlıq, istirahət, xoşbəxtlik, məmnunluq və razılıq hissləri yaradır. Bu maddə kimyəvi quruluşuna görə narkotik analgetik olan morfinə bənzəyir. Endorfinlər “sevgi” ilə fiziki kontakt nəticəsində baş beyində yaranaraq qana keçir. Bu hormonun sintezi nə qədər çox olarsa, insan da bir o qədər xoşbəxt olar. Endorfinlər insanı daha güclü və enerjili görünməyə vadar edir. Bu hormonun sintezi idman, cinsi əlaqə və hamiləlik zamanı artır. Xüsusilə də hamilə qadınlarda doğuşa az qalmış endorfinlərin miqdarı çoxalır. Bundan əlavə bəzi qidalar da endorfin sintezinə təsir göstərir, məsələn, kartof, banan, bolqar bibəri, düyü, dondurma, balıq, badam, şokolad və dəniz yosunları.

Oksitosin və vazopressin – şəfqət, mehribanlıq və bağlılıq hormonudur. Xüsusilə də yenicə sevməyə başlamış, bir-birinə isinmiş və qarşılıqlı güvən qazanmış gənclərdə daha çox yaranır. Maraqlıdır ki, bir müddətdən sonra hormonların sintezi azalır və aralarında olan dəliqanlı hisslər yoxa çıxır.

Oksitosin neyropeptidi sayəsində insanın sosial davranışı formalaşır, daha xeyirxah, etibarlı və diqqətcil olur. Psixoloqlar müəyyən edib ki, bu altruist davranış insanın yalnız yaxınları üçün keçərlidir. Vazopressin (antidiuretik hormon) hipotalamusda sintez edilərək hipofizə təsir göstərir, daha sonra isə qana keçir. Bu hormon böyrək kanalcıqlarında suyun geriyə sorulmasını stimulyasiya edərək ifraz edilən sidiyin miqdarını azaldır, damarları büzərək təzyiqi artırır.

Britaniyalı bioloqlar Andreas Bartels və Semir Zeki belə hesab edir ki, sevgi insan beyninin spesifik fəaliyyətidir. Bir çox alimlər isə hesab edir ki, sevgi praktik olaraq daxili narkomaniyadır. Bu zaman insan beyni öz hormonal fonunu dəyişir. Gənclərin sevmək periodunda yuxarıda sadalanan hormonlardan əlavə insanda feniletilamin və amfetamin kimi maddələr də sintez edilir. Bunlar metabolizm proseslərini sürətləndirərək iştahanı azaldır. Buna görə də yenicə sevməyə başlayan gənclərdə narahatlıq, oyanıqlıq, həyəcan, yuxusuzluq, iştahanın itməsi, diqqətin yayqın olması və əhvalın tez-tez dəyişməsi kimi halların olması təbiidir. Sevənlərin arıqlama səbəbi isə kortizol sintezinin artmasıdır, nəticədə yağların parçalanması sürətlənir.

Tanışlığın 12-18-ci ayında cütlüklər VVADQ-na müraciət etmək qərarına gəlir. Bunun da səbəbi hər iki cinsin nümayəndəsində feniletilamin, dofamin və oksitosin hormonlarının artmasıdır. 30-cu aydan etibarən bunların miqdarı azalmağa başlayır.

Nyu-York psixoloqu Artur Aron sevənlərin beyin tomoqrafiyası nəticəsində qərara gəlmişdir ki, sevgi zamanı beyində bəzi zonalarda aktivlik yaranır. Lakin uzun müddət bir-birini sevən və bir yerdə evlilik həyatı yaşayan bəzi cütlüklərin beynində baş verən dəyişikliklər alimləri təəccübləndirmişdir. Belə ki, bu dəyişikliklər yenicə sevməyə başlayan gənclərin baş beynində gedən dəyişikliklərlə eynilik təşkil edirdi.



*Sevgi ürəkdə diş ağrısıdır.

*Qısqanclıq həmişə sevgi ilə doğulduğu halda hər zaman da onunla birgə ölmür.

*Əsl sevgi xəyala bənzəyir, onun haqqında çox adam danışır, görənlər isə az olur.

Fransua de Laroşfuko

*Bütün qadınlar füsunkardır, lakin onlara gözəlliyi kişilərin sevgisi bəxş edir.

Puşkin
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 993 Əlavə edilib: 24 апреля 2012  

#1 Müəllif: DR.GUNEL1987 (23 мая 2012 01:42)


Qrup: Istifadəçi
cox sevindimki bucur gozel melumatlari yerlewdirmisiniz sayta . oxuduqca ozumdeki baw veren proseslerin normal oldugunu oyrendim ve buda meni cox rahatlandirdi
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©