Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Fərdi inkişafXoşbəxtlik

Stenik və astenik hisslər

yazdı Admin 22 Sentyabr 2022
yazdı Admin 22 Sentyabr 2022
Stenik və astenik hisslər

İnsanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara,həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesə hiss və emosiya deyilir.
Hislər iki funksiyanı yerinə yetirir.
1) Siqnal funksiyası
Siqnal funksiyası yeni hislər ətraf aləmdə baş verən hadisələrin hansının insan həyatı üçün faydalı və ya təhlükəli olması barədə xəbər verir.
Siqnal funksiyası əslində bizə olacaqlar barəsində beynin verdiyi xəbərdarlıqdır. Yəni səni xəbərdar edirəm etmə bunu və ya edərsən başın bəlaya düşər.
Bəs biz necə, bu siqnal funksiyasına əhəmiyyət veririkmi?
Düşünürəm ki, çoxumuz bütün bu xəbərdarlıq siqnallarına əhəmiyyət vermədən etmək istədiyimiz hər nəysə edirik.
Nəticə etibarilə bu hadisə bəzilərinə dərs olsa da, bəziləri məsələyə yenə yüngül yanaşaraq yeni bir səhv etməkdən qaçınmır.
2) Tənzimetmə funksiyası
Tənzimetmə funksiyası, yəni hislər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilər. Müxtəlif hislərin baş verməsi ilə əlaqədar olaraq bədəndə müəyyən dəyişikliklər əmələ gələ bilər. Belə dəyişikliklər hislərin xarici ifadəsi adlanır. İnsanın mimikasına (üzün ifadəli hərəkətləri), pantomimikasına (bədənin ifadəli hərəkətləri), səsin intonasiya və tembrinə əsasən onun nə kimi hislər keçirdiyini təyin etmək olur. Hislər insanın nitqində də ifadə olunur. Hislər insanın fəaliyyəti ilə üzvi sürətdə bağlıdır. Hislər fəaliyyətin mühüm motivi kimi insanı fəaliyyətə təhrik edə və ya fəaliyyətdən çəkindirə bilər.
Bu cəhətdən hislər fəal (stenik) və qeyri-fəal (astenik) olmaqla iki qrupa ayrılır.
a) Stenik hislər.
Stenik hislər orqanizmin həyat fəaliyyətini yüksəldir onun qüvvəsini artırır,fəaliyyətə təhrik edir. Məsələn,sevinc hissi zamanı qan damarları genişlənir,beyin qanla daha yaxşı təmin olunur,insan yorğunluq hiss etmir.

b) Astenik hislər.
Astenik hislər orqanizmin həyat fəaliyyətini zəiflədir,enerjisini azaldır.
Məsələn, kədər hissi zamanı qan damarları büzülür, sifət ağarır, beyinə qan az gedir, bədənin hərarəti aşağı düşür, hərəkətləri ağır və sönük olur, insan özünü əzgin hiss edir.
Nəzərə alsaq ki, bizim stenik və astenik hislərimiz bədənə bir başa təsir edir, biz də müsbət hisləri (xoşbəxtlik,sevinc) artıran insanları yanımızda daha çox saxlayıb mənfi hislər yaradan insanlardan uzaq duraq.
Üzümüzdə daim təbəssüm olsun.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi, psixoloq Lalə Əhmədova.

Baxış sayı: 262
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
“BYF EduExpo 2022” sərgisi
növbəti yazı
Attitude fenomeninin sosial-psixoloji təhlili

Related Posts

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Sağlam və sağlam olmayan hisslər

17 Yanvar 2023

Əhvalım havaya görə dəyişir

27 Dekabr 2022

Ailədaxili münasibətlər

06 Dekabr 2022

Heç vaxt qazana bilməyəcəyimiz savaş

05 Dekabr 2022

Mükəmməlliyyətçiliyin öhdəsindən necə gələ bilərik?!

02 Noyabr 2022

Valideynlərimizdən gözləntilərimiz

18 Oktyabr 2022

Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu və onun müalicəsində...

13 Oktyabr 2022

Özgüvən əksikliyinin ən çox görülən 7 əlaməti

11 Oktyabr 2022

DAVRANIŞ POZUNTUSU SEÇİMDİRMİ?

10 Oktyabr 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • “Beyin və Davranış Laboratoriyası”nın elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib
  • Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?
  • Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib
  • Uşaq Psixologiyası və İnkişafı rəsmi ixtsasartırma təhsilinin növbəti dərsi baş tutacaqdır
  • Psixologiya Elmi-Tədqiqat İnstitutunda cari ildə görüləcək işlərlə bağlı görüş keçirilib

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net