Hörmətli www. psixologiya.net səhifəsinin yaradıcıları, Azərbaycan dilində geniş profili və məhsuldar sayt yaratdığınıza görə sizə təşəkkür edirik. Əminik ki, bu sayt ölkəmizdə praktik psixologiyanın inkişafında və cəmiyyətimizin psixoloji maariflənməsi istiqamətində əvəzsiz rol oynayacaq.
Məlumdur ki, yaxın keçmişdə “İnsanı tanımağın yolları…” adlı kitab nəşr olundu. Nəzərinizə çatdırırıq ki, adı çəkilən kitabın tərtibatçıları onu hazırlayarkən müxtəlif mənbələrdən, eləcə də www.psixologiya.net saytından istifadə etmişlər. Lakin texniki səhv nəticəsində www.psixologiya.net saytı ədəbiyyat siyahısında qeyd olunmamışdır.
Ümid edirik ki, www.psixologiya.net saytının yaradıcıları və materialları tərcümə edib sayta yerləşdirən şəxslər bu texniki səhvi üzürlü hesab edəcəklər. Bu texniki səhv ümid edirik ki, hansısa anlaşılmazlığa yol açmayacaq.
Hörmətlə, Ramil Mirzəyev
Texniki səhv
əvvəlki yazı