Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: AMEA-nın müxbir üzvü, prof. Bəxtiyar Həmzə oğlu Əliyev
  • 100
BAKI DÖVLƏT UNİVERSİTETİNİN PSİXOLOGİYA KAFEDRASININ MÜDİRİ, AMEA-NIN MÜXBİR ÜZVÜ, PROFESSOR BƏXTİYAR HƏMZƏ OĞLU ƏLİYEV HAQQINDA BİOQRAFİK MƏLUMAT.
AMEA-nın müxbir üzvü, prof. Bəxtiyar Həmzə oğlu Əliyev

Əliyev Bəxtiyar Həmzə oğlu (20.03.1961, Ağdam)-psixoloq, fəlsəfə elmləri namizədi, psixologiya elmləri doktoru (1998), professor (2000), AMEA-nın müxbir üzvü (2007). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişdir (1983), aspirantura (1985-1988). Millətlərarası ünsiyyət sosial-psixoloji təhlil obyekti kimi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir (1998). Bakı Dövlət Universitetinin psixologiya kafedrasında müxtəlif vəzifələrdə çalımışdır (1983-1997), 1997-ci ildən həmin kafedranın müdiridir.
AMEA-nın müxbir üzvü, prof. Bəxtiyar Həmzə oğlu Əliyev, psixologiya və sosial fəlsəfə sahəsində tanınmış mütəxəssisdir. O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsini 1983-cü ildə bitrdikdən sonra təyinatla Azərbaycan Dövlət Universitetinin Psixologiya və pedaqogika kafedrasında əmək fəaliyyətinə başlamışdır.Psixologiya, pedaqogika və məntiq fənlərindən univerditetin humanitar və təbiət elmləri fakültələrində dərs aparmışdır. Eyni zamanda qiyabi aspirantura yolu ilə təhsilini də davam etdirmişdir.
1984-1987-ci illərdə Azərbaycan dövlət televiziyasında aylıq İdrak elmi-kütləvi verilişin müəllifi və aparıcısı olmuşdur.Azərbaycanda elmi dünyagörüşün, elmi təfəkkürün formalaşdırılması, cəmiyyətin, təhsilin humanitərləşdirilməsi, insan amilinin əhəmiyyəti haqqındakı fikirlərin elmi surətdə əsaslandırılması istiqamətində həmin verilişlərin böyük rolu olmuş və tamaşaçıların rəğbətini qazanmışdır.
1989-cu ildə fəlsəfə sahəsində - mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almış, 1998-ci ildə psixologiya elmləri üzrə Cinayət və mülki prosesdə məhkəmə - psixoloji ekspertizası problemləri mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsini, 2000-ci ildən psixologiya elmləri üzrə professor elmi adı almışdır.
AMEA-nın müxbir üzvü, prof. B.H.Əliyev keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimdir. O, həmin nəzəriyyəyə söykənərək ilk dəfə olaraq fizioloji affektin müəyyən edilməsinin yeni meodikasını və psixoloji meyarlarını, həmçinin məhkəmə - psixoloji ekspertizasının növlərinin təsnifatı sistemini müəyyənləşdirmişdir. Əldə edilmiş nəticələr hüquq praktikasında istifadə edilərək cəzanın fərdiləşdirlməsində və obyektiv araşdırılmasında istifadə edilir. Zəruri əhəmiyyət daşıyan fizioloji affektin məhkəmə ekspertizasının təşkili və keçirilməsinin elmi-hüquqi əsaslarını müəyyənləşdirmişdir. Bu məsələyə dair elmi məqalələrlə beynəlxalq və respublika elmi konfranslarında çıxışlar etmişdir.
AMEA-nın müxbir üzvü, prof. B.H.Əliyev həmin tədqiqatlarına əsaslanaraq Azərbaycanda ilk dəfə olaraq 1990-cı ildə məhkəmə-psixoloji ekspertizası elmi tədqiqat laboratoriyasını yaratmışdır. Həmin laboratoriya öz fəaliyyətində o zamanlar Cənubi Qafqaz və Orta Asiya respublikalarını əhatə edirdi.
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində Eksperimental psixologiya elmi tədqiqat laboratoriyasını yaradaraq idrak prosesləri, şəxsiyyət psixoloigyası sahəsində elmi araşdırmalara rəhbərlik edir. Eksperimental psixologiya ETL-də Şəxsiyyətin yaradıcılıq imkan və potensialının aktuallaşması və şəxsiyyətin özünügerçəkləşdirməsinin metodoloji və psixoloji əsasları tədqiq edilir. İlk dəfə olaraq onun rəhbərliyi altında respublikada eksperimental psixologiyanın əsasları işlənmişdir.
AMEA-nın müxbir üzvü, prof. B.H.Əliyev Şəxsiyyətə yeni baxış nəzəriyyəsini işləyib hazırlamış və bu nəzəriyyə əsasında fundamental tədqiqatların aparılmasına elmi rəhbərlik edir. Onun siyasi liderin psixologiyası, siyasi liderin tipologiyası, ümümmilli liderin psixoloji portreti kimi tədqiqatları bu sahədə mövcud olan boşluqları doldurmuş, cəmiyyətdə dedən ictimai-siyasi proseslərə tarixi şəxsiyyətin nüfuzu araşdırılmışdır.
AMEA-nın müxbir üzvü, prof. B.H.Əliyevin elmi yaradıcılığı çoxşaxəlidir. Onun tədqiqatlaırnda ekologiyanın və sosial ekologiyanın fəlsəfi-psixoloji məsələləri, tənzimlənməsi, Dekartın, Aristotelin və Bəhmənyarın fikirlərinin idrak nəzəriyyəsinin inkişafında rolu, cinayət və mülki hüququn, həmçinin kriminologiyanın əsas məsələlərinin, xüsusi biliklərin hüquq praktikasında tədbiqinin metodoloji əsasları, milli dövlətçilik və demokrafik inkişafın sosial, fəlsəfi və psixoloji aspekrləti, kütlə psixologiyası, siyasi və ümummilli liderin psixoloji portreti, sosial və psixoloji tədqiqatların metodologiyası öz əksini tapmışdır.
Bu yeni istiqamətlər üzrə onun rəhbərliyi ilə aşağıdakı mövzularda 12 namizədlik, 4 doktorluq dissertasiyası müdafiə olunmuşdur:
Erkən gənclik qruplarında sosial persepsiyanın etnopsixoloji xüsusiyyətləri (19.00.05-sosial psixologiya); Suisidial davranışın təşəkkülünün psixoloji xüsusiyyətləti (19.00.05- sosial psixologiya); Yaradıcılıq məktəbəqədər yaşlı uşaqların şəxsiyyətinin inkişafının əsas amili kimi (19.00.07-yaş və pedaqoji psixologiya); Birgə fəaliyyət şəraitində şəxsiyyətlərarası qavrayışın dinamikası (19.00.05-sosial psixologiya); Yeniyetmələrdə cinayət işləri üzrə məhkəmə-psixoloji ekspertizası problemləri (19.00.05-sosial psixologiya); Yeniyetmələrdə özünüdərketmə prosesinin psixoloji təhlili (19.00.07-yaş və pedaqoji psixlogiya); Cəzanın sosial-psixoloji məsələləri (19.00.05-sosial psixologiya); Qəflətən baş verən cinayətlərdə dərk olunmayan davranış tənzimləyicilərinin təşəkkülü mexanizmləri və təzahür xüsuisyyətləri (19.00.06-hüququ psixologiyası); Psixologiyada və bədii ədəbiyatda şəxsiyyətin tipologiyası problemləri (19.00.05-sosial psixologiya)(doktorluq); Gənclərin mənəvi inkişafının bəzi sosial-psixoloji cəhətləri(19.00.05-sosial psixologiya); İbtidai istintaqda dindirməin psixoloji məsələləri (19.00.05-sosial psixologiya); Postravmatik stresslərin sosial-psixoloji təhlili (19.00.05-sosial psixologiya); Məşqçi fəaliyyətinin sosial-psixoloji təhlili(19.00.05-sosial psixologiya); Zabit hazırlığının sosial psixoloji təhlili(19.00.05-sosial psixologiya)(doktorluq); Azərbaycanda uşaq və yeniyetmələrin milli identkliyinin inkişafının sosial-psixoloji təthlili(19.00.05-sosial psixoloigya) (doktorluq); (19.00.07-pedaqoji psixologiya (doktorluq).
Respublikamızda ilk dəfə olaraq 1999-cu ildə Psixologiya jurnalını təsis etmiş və elə həmin dövrdən hal-hazıra kimi həmin jurnalın baş redaktorudur. Jurnal qısa müddətdə respublikamızda və xarici ölkələrdə diqqəti cəlb etmiş, elmin inkişafında böyük rol oynamışdır.
2005-ci ildə onun təşəbbüsü və rəhbərliyi altında ilk dəfə olaraq psixologiya elminin rəsmi internet saytı yaradılmışdır (www.psixologiya.net və www.psixologiya.az). Azərbaycan psixologiya elminin təbliğində,dünya psixologiya elminə inteqrasiyasında jurnalın və rəsmi saytın əhəmiyyətli rolu vardır.
Ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq insanın psixoloji reabilitasiyası ilə bağlı İngiltərənin Harvord universitetinin əməkdaşları ilə birlikdə B.H.Əliyevin təşəbbüsü və rəhbərliyi altında xüsusi proqram hazırlanıb həyata keçirilmişdir.
AMEA-nın müxbir üzvü, prof. B.H.Əliyev elmi-pedaqoji kadrların hazırlanmasında daima bilavasitə iştirak edir. Belə ki, 1993-cü ildən 1999-cu ilə kimi psixoloigya elmləri üzrə AAK-ın dissertasiya şurasının elmi katibi, 2000-ci ildən hazl-hazıra kimi isə dissertasiya şurasının sədridir. Həmiçinin BDU-nun psixologiya elmləri üzrə magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Elmi Şuranın sədridir. 1997-ci ildən BDU-nun Psixologiyakafedrasının müdiridir. Eyni zamanada Eksperimental psixologiya ETL-in elmi rəhbəridir.
Elmi fəaliyyətinə görə 1990-cı ildə Beynəlxalaq Kadrlar Akademiyasının həqiqi üzvü seçilmişdir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
AMEA-nın müxbir üzvü, prof. B.H.Əliyevin bütün bu fəaliyyətilə yanaşı, ali məktəblərin bakalavr və magistr pillələrin üçün orjinal dərslik, dərs vəsaiti (Məhkəmə-psixoloji ekspertizasının əsasları); Hüquq psixologiyası (mühazirə mətnləri); Siyasi psixologiya, Duyğu və qavrayışın psixologiyası, Hüquq psixologiyasının tədqiqat metodları, ( ); metodik göstəriş və proqramların ( ; ; Sosial psixologiya ali məktəblər üçün proqram, Psixologiyaya girişali məktəblər üçün proqram; Yaş və pedaqoji psixologiyaproqram; ; Məhkəmə -psixoloji ekpertizası universitetlərin hüquq və psixologiya fakültələri üçün proqram; Psixologiya universitetlərin qiyabi şöbələri üçün proqram və metodik tövsiyələr, Kriminal psixologiya hüquq psixologiyası ixtisası üzrə magistratura pilləsi üçün proqram, Duyğu və qavrayış ali məktəblərin qiyabi şöbələri üçün proqram, İbtidai istintaqın psixologi əsasları ali məktəblərin magistr pilləsi üçün proqram, İslah psixologiyası ali məktəblərin magistr pilləsi üçün proqram) müəllifidir. Eyni zamanda Azərbaycan ümümtəhsil məktəblərinin 8-ci, 9-cu, 10-cu və 11-ci sinifləri üçün İnsan və cəmiyyət dərsliyinin müəllifi və elmi redaktorudur. (İnsan cə cəmiyyət VIII sinif üçün dərslik (Azərbaycan və rus dillərində); İnsan və cəmiyyət.IX sinif (Azərbaycan və rus dillərində); İnsan və cəmiyyət X sinif (Azərbaycan və rus dillərində); İnsan və cəmiyyət XI sinif. (Azərbaycan və rus dillərində)); Ümumiyyətlə, 5 monoqrafiyanın (Cinayət və mülki proseslərdə məhkəmə - psixoloji ekspertizasının problemləri; - ; Məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsi; ; Təhsildə şəxsiyyət problemi), 9 dərslik və dərs vəsaitinin,150 elmi əsərin müəllifidir, xarici ölkələrdə 25 elmi əsəri çap edilmişdir.
AMEA-nın müxbir üzvü, prof. B.H.Əliyev elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siaysi fəaliyyətlə məşğuldur. Azərbaycan Respublikası Milli Məclisinin II Çağırışının (2000-2005-ci illər) və III Çağırışının deputatıdır. 2001-2005-ci illərdə Avropa Şurası Parlament Assambleyasının üzvü kimi Elmi və təhsil məsələləri komitəsinin, Monitorinq komitəsinin üzvü və Geniş miqyaslı miqrantlar və köçkünlər işi üzrəalt komitəsinin sədri olmuşdur.
Hal-hazırda Azərbyacan Respublikası Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür.Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsilkomitəsinin sədr müavinidir.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 2031 Əlavə edilib: 18 Fevral 2010  

#1 Müəllif: DiyaneHuseynova (19 Fevral 2010 22:01)


Qrup: Admin
tesekkurler
ICQ:

#2 Müəllif: Yeraz (27 Fevral 2010 12:56)


Qrup: Istifadəçi
muasir psixologiyanin indiki seviyyeye catmasinda Bexdiyar muel.xidmetleri coxdu.
ICQ: 123123

#3 Müəllif: selvin (21 Mart 2010 18:22)


Qrup: Istifadəçi
huquq psixologiyasinda doqurdanda boyuk rolu var


--------------------
ICQ:

#4 Müəllif: (28 Aprel 2010 14:11)


Qrup: Istifadəçi
gzlrim yaard


--------------------
ICQ:

#5 Müəllif: (7 İyul 2011 16:57)


Qrup: Istifadəçi
,


--------------------
ICQ:

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
May 2017 (1)
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick