Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: 1. Psixologiya kafedrasının yaranma tarixi
  • 80
Psixologiya kafedrasının yaranma tarixi

1.Psixologiya kafedrasının yaranma tarixi Azərbaycan Dövlət Universitetinin yarandığı dövrlərə təsadüf edir. Belə ki, universitetin tarix-filologiya şöbəsində və 1922-23-cü illərdə yaradılan şərqşünaslıq fakültəsində pedaqogika fənni ilə yanaşı psixologiya da tədris edilirdi. 1920-ci ildən psixologiya kafedrasının müdiri təyin edilən A.O.Makovelski universitetin adları göstərilən fakültələrində psixologiya fənnini tədris edirdi.
1926-cı ildə universitetdə F.A.İbrahimbəyov tərəfindən respublikada ilk psixoloji laboratoriya yaradılır. Laboratoriya bir sıra dəqiq və mürəkkəb psixoloji müşahidələr aparmağa imkan verən cihazlarla təchiz edilmişdir.
1947-48-ci illərdə universitetin filologiya fakültəsində məntiq və psixologiya şöbəsi açıldıqdan sonra yeni "Məntiq və psixologiya" kafedrası yaradılır. A.O.Makovelski onun kafedra müdiri təyin edilir. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq /artıq 1953-cü ildə qəbul dayandırılır/ həmin kafedranın respublikada psixologiya elmininin inkişafında, psixologiya üzrə mütəxəssislərin hazırlanmasında mühüm rolu olmuşdur. Bu şöbənin məzunlarının əksəriyyəti məhsuldar elmi və pedaqoji fəaliyyətlərini bu günə qədər davam etdirirlər. 1959-60-cı illərdə A.O.Makovelskinin Elmlər Akademiyasına getməsi ilə əlaqədar olaraq məntiq və psixologiya kafedrasının müdiri M.D.Məhərrəmov seçilir.
Məntiq və psixologiya şöbəsi bağlandıqdan sonra universitetin məntiq və psixologiya kafedrası ayrılır, kafedrada çalışan psixoloqlar M.D. Məhərrəmov, C.M. Təhmasib və başqaları öz elmi və pedaqoji fəaliyyətlərini pedaqogika kafedrasında davam etdirməyə başlayırlar. Beləliklə, 1960-cı ildə universitetdə pedaqogika və psixologiya kafedrası yaradılır. 1961- 1970- ci illərdə pedaqogika və psixologiya kafedrasına prof. M.D.Məhərrəmov rəhbərlik etmişdir.
1971-ci ildə psixologiya elmlər doktoru professor Ə.S. Bayramov kafedra müdiri seçilir. 1991-ci ildən pedoqogika və psixologiya kafedrası bölündükdən sonra kafedralar müstəqil ümum universitet kafedraları kimi fəaliyyət göstərməyə başlayırlar. Psixologiya kafedrasının müdiri psixol.elm. dok. prof. Ə.S. Bayramov təyin edilir. 1997-ci ilə qədər prof. Ə.S.Bayramov psixologiya kafedrasına rəhbərlik etmişdir.
Professor Ə.S.Bayramovun rəhbərliyi altında /komissiyanın sədri/ kafedrada məhkəmə-psixoloji ekspertiza komissiyası fəaliyyət göstərmişdir.
1997-ci ildə psixologiya kafedrasının müdiri prof . B.H.Əliyev təyin edilir.
2000-ci ilin aprel ayında prof. B.H.Əliyev tərəfindən "Eksperimental psixologiya" elmi - tədqiqat laboratoriyası açılır. Bununla da psixologiya elminin inkişafında yeni mərhələ başlayır.
2. Bəxtiyar Həmzə oğlu Əliyev 1961-ci ildə Ağdam rayonunda anadan olub. 1978- ci ildə Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbini bitirdikdən sonra M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsinə qəbul olub. 1983-cü ildə MDU- nu bitirərək Bakı Dövlət Universitetinin psixologiya fakultəsində fəaliyyətə başlayır.
1989-cu ildə fəlsəfə elmləri namizədi alimlik dərəgəsi alıb. 1991-ci ildə ilk dəfə olaraq respublikada "Məhkəmə-psixoloji ekspertizası" elmi-tədqiqat laboratoriyasını, 1997-ci ildə "Renessans" Elmi-İstehsalat Mərkəzini yaradır. 1997-ci ildən BDU-nun psixologiya kafedrasının müdiri vəzifəsində çalışır. 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının psixologiya elmləri üzrə /doktorluq və namizədlik/ ixtisaslaşdırılmış şuranın sədridir. Həmçinin həmin ildən nəşr edilən "Psixologiya" jurnalının yaradıcısı və baş redaktorudur. 15 monoqrafiya, dərslik, dərs vəsaiti və 60-dan çox elmi məqaləsinin müəllifidir. Noyabrın 5-i 2000-ci ildə 47saylı Ağdam şəhər Seçki Dairəsində Milli Məclisə deputat seçilib.
3. Fəaliyyət göstərdiyi illər ərzində kafedra əməkdaşlarının tərkibi həm kəmiyyət həm də keyfiyytcə xeyli artmışdır. Əgər 1960-cı ildə pedaqogika və psixologiya kafedrası 11 nəfərdən- 7 nəfər elm. nam., dosent, 1nəfər b/m., 2 nəfər aspirant və 1 nəfər b/lab -dan ibarət idisə, bu gün psixologiya kafedrasında 25 nəfər mütəxəssis çalışır, onlardan 4 nəfəri psixol. elm. doktoru, professor, 12 nəfər elm. namizədi, dosent, b/müəllim, 4 nəfər isə b/ laborant vəzifəsində çalışır. Kafedranın 20 nəfərdən çox aspirant və dissertantları vardır.
4. Respublikamızda psixologiya elminin inkişafında xüsusi rolu olmuş şəxslərin kafedrada yüksək ixtisaslı kadrların, psixoloqların hazırlanmasında mühüm rolları olmuşdur. Bu şəxslərdən 1920-60-cı illərdə psixologiya kafedrasının müdiri olmuş A.O.Makovelskiini göstərmək olar. Onun kafedraya rəhbərlik etdiyi illərdə kafedrada çalışan professor -müəllim heyyətinin məhsuldar əməyi nəticəsində /məntiq və psixologiya kafedrası yarandıqdan bir neçə il sonra/ psixologiya fənni öz ana dilində /Azərbaycan dilində/ tədirs edilməyə başlayır. Bu illərdə psixologiyanı fənnini Q.Şaxtaxtinski, F.İbrahimbəyov, V.Mustafayev, A.Zakuzadə tədris edirdilər.
Prof. F.İbrahimbəyov 1926-cı ildə Respublikamızda ilk psixoloji laboratoriyanın yaradıcısı və psixologiya elminin inkişafında mühüm rolu olmuş mütəxəssəslərdən biri olmuşdur.
1960-ci ildə M.D.Məhərrəmov "Məntiq və psixologiya" kafedrasının müdiri vəzifəsinə təyin edilir. M.D.Məhərrəmov kafedraya rəhbərlik etdiyi illərdə aparılan aktiv və məhsuldar elmi-metodik iş nəticəsində bir sıra publikasiya, monoqrafiya,dərslik azərbaycan dilində psixologiyaya aid lüğətlər dərc edilmişdir. Respublikamızda psixologiya elminin inkişafında psixol.elm. dok. prof. Ə.S.Bayramovun böyük rolu olmuşdur. O, psixologiya kafedrasına 25 ildən artıq bir müddətdə rəhbərlik etmişdir. Professor Ə.S.Bayramov təkcə respublika üçün deyil, həmçinin kesmiş sovetlər ittifaqının digər respublikaları üçün də psixoloji kadrlar hazırlanmasında yaxından iştirak etmişdir.
1997-ci ildən psixologiya elminin inkişafında yeni bir dövr başlayır. Belə ki, 1997-ci ildən psixologiya kafedrasının müdiri təyin edilən prof. B.H.Əliyevin təşəbbüskarlığı ilə 2000-ci il aprel ayında "Eksperimental psixologiya" ETL yaranır. Bununla da elmi-nəzəri surətdə araşdırdığı məsələlərin eksperimental tədqiq olunması imkanı yaransmışdır.
5. 2001-2005-ci illər üçün psixologiya kafedrasının elmi- tədqiqat işlərinin planı aşağıdakı məsələləri əhatə edir:
Problem: Sosial adaptasiya və şəxsiyyətin idrak fəallığının psixoloji problemləri.
Mövzu: Yeni sosial şəraitə uyğunlaşmada şəxsiyyətin intellektual iradi fəallığının rolu.
Məqsəd: Sosial adaptasiyanın sosial şəraitlə şərtlənən cəhətlərini, bunun şəxsiyyətin psixikasına verdiyi tələblərin şəxsiyyətin intellektual fəallığı ilə qarşılıqlı təsirini və davranışın iradi tənziminin psixoloji mexanizm və qanunauyğunluqlarının araşdırılması.
6. BDU-nun fakultələrində bakalavr və magistratura pillələrinin /Azərbaycan və rus bölimələrində/ əyani və qiyabi şöbələrində "Psixologiya" fənni tədris edilir.
Universitetin 15 fakültələrindən biri olan "Sosial elmlər və psixologiya" fakültəsinin psixologiya şöbəsində isə xüsusi kurslar tədris edilir. Bu kurslar içərisində "Şəxsiyyət və fərdiyyətin psixologiyası", "Diqqət və hafizənin psixologiyası", "Pedaqoji psixologiya", "Etnik psixologiya", "Sosial psixologiya", "Hüquq psixologiyası" və s. göstərmək olar.
Həmçinin tələbələrin məktəblərdə pedaqoji təcrübəsinə rəhbərlik edilir. Müxtəlif ixtisaslı aspirantlar üçün kafedrada "Psixologiya" kursu tədris edilir. Bu yük prof. B.H.Əliyev tərəfindən yerinə yetirilir.
7. Psixologiya kafedrasının müəllimlərinin aktiv və məhsuldar elmi fəaliyyətlərinin nəticəsində son illərdə aşağıdakı elmi əsərlər, dərslik, dərs vəsaitələri nəşr edilmişdir.

1. Məhərrəmov M.C. "Məktəblilərin iradəsini tərbiyə etmək haqqında" Bakı, 1953.
2. Məhərrəmov M.C. "Orta məktəbdə psixologiyanın tədrisi üsullarına aid qeydlər" Bakı, 1955.
3. Makovelski A. "Elmi qanunların obyektiv xarakteri" Bakı 1955.
4. Məhərrəmov M.C."Psixologiya oçerkləri"  hissə Bakı 1960.
5. Məhərrəmov M.C. "İzahlı psixoloji lüğət" Bakı, 1960.
6. Bayramov Ə.S "Həyat yollarında" Bakı, 1960.
7. Bayramov Ə.S."Gənclərin özünütərbiyəsi haqqında" Bakı, 1961.
8. Məhərrəmov M.C."Psixologiya oçerkləri"  hissə, Bakı, 1961.
9. Məhərrəmov M.C. "İradə tərbiyəsinin yolları". Bakı, 1961.
10. Bayramov Ə.S."Şagirdlərdə təfəkkürün inkişafı". Bakı, 1961.
11. Bayramov Ə.S."Uşaqlarda məsuliyyət hissinin tərbiyəsi". Bakı, 1961.
12. Bayramov Ə.S."Uşaqlarda əxlaqi hisslərin tərbiyə edilməsi". Bakı, 1963.
13. Bayramov Ə.S."İnsan fikirləşməyi və danışmağı necə öyrənmişdir". Bakı, 1963.
14. Bayramov Ə.S."Vicdan, şərəf və borc" Bakı, 1964.
15. Məhərrəmov M.C."İnsanlarda iradə nöqsanlarını necə aradan qaldırmalı". Bakı, 1964.
16. Bayramov Ə.S."Şagirdlərdə təfəkkür müstəqilliyinin inkişaf və tərbiyəsi" Bakı, 1966.
17. Bayramov Ə.S."Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri". Bakı, 1967.
18. Bayramov Ə.S."Gənclik və özüntərbiyə haqqında söhbət". Bakı, 1967.
19. Bayramov Ə.S."Qəribə psixi hadisələr" Bakı, 1967.
20. Məhərrəmov M.C."Məktəblilərin xarakterini tərbiyə etmək haqqında". Bakı, 1967.
21. Məhərrəmov M.C."Psixologiya". Bakı, 1968.
22. Bayramov Ə.S."Şəxsiyyətin özünə tənqidi münasibəti və yeni insan tərbiyəsi". Bakı, 1973.
23. Bayramov Ə.S., Əlizadə Ə.Ə., Seyidov İ.Ə., Təhmasib C.A. "Məhkəmə psixologiyası". Bakı, 1975.
24. Bayramov Ə.S., Əlizadə Ə.Ə., Seyidov İ.Ə., Təhmasib C.A. "Sosial psixologiya" Bakı, 1976.
25. Bayramov Ə.S., Əlizadə Ə.Ə., Seyidov İ.Ə. "Tələbənin idrak fəaliyyəti və şəxsiyyətinin təşəkkülü" Bakı, 1981.
26. Bayramov Ə.S."Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri". Bakı, 1981.
27. Bayramov Ə.S., dos.Təhmasib C.A. "Psixologiyadan lobarotor məşğələləri" Bakı, 1981.
28. Bayramov Ə.S."Şəxsiyyətin inkişafının etnopsixoloji məsələləri" Bakı, 1985.
29. Bayramov Ə.S., Əlizadə Ə.Ə., Seyidov İ.Ə. "Məhkəmə psixologiyası məsələləri". Bakı, 1985.
30. Bayramov Ə.S., Əlizadə Ə.Ə. "Sosial psixologiyanın aktual məsələləri" Bakı, 1986.
31. Bayramov Ə.S., Əlizadə Ə.Ə., Seyidov İ.Ə. "Məhkəmə psixologiyası və psixoloji ekspertiza məsələləri". Bakı, 1987.
32. Bayramov Ə.S."Gənclik və özüntərbiyə haqqında". Bakı, 1989.
33. Bayramov A.S. "Psixoloqiçeskie gtödı" Baku, 1989
34. Bayramov Ə.S., Əlizadə Ə.Ə. "Psixologiya" Bakı, 1989.
35. Bayramov Ə.S."Psixoloji düşüncələr". Bakı, 1989.
36. Əliyev B.H. "Məhkəmə-psixoloji ekspertizası". Bakı, 1994.
37. Əliyev B.H. "Məhkəmə-psixoloji ekspertizasının əsas terminlər lüğəti" Bakı, 1995.
38. Əliyev B.H "Cinayət və mülki prosesdə məhkəmə - psixoloji ekspertizası problemləri". Bakı, 1996.
39. Aliev B.Q., Mamedova S.İ. "Soüialğno- psixoloqiçeskie prblemı liçnosti nesoverşennoletnix provonaruşiteley" Baku, 1996.
40. Əliyev B.H. "Cinayət və mülki işlər üzrə məhkəmə- psixoloji ekspertizası problemləri". Bakı, 1996.
41. Bayramov Ə.S."Etnik psixologiya məsələləri". Bakı, 1996.
42. Əliyev B.H. "Məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsi problemi" Bakı, 1997.
43. Aliev B.Q. "Psixoloqiə liçnosti nesoverşennoletnix provonaruşiteley". Baku, 1997.
44. Şəfiyeva E. İ. "Uşaqlarda anomal psixi inkişaf" Bakı, 1997.
45. Qədirova. R.H., Qaragözova R. "Psixoloji stress: özünü və uşağını xilas et" Bakı, 1997.
46. Cabbarova L.M."Psixologiyada tənhalıq problemi" Bakı, 1997.
47. Şəfiyeva E. İ. "Psixofiziologiya" Bakı, 1998.
48. Bayramov Ə.S. "Kitabi-Dədə Qorqud" dastanında etnik- psixoloji xüsusiyyətlərin inikası". Bakı, 2000.
49. Babayeva T.T. "N.Gəncəvinin ədəbibədii irsində şəxsiyyət problemi" Bakı, 2000.
50. Bayramov Ə.S. "Etnik psixologiya" Bakı, 2001.
51. Medjidova S.M. " Psixoloqiçeskie tipı" Baku, 2001.

Müxtəlif ixtisas kursları üçün psixologiya kafedrasında hazırlanmış metodik vəsait və proqramların siyahısı.

1. Yaş psixologiyası / proqram / Bakı- 1993.
2. Psixoloqiçeskaə diaqnostika i konsulğtirovanie /proqramma kursa/ Baku, 1993.
3. Psixokorreküiə /proqramma kursa/ Baku, 1993.
4. Ümumi və hüquq psixologiyasının öyrənilməsinə dair /metodik göstəriş. / Bakı- 1995.
5. Psixologiyadan seminar məşğələlərinin səmərəli təşkili. /metodik göstəriş / Bakı- 1995.
6. Məhkəmə- psixoloji ekspertizası. / proqram / Bakı- 1997.
7. Psixofiziologiya. / proqram / Bakı- 1997.
8. Uşaq klinik psixologiyası. / proqram / Bakı- 1997.
9. Ali məktəb psixologiyası. / proqram / Bakı- 1997.
10. Müəllim şəxsiyyətinin psixologiyası. / proqram / Bakı- 1997.
11. Stress keçirmiş uşaqlara psixoloji yardım. /metodik vəsait/ Bakı- 1997.
12. Psixologiya. /ali məktəblərin bakalavr pilləsi üçün proqram/ Bakı- 1998.
13. Örudiçeskaə psixoloqiə /proqram dlə universitetov / Baku-1998.
14. Etnik psixologiya. / proqram / Bakı-1998.
15. Zoopsixologiya. / proqram / Bakı-1998.
16. Sosial psixologiya. / proqram / Bakı-1999.
17. Yaş və diferensial psixologiya. /ali məktəblərin bakalavr pilləsi üzrə psixologiya ixtisası üçün proqram/ Bakı-1999.
18. Psixologiyaya giriş. /ali məktəblərin bakalavr pilləsi üzrə Psixologiya ixtisası üzrə proqram / Bakı-1999.
19. Hüquq psixologiyası. / proqram / Bakı-1999.
20. Şəxsiyyət və fərdiyyətin psixologiyası. / proqram / Bakı-1999.
21. Yeniyetməlik; problemlər, münaqişələr, xüsusiyyətlər /ali məktəblərin magisrt pilləsi üzrə psixologiya istiqaməti üçün/ Bakı-2000.
22. Otroçesvo: problemı, konfliktı, osobennosti. / dlə stupeni maqistra vuzov speüialğnosti psixoloqiə. / Baku-2000.
23. Soüialğnaə psixoloqiə liçnosti. / dlə stupeni maqistra vuzov speüialğnosti psixoloqiə. / Baku-2000.
24. Şəxsiyyətin sosial psixologiyası. /ali məktəblərin magisrt pilləsi üzrə psixologiya istiqaməti üçün/ Bakı-2000.
25. Psixoloqiə. /proqramma dlə aspirantov i maqistrantov muzıkalğnıx vuzov/ Baku-2000.
26. Psixologiya tarixi. /ali məktəblərin bakalavr pilləsi üzrə psixologiya ixtisası üçün proqram/ Bakı-2000.
27. Yaş və pedoqoji psixologiya. / proqram / Bakı-2000.
28. Vozrostnaə i pedaqoqiçeskaə psixoloqiə /proqramma /
Baku -2000.
29. Ailə və nigahın psixologiyası. / ixtisas kursunun öyrənilməsinə aid metodik vəsait/ Bakı-2000.
30. İxtisasa giriş. /ali məktəblərin bakalavr pilləsi üzrə psixologiya ixtisası üçün proqram/ Bakı-2000
31. Vvedenie v speüialğnostğ. /proqramma po stupeni obuçeniə bakalavr psixoloqiə vuzov/ Baku- 2000.
32. Pedaqoji psixologiya /ali məktəblərin bakalavr pilləsi üzrə psixologiya ixtisası üçün proqram/ Bakı-2001.
33. Etnopsixologiyanın bəzi məsələləri./metodik vəsait/ Bakı- 2001.
34. Psixoloqiə braka i semği. /metodiçeskoe posobie/ Baku-2001.
35. Ünsiyyət və şəxsiyyətlərarası münasibətlərin psixologiyası. /proqram/ Bakı-2001
36. Klinik psixolgiya. /Universitetin magistr pilləsi üzrə klinik psixologiya ixtisası üçün/ Bakı-2002
37. Eksperimental psixologiya.
38. Psixodiaqnostika.
39. Psixiatriya.



ÜNVAN
BDU-nun 2 saylı tədris binası, II mərtəbə, 201 ci otaq.



1.	Psixologiya kafedrasının yaranma tarixi

1.	Psixologiya kafedrasının yaranma tarixi

1.	Psixologiya kafedrasının yaranma tarixi


1.	Psixologiya kafedrasının yaranma tarixi

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 3012 Əlavə edilib: 26 Mart 2010  

#1 Müəllif: Yeraz (30 Mart 2010 12:41)


Qrup: Istifadəçi
saqolun
ICQ: 123123

#2 Müəllif: selvin (30 Mart 2010 15:20)


Qrup: Istifadəçi
maraqli melumatlardi.doqurdanda burda qeyd etdiyiniz eserler ve derslikler cox qiymetlidil.


--------------------
ICQ:

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick