Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Psixologiyada şüur anlayışı
  • 100
Psixologiyada şüur anlayışı

Psixika gerçəkliyin beyində inikası kimi müxtəlif səviyyələrlə xarakterizə olunur. Psixikanın insanlara xas olan ali səviyyəsi isə şüurdur. Şüur-geniş məzmuna və dərin mənaya malik anlayışdır, yalnız insana xasdır. K.Marks «Kapital» əsərində şüurun ən başlıca xüsusiyyətini obrazlı şəkildə aşağıdakı kimi səciyyələndirdi: «hörümçək toxucunun əməliyyatını xatırladan bir əməliyyat icra edir, bal arısı da mumdan şam qayırması ilə bəzi memar adamları utandırır. Lakin ən pis memar da ən yaxşı bal arısından başlıca olaraq onunla fərqlənir ki, memar hələ mumdan şam qayırmazdan əvvəl bunu öz beynində qayırıb hazırlamış olur. yəni əmək prosesinin sonunda alınan nəticə artıq bu prosesin əvvəlində insanın təsəvvüründə mövcud olur».
Psixologiya-insanı və onun psixi həyatını dərk etmək zərurətindən doğur. İnsan isə ruhi mövcudluqdur, ona görəf də onun hər hansı bir əqli istehsalı «yeni şüurun» formalaşmasına qayğıdır. «Yeni şüur» - dünyaya və özünə yeni münasibət modeli hazırlamaq hər bir cəmiyyətin ümdə vəzifəsidir. Ona görə də böyük psixoloq L.S.Viqotski yazırdı: «Gələcək cəmiyyətdə psixologiya həqiqətən yeni insan haqqında elm olmalıdır».
Bildiyimiz kimi şüur insana məxsusdur. Şüurun təbiəti isə öz-özlüyündə verilən mahiyyət deyildir. Əslində isə o insan mahiyyətindən ayrılmazdır. Ona görə də şüurun mövcudluğundan o zaman danışmaq olar ki, insan cinsini, öz mahiyyətini tanıya bilsin, özü haqqında mükəmməl təsəvvürlərə malik olsun. Çünki əgər insan şüurun qanunlarını daha yaxşı dərk edərsə, o, eyni zamanda özünü dərk etmiş olur. Şüurun mövcudluq və mahiyyətini bilmədən onun tərbiyəsi, saflaşması və kamilləşməsi haqqında danışmaq əbəsdir. Bunsuz isə insan heç vaxt xoşbəxt ola bilməz.
Mütəfəkkirlərin şüur haqqındakı baxışında mühüm cəhət o hesab edilir ki, şüur-introspeksiya və ya özünü dərkdir.
Psixologiyada şüur üç əsas funksiyalara ayrılır;
- Koqnitiv funksiya (ingiliscə cognition-bilik deməkdir). Yalnız şüur səviyyəsində biliklərin fəal, məqsədyönlü mənimsənilməsi kimi özünü göstərir. Lakin onun mahiyyətini təkcə biliklərin mənimsənilməsi ilə məhdudlaşdırmaq olmaz. Bunun üçün də «məqsədyönlü» sözünə xüsusi diqqət yetirmək lazımdır. Məhz həmin söz koqnitiv funksiyanın mahiyyətini dəqiq ifadə edir. Koqnitiv funksiya fərdi şüurun ictimai şüurla üzvü əlaqəsini bilavasitə ifadə edir. Məsələnin mahiyyəti bundadır ki, insanın mənimsədiyi biliklərin özü ictimai-tarixi xarakter daşıyır. Onlar ictimai-tarixi praktikanın gedişində neçə-neçə nəslin səyi nəticəsində yaranmış və şüur faktına çevrilmişdir. Ümumiyyətlə, koqnitiv funksiyanın həyata keçirilməsində idrak proseslərindən (duyğu, qavrayış, diqqət, hafizə, nitq, təfəkkür, təxəyyül) hər biri özünə məxsus rol oynayır.
- Tənzimetmə funksiyası - bu funksiyanın əsas xarakteristikası onun ixtiyari xarakter daşıfması ilə bağlıdır. Şüurun tənzimetmə funksiyasının həyata keçirilən müxtəlif formalarından ikisinə diqqət yetirək:
a) şüur məqsəd fəaliyyəti prosesində özünəməxsus rol oynayır; insan öz işinin nəticəsini onunla tutuşdurur, öz səhvlərini müəyyən edir və onları aradan qaldırır, yəni əks əlaqə yaradır.
b) insan fəaliyyəti onun iradəsinin təzahürü kimi həyata keçirilir; o, iradi səy göstərərək qarşıya çıxan çətinlikləri aradan qaldırır, özünün bütün bilik istedadını şüurlu məqsədini həyata keçirilməsinə tabe edir. İnsanın öz davranış və fəaliyyətini şüurlu surətdə tənzim etmək zərurəti onun sosial varlığı ilə şərtlənir. Belə ki, o ictimai münasibətlərə daxil olarkən, öz davranış və fəaliyyətini şüurlu surətdə tənzim etməlidir, əks halda onun cəmiyyətdə, həyatda özünəməxsus çətinlikləri olacaqdır.
- Kommunikativ funksiya - (ingiliscə-communicate-məlumat vermək deməkdir). İnsanların bir-biri ilə ünsiyyəti prosesində formalaşır. Kommunikativ funksiya bir tərəfdən insanlar arasında bilik mübadiləsi, onların bir-birinin təcrübəsini mənimsəməsi, digər tərəfdən də bir-birinin davranışını qarşılıqlı surətdə tənzim etməsi prosesi kimi həyata keçirilir. Bu da o deməkdir ki, bir adamın şüurunun formalaşmasında onlarla adam iştirak edir.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 15166 Əlavə edilib: 6 апреля 2010  

#1 Müəllif: esmenur (7 ноября 2013 18:03)


Qrup: Istifadəçi
cox yaxsidi muhazireme yaradi
 
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©