Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: AİLƏ KİÇİK FENOMENDİR
  • 0
Ailə xoşbəxtliyi mürəkkəb fenomendir, ancaq onun sosial-psixoloji şərtləri çox sadədir. Bu şərtləri öyrənmək, onlara ailə həyatının pozulmaz qaydaları kimi əməl etmək zəruridir. Gəlin həmin şərtlərlə tanış olaq:
1. Ailə həyatı ilə yaşamaq lazımdır. Bu sözlər eyni dərəcədə ərə də, arvada da aiddir. Onlardan heç biri özünü həyat yoldaşından, uşaqlarından ayırmamalı, öz ömründə onların ömrünü yaşamalıdır. Bunun üçün ər-arvad ailənin sevinc və kədərini birlikdə yaşamalı, bir-birinin zövqünü, marağını və arzusunu nəzərə almalı, qayğısına qalmalı, asudə vaxtlarını bir yerdə mənalı keçirməli, öz xoşbəxtliklərini uşaqların səadətində axtarmalıdırlar.
2. Ər-arvad bir-birilərinə təkcə ər-arvad kimi deyil, birinci növbədə, ana və ata kimi yanaşmalı, uşaqların gözü ilə baxmağı öyrənməlidirlər. Biz bu yolla həm də uşaqlarımızın psixi sağlamlığınıqoruyuruq. Axı onların əhvalı ananın da, atanın da ovqatından asılıdır. Ata-ana münasibəti ər-arvad münasibətindən daha kövrəkdir, ülvi və müqəddəsdir. Arvad kimi bəlkə də qadından küsmək olsa da, ancaq ana kimi ondan küsmək olmaz. Küsəndə uşaqların gözünə baxın. Onda səhvinizi başa düşəcəksiniz. Ata evə gec gələndə uşaqlar yata bilmirlər. Hamısı nigaran olur. Onlarca blə misallar göstərmək olar. Lakin yuxarıda nümunələr məsələnin mahiyyətini dəqiqi ifadə edir: uşaqlar min tellə ana və ataya bağlıdır. Rişəsi uşağın qəlbində olan bu teləri qırsanız, onları ancaq bədbəxt edərsiniz.
3. Xoş ünsiyyət, söz-söhbətsiz, giley-güzarsız, ixtilafsız ünsiyyət. Bu əlamətlərə görə ailə xoşbəxtliyinin sirlərini müxtəlif istiqamətlərdə təhlil etmək olar. İki səciyyəvi hala diqqəti xüsusilə cəlb etmək lazımdır.
Ailə münasibətlərini xərçəng kimi içindən didən-dağıdan birinci halı deyingənlik adlandırıblar. Deyingənlik təkcə ailədə deyil, bütün sosial qruplarda insanları bezikdirir, təngə gətirir, bir-birindən soyudur, hisslərini öləzidir, şəxsi münasibətlərini dəyişir. Deyingən adamdan hamının zəhləsi gedir: ondan gen qaçır, uzaq dururlar.
Deyingən və çox danışan arvad əsrlər boyu nağılların, rəvayətlərin mənfi qəhrəmanı olmuşdur. «Fatma gəldi qaç» nağılını xatırlayın. Xalq müdrikliklə belə bir fikri psixolji cəhətdən tamamilə düzgün ifadə etmişdir ki, qadının həmişə nədənsə narazı olması ailədə sülhü, sakitliyi, əsl xoşbəxtliyi pozur., evə kədərli, soyuq, ab-hava gətirir. Kişilər isə buna əhəmiyyət vermir, qadının nədən narazı olması ilə maraqlanmırlar. Maraqlansaydılar ailə həyatında xoşbəxt, qılıqlı, sözlü-söhbətli günlər də çox olardı. Bəs deyingən kişilər? Onlar da evdə böyüyün-kiçiyin gününü qara edirlər. Görəsən kişilər nə üçün deyinirlər?
Həsas qadın həmişə belə suala cavab axtarır, evdə yersiz söz-söhbətin olmamasına çalışır. Ancaq o, öz təcrübəsində bir əhqiqəti gec-tez kəşf edib inanır ki, kişi deyinməyə sadəcə olaraq adət edib, deyinməsə darıxar. Belə hallarda qadın nə etməlidir? Hövsələ ilə çalışmalıdır ki, kişinin hər sözünü söz etməsin.
Psixoloqlar isə imkan daxilində deyinməməyi məsləhət görürlər.
İkinci hal da, əslində, deyingənliklə bu və ya digər dərəcədə bağlıdır. Biz ərin və ya arvadın bir-birini danlamasını, tənqid etməsini nəzərdə tuturuq. Ərin və ya arvadın bir-birini danlaması və ya tənqid etməsi əslində onun ailədəki statusu, ilk növbədə, ailə başçısı statusu ilə bağlıdıor. Ənənəvi ailədə hansı formada olursa-olsun arvadı danlamaq, məzəmmət etmək, tənqid etmək, irad tutmaq hüququ sözün əsl mənasında kişiyə məxsus idi. Görəsən, elə bütün kişilər özlərinin bu hüququndan yerli-yersiz istifadə edirdilərmi? Şübhəsiz ki, yox! Arvadı danlamaq, məzəmmətləmək, tənqid etmək şəxsiyyət məsələsidir. Yetkin kişi həmişə arvadının insan ləyaqətinə hörmətlə yanaşıb, onu uşaq yerinə qoyub yerli-yersiz danlamaq və ya məzəmmət etmək yolu tutmayıb. Ərini yerli-yersiz danlayan, məzəmmətləyən qadınlar da az deyildir. Bir sosioloji tədqiqat zamanı müəyyən olunmuşdur ki, rəyi öyrənilmiş qadınların 67%-i ərini kənar adamların yanında məzəmmətləyir. Onları yalnız 13,3%-i buna təəssüflənir, özünə haqq qazandırmır.
Müasir ailədə qadın statusunun köklü surətdə dəyişilməsi özlüyündə böyük sosial nailiyyət olsa da, onun gözləmədiyimiz əlavə nəticələri də olub. Onlardan biri bizim günlərimizdə bəzi qadınların ərini uşaq yerinə qoyub danlaması, məzəmmət və tənqid etməsi ilə bağlıdır. «Bəzi» ifadəsinə diqqət yetirin: əsl qadınlar üçün belə hallar səciyyəvi deyildir. Onlar ərlərinin kişi ləyaqətinə hörmətlə yanaşır, həyat yoldaşlarına daha səmərəli yollarla təsir göstərirlər.
İlk baxışda təəccüblü olsa da, ərini danlayan, məzəmmət edən qadınlara ən çox ali təhsilli qadınlar içərisində təsadüf olunmuşdur. Məhz onların böyük əksəriyyəti kişini danlamağı, məzəmmət etməyi adi hal hesab edir, hətta bəzən təəccüblə çiyinlərini də çəkir: «kişini danlayanda nə olar ki, zəri tökülər?»-deyirlər. Belə çıxır ki, əri danlamaq bu və ya digər dərəcədə təhsillə bağlıdır. Lakin məsələyə sosial-psixoloji baxımdan yanaşsaq bu izahatla razılaşa bilmərik. Ali təhsilli qadınların böyük əksəriyyəti həyat yoldaşına hörmətlə yanaşır, onun kişi ləyaqətini uca tutur. Məsələnin kökü ali təhsil almış bəzi qadınların öz hüquq və vəzifələrini düzgün başa düşməmələri ilə bağlıdır.
Ər-arvad bir-birini nə üçün danlayır, nəyi irad tutur? Onların öz sözləri ilə desək, bu zaman guya bir-birilərini tərbiyə etmək istəyirlər. Bu mümkündürmü? Əvvəla, əri və ya arvadı yenidən tərbiyə etməyə çalışmaq və bunun mümkünlüyünü güman etmək faydasızdır. İkincisi, ər və ya arvad özünün mənfi xüsusiyyələri ilə nə qədər seçilsə də, hər halda bütün insanlar kimi təkrarolunmazdır. Onlar mənfi xüsusiyyətlərlə bahəm müsbət məziyyətlərə də malikdirlər. Ər və arvadla ünsiyyət zamanı bu müsbət xüsusiyyətlərə diqət yetirmək, onlara arxalanmaq daha düzgün olar. Üçüncüsü adamlar özləri haqqındakı rəyə həmişə həssa olur, onların barəsində pis təsəvvür yaradanların hücumundan özlərini qorumağa can-başla səy göstərirlər. Ailə həyatında da təsir əks təsirə bərabərdir, yəni ər və ya arvad öz həyat yoldaşının yersiz iradına, məzəmmətinə, danlağına, bir, iki, və ya üç dəfə dözür, dördüncü dəfə isə cavab qaytarır. Beləliklə də tədricən pərdə aradan götürülür. Ər və ya arvad yalnız həyat yoldaşına nəzakətlə yanaşdıqda ondan da haqlı olaraq nəzakət gözləyə bilər.
4. Həyat yoldaşınan əhvalına və ovqatına həssaslıqla yanaşmaq lazımdır. Onun sevincinə şərik olmaq, dərdilə yaşamaq gərəkdir. Ailədə insanlar öz-özünə doğmalaşmırlar. Onlar bir-birinin hisslərini yaşya-yaşaya bir-birini dərk edir, bir baxışla dərd-sərlərini anlamağı öyrənirlər, sevirlər, sevilirlər. Həyat yoldaşının hisslərini bütün zərifliyi ilə başa düşmək və ona həyan olmaq əslində ər-arvadlıq istedadıdır.
Psixologiyada başqa adamın sevincini, dərdi-sərini sezməyə, ona şərik olmağa, bu emosional halların təsirilə yaşamağa empatiya (empateya – latın sözü olub, «hisslərlə yaşama» mənasında işlədilir) deyilir. Onun kökünü rəğbət hissi təşkil edir. Tanımadığımız, ancaq xoşladığımız, bəyəndiyimiz adamların halına belə tez acıyırıq. Ər-arvad bir-birilə məhəbbət telləri ilə bağlandığı üçün onların münasibətlərində empatiya daha parlaq ifadə olunmalıdır. Lakin onlar illər keçdikə ər-arvadlıq ömrünə isinişib öyrəşir, hər şeyə adi gözlə baxır, bəzən mehrlərini daha ox uşaqlara salırlar; bir çox halarda isə ər-avadlıq hissləri məişət qayğıları axınında emosional adaptasiya qanunları üzrə bu və ya digər dərəcədə korşalır.
Qadınlar, xüsusilə öz şəxsiyyətlərinin qiymətləndirilməməsi hallarına son dərəcə həssaslıqla yanaşırlar. Ailə münasibətlərində bu cəhət xüsusilə aydın nəzərə çarpır. Kişilərin də öz iddia səviyyəsi var; həmişə öz arvadlarının gözündə ən güclü, ən ağıllı kişi kimi görünmək istəyirlər. Ailə həyatının öz müqəddəs qanunları var: sehrçi, tamaşaçı mövqeyində durub ərin və ya arvadın dərdi-sərinə şərik olmaq çox azdır. Ona gündəlik qayğı,kömək və nəvaziş göstərmək lazımdır.
Vəfalı, sevib-sevilən ömür-gün yoldaşı insanın evinin dirəyi, könlünün həmdəmi, qəlbinin hərarətidir. Sevildiyini hiss edən qadınan özü də xoşbəxtdir, həyat yoldaşı da, uşaqları da. Məhəbbəti məhəbbətlə qazanmaq olar – hisslərin sehri, möcüzəsi belədir. Ər də, arvad da sevildiyini, istənildiyini hiss etməlidir. Bu, kövrək hissdir – insan onu itirdikdə bəxtəvər ola bilməz.
5. Etibar. Ər və ya arvad bir-birinə etibar etməli, inanmalıdır. Etibar olmayan yerdə sədaqət də, vəfa da öz dəyərini itirir. Ər arvada, arvad da ərə inanmadığı üçün bir-birində bu qiymətli keyfiyyətləri görmürlər, görsələr də onu başqa meyarlarla qiymətləndirirlər.
Birgə ailə həyatının ilk günündən (daha dəqiq desək, ülfət bağlanan gündən) ər-arvad özünün düzlüyü, doğruçuluğu ilə bir-birinin etibarını qazanmalıdır. Həmişə səmimi olmaq, həyat yoldaşından heç nəyi gizlətməmək, hər şeyi açıq etiraf etmək, yalan danışmamaq lazımdır. Ər və ya arvad gec-tez bir-birinin əməllərini başa düşür, onlardan hr hansı birisi həyat yoldaşı tərəfindən addımbaşı aldadıldığı qənaətinə gəlirsə, ailə münasibətləri saxtalaşmağa başlaır: qısqanclıq, ər və ya arvadı güdmə, telefon söhbətlərinə qulaq asma, cibini və ya çantasını xəlvəti axtarmaq və kim bilir, daha ələr, ailə həyatının ab-havasını tədricən zəhərləyir.
6. Bir-birini anlama. Ər-arvadın bir-birini başa düşməsi onların sədaqəti ilə
bağlıdır. Lakin bu iki amili eyniləşdirmək olmaz. Ailə münasibətlərinin inkişafında onlardan hər birinin öz yeri vardır. Əgər insan özünü başqasının yerinə qoyursa, onun niyyəti, hissləri, davranışı haqqında fikir yürütməyə başlayır.ərin arvadı başa düşməsi – onun özünə münasibətlərini dərk etməsi deməkdir. Bunun üçün o, öz həyat yoldaşının hərəkətlərini təhlili edir, onların səbəblərini, motivlərini özü başa düşdüyü kimi aydınlaşdırır: ya onu doğma adam sanır, inanır, haqq qazandırır, ya da doğma adam hesab etmir, inanmır, haqqa qazandırmır. Birici halda ər-arvadın ünsiyyətinə xələl gəlmir, ikinci halda isə onların normal ünsiyyəti çətinləşir: ər arvadı və əksinə, arvad əri qıcıqlandıran sözlər danışır, onun hörmət-izzətini saxlamır. Ərlə arvadın bir-birini başa düşməsi və anlaması ailənin normal həyatı üçün olduqca zəruridir. Sosioloqlar müəyyənləşdirmişlər ki, insanların demək olar, hamısı xoşbəxtliyə psixoloji meyarlarla yanaşırlar. Müdrik kişilər və qadınlar bu cəhəti qeyd etmişlər: xoşbəxtlik odur ki, səni işdə və evdə başa düşsünlər, sevsinlər, qiymətləndirsinlər.
7. Normal intim həyat. Ər-arvad münasibətləri kişi ilə qadının psixologiyasını köklü surətdə dəyişir. Onlar ülfət bağladıqları anlardan özlərinin yalnız bir-birilərinə mənsub olduqlarını qəbul edirlər. Ər-arvadda qəribə həssaslıq əmələ gəlməyə başlayır, onlar başqa adamların, hətta öz doğma övladlarının yanında pərdə gözləyir, özlərini ər-arvaddan daha çox ata-ana kimi aparırlar… Halbuki ər-arvad həyatının çox mühüm bir sahəsi onların intim münasibətləri ilə bağlıdır. Məhz bu münasibətlər sahəsində ərlə-arvad bir-birini təmin etmədikdə ailədə söz-söhbət, dava-dalaş üçün şərait yaranır, ailə münasibətləri tədricən pozulmağa başlayır, kişi və ya arvad evdən soyuyur, hətta kişinin gözü onun-bunun ocağında qalır. Bu zaman həkimlər seksual uyğunsuzluqdan danışırlar. Mütəxəssislərin hesablamalarına görə, boşanmaların təxminən 30%-i məhz seksual uyğunsuzluq zəminində baş verir.
Ərlə arvadın intim həyatına adi məsələ kimi yanaşmaq olmaz. Bu baxımdan iki cəhəti xüsusi qeyd etmək lazımdır. Bu baxımdan 2 cəhəti xüsusi qeyd etmək lazımdır.
Birincisi. Bütün adamlarda yeməyə, yuxuya, soyuqdan, yaxud həddindən artıq istidən qorunmağa və s. tələbat olduğu kimi , əks cinsə də tələbat var. Bunlar təbiidir. Təbii tələbatların bütün növləri heyvanlar üçün də səciyyəvidir, lakin bir mühüm cəhəti həmişə nəzərə almaq lazımdır: insanın təbii tələbatları özünün psixoloji məzmununa və təminolunma formalarına görə heyvanların təbii tələbatından köklü surətdə fərqlənir. Axı insanın tələbatı cəmiyyətdə, konkret tarixi şəraitdə formalaşır və inkişaf edir. Tələbatların məzmunu da, təminolunma vasitələri də cəmiyyətin inkişaf səviyyəsi ilə şərtlənir. Mədəni və mənəvi tələbatlar formalaşdıqca, təbii tələbatlar da insaniləşir, daha çox mənəvi-estetik məzmun kəsb edir.
İkincisi. Seksual tələbat insanın təbii tələbatları içərisində xüsusi yer tutur. Bu isə təsadüfi deyildir. İnsanın cinsi həyatı onun başqa bioloji funksiyalardan fərqli olaraq məhz başqa adama münasibət sahəsi ilə bağlıdır. İki adamın- kişi və qadının, ər və arvadın münasibəti isə sosial münasibət məsələsidir.
Ailənin intim aləmi ər-arvada insan münasibətlərinin özünəməxsus hərarətini bəxş edir. Bu münasibətlər qarşılıqlı məhəbbətə əsaslananda daha da gözəlləşir, insan ünsiyyətinin fərəhli anlarına çevrilir.
Görkəmli mütəfəkkirlər intim münasibətlərdə qadının roluna böyük məna vermişdir. O özünün qadın gözəlliyinin cazibəsini qoruyub saxlamalıdır. Yaşı, peşə sahəsi, təhsil səviyyəsi çərçivəsində səliqə-sahmanlı, sığal-tumarlı olmalıdır. İntim münasibətlərin nəcibləşdirilməsi də qadının davranış və rəftarı ilə bilavasitə bağlıdır. Jan Jak Russo əxlaqi-fələfi «Yuliya» və ya «Yeni Elioza» romanında yazırdı: «…ən sədaqətli qadınlar ərlərinin ixtiyarını öz əllərində adətən daha çox saxlayırlar, onlar nə şıltaqlıq edir, nə də ərlərini rədd edirlər, ancaq ağıllı və incə təmkinlilik sayəsində öz ərləri ilə çox zərif rəftar edib onları müəyyən məsafədə saxlamağı bacarır və heç vaxt doymağa qoymurlar».
Ər-arvadın intim həyatı əslində onların ömür-gün yolunun bütün çalarlarını özündə əks etdirir. Kişilər həmişə öz həyat yoldaşlarından mehribanlıq, qılıqlı, zərif rəftar gözləyirlər. Halbuki onların öz həyat yoldaşlarını qiymətləndirə bilmək və sevmək bacarığı ailənin intim həyatı üçün olduqca zəruridir. Qadının öz gözəlliyini qoruyub saxlaması da elə ərin qayğı və mehribanlığından bilavasitə asılıdır.
Ailənin intim aləmində fizioloji və psixoloji çalarlar özünəməxsus şəkildə birləşir. Ərlə arvadın bir şəxsiyyət kimi xüsusiyyətləri onların qarşılıqlı münasibətlərinin məhz psixoloji çalarlarında əks olunur; onlar bu anlarda bir-birilərinə nə qədər yaxın olduqlarını dərk edir, bir yerdə özlərini sözün əsl mənasında xoşbəxt hiss edirlər. Əgər ər-arvadlar bu kövrək hissi ömürləri boyu qoruyub saxlaya bilsələr, evdə ailə münasibətlərinin inkişafı üçün əlverişli şərait yaranır.
8. Və… öz Evlərinin olması. Psixoloqlar bu məsələdən danışarkın Ev sözünü böyük hərflə təsadüfən yazmırlar: burada söhbət hər hansı bir yaşayış
sahəsindən deyil, ailə münasibətlərini öz hərarəti ilə isidən doğma evdən gedir. Bu ocaq bənzərsizdir, təkrarolunmazdır. Onun səliqə-səhmanı, ab-havası ilə bir xalqın psixologiyası bir külfətin psixologiyasına hopur.
Təzəbəy və təzə gəlin çox vaxt ailə qurduqdan sonra valideynləri ilə birlikdə yaşayırlar. Ər-arvad münasibətlərinin formalaşdığı ilk dövrlərdə bu, bəlkə də zəruridir. Yaşlılar – təzəbəy və ya gəlinin anası və atası, həmçinin bacı və qardaşları onların bir-birinə isinişməsində az rol oynamırlar. Lakin «ata yurdu», «ana ocağı» nə qədər şirin olsa da, bu doğma divarlar arasında gənc ər-arvad özünü psixoloji baxımdan hər halda asılı hiss edir, sıxılır, həyatını istədiyi ikim qura bilmir, istər-istəməz valideynlərin həyat tərzinin axarına düşsələr də, onunla uyuşmaqda psixoloji cəhətdən çətinlik çəkirlər: el—elə sığır, ev evə sığmır.
Müdrik ata-analar bu cəhəti həmişə qabaqcadan görüblər. Onlar qonum-qonşunun təcrübəsində inanıblar ki, uşaqlar böyüdükcə yolları da haçalanır. Onlardan hər biri gec-tez öz taleyini, öz ikşi və ya qadın ömründə öz ailəsinin – həyat yoldaşının və uşaqlarının taleyini yaşayacaqdır. Bu, əslində həyatın öz məntiqidir. Gənc ailə də dünyaya yenicə göz açmış uşaq kimi nə vaxtsa bələkdən çıxmalıdır, iməkləməyi, yıxıla-yıxıla yeriməyi öyrənməlidir. Haçansa üz-göz olub, inciyib ayrılmaqdansa, vaxtında ayrı yaşamaq, ev-eşik sahibi olmaq yaxşıdır. Elimizin-obamızın gözəl adət və ənənələri var: «uşaqlara» vaxtında ev-eşik düzəldib, ərsəyə çatan kimi böyük «uşaqları» ayırardılar. Evin kiçik oğlunu-sonbeşiyini evləndirəndə isə onu ayırmırdılar. Kiçik oğlu ata-anaya həyan olurdu, ata yurdunda qeyrətlə çıraq yandırır, onun ab-havasını öz ailəsinin ömründə yaşadırdı.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 1752 Əlavə edilib: 24 апреля 2010  

#1 Müəllif: perfect-93 (8 декабря 2011 21:50)


Qrup: Istifadəçi
ail haqqinda daha genis melumatlar varmi?
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Август 2018    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©