Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: BOŞANMA SƏBƏBLƏRİ
  • 0
Dünyada boşanmaların bir neçə əsas səbəbi var.

1)Kasıbçılıq,fəqirlik və imkansızlıq.
2)Ərlə arvad arasında mövcud olan anlaşılmamazlıq.
Kasıbçılıq,fəqirlik və imkansızlıq.
Ailədə yaranan problemlərin birinci səbəbi maddi çətinliklərdir.İslam dinin göstərişlərinə əsasən ailəni dolandırmaq,onun maddi cəhətdən təmin etmək kişinin vəzifəsidir.Kişi çöl işlərinə qadın isə ev işlərinə baxmalıdır.Hədislərə əsasən qadının bir neçe huququ var.
Qadının kişi boynunda olan huququ:
1)Maddi cəhətdən onu təmin etsin.
2)Bədənin örtsün.(ona layiq paltar alsın)
3)Onunla pis davranmasın.
4)Onun səhvlərini bağışlasın.
5)Ona mərhəmətli olsun.
6)Ona ehtiramın saxlaya.
1,2 və 5-ci huquqlar qadının maddi huquqlarıdır.Yəni hər bir kişi öz ailəsinin maddi cəhətdən təmin etməlidir.Onun gündəlik xərcini vermek kişinin öhdəsindədir.Bəzi kişilər qazandıqları pulların qədrini bilməyərək nece geldi xərcləyirlər və öz ailələrinin ehtiyacını ödəmirlər.Digər bəziləri isə pul qazanmağın yolunu bilmədiklərinə görə kasıbçılıqla,çətinliklə yaşayırlar.Kişi çalışıb özünə münasib iş tapıb işləməli və öz ailəsini dolandırmalıdır.
Hədislərdə bir neçə nəfərə “Həbibullah” Allahın dostu ləqəbi verilibdir ki biridə ticarətlə məşğul olanın ləqəbidir.Ailəni maddi cəhətdən təmin etməmək onun haqqına təcavüz etmək deməkdir.Kiminsə huququnu tapdamaq isə zülmdür.Zülm isə neçe qismdir:
1)Bağışlanan zülm.
2)Bağışlanmayan zülm.
Bağışlanmayan zülm haqqunnasdan ibrətdir.Qadının da huququna təcavüz etmək haqqunnasdan sayılır.Demək qadının huququna təcavüz edib ona zülm etmək bağışlanmaya günahdandır.Yəni qaddın(haqq sahibi) bağışlamazsa Allah taala da bağışlamaz.Qadınlar kişilərin bu zülmünə məruz qaldıqda və bu zülm öz həddini aşdığı zaman boşanma fikrinə düşürlər.
Allah taala yanında halal şeylərin ən pisi boşanmaqdır.Bu problemin qarşısını almaq üçün yaxud belə bir problemlə üzləşməmək üçün,kişi gərək bütün qüvvəsi ilə çalışıb ailəsini dolandırsın.
Ruzi qazanmaq üçün,iş dalısıyca getmək heçdə qəbahətli bir işde deyil.Hətta bunun çoxlu savabı var.Peyğəmbər(s)buyurub:Öz ailəsi üçün çalışan kəs cihad etmiş kimidir.
Həzrəti İsa (ə) bir nəfəri daiam ibadət halında görəndə onun nece dolandığını soruşdu və o abid ble cavab verdi:Mənim dolanışığım qardaşımın əlindədir.O işlayir mən də onun qazandığından yeyirəm.Həzrəti İsa (ə) buyurdu:Qardaşın səndən də daha çox abidlik edir.Əzizlərim ibadət təkcə namaz qılmaq,həccə gedib pul xərcləmək deyil gərək ailənin də layiqincə xərcini verəsən.Peyğəmbərimiz qadını gülə oxşadaraq buyurur:Qadın bir güldür.Gülün vaxtı vaxtında suyu verilməlidir.Qeyri surətdə tez solub saralar.Qadın bir güldür gərək onunla bir gül kimi rəftar edilsin və onun ehtiyacı ödənilsin.
Ərlə arvad arasında mövcud olan anlaşılmamazlıq.
Bu problemə çox səbəb qadındır.Beləki qadın kişiyə nisbət bəzi huquqlara malik olduğu kimi kişinində qadına nisbət huquqları vardır.
Kişinin qadına nisbət huquqları:
1)Ərinə itaət etsin.
2)Onun malından icazəsiz sədəqə verməsin(xərcləməsin).
3)Ərindən icazəsiz müstəhəb oruc tutmasın.
4)Ərinin onunla cinsi əlaqədə olmasınıa mane olmasın.
5)Ərindən icazəsin evdən cölə cıxmasın.
Ərə itaət.
Ailədə ən cox üzə çıxan problemlərdən biri ər ilə arvad arasında olan anlaşılmamazlıqdır.Bu anlaşılmamazlığın bir neçə səbəbi var ki bir-bir onlara işarə edirik.
Anlaşılmamazlığın səbəbləri:
1)İtaətsizlik.
Qadının ərinə itaət etməsi kişinin huquqlarından biridir.Ər arvaddan bir şey xahiş etdikdə qadın ərinə “Elə şey yoxdur mən bunu istəyirəm,Gərək belə eliyəm,məni maraqlandırmır kimi sözlərini deyərsə təbiidir ki onların arasında məhəbbətdən heç bir əsər əlamət qalmaz.
Qadınlar gərək Fatimeyi-Zəhradan ibrət alsınlar.Əli(ə) Fatimədən bir şey istədikdə Həzrəti Zəhra (s) dedi:Ev sənin evindir.Qadınlar da kişilərə tabedir.Mən səninlə heç bir işdə müxalifətçilik
etmərəm.(Beytul-əhzan.Səh:144)
Qadın o sözlərin yerinə baş üstə,gözüm üstə,sən necə istəyirsən ele də olsun kişi də çalışar ki ailəsinin istədiklərini də yerinə yetirsin.Bu sözlərə diqqət yetirin,görün necədə bunlardan məhəbbət yağır.
2)Deyinmək.
Biz hamımız,həyatda qadının zəhmətinin boyük və çox olduquna etiraf etməliyik. Heç bir kişi qadının çəkdiyi zəhmətin öhdəsindən gələ bilməz.Ola bilsin subaylarımız buna etiraf etməkdən boyun qaçırsınlar,lakin ailə qurduqdan sonra bu həqiqəti qəbul edəcəklər.Elə qadınlar var ki bu zəhmətə qatlaşdıqda daima deyinərək evdə kişini və uşaqları özündən bezidirlər.Xüsusiylə qadının deyinməsi çox pis bir əlamətdir və onun həyasızlığını göstərir.Əks təqdirdə isə evdə sakitçilik və mehribançılıq hökm sürür.Qadınlar səbr etsələr bütün problemlər aradan qalırılar.
Bir gün Səlman Həzrəti Zəhradan soruşdu:Fizzə sizin xidmətçiniz ola-ola sənin əllərin nə üçün yara olub?O Həzrət buyurdu:Peyğəmbər(s) ev işlərini bir gün mənim və bir gün də Fizzənin öhdəsinə qoyubdur ki dünən onun növbəsi idi bu gün isə mənim növbəmdir.(Beytul-əhzan,səh:20.)
3)Kişinin zəhmətinə göz yummaq.
Qadının əri işdən gələndə gərək xoş təbəssümlə onun qabağına çıxısın,ayaqlarını yumaq üçün su gətirsin,corablarını çıxartsın və tez süfrə sərərək yemək gətirsin.Bəzi qadınlar ərinin yorğun halda işdən qayıtmasına məhəl qoymayaraq öz bəzəy-düzəyinə məşğul olur.Mən deyərdim ki belə qadınların mədəniyyətləri yoxdur.Qadın güldür gərək gül kimi ətir saçsın,bütövlüklə tikan olmasın. Kişinin zəhmətinə göz yummaq da başqa bir ciddi problemlərdən biridir.
4)Qonağı xoşlamamaq.
Bəzi qadınların qonağın gəlişini sevmir.Ona görə ki qonaq gələcəndə adətən evdə iş çoxalır.Deyək ki yemək hazırlamaq lazımdır,qonağı qarşılamaq gərəklidir,qonaqlar getikdən sonra yığılan çirkin qabları yumaq lazımdır,evi sahmana salmaq lazımdır və sa..Qonağın gəlişinə narahat olur və ərinə etiraz edərək deyir: Nə qədər qonaq gətirirsən evə.Xoş o qadınlara ki ancaq ərlərinin istəkləri ilə hərəkət edirlər,təvazökardırlər.
Hekayət:Peyğəmbər (s) zamanında bir kişinin arvadı qonağı sevməzdi.Kişi ailəsinin bu işindən o həzrətə şikayətləndi.Peyğəmbər(s) buyurdu:Ged arvaduva de ki qonaq gələndə qapı dalından gedəndə isə qapını aç bax.Qadın Peyğəmbər diyən kimi də elədi.Qonaq gələndə gördü ki qonağım ətəyi bol meyvələr,istənilən nemətlərlə doludur.Gedəndə baxdıqda isə onunətəyində müxtəlif qorxulu heyvanların asıldığını gördü.Qadının əri bunun mənasını Peyğəmbərdən(s) soruşduqda o həzrət buyurdu:Qonaq gələndə özü ilə bol nemətlər gətirir,gedəndə isə evdə olan bəlaları özü ilə aparır.Kişi bunu öz arvadına çatdırdı.Qadın artıq qonaqdan xoşu gələrdi.Hətta qonaq gəlməyəndə narahat olardı.(Tohfətul-Vaizin)Qadının qonağı sevməməsi də ailədə problem yaradan məsələlərdən biridir

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 2430 Əlavə edilib: 24 апреля 2010  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©