Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Psixoloji təsir və məsləhət.
  • 100
Psixoloji təsir və məsləhət.

Konsultasiya zamanı yaş, cins, status nəzərə alınmalıdır.
1. psixokonsultasiya, konsultanta qoyulan tələb ;
2. psixokonsultasiyanın predmeti ;
3. vəzifələri, ona qoyulan tələblər və metodları.
Psixokonsultasiya və məsləhət.
Psixoloji məsləhət praktik psixologiyanın xüsusi sahəsidir. Mütəxəsis psixoloqlar tərəfindən psixoloji yardıma ehtiyacı olan insana kömək məqsədi daşıyır. Psixoloji məsləhətin məqsədləri
1. psixoloji təsir hər bir fiziki və psixi sağlam olan həyatdakı psixoloji problemlərin həllinin mövcudluğuna inanan insanlara gərəkdir ;
2. kliyentin probleminin həlli məsləhət formasında sağlam düşüncəyə və həyat təcrübəsinə əsaslanır ;
3. uzunmüddətli psixoterapevtik köməyə ehtiyacı olan kliyentə ilk yardımın gözlənilməsi ;
4. öz probleminin həllinə inanan kliyentə professional və mənəvi köməyin göstərilməsi
5. məsləhətdən başqa köməyə ehtiyacı olmayan kliyentə psixoloji yardım edilməsi ;
6. psixoloji məsləhətin digər psixoloji yardım üsulları ilə əlaqələndirilməsi ;
Psixokonsultasiyanın vəsifələri :
1. məsləhət zamanı problemin tam məğzinin aydınlaşdırılması ;
2. kliyentə onun probleminin məğzi və onun reallığının səviyyəsi haqqında məlumat vermək ;
3. qısa müddət ərzində problemin həllinə yönələn metod və üsulların seçilməsi ;
4. kliyentin öz probleminin həllinə istiqamətləndirmək ;
5. öz probleminin həlli mərhələsinə çatan kliyentə əlavə köməyin göstərilməsi
Psixokonsultasiyaya giriş.
1.psixokonsultasiya nədir?
Məsləhətlər və tövsiyələr formasında mütəxəssis – psixoloqun vasitəsiz köməyinə ehtiyacı olan insanlara yardımı ilə bağlı olan psixoloji konsultasiya praktik psixologiyanın 1 sahəsidir. Onlar psixoloqa şəxsi söhbətlər və həmin kliyentin həyatda rastlaşdığı problemin yenidən öyrənilməsi əsasında müəssər olur. Tez – tez konsultasiyalar dəqiq müəyyən edilən saatda və yerdə aparılır, 1 qayda olaraq, konfidensial şəraitdə və kənar şəxslərin iştirakı olmadan aparılmalıdır.
Psixoloji konsultasiyanın 1 seansı psixoloqla kliyentin söhbəti formasında gedir. Sonra 1 və ya 2 saat. Bu söhbət əsasında kliyent psixoloqa öz problemi və özü haqqında danışır. Psixoloq isə öz növbəsində kliyenti diqqətlə dinləməlidir. O, kliyenti diqqətlə diqqətlə dinləməlidir. Konsultasiya zamanı kliyentin şəxsiyyəti qiymətləndirilməlidir.
Psixoloq – konsultant tərəfindən təklif edilən məsləhət və tövsiyyələri istifadə edən kliyent psixoloq – konsultant olmadan da öz problemini həll edə bilər. Psixoloji konsultasiya – bu insanlara psixoloji təsir praktikasıdır.
Konsultasiya zamanı psixoloq adətən xüsusi metod və üsullardan istifadə edəcək qısamüddətdə problemin praktik həlli üsullarını təklif edir.
Psixoloq – konsultantın görüşlərinin sayı 1 və ya 2 ilə məhdudlaşır. Bir çox hallar uzunmüddətli konsultasiyanı tələb edir.
Kliyentin bir və ya bir necə problemi vardır, hansı ki, ayrıca konsultasiya tələb edir.
Psixoloji məsləhətin ümumu problemləri :
Psixoloji məsləhət psixoloji praktikada peşə kimi psixoterapiyadan ayrılmış yeni bir sahəsidir. Bu peşə klinik pozuntuları olmayan psixoloji kömək axtaran insanların tələbatlarına əsasən meydana çıxır.
Psixoloji məsləhətdə biz gündəlik həyatda çətinliklərlə üzləşən adamlarla rastlaşırıq. Problemin spektoru kimdir : işdə çətinliklər, içdən narazıçılıq, rəhbərlik və həmkarlarla konfliktdə olmaq, işdən çıxarılma ehtimalı, çəxsi həyatın normal qurulması, məktəbdə pis oxumuş özünəinamın və hörmətin olmaması, qərarda çətinlik, çəxsiyyətlərarası münasibətlərdə çətinlik. Digər tərəfdən psixoloji məsləhət praktikasının yeni sahəsi kimi sərhədlər dəqiq deyil. Onun əhatə sahəsinə rəngarəng problemlər daxildir. Psixoloji məsləhətin qeyri – müəyyənliyi onun tərifinin müxtəlifliyində də öz əksini tapır. ABŞ – ın menecerlər və qulluqçular assossasiyasının lisenziya komissiyası bu təklifi təklif edir :
Məsləhət, şəxsiyyətlərarası münasibətin yaradılması, şəxsiyyətin təkmilləşməsi, ailə, nikah, peşəkar karyera ilə problemlərin həllinə və qərarların qəbuluna istiqamətlənən prosedurlar toplusudur.
Psixoloq – konsultantın görüşlərinin sayı bir və ya iki ilə məhdudlaşır. Bu çox hallarda uzunmüddətli konsultasiyanı tələb edir. Kliyentin bi və ya bir neçə problemi vardır, hansı ki, ayrıca konsultasiya tələb edir.
Bruk Stefire məsləhətin geniş tərifini verib, məsləhət, ixtisaslı konsultantla kliyentin peşəkar münasibətidir ki, bu münasibətlər adətən şəxsiyyət – cəmiyyət kimidir. Bəzən iki nəfərdən çox adam iştirak edə bilər. Məsləhətin məqsədi :
Kliyentin onun həyatında baş verənləri anlamağa, emosional və şəxsiyyətlərarası münasibət zəmnində olan problemlərin həllinin şüurlu şəkildə müəyyən edilməsi, seçilməsi əsasında qarşıya qoyulmuş məqsədə çatmaqda kömək edir.
Psixoloji məsləhətin bir çox tərifi vardır. Lakin onların özləri də bir neçə əsas vəziyyətləri ehtiva edir.
I məsləhət insana öz mülahizələri ilə seçmək
II məsləhətin əsasında kliyent və konsultant arasında konsultativ qeyri – münasib durur.
Kliyent mərkəzləşdirilmiş terapiyası fəlsəfəsinin banisi Rocers bu istiqamətin üç prinsipini ayırd edir :
1. Hər bir şəxs müəyyən dəyərlərə malikdir, lazımi hörmətə malikdir ;
2. Hər bir şəxs özünə görə məhsul olmaq imkanına malidkir ;
3. Hər bir şəxs dəyərləri seçmək və müstəqil surətdə qərar qəbul etmək hüququna malikdir.
Psixoloji məsləhətin məqsədi :
1) bir sıra sosial məhdudiyyətlərə baxmayaraq kliyentin davranışının dəyişilməsinə kömək etmək lazımdır ki, həyatdan razı qalsın ;
2) yeni həyati situasiyalar və tələblərlə qarşılaşan zaman çətinliklərin aradan qaldırılması vərdişlərini inkiişaf etdirir ;
3) həyat üçün vacib qərarların effektiv olmasını təmin etmək.
Bir sıra işlər mövcuddur ki, məsləhət zamanı onu öyrənmək olar : Şəxsiyyətlərarası münasibətləri yaratmaq və saxlamaq bacarığı
4) şəxsiyyətin potensialının realizasiyasının yüksəlməsini asanlaşdırmaq
Konsultasiyanın strukturu
Bu prosedura bütün konsultasiya prosesindən keçir. Strukturlaşdırma kliyentlə konsultantın əlaqələrinin təşkili deməkdir. Konsultasiyanın ayrı – ayrı etaplarının ayrılması, eyni zamanda da, kliyentə konsultasiya prosesi haqqında məlumat vermək. I etapı bitirdikdə biz : nəticələri işləyirik, çıxarışlarımızı edirik. Lakin əmin olmaq lazımdır ki, mövcud etapın nəticələrinə verilən qiymət kliyent və psixoloq el tərəfindən eyni verilib.
Strukturlaşma bütün konsultasiya ərzində davam edir. Kliyentlə iş adım adımın arxasınca və ya “adım adım ” gerşəkləşir. Hər bir yeni mərhələ əldə olunanın qiymətləndirilməsi ilə başlayır. Bu kliyentin konsultantla aktiv əməkdaşlıq arzusuna şərait yaradır, eyni zamanda uğursuzluq anında yeni etapda ona qayıtmaq imkanı vardır. Belə bir şəkildə strukturlaşdırılmanın məqsədi – konsultasiya prosesində kliyentin iştirakıdır.
Yenicə başlayan konsultanta məsləhətlər :
Bir çox psixoloqlar öz kliyentlərini ikili hisslərlə qarşılayırlar. Onların mənbəyi – suallardır, hansılar ki, konsultantın qarşısında durur :
• Mən kliyentə nə deyəcəm ?
• Kliyentlə necə danışmamaq lazımdır ?
• Mən kliyentə kömək etməyə qadirəm ?
• Mən kliyentin nə haqqında danışdığını başa düşə bilərəmmi ?
• Mən səhf etsəm nə olar ?
• Kliyent mənim haqqımda nə düşünür ?
• O gələn dəfə gələcəkmi ?
• Mənim qeyri – təcrübəsizliyimi kliyentə işarə etmək lazımdırmi ?
Bu qeyd olunan suallar həyacan və gərginlik yaradır. Bu xarakterikdir ki, psixoloqlar müxtəlif insanlarla qarşılaşa bilərlər. Məs: müxtəlif sahələrin nümayəndələri, müxtəlif yaş və xaraktercə müxtəlif insanlara rast gəlinə bilər. Kliyentlərin bəziləri konsultantdan daha böyükdürlər, daha böyük həyat təcrübəsinə malik olur, bəzən daha böyük biliyə malik olur – bu kliyentdə əminsizlik yaradır.
Belə situatsiyalarda meydana çıxan həyəcanı təbii qəbul etmək lazımdır. Həyəcanın bir sıra səviyyəsi dərkolunmuş professional özünüdərkə işarədir.
Konsultativ əlaqənin müəyyənləşdirilməsi
Şəxsiyyətin pozitiv istiqamətdə dəyişilməsini şərtləndirən kifayət qədər şərait varmı ? **** ? Bu suala Rocers 6 sualla cavab verir :
1. İki nəfər psixoloji əlaqədə olur
2. I pesronaj ( kliyent ) psixoloji pozğunluqlar vəziyyətində olur
3. II personaj ünsiyyətdə aktiv rol oynayır
4. Məsləhətçi kliyentə şərhsiz hörmətlə yanaşır
5. Məsləhətçi empatiyanı yaşayır. Kliyentin fikrini qəbul edir, başa düşür.
6. Empatik anlama və hörməti ( məsləhətçinin ) minimal ifadə zamanı da kliyentə verilir.
Müəyyən zamanda 6 şərt təmin olunubsa kifayətdir. Kliyent məsləhətçi ilə əlaqədə olurb kənardan köməyi qəbul etmək üçün həssas vəziyyətə gətirilməlidir.
Konsultativ kontakt dinamikdir. Bu zaman bir adam digərinə pozitiv istiqamətdə inkişafı özünün potensialını aktuallaşdırmaq üçün daxili resurslardan istifadəyə kömək edir. Bu kontaktın bir neçə xüsusiyyətini göstərmək olar :
1. emosianallıq. ( kontakt koqnitiv deyil, emosionaldır ). O kliyentin yaşantılarının tədqiqi kimi başa düşülür.
2. intensivlik : belə kontakt səmimi münasibəti yaşantıların qeyri – mübadiləsi kimi təsəvvür edilir. O intensiv ola bilməz
3. dinamiklik : kliyent dəyişən zaman kontaktın xüsusiyyəti dəyişir.
4. məxfilik : konsultantın vəzifəsini kliyent haqqında məlumatı yaymamaqdır
5. dəstək vermək : kliyentə daimi dəstək stabilliy təmin edir. Kliyentə özünü başqa cür aparmağa risk etsin
6. xeyirxahlıq:
kliyentin psixoloji problemlərini həll etmək üçün konsultativ kontaktı terapevtik, səmimi edən nədir ? I – məsləhətçi və kliyent arasındakı kontaktın xarakteri, kliyentin başqaları ilə münasibətinin xüsusiyyətlərini onun ünsiyyətindəki stereotipini əks etdirir.
Bu prosesdə kontaktın xarakteri məsləhətçinin hansı nəzəriyyəyə istiqamətlənməsindən asılıdır.
Konsultativ kontakt haqqında müasir təsəvvürlər :
I psixoanalitik istiqamət : konsultant kliyentin ona hisslərini bildirmək üçün anonimliyi saxlayır.
Diqqət : kliyentin köçürülməsinin təhlili zamanı müqavimətin azalmasına, daha rasional istiqamətə yönəldir.
Konsultant kliyentin verdiyi materialı interpretasiya edir, indiki davranışını keçmiş hadisə ilə əlaqələndirməyə kömək edir.
II Adleryan istiqamət : iki şəxs arasında məsuliyyətin bölünməsinə üstünlük verilir. Etibar və qeyri – hörmət, mövqe bərabərliyi konsultantın ümumi məqsəd müəyyən edilir.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən sweet ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: sweet Baxıxılıb: 1347 Əlavə edilib: 25 мая 2010  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©