Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: İntellektin ölçülməsi
  • 0
İntellektin ölçülməsi
İntellektin ölçülməsinin müxtəlif nəzəriyyələrə aid bir çox metodları var. Bunlardan ən çox istifadə olunan metod IQ (Intelligence quotient – intellekt koeffisenti) testləridir. Bu testlərə verbal-linqvistik, məntiqi-riyazi, vizual-fəza qabiliyyətlərinə aid tapşırıqlar daxil edilir. Müxtəlif ölkələrin universitetləri tərəfindən intellektin fərqli sahələrinə aid, emosional intellektə aid testlər yaradılmışdır.

Emosional intellektə aid testlərə müxtəlif affektləri təsvir edən və situasional suallar daxil edilir. Bu suallara cavablar “heç razı deyiləm.......tamamilə razıyam” şkalası üzrə verilir. Bu suallardan bəziləri aşağıdakılardan ibarətdir:

Mən narahat olanda bunun səbəbini müəyyənləşdirməkdə çətinlik çəkmirəm. Emosional insanlar məndə narahatlıq yaradır. Mən işi həmişə yaxşı görməyə çalışıram, hətta bunu heç kim görməsə belə. Adamlar yaxşı iş görəndə mən buna görə onlara kompliment deyirəm.

Müasir intellekt nəzəriyyələrinin müəllifləri və bu sahədə çalışan tədqiqatçılar intellektin ölçülməsinin ənənəvi yollarını, xüsusilə də IQ testlərini gələcək individual uğurların əsas göstəricisi hesab edilməsinin əleyhinədirlər. Onların fikrincə bu testlər əsil intellekti ölçmürlər. 1980-ci illərdə aparılan tədqiqatlar göstərir ki, Braziliyalı küçə uşaqları özlərinin xırda biznesləri üçün tələb edilən riyazi əməliyyatları yaxşı bildikləri halda, məktəbdə oxşar tapşırıqları yerinə yetirə bilmirlər. Amerikada Kaliforniyalı evdar qadınlar supermarketdə müxtəlif ərzaqların qiymətlərini müqayisə etmək üçün asanlıqla riyazi hesablamalar apardıqları halda, eyni məsələləri kağız, qələmlə həll etməkdə çətinlik çəkirlər.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 954 Əlavə edilib: 16 августа 2010  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©