Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: İnsan intellektinin öyrənilməsinin erkən tarixi
  • 80
İnsan intellektinin öyrənilməsinin erkən tarixi


İngilis polimat (müxtəlif sahələrdə geniş biliklərə malik adam), antropoloq, tədqiqatçı, psixometrik və statistiki F. Galton (qalton oxunur) dövrünün qabaqcıl adamlarının bioqrafiyalarını araşdıraraq qabiliyyətlərin irsən keçməsini öyrənən tədqiqat apardı. Bu tədqiqatı o 1869-cu ildə Hereditary Genius kitabında təsvir etdi. Bir neçə il sonra Galton öyrəndiyi sahəyə aid sorğu tərtib etdi və onu Kral Cəmiyyətinə (Royal Society) daxil olan elm adamlarına göndərdi. Bu sorğu ilə o müəyyənləşdirməyə çalışdı ki, onun respondentlərinin ailələrinə aid cəhətlərilə (dünyaya gəlmə sırası, məşğuliyyət, irq) onların elmə maraqları arasında əlaqə varmı. Galton bu araşdırmaları 1874-cü ildə, English men of science: their nature and nurture kitabında nəşr etdirdi. Bu tədqiqatla o, şəxsiyyətin formalaşmasında irsiliyin və ya ətraf mühitin daha mühüm rol oynaması sualını (nature versus nurture) ortaya qoymuş oldu. Bundan başqa Galton ilk olaraq müxtəlif fiziki və mental göstəricilər arasında korrelyasiyanı ölçdü (1888). İntellektin öyrənilməsinin Galtonun bu tədqiqatları ilə başladığı hesab edilir. Galton ilk olaraq nümayiş etdirdi ki, Laplace-Gauss paylanması (normal paylanma) insanın psixoloji xüsusiyyətlərinə, o cümlədən də intellektə tətbiq oluna bilər.

1904-cü ildə Fransız hökuməti inkişafda gecikmiş uşaqların təhsili üçün plan hazırladı və bu iş üçün psixoloqlardan ibarət komisiya təyin etdi. Komisiyaya tapşırıldı ki, belə uşaqları müəyyənləşdirmək üçün mexanizm hazırlasın. Bu komisiyanın üzvü olan Fransız psixoloqu Alfred Binet (bine oxunur) öz həmkarı T. Simon ilə birlikdə uşaqların qabiliyyətlərini müəyyənləşdirən, indi Binet-Simon şkalası adlanan testi hazırladı. Bu test sonradan Binet və Simon tərəfindən dəfələrlə təkmilləşdirildi.

İngilis psixoloqu, faktor analizin müəllifi Charles Spearman 1904-cü ildə ümumi intellekt (general intelligence factor və ya g factor) ideyasını təklif etdi. Spearman mental testləri yerinə yetirmiş uşaqların nəticələrini gözdən keçirərkən müşahidə etdi ki, hər uşağın nəticəsini iki faktor istiqamətində bölmək olar. Bu faktorlardan biri həmin uşağın yerinə yetirdiyi müxtəlif sahələrə aid testlərdə eyni qalır, Spearman bunu g faktor adlandırdı. Digər faktor testdən testə dəyişirdi və Spearman bunu spesifik faktor adlandırdı.

1939-cu ildə Amerika psixoloqu David Wechsler müasirləşdirilmiş intellekt testini (Wechsler Adult Intelligence Scale - WAIS) yaratdı. Əsasında Binet-Simon şkalası duran Wechsler testi intellektin qiymətləndirilməsinə bir çox yeniliklər gətirdi.

1930-cu illərdə digər bir Amerika psixoloqu Louis Leon Thurstone əvvəlki intellekt nəzəriyyələrindən daha fərqli olan Əsas Mental Qabiliyyətlər Teoriyasını yaratdı. O, intellekt testlərindən və bir qədər dəyişdiyi faktor analizdən istifadə edərək sübut etməyə çalışdı ki, intellekt yeddi əsas qabiliyyət vasitəsilə üzə çıxır: nitq səlisliyi, deyiləni dərk etmək, obrazları fəzada təsəvvür etmək, ədədlərlə işləmək, assosiativ yaddaş, mühakimə, qavrama sürəti. Onun ideyaları sonrakı çoxtərəfli intellekt nəzəriyyələri üçün əsas oldu.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 1205 Əlavə edilib: 16 августа 2010  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©