Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Psixolinqvistika
  • 80
Psixolinqvistika

Psixolinqvistika (psycholinguistics) – psixologiya və linqvistikanın (dilçiliyin) vəhdətindən yaranmış elm sahəsi. Linqvistika nitqin təşkilini dil qanunlarına uyğun olaraq öyrənir. Psixolinqvistika isə nitqin yaranması prosesinə, nitqin qavranmasına və doğma dillə xarici dilin necə dərk olunmasına müraciət edir. Psixolinqvistika nitqi ilk öncə psixoloji fenomen kimi öyrənən dilçilik sahəsidir. Psixolinqvistikaya görə dil danışanın və dinləyənin, yazanın və oxuyanın daxili dünyası qədər mövcud bir faktordur. Bu sahə "ölü" dilləri öyrənmir, çünki bu zaman qədim yazılarla yanaşı həmin dilləri yaradan cəmiyyətin psixi dünyası gəlib çatmayıb.

Psixolinqvistikanı qismən linqvistika və qismən də psixologiya kimi qiymətləndirmək düzgün deyil. Bu, dili, nitqi öyrəndiyinə görə linqvistikaya və dili müəyyən aspektdən – psixoloji fenomen kimi öyrəndiyinə görə psixologiyaya aid olan kompleks elmdir.

Psixolinqvistika təxminən 50 il bundan öncə ABŞ-da yaranmışdır. Psixolinqvistika termininin özü 1950-ci illərdə ABŞ-da artıq yaranmaqda olan yeni istiqaməti xarakterizə etmək üçün istifadə olunmuşdur. Bu terminin yaranma tarixi 1953-cü il hesab olunur ki, sosial elmlər üzrə aparılan araşdırmaların nəticələrinin müzakirəsi üçün İndiana universitetində universitetlərarası seminar təşkli olunmuşdur.

Psixolinqvistikanın öyrəndiyi sahələrə aiddir:

Nitqin yaranması. Nitqin yaranmasının mərhələli xarakteri. Daxili nitqin növləri. Nitq mülahizəsinin böyük və kiçik proqramları.
Nitqin qavranması. Nitq söyləmənin formasının qavrayışı və məzmunla mənanın konstruksiyası. Nitq qavrayışının mərhələli xarakteri. Mətnin real həqiqətləri əks etdirmə vasitəsi kimi qavrayışı.
Dilin ontogenezi. Anadangəlmə/qazanılmış dil qabiliyyəti. Dil qabiliyyətinin formalaşmasının ilkin şərtləri. Doğma və xarici dillərin öyrənilməsi zamanı yaranan fərq. Ontogenez biliyinin ümumiləşdirilməsinin formalaşdırılması.
Nitqi ünsiyyət. Fəaliyyət, ünsiyyət, kommunikasiya və dilin nisbəti. Fəal ünsiyyət sxemi. Ünsiyyətin əlavə modellərin köməyi ilə təsviri. Ünsiyyət prosesinin modeli.
Nitq prosesi təkcə bioloji deyil, eyni zamanda psixoloji faktor olub insanı xarakterizə edir. Yəni daha sadə desək, əgər ünsiyyətdə olduğumuz insanın nitqinə, tez-tez işlətdiyi ifadələrə fikir versək, o zaman həmin insanın xarakteri, onun düşüncəsi haqqında düzgün nəticələr çıxara bilərik

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 966 Əlavə edilib: 2 сентября 2010  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©