Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: HARRİ STEK SALLİVANIN
  • 100
İNSAN FƏRD OLARAQ DOĞULUR, LAKİN - YALNIZ VƏ YALNIZ CƏMİYYƏT DAXİLİNDƏ BİR ŞƏXSİYYƏT KİMİ FORMALAŞIR, İNSANI CƏMİYYƏT DİNDAR EDİR, CƏMİYYƏT ONA SOSİAL STATUS VERİR, CƏMİYYƏT ONA NİTQ VƏ ÜNSİYYƏT QABİLİYYƏTİ VERİR. CƏMİYYƏT DAXİLİNDƏ İNSAN YARADICILIĞA MEYL EDİR, ÖZÜNÜTƏSDİQETMƏ VƏ QİYMƏTLƏNDİRMƏYƏ EHTİYACI OLUR.İNSAN İNSAN DİQQƏTİ ÜÇÜN YAŞAYIR!



Həyatı: Harri Stek Sallivan 1892-ci ildə 21 fevralında Nyu-York ştatında Noriç qəsəbəsi yaxınlığında fermada anadan olub. Uşaq ikən o tez-tez xəstələnərdi, şızefreniyaya tutulduğu üçün trafında yaşadları az olmuş, dostları olmamışdı. Bəlkə də uşaqlıqda keçirtdiyi xəstəlikdən yaranan bu neqativ hallara görə o, psixologiyaya meyl etmişdir. Orta məktəbi bitirdikdən sonra o Çikaqoya gəlir və Çikaqo Tibb kollecinə daxil olur.Kolleci bitirdikdən sonra o əsgərliyə gedir.

Sallivan 1917-ci ildə doktor dissertasiyasını müdafiə etdikdən sonra birinci Dünya müharibəsində hərbi həkim işləyir. 1922-ci ildə o, Müqəddəs Yelizaveta adlı şəhər xəstəxanasında işləməyə başlayır. Buarda o ilk dəfə ciddi psixiloji pozxunluqlardan əziyyət çəkən xəstələrin müalicəsi üçün radikal metidlardan istifadə etməyə başlayır.O çizofreniyya xəstəliyi üzərində tədqiqatlar aparır, həmçinin klinik psixoloq kimi də şöhrət qazanır.

Vaşinqtondan Tausona köçdükdən sonra o,1923-cü ildən etibarən həm Şeppard və E.Prattın xəstəxanasında həkim işləyi,r həm də Merilend Tibb məktəbində professor kimi fəaliyyət göstərir. Məhz Tausonda o, 1929-cu ildən etibarən öz nəzəriyyəsinin əsas müddəaları üzərində çalışmağa başlayır. O, 30-40-cı illərdə müxtəlif universitetlərdə psixiatriya və psixologiyaya dair mühazirələr oxumuşdur.

1943-1947 –ci illərdə Vaşinqton psixiatriya məktəblərində söylədiyi leksiyalar onun ölümündən sonra tələbələri tərəfindən nəşr edilmişdir. Onon ilk kitabı 1942-cü ildə “Psixiatriyada klinik tədqiqatlar”( Clinical studies in psychiatry) adı ilə nəşr edilmişdir. İlk leksiyaları isə 1947-ci ildə nəşr olunan “Psixiatrik müsahibə” (The psychiatric interview) adlı kitabda toplanışdır.

1940-1941-ci illərdə Sallivan hərbi çağırış xidmətində konsultant kimi işləmiş, ikinci dünya müharibəsi dövründəisə seçim mərhələsi, efektli liderlik və əxlaqi prireoritetlərin bərkidilməsi proqramları üzərində işləmişdi.1948-ci ildə YUNESKO-nun müxtəlif proyektlərində fəaliyyət göstərmiş, eləcə də “Xalqlararası münasibətlərə gərginliyin təsiri” layihəsi üzrə tədqiqatlar aparmışdır.

Təəssüf ki, Sallivan özü həyatda şəxsiyyətlərarası münasibətlərdə daim əziyyət çəkmişdir. Bu həmişə onun həyatının ən aktual problemi olmuşdur. Bütün bu çətinliklərə baxmayaraq, məhz onun tədqiqatları nəticəsində insan şəxsiyyətinin formalaşması cəmiyyət çərçivəsində tam olaraq öyrənilmişdir. Desək ki, “başqalarını xilas edərək o özünü qurban etmışdir” doğru olar.

Sallivan 1949-cu ildə 14 yanvarda Parisdə vəfat etmişdir.Onun ailəsi olmamışdır və ondan qalan yalnız onun tədqiqatları, əlyazmaları və “Şəxsiyyətlərarası münasibətlər” nəzəriyyəsi oldu.


Nəzəriyyənin əsas anlayışları: Sallivan öz nəzəriyyəsini “şəxsiyyətlərarası psixiatriya nəzəriyyəsi” adlandırmışdır. Burda bilogoiyadan götürülmüş 3 prinsip əsas götürülür:

· sosial mövcudluq prinsipi

· funksional aktivlik prinsipi

· təşkilatçılıq prinsipi.

Həmçinin Salliven Amerikada mövcud olan iki nəzəriyyələri - psixoanaliz və biheviorizm nəzəriyyələrini öz nəzəriyyəsində birləşdirmişdir. Harri Sallivan öz nəzəriyyəsində iki əsas qüvvənin insana təsir etdiyini söyləyir: birincisi gərginlikdir, ikincisi isə enerjinin transformasiyasııdır. Bu iki anlayışlar sırf fiziki mənada qəbul edilir. Belə ki, Nyutona görə cisimdə iki enerji mövcuddur: potensial və kinetik. Sallivana görə enerji insanda ya gərginlik kimi, yada ki, birbaşa fəaliyyətdə əks olunur. Gərginlik isə mənbəyinə görə uyğunlaşmış və uyğunlaşmışmamış olur. Enerjinin transformasiyası isə növbələşir və davranışın konkret obrazlarına çevrilir ki, bu da onun həyatının dinamikasına çevrilir. Bu həyat dinamikaları hissi və intelektual olaraq iki qrupa bölünür və patternlərə çevrilir. Hissi patternlər ağız, dodaq, əllərlə - fiziki təmaslarla, inlellektual patternləri isə hadisə və davranışlara məntiqi yanaşma tərzində, münasibətdə ifadə olunur. Sallivan insan mövcudluğunun əsasını onda aktiv olan koqnitiv sistemin varlığındagörürdü.

Sallivana görə insan şəxsiyyəti anadangəlmə deyil, körpənin insanlarla ünsiyyətində, cəmiyyətlə təmasında formalaşır. Uşaq öz inkişafında bir neçə mərhələdən keçir. Bu mərhələlər biliklər sisteminin formalaşması əsasında müəyyən edilir ki, həmin dərəcələr bunlardır: prototoksis, parataksis, sintaksis.

· Prototoksis biliklərə ilkin ibtidai təsəvvür və təcrübələr daxildir. Zamanla bu biliklər insanın şüurunda başqa hisslərlə qarışır və üzə çıxdığı zaman dərk edilməz olur.

· Parataksis bilgilər səbəb-nəticə əlaqəli yaranan deduktiv təcrübə və təsəvvürlərdir. Lakin bu bilgilərin mənbəyi gizli və qarışıq, izahedilməz olur.

· Sintaksis bilgilər - yalnız insana məxsus olan bu bilgilər məntiq və təfəkkür vasitəsilə dərk edilməklə yanaşı, həm də simvollarla nəsildən-nəsilə ötürülmək imkanına malikdir. Bu biliklər idrakı və şüuru olan hər kəs tərəfindən qəbul edilir.

Hər bir mərhələdə uşaqda müəyyən bir model formalaşır.

Onun nəzəriyyəsinə görə tələbatlar insanlarda təlaşlqı yaradır. Sallivana görə insanlarda əsas və zonal tələbatlar vardır. Birinci dərəcəli (əsas) tələbatlara təlaşlıqdan qaçma və qayğıya olan tələbatları aid etmək olar. Təlaşlıqdan qaçma tələbatı insan şəxsiyyətində aparıcı rol oynayır və “Mən sistemi”nin formalaşmasına təsir göstərir.

Sallivan “Mən sistemi”nin 3 strukturunu ayırır: “yaxşı Mən”, “pis Mən” və “qeyri-Mən”. “Mən sistemi” uşağın ilk 12-18 aylarında formalaşır. Sallivan “Mən sistemi”ni şəxsiyyətin formalaşması strukturunun ilk bünövrə daşı hesab edirdi. Insanın özü haqqında pis fikiləri təlaşlığın yaranmasına səbəb olur. Psixologiyada insanların bir birini qavramasında stereotiplərin rolu haqqında baxışlar məhz Sallivana məxsusdur.

Məhz buna görə öz təhlükəsizliyini təmin etmək üçün insan iki növ fəaliyyətə meyl edir: dissosiasiya və məhdud seçmə.

Dissosiasiya zamanı insan müəyyən meyl və ehtiyacları şüuruna daxil etmək istəmir. Bu meyl və ehtiyaclar sosial norma və qanunlara uyğun olur. Lakin həmin meyl və ehtiyaclar onun yuxusuna fikirlərinə və digər şüursuz fəaliyyətində üzə çıxa bilir.

Məhdud seçmə zamanı insan görmək istəmədiyi əşya və hadisələri hiss etməməyə çalışır, onlardan qaçır. Əsasəndə qəbul etmək istəmədiyi hadisələri unutmaq üçün bu davranışdan istifadə edir. Sanki baş verənlər dondurulur.

Sallivan psixoanalitiklərin tələbatların şüursuz xarakteri haqqında fikirləri ilə, eləcə də aqressiv instinktin anadangəlmə olması ilə razılaşmamışdır. O əmin idi ki, aqressiya və təlaşlıq uşaqların ilk günlərində yaranır. Uşaq öz təlaşlıq hissini onun rahatlığına görə narahat olan anadan alır. Sonralar təlaşlıq hissinin yaranmasının digər səbəbləri yaranır. Bu da aqressiyanın yaranmasına gətirib çıxarır ki, insanda “yaxşı Mən” və “pis Mən”in dominantlığından asılı olaraq da situasiyanın həlli yolları dəyişir. “Mənfi Mən” dominant olduğu halda günahın kiminsə üzərinə atılması baş verir. Bu da müəyyən psixoloji müdafiə mexanizmlərinin aktivləşməsinə səbəb olur.

İnsan daim xeyir və şər arasında seçimdə olur, bir çox dinlər və qanunlar insana bu bu işdə kömək etməyə çalışsada, insan hər bir halda öz dünyagörüşünə və əxlaqi səviyyəsinə görə seçim edir.

Beləliklə, təəssüratlar üç mərhələdə baş verir: prototoksis, parataksis, sintaksis.

Həmçinin iki qrup gərginlik mövcuddur:

- Ehtiyaclar

- Enerjinin transformasiyası

Ehtiyaclar da öz növbəsində iki növdə olur:

- Əsas ehtiyaclar

- Zanal ehtiyaclar

Əsas ehtiyaclara daxildir – şəxsiyyətlərarası və fizioloji.

Zonal ehtiyaclara isə daxildir – oral, genital və manual ehtiyaclar.

Gərginliklər ehtiyacların ödənilməsinə görə uyğunlaşmış və uyğunlaşmamış formada olur.

Enerjinin transformasiyası – ehityacların ödənilməsinə görə və ya narahatçılığın dərəcəsini azaltmaq üçün açıq və gizli şəkildə fəaliyyətdə özünü göstərir.


Insan şəxsiyyətinin inkişafını altı mərhələyəbölür:

I. Körpəlik – 0-2 yaş arası,onun üçün əsas insan anadır, vacib olan ehtiyac nəvazişdir. Əsas prototoksis bilgi myaxşı ana və ya pis anadır.

II. Uşaqlıq – 2-6 yaş arası, əsas adamlar valideynlərdir. Vacib olan ehtiyac qorunma və diqqətdir.

III. Yuvenil əsr - 6-8,5 yaşarası, yeni tanışlar yaşıdları, insanlarla münasibətdə orientasiya olmaq istəyi.

IV. Gənclikqabağı dövr – 8,5-13 , tək dosta ehtiyac hisi yaranır.

V. Erkən gənclik- 13-15 qrup münasibətləri, müxtəlif insanlarla əlaqə vəmünasibətlər.

VI. Yetişkin gənclik – 15-dən yuxarı, fiziki yaxınlıq ehtiyaclarının yaranması, əks cinslərə maraq və meyl, özünü kəşf və təsdiqləmə ehtiyaclarınınformalaşması.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 1067 Əlavə edilib: 18 сентября 2010  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©