Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: 10 qızıl dərs...
  • 0
Albert Eynşteyn çox gözəl bir fizik olmuşdur. O, çoxsaylı fizika qanunlarını açmış və zəmanəsinin alimlərindən bir neçə addım irəlidə idi. Lakin, insanlar onu yalnız buna görə dahi adlandırmırlar. Professor Eynşteyn uğurun qanunlarını çox gözəl anlayan filosof idi və bununla yanaşı həmin qanunları çox gözəl ifadə edirdi. Onun dahi sözlərinin toplusundan on dənəsini sizə təqdim edirik. Sizin də gündəlik həyatınızda istifadə edə biləcəyiniz, 10 qızıl dərs.
1. Heç bir səhvi olmayan insan, yeni bir şey etməyə cəhd belə etməyib.
İnsanların əksəriyyəti səhv etmək qorxusundan, həyatında yenilik etməkdən çəkinirlər. Ancaq, bundan qorxmaq lazım deyil. Əksər hallarda, məğlub olmuş şəxs, uğuru heç nədən qazanmış insandan, daha güclü olub, qələbəni necə əldə etməyi öyrənir.
2. Təhsil – məktəbə öyrədilənlərin hamısı yaddan çıxdıqdan sonra, qalanlardır.
30 ildən sonra (bəlkə də daha tez), siz məktəbdə öyrəndiyiniz hər bir şeyi unudacaqsınız, yerdə qalan yalnız özünüzün öyrəndikləri olacaq.
3. Öz xəyallarımda mən bir rəssam kimi rəsm çəkirəm. Xəyal biliklərdən vacibdir. Biliklər məhdudurlar. Xəyallar isə bütün kainatı əhatə edir.
İnsanların daş dövründən, indiki inkişaf səviyyəsinə kimi gəlib çatmasını nəzərdən keçirtdikdə, xəyalın gücünü anlayırsan. Hal-hazırda bizim istifadə etdiklərimiz, əcdadlarımızın xəyallarının nəticəsidir. Sabah bizdə olacaqlar isə, bu günkü xəyallarımızın nəticəsi olacaqlar.
4. Yaradıcılığın sirri, ilhamın əmələ gəlmə mənbəyini gizlətmə bacarığıdır.
Sizin yaradıcılığınızın unikallığı, onların əmələ gəlmə mənbələrini məharətlə gizlədə bilməyinizdən asılıdır. Sizi başqa müdrik insanlar həvəsləndirə bilər lakin, əgər bütün dünyanın diqqəti sizdədirsə, o zaman sizin fikir və ideyalar unikal görünməlidirlər.
5. İnsan əldə edə biləcəyi ilə deyil, verə biləcəyi əsasında qiymətləndirilməlidir. Çalışın uğurlu deyil, qiymətli insan olasınız.
Bütün dünyada tanınmış insanlara baxsanız görərsiniz ki, onların hər biri bu dünyaya nə isə bir xeyir verib. Nə isə götürə bilmək üçün, ilk növbədə nə isə verməlisiniz. Sizin məqsədiniz dünyanın incilərini artırmağa yönələcəyi an, siz növbəti səviyyəyə qalxacaqsınız.
6. Həyatı iki cür yaşamaq olar: siz sehrin olmadığı bir dünyada yaşaya biləcəyiniz kimi, sehirlər ilə dolu bir dünyada da yaşaya bilərsiniz.
Əgər dünyada sehrin olmadığını qəbul etsəniz, istədiyiniz kimi, maneəsiz yaşaya bilərsiniz. Əgər dünyada hər bir şeyin sehr olduğunu qəbul edərək yaşasanız, o zaman ən kiçik gözəlliklərə də valeh ola biləcəksiniz. Hər iki yol ilə yaşasanız, sizin həyatınız həm xoşbəxt, həm də verimli olacaq.
7. Mən özümə və düşünmə tərzimə nəzər yetirdikdə, anlayıram ki, fantaziya və xəyallarım mənim üçün, abstrakt düşünə bilmə bacarıqlarımdan daha qiymətlidir.
Həyatınız boyu əldə edə biləcəkləriniz haqqında arzular – pozitiv həyatın ən əsas elementidir. İcazə verin xəyallarınız yaşamaq istədiyiniz dünyanı yaratsınlar.
8. Qoyun sürüsünün qüsursuz üzvü olmaq istəyirsinizsə, ilk növbədə qoyun olmağı bacarmalısınız.
Əgər siz uğurlu iş adamı olmaq istəyirsinizsə, ilk növbədə biznes ilə məşğul olmağa başlamalısınız. Başlamaq istəyibdə, nəticələrdən qorxmaq sizə heç bir şey verməyəcək. Bu qanun həyatın digər hissələrində də keçərlidir: qalib olmaq üçün, ilk növbədə oyuna başlamaq lazımdır.
9. Əvvəl oyunun qaydalarını öyrənmək, sonra isə hər kəsdən yaxşı oynamaq lazımdır.
Oyunun qaydalarını öyrənib, hər kəsdən yaxşı oynayın. Bu qədər sadə.
10. Ən əsası sual verməkdən çəkinməyəsiniz. Hər şeylə maraqlanmaq istəyi insana hədər yerə verilməyib.
Ağıllı insanlar hər zaman sual soruşarlar. Məsələyə cavab tapmaq üçün, özünüzdən və digər insanlardan soruşun. Bu sizə yeni biliklər öyrənmək ilə yanaşı, öz biliklərinizin inkişafını analiz etməkdə kömək edər.
Albert Eynşteyn
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən _Ilashka_ ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: _Ilashka_ Baxıxılıb: 1456 Əlavə edilib: 23 ноября 2010  

#1 Müəllif: Freud (27 февраля 2011 22:46)


Qrup: Istifadəçi
Eynsteyn hec usaqliqda agilli olmayib. Qoyunun biri imis wink
ICQ:

 
#2 Müəllif: hesenzade (17 декабря 2011 19:49)


Qrup: Istifadəçi
sag olun.eger insan sehv etmeyibse demeli hecc ne etmeyib.mene yeniden baslamaqaa stimul verdi
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Сентябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©