Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Verter effekti ve ya kutlevi intiharlarin sebebi
  • 100
Verter effekti və ya kütləvi intiharların səbəbləri
Psixologiyada «Verter effekti» deyilən bir fenomen mövcuddur. Effekt ilk dəfə dahi alman yazıçısı İohan fon Hötenin «Gənc Verterin iztirabları» adlı əsəriylə əlaqədar müşahidə olunduğundan, bu əsərin qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür.
Fenomen o qədər güclü səviyyə alır ki, bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir (Analoji hal 2000-ci ildə Murat Kəkilli adlı bir tanınmayan türk müğənnisinin ifa etdiyi «Bu axşam ölürəm» adlı mahnısı ilə əlaqədar da baş verdiyi, yəqin, çoxlarının yadındadır. Mahnının təsiriylə özünəqəsd halı bir epidemiya kimi Türkiyə ilə Azərbaycanda yayıldı və iş o yerə gəlib çatdı ki, hər iki ölkənin radiostansiyaları intiharların qarşısını almaq üçün, mahnını efirə verməkdən birdəfəlik imtina etdilər).
Fenomenin izahını Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips verdi. 1947-1962-ci illər ərzində ABŞ-ın ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək, Filips bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Onun tədqiqatlarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi əlahiddə rol oynayır. Özü də, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar.
Beləliklə, özünə inamı olmayan və ya verilmiş situasiyada özünəinamsız, mütəəssir halda olan ayrı-ayrı individlərə çoxluğun «qrup təzyiqi» effektinin təsiri göz qabağındadır.
Deyilənlərdən əlavə, hansısa hərbi əməliyyatlarda, o cümlədən, Qarabağ döyüşlərində iştirak edən hər kəs yaxşı bilir ki, qızğın atışmalar zamanı cəmisi bir nəfərin özünü irəli atması, hamıya necə sürətlə sirayət edib, hamının özünü şüursuz vəziyyətdə onun arxasınca irəli atmasına, əksinə, kiminsə səngərdən çıxıb qaçması başqalarının da inamını zəiflədib geri çəkilməsinə güclü təsir göstərə bilir. Hansı ki, sonradan düşünəndə həmin an irəli getməyə və ya ikinci halda geri çəkilməyə heç bir zərurət olmadığı aydın olur.
Bütün bunların nəticəsi olaraq isə – fahişəliyin və ailə dağılmalarının kütləvi hal alması barədə mətbuatın gecə-gündüz çoxsaylı faktlar dərc etməsi, hətta bu barədə həyəcan təbili çalmaq formasında da olsa, mütəmadi müzakirələr açması, ümumiyyətcə, istənilən formalı parnoqrafiyanın leqal formaya keçirilməsi – bu kimi halların cəmiyyətdə daha da intişar etməsində, cəmiyyətin mənəvi uçuruma yuvarlanmasında nə dərəcədə detonator rolu oynayır?!


Cabbar Məmmədov "Diplomatik Psixologiya"kitabından çıxarış

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 1062 Əlavə edilib: 24 марта 2011  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©