Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Autizm
  • 0
Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.
Autizm-erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik bir pozuntudur.
Autizm ilk olaraq 1943-cü ildə Amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən "Erkən Uşaqlıq Autizmi" olaraq adlandırılmışdır.
Autizmin spektr pozuntuları
Autizm
•Asperger sindromu
•Rett sindromu
•Uşaqlıq dezinteqrativ pozuntusu•
Atipik autizm


SƏBƏBLƏRİ
Autizm-anadangəlmədir. Səbəbi dəqiq məlum deyil. Nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı beyin hissəsində bir problem olduğu deyilir.
Bəzi mütəxəssilər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edir.
Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir. Tək yumurta əkizləri genetik baxımdan bir-birilə eynidir. Əgər tək yumurta əkizlərindən biri autizmlidirsə, digərinin autizmli olma riski 35-70% ola bilər. Fərqli yumurta əkizlərində isə bu risk 0-23%-dir. Ailənin ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15%-dir.

Autizmin Tipik Xüsusiyyətləri
•Başqalarına qarşı maraqsızdır.
•Göz təmasından qaçır.
•Başqaları ilə ünsiyyət qurmur.
•İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir.
•Digər uşaqlarla oynamır.
•Uzun müddət ərzində eyni mövzu üzərində danışır.
•Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir.
Mənasız sözləri ardıcıl təkrarlayır.
•Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir.
•Yaradıcılıq tələb edən oyunları oynaya bilmir.
•Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir
•Davamlı olaraq eyni oyunları oynayır
•Ağrıya qarşı laqeyddir
•Səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeyddir
•Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)
•Tək qalmağı seçir
•Təmasdan və qucağa alınmaqdan xoşu gəlmir
•Predmetlərə bağlanır
•Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir. Danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır

Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 1823 Əlavə edilib: 22 мая 2011  

#1 Müəllif: MENASIZ-HEYAT (8 июня 2011 22:51)


Qrup: Istifadəçi
BUNLARIN HAMSI MENDE VAR. MEN BUNLARDAN NECE QURTULA BILEREM MENE BIR YOL GOSDERIN COX XAYISH EDIREM
ICQ:

 
#2 Müəllif: MENASIZ-HEYAT (16 июня 2011 23:44)


Qrup: Istifadəçi
MENDEDE BU XESDELIKLERIN DEMEK OLARKI 99.9% VAR INANINKI BU DERDEN QURTULMAQCUN SIQARETI SIQARETE CALIYIRAM
ICQ:

 
#3 Müəllif: derya__ (24 июля 2011 16:41)


Qrup: Istifadəçi
salam mende bunu hamisi demezdim var ancaq umumiyyetle qurtulmaq isterdim
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©