Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: GÜLÜŞÜMÜZ XARAKTERİMİZİ GÖSTƏRİR
  • 0
Dahi filosof Aristotel hesab edirdi ki, insanın xarakterini təkcə üzünə görə yox, həm də gülüşünə görə müəyyən etmək olar. Qoy sizin də kiminsə gülüş tərzini müşahidəniz onu daha yaxşı anlamağa və xarakterini öyrənməyinizə kömək etsin. Bir qayda olaraq, gülüşün səsi və tembri sait səslərlə müəyyən edilir. Demə,bizim bütün «hi-hi-hi» və «ha-ha-ha»larımızı gülüşümüzdə hansı saitin çoxluğundan asılı olaraq rahatca açmaq olar. Psixoloqlar təsdiq edirlər ki, bu üsulla insanın emosiyaları, onun səmimiyyəti barədə çox şey öyrənmək mümkünür.

«A» saitli (ha-ha) gülüş açıq, loyal, fəal, bəzən isə qeyri-sabit insanlara məxsusdur. Ürəkdən gələn bu gülüş coşqun sevinci ifadə edir, səsi kənara yayır. Şənlənən və nə özünə, nə də ətrafdakılara nəyi isə sübüt etmək istəməyən adamlar bu sayaq gülürlər. «A» saitli gülüş ən səmimi gülüş hesab edilir.

«E» (he-he) ilə gülənlər isə fleqmatiklər və melanxoliklərdir. Bu gülüş sanki ağızda gizlədilir və ətrafdakılara ünvanlanmır. Özünə inanmayan, hər şeyə şübhə ilə yanaşan insan belə gülür.

"İ" saiti (hi-hi) sadəlövh, müti və yaltaq kəslərin gülüşü üçün xarakterikdir. Hi-hili gülüş səmimi və ikiüzlü, nazlı və sadəlöhv də səslənə bilər. Adətən yaşından cavan görünmək istəyən qadınlar belə gülürlər.

«O» saiti (ho-ho) ilə xeyirxah və cəsur adamlar gülürlər. Bəzən isə belə gülüş rahatlıq və ya heyrəti də nümayiş etdirir. Çox vaxt nədənsə möhkəm incimiş insanın müdafiə reaksiyasını da ifadə edir. «O» saitli həm də səsin hündürlüyündən asılı olaraq tərslik və ya ələ salmaq istəyini ifadə edə bilər.

«U» saiti ilə (hu-hu) adətən təhlükəni öz təbəssümü ilə qarşılamağa cəhd göstərənlər gülür.Bu cür gülüş güclənən qorxunu, hürkünü ifadə edir.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Ataturk ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Ataturk Baxıxılıb: 2097 Əlavə edilib: 4 декабря 2011  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Сентябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©