Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: CİNAYƏTKARIN ŞƏXSİYYƏTİ
  • 0
CİNAYƏTKARIN ŞƏXSİYYƏTİ

Cinayətkarın şəxsiyyəti dedikdə, fərdin bu və ya digər Cinayət əməlini törətməsini şərtləndirmiş tipoloji keyfiyyətlərin məcmusu nəzərdə tutulur.
Cinayətkarın şəxsiyyəti anlayışı özünə;
1. fizioloci
2. sosial-demoqrafik
3. sosial- psixoloji
4. intellektual
5. emosional
6. iradi
7. eləcə də funksional əlamətlərin kompleksini daxil edir.
Sosial – demoqrafik əlamətlərə cins, yaş, ailə vəziyyəti, təhsil, profes¬sional məşğuliyyət növü, maddi vəziyyət, məhkumluq haqqında məlumat aid edilir. Bu əlamətlər öz-özlüyündə subyekit hər hansı cinayəti törətməyə meylli olan insan kimi xarakterizə etməsə də, digər xüsusiyyətlərlə əlaqələndirildikdə həmin insan haqda ətraflı təsəvvür yaradır. Məsələn, tədqiqatlar göstərir ki, cinayətkarlar arasında qadınlara nisbətən, kişilər üstünlük təşkil edir. 25-29 yaşlı şəxslər daha çox kriminogen fəallığa malik olur. Onların ardınca 18-24, 14-17, ən nəhayət 30-45 yaşlı şəxslər gəlir. Qətil, sağlamlığa xəsarət yetirmək, soyğunçuluq, oğruluq, xuliqanlıq 30 yaşına qədər şəxslər tərəfindən törədilir.
Əksər müəlliflərin fikirincə, gənclərin kriminogen fəallığı onların aşağı emosional sabitliyi, yüksək impulsivliyi, sosializasiyanın lazımi səviyyədə olmaması, sabit həyat planlarının olmaması ilə bağlıdır.
Cinayət törədənlərin ümumi təhsil səviyyəsi bir qayda olaraq aşağıdır. Zorakı və zorakı tamahkar cinayətlər törədən şəxslərin təhsil səviyyəsi aşağıdır, təhsil
səviyyəsi nisbətən yüksək olan şəxslərin arasında az-çox vəzifə cinayətlərinin törədilməsi üstünlük təşkil edir.
Sosial-psixoloji əlamətlərə isə 4 mühüm alt struktur daxil edilir:
1. İstiqamətlər-şəxsiyyətin nisbətən sabit, sosial cəhətdən əhəmiyyətli keyfiyyətlərinin məcmusudur (sərvət meylləri, sosial ustanovkalar, aparıcı motivlər).
2. Təcrübə altstrukturu – bura aparıcı fəaliyyət formalarının seçimində təzahür edən bilik, vərdiş, adətlər və s. keyfiyyətlər daxildir.
3. Psixi inikas formaları altstrukturdur. Bunlar idrak proseslərində, emosional vəziyyətdə təzahür edir.
4. Temperament və digər bioloji, irsi cəhətdən şərtlənmiş altstruktur.
İntellektual əlamətlərə əqli inkişaf səviyyəsi, biliklərin həcmi, həya təcrübəsi maraqların məzmunu və rəngarəngliyi və s.
Emosional əlamətlərə - sinir proseslərinin gücü, müvazinəti, hərəkətliliyi, hisslərin dinamikliyi, emosional oyanıqlıq səviyyəsi, müxtəlif qıcıqlandırıcıların reaksiyası, gücü və tempi, yaşantıların davamlılığı və ya dəyişkənliyi və s.
İradi əlamətlərə öz fəaliyyətini şüurlu olaraq tənzimləmək qabiliyyəti, qarşıya qoyulmuş məqsədə çatmaq, qərar qəbul etmək və bu qərarı həyata keçirmək qabiliyyəti, dözümlülük, məqsədyönlülük, təşəbbüskarlıq, inadkarlıq və s.
Funksional əlamətlər (sosial rollar) - sosial rollar şəxsin müəyyən sosial qrupa mənsub olması və ictimai münasibətlər sistemindəki mövqeyi ilə şərtləndirilən real sosial funksiyalar başa düşülür.
Sosial rollar insanın sosial statusu ilə, onun hüquq və vəzifələri ilə bağlıdır. Sosial statusa uyğun olaraq hər bir insandan müəyyən qaydada davranış və hərəkətlər gözlənilir. Şəxs tələb olunan rolları yerinə yetirmirsə onunla cəmiyyət arasında, yaxud, şəxslə onun əhatəsi arasında münaqişə yarana bilər.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 839 Əlavə edilib: 13 июля 2012  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Октябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©