Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Xalq pedaqogikasında əmək tərbiyəsi.
  • 0

Xalq pedaqogikasında əmək tərbiyəsi.

Xalq pedaqogikasında əmək məsələlərini ötrənmək üçün əvvəlcə əməyin insan həyatında nə kimi əhəmiyyəti vardır və sonra əmək xalq pedaqogikasında necə təcəsüm olunmuşdur? deyə düşünək...
İnsanın əmələ gəlməsi və bir şəxsiyyət kimi formalaşması çox uzun bir dövr davam etmiş, bu prosesin əsasını təşkil edən ilk amil isə əmək olmuşdur. Yaşamaq üçün, dər bir daxili ehtiyacı ödəmək üçün zəhmət çəkmək, əməkdə iştirak etmək tələb olunur. Əmək olmadan bəşər cəmiyyəti yaşayıb inkişaf edə bilməz və əmək insan tərbiyəsi üçün əsas olduğundan bütün xalqların pedaqogikasında mərkəzi yeri tutur. İnsani keyfiyyətlərin əmək prosesində formalaşdığı bir həqiqətdir. Bu həqiqət Azərbaycan xalq yaradıcılığında da öz əksini tapmışdır. Məsələn : atalar sözü olan İş insanın cövhəridir. , yəni iş, əmək insan varlığının başlanğıcı, əzəl bünövrəsidir. Zəhmətkeş kütlələrin praktik fəaliyyətində əməklə tərbiyə vahid bir prosesin iki cəhəti kimi bir-birindən ayrılmaz olmuşdur.
Azərbaycanın ərazisi, mülayim iqlimi, zəngin sərvətləri, gözəl təbiəti, coğrafi şəraiti yaşayış üçün əlverişli olmuş, insanların müxtəlif növ əməklə məşğul olmasına geniş imkan yaranmışdır. Hələ daş dövründən bu yana mis, tunc, dəmir dövrlərində iqlim şəraitindən asılı olaraq, bağçılıq, üzümçülük, misgərlik, maldarlıq və əkinçiliklə məşğul olmuşlar. ( VII əsrdə qıza elçi gələrkən gəbə toxuya bilirsənmi ? ) Təsərrüfat həyatının inkişafı təsərrüfat həyatında fəsillərin oynadığı rolla, heyvandarlıqla əlaqədar, ( balalama, yun qırxma, sağım ) müxtəlif bayramlar, şənliklər, mərasim və oyunlar, nəğmələr, hikmətamiz kəlamlar meydana gəlmiş, nəsildən-nəslə ötürülmüşdür.
Bəşər cəmiyyəti inkişaf etdikcə, təsərrüfat sahəsində və xalqın məişətində olan dəyişikliklər : nisbətən ağır işlərdə ( yer şumlamaq, əkin əkmək, ov etmək, ev tikmək, metal əritmək, naxıra getmək və s.) kişilərin öhdəsinə düşür, qadınlara isə ev işləri örmək, paltar yumaq, xörək hazırlamaq, ip əyirmək, xalça-corab toxumaq və s. işlər düşürdü. Belə bir şərait uşağı hələ kiçik yaşlardan əməyə alışdırırdı. Uşaqla valideynlərə bu kimi içlərdə kömək etmək məcburiyyətində qalırdılar. Oğlanlar atalarının, qızlar isə analarının ruhunda tərbiyə olunurdu. ( əmək bölgüsü də vardı, indi isə yoxdur.)
Başa salmaq, izah etmək üsulları ilə, ya da Bax öyrən, Gör götür və s. yollarla valideynlər öz işlərini övladlarına öyrədirdilər. Bunu həm də həyat tələb edirdi. Əməklə əlaqədar verilən müxtəlif növ tapşırıqlar uşaqları həyata hazırlayır, onlarda işgüzarlığı, bələdçilik qabiliyyətlərini inkişaf etdirir, məsuliyyət hissini formalaşdırırdı.
Folklor nümunələri, oyunlar, adət-ənənələr uşaqları əməyə yaxınlaşdırırdı. İgidin əli işdə gərək, Yayda işləyən qışda dişləyər, Yayda yatan qışda dilənçilik edər, Könlü balıq istəyən..., İşlək leçəl ərə gedər, pinti gözəl gora gedər və s., tapmacalardan Uzunca qız uzanar, özünə paltar qazanar (yaba) uşaqları əmək aləti, əməklə tanış etmiş, onlarda əməyə maraq doğurmuşdur. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş kimi xalq dramı, Qodu-qodu, Hava çatmaq və s. kimi adətlərdə uşaqlar ya iştirak etmiş, ya da müşahidəçi olmuş, əməksevərlik, əməyə hörmət aşılanmışdır.
Yaşlı nəsildən, işlək ata-anadan nümunə götürən uşaqlar ayaqları yer tutandan əmək şəraitində böyüyüb boya-başa çtırdılar. Bu ənənə indi də davam etməkdədir və məqsədyönlü xarakter daşıyır. Gənc nəslin zəhmət prosesində boya-başa çatdırılması, əməklə mətinləşdirilməsi, ilk həyati tələbat kimi əməksevərlik ruhunda yetişirilməsi xalq tərbiyəsinin canını təşkil edir.
Xalq pedaqogikasında -əməyə müsbət münasibət əməkçi xalqın nikbin təbiətindən irəli gəlir. Xalq məşəqqətli günlərdə, sinfi bərabərsizlik, istismar şəraitində olsa belə, azd əməyi özlərinin ictimai idealları kimi vəsf etmiş, gənc nəsli çalışqan olmağa, əməyi sevməyə çağırmışdır : İstəyirsən, bal-çörək, al əlinə bel, kürək., Kotandan yapışan ac qalmaz.-
yəni əmək yaşayış mənbəyidir, o, insanı aclıqdan, asılılıqdan qurtarıb müstəqil edir,
tənbəllik adamı ac, xəstə, dilənçi kökünə salır : Tənbəllik azar artırır., Yayda yatan qışda
dilənçilik edər. Odur ki, zəhmətdən qorxmamalı, işdən boyun qaçırmamalıdır. Ver yeyim, ört yatım, gözlə canım çıxmasın., Bikarlıq korluq gətirər.-deyən əməkçi xalq tənbəlliyi kəskin tənqid və ifşa etmişdir. ( Şənbə -şikar, bazar bikar, həftə 3-ü ağır gün, çərşənbə -tərpənmə)
Xalqa görə, insan özündən sonra bir iz, əlamət, nişanə qoymalıdır. / N.Gəncəvi : Biz dünyaya zəhmət üçün gəlmişik, bəş gədyanlar xatirinə gəlməmişik./ Dildən pərgar olma, əldən pərgar ol., İşin canını işləmək alar., Çalışqan nəyə əl vursa, qızıl olar. və s. göstərişlərlə xalq gənc nəsildə çalışqanlığı, zəhmətə qatlaşmağı, sevməyi, çətinliklərdən üz döndərməməyi, işi sona qədər icra etməyi, mətanət və möhkəmliyi tərbiyə eyməyi lazım bilmişdir.
Aşıq yaradıcılığında da əmək vəsf olunmuş, əmək və əmək adamları tərənnüm olunmuşdur. Eyni zamanda, xalq pedaqogikasında daha 2 cəhət :
a) Xalqın kollektiv əməyə üstünlük verməsi ;
b) Sənətkar peşə əməyini yüksək qiymətləndirməsi diqqəti cəlb edir : El gücü, sel gücü. ( iməcilik ağır zəhmət tələb edən işlərin çoxluğun birgə səyi ilə yerinə yetirilməsidir. )
Xalqa görə, sənət və peşə var dövlətdən, puldan qiymətlidir. Çünki onlar şirin olsa da, heç kəsə qalmır sonunda. Sənət, peşə isə daimidir. Azərbaycan xalq nağıllarğndan çıxan nəticəyə görə, adam elə tərbiyə olunmalıdır ki, təxminən 15 yaşa çatdıqdan sonra bir peşəyə, sənətə yiyələnsin. Çünki sənət insanın xəzinəsidir. Həm də sənətə gözəl yiyələnmək lazımdır. Yüz sənəti pis bilməkdənsə, bir sənəti gözəl bilmək yaxşıdır. Nağıllarda Baftaçı Şah Abbas, Nardan qızıl nağılı- başlıca məqsəd insanın əməli işə hazırlığının zəruriliyindən danışılır. Xalqa görə, adamın öyrəndiyi sənət elmə, savada əsaslanmalıdır. Yüksək savad olmadan kamil usta olmaq olmaz.
Günləri bir-bir sana,
Yer verdi bir sirr sana.
Bir elm, bir də sənət
Xəzinədir insana.
Beləliklə,
Əmək xalq pedaqogikasının əsasında durur.Xalq cəmiyyətin həyatında və tərbiyə işində əməyin böyük əhəmiyyəyini düzgün başa düşmüş, bunu həm nümunə, praktik iş yolu, həm də öz pedaqogikasının materialları ilə gənc nəslə çatdırmışdır.
Tələsən təndirə düşər, İşi tapşırdınmı yoxla, görməyibsə gördür, Gücünə bax, sələni bağla. Nümunə üçün Uşaq gördüyünü götürər.
Əmək tərbiyəsi sahəsində yaşlı nəslin çoxəsrlik zəkasının, həyati müşahidələrinin, adət və ənənələrinin ümumiləşdirilmiş təcrübəsi gənc nəslin nümunə məktəbi, ibrət dərsi olmuşdur.
Nənə və babalarımız özləri əməksevərlik və çalışqanlıq haqqında irəli sürdükləri fikirlər üçün konkret nümunə olmuş, zəhmətə xor baxanları, özgə hesabına yaşayanları lənətlənmiş, kollektiv əməyə üstünlük vermişlər.
El gücü, sel gücü, Ovçu dağda işləməz,ov görməsə tuşlamaz; 1 məsəldir bu eldə : İşləməyən dişləməz, Tənbəllik bədbəxtliyin açarıdır.
İllər ötdükcə xalqın əmək təcrübəsi üzrə fikir, ideyaları daha da zənginləşib, təlim tərbiyə müəssisələrinin işində ondan yaradıcı istifadə edilmişdir.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 4030 Əlavə edilib: 3 Fevral 2014  

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
May 2017 (1)
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick