Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Psixi inkişafda ünsiyyətin rolu
  • 0
Psixi inkişafda ünsiyyətin rolu

Şəxsiyyətin formalaşmasına fəal təsir göstərən amillərdən biri də ünsiyyətdir. O, psixi inkişafın gedişində üzə çıxsa da, bilavasitə onu şərtləndirir, fəaliyyətin tərkib hissəsi kimi özünü göstərir. Böyüməkdə olan uşağın şəxsiyyətinin formalaşmasında bir çox digər psixoloji törəmələr kimi ünsiyyət təlabatı da aparıcı rola malikdir.Yaxşı ünsiyyət mühiti və tərəfdaş insanın fəallığını artırır, əhvalında gümrahlıq yaradır, hisslərini və zövqünü cilalayır.Ünsiyyət təlabatı insanın bütün həyatı boyu keyfiyyətcə daim dəyişən, dinamik və potensial olaraq zəngin psixi imkandır.Körpənin ünsiyyət təlabatı öz başlanğıcını yaşlıların xoş niyyətli, xeyirxah təbəssüm və baxışlarından götürür, sonralar uşağın özünü təsdiq etməyə, müstəqilliyə, yaxın adamlarla ruhi-mənəvi bağlılığa çevrilir, onlar üçün darıxma həddinə qədər yüksəlmiş olur. Ünsiyyət təlabatı insan psixikasının şəxsiyyətyönümlü keyfiyyətidir, onun davamlı və bütöv bir sistem kimi özünü dərketməsidir və fərdiyyətin əsasıdır.
Ünsiyyət mürəkkəb və çoxcəhətli bir proses olub, insanlar arasında əlaqələrin yaranmasında və inkişafında, onların birgə fəaliyyətində, informasiya mübadiləsində, həmçinin bir-birilə optik qavramasında mühüm rol oynayır. Bu cəhətdən ünsiyyət strukturunda onun üç başlıca cəhəti: kommunikativ, interaktiv və perseptiv cəhətləri fərqləndirilir.
Ünsiyyət fəaliyyətinin kommunikativ funksiyası bu prosesin subyektləri arasında informasiya mübadiləsinin gedişində üzə çıxır. Onun vasitəsilə insanlar bir-birinin məqsəd, niyyətini nəzərə almaqla, fəal subyektlər rolunda çıxış edir, öz biliklərini dəqiqləşdirir, yeni məlumatlar əldə edir və onların zənginləşməsinə nail olurlar. Kommunikativ prosesdə insanlar ünsiyyət vasitəsi kimi başlıca olaraq danışıq işarələri sistemi, simvollar toplusu olan dildən, buna müvafiq olaraq nitqdən, həmçinin optik-kinetik işarələr sistemi kimi jest, mimika və pantomimikadan, para və ekstralinqvistik sistemdən sistemdən (intonasiya, pauza) və gözün əlaqə sistemindən istifadə edirlər. Dilçilərin fikrincə, hazırda dünyada 5000-dən artıq danışıq dili mövcuddur.
Ünsiyyətin interaktiv tərəfi bu prosesə qoşulan insanların ümumi qarşılıqlı fəaliyyət strategiyasının qurulmasına əsaslanır. Psixoloqlar insanlar arasında qarşılıqlı təsirin iki başlıca formasını kooperasiya və konquryentliyi fərqləndirirlər. Bunlardan birincisi adamların razılığına, ikincisi isə onlar arasında konfliktə əsaslanır.
Ünsiyyətin perseptiv tərəfi dedikdə, bir adamda başqa adam haqqında obrazın formalaşması, onun fiziki və psixoloji xarakteristikası, psixoloji xüsusiyyətləri və davranışı haqqında təsəvvürlərin yaranması başa düşülür. Bir adamın başqasını qavramasının əsas mexanizmi identifikasiya (oxşatma) və refleksiyadır(subyektin özünün başqaları tərəfindən necə qavranıldığını dərk etməsi).
Ünsiyyət vasitəsilə insanlar arasındakı əlaqələr hər bir fərdin mövcudluğunun zəruri şərtidir. Psixoloqlar insanlar arasında ünsiyyətin üç əsas səviyyəsini fərqləndirirlər:
1. Birinci səviyyədə (mikrosəviyyə) ünsiyyət şəxsiyyətin həyat tərzinin mühüm cəhəti kimi özünü göstərir. Burada onun hansı adamlarla əlaqə qurması, əsas fəaliyyəti, formalaşmış ünsiyyət stili və digər parametrlər aşkar şəkildə üzə çıxır. Bütün bunlar ictimai münasibətlərlə, şəxsiyyətin həyatının sosial şərtləri ilə sıx bağlı olur. Bu səviyyədə şəxsiyyət müəyyən etiket və qaydaları, ənənələri, başqa adamlarla ünsiyyət normalarını nəzərə almalı olur.
2.İkinci səviyyədə (mezasəviyyə) şəxsiyyət başqaları ilə müəyyən mövzu ətrafında əlaqələr yaradır. Bu səviyyədə ünsiyyət bir adamın başqa bir adamla və qrupla ünsiyyəti şəklində qurulur, və ya bir görüş ərzində başa çatır, ya da saatlarla günlərlə davam edir.
3.Üçüncü səviyyədə (makrosəviyyə) ünsiyyət elementar vahidlər vasitəsilə (sual-cavab, əl sıxma, minemik hərəkət və baxışlar, cavab və s.) həyata keçirilir.
İnsanın ünsiyyət fəaliyyətinə, xüsusilə, sosial ünsiyyət normalarına yiyələnməsi çoxcəhətli və mürəkkəb uzunmüddətli bir prosesdir. Yeni doğulan körpə potensial şəxsiyyət imkanlarına malikdir. Həyatın ilk aylarından başlayaraq özünün ən yaxın sosial əhatəsinə bağlılığı onun məhdud səviyyədə də olsa, emosional ünsiyyət imkanları ilə reallaşmağa başlayır. Təbəssüm körpənin təbii təlabatlarının təmin edilməsindən məmnunluğunu ifadə edir. Həyatın birinci ilində uşaq öz valideynlərinə, xüsusilə anaya xüsusi əlaqə - psixoloji əlaqə vasitəsilə sıx bağlı olur.


Bu əlaqənin möhkəmləndirilməsi və düzgün reallaşması uşağın inkişafına, onun müstəqillik imkanlarının genişləndirilməsinə münasibətdən asılıdır.Bu dövrdə uşağın həyatında aparıcı təlabat ünsiyyət təlabatıdır. Yaşlı ilə körpə arasında emosional ünsiyyət formasında qurulan əlaqələr informasiya mübadiləsi imkanlarından hələ çox uzaq olur.Körpəlik dövründə ünsiyyətdən, xüsusilə ana ilə ünsiyyətdən məhrum edilmiş uşaqlar psixi inkişaf səviyyəsinə görə bu imkanlara malik uşaqlardan geri qalırlar.
Rəvayətə görə Peyğəmbər (s) camaatla günorta namazı qılırdı, ancaq adi vaxtlardan fərqli olaraq, namazın son iki rükətini tez-tələsik başa çatdırdı. Namazdan sonra adamlar Peyğəmbər (s) soruşdular: Məgər bir hadisə baş vermişdir ki, Siz namazınızı bu cür tez-tələsik başa çatdırdınız?. Peyğəmbər (s) buyurdu: Məgər siz ağlayan körpənin səsini eşitmədiniz?. Beləliklə, sonradan məlum oldu ki, Peyğəmbər (s) körpəni sakitləşdirmək və ona nəvaziş göstərmək üçün öz namazını tələsik yerinə yetirmişdir.
Normal psixi imkanlarla doğulmuş uşağın xarici aləmi dərk etməsində dil mühüm rol oynayır. Nitqəqədərki mərhələdə körpə dünyanı sadə sensomotor (hissi-hərəki) sxemlər vasitəsilə dərk edir. Oyuncaqlarla əylənmək, daha sonra yaşlıları təqlid etmək yolu ilə uşaq əşyaların forması ilə tanış olur, hadisələr arasındakı səbəb-nəticə əlaqələrini anlamağa çalışır. Bu üsulla o, öz bədənini idarə etməyi öyrənir, hərəki vərdişlər qazanır. Bu obrazlı şəkildə davranış dili adlandırılır
Körpənin özünəməxsus psixi həyatı onun sosial davranışının təzahürlərində əks olunur. Sosial davranış dedikdə, insanın başqa adamlarla qarşılıqlı münasibətləri başa düşülür. Körpəlik dövründə uşaq ətrafında başqa adamların da olduğunu, kimin isə onunla oynamaq istədiyini anlamasa da, adamları ətraf xarici aləmin fiziki obyektlərindən fərqləndirə bilir.
Yeni doğulan körpənin emosional həyatında ağlama reaksiyası əsas yer tutur. Onun ağlama səsləri adətən bir not üzərində monoton ritm üzrə baş verir. Körpənin rahatlğı (komfort) və narahatlığından (diskomfort) asılı olaraq onun nitqində bəzi xüsusi səslər müşahidə olunur. Körpənin qırıq-qırıq ağlaması və əmmə hərəkətlərinin hərəkətləri onun səs repertuarını zənginləşdirir. Vokolizasiya adlanan bu proses öz forma və xarakterinə görə dəyişir, körpənin daxili vəziyyətindən, xarici mühitin təsirlərindən asılı olaraq müxtəlif fizioloji reaksiyaların yaranması baş verir. Dörd aylığında körpə ona yönəlmiş nitqə qarşı təbəssümlə cavab verir. Bu dövrdə uşağın səs fəallığında sıçrayış müşahidə olunur. Əvvəlcə körpə a və o səslərini, sonra isə m,b,p,d kimi samitləri tələffüz edir. Tədricən uşaq müəyyən səs birləşmələrini özünəməxsus şəkildə təkrarlamağa başlayır. Yaşlıların uşaqla verbal ünsiyyəti məhdud olduqda, bu uşağın nitqinin inkişafının ləngiməsinə gətirib çıxarır. Bu ləngiməyə səbəb olan amillərdən biri də, psixoloqların fikrincə, yaşlıların hədsiz çox danışmasıdır. Yaşlıların çoxsözlü və mürəkkəb nitqi uşaqlarda nitqin inkişafına ləngidici təsir gəstərən amillərdən biridir. Məşhur İsveçrə psixoloqu J.Piaje belə hesab edirdi ki, uşaqlarda dilin mənimsənilməsi imkanları onlarda idrak qabiliyyətlərinin inkişaf səviyyəsindən asılıdır.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 1873 Əlavə edilib: 24 Yanvar 2015  

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick