Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Qadınlar və kişilər özlərinə uyğun ətiri necə seçməlidirlər?
  • 100
Qadınlar və kişilər özlərinə uyğun ətiri necə seçməlidirlər?
Başqalarında bəyəndiyiniz ətir sizin dərinizdə xoş qoxmaya bilər. Dəri rənginiz, yaşınız, vərdişləriniz, hansı işdə işləməyiniz, geyim tərzinizə qədər bir çox şey doğru ətiri seçməkdə təsirlidir.

ƏTİR NECƏ SEÇİLİR
Ətiri seçəcəyiniz saat da önəmlidir. Gündüz 9-11 arasında ətir seçsəniz günə daha yeni-yeni hazırlaşmağa başladığınız üçün doğru qərar verə bilməyəcəksiniz. Birdə yemək yedikdən sonra ətir seçsəniz dəqiq nəticəyə gələ bilmədiyiniz üçün ətiri yemək yeməzdən əvvəl seçməlisiniz.

Ətiri biləyinizin iç tərəfinə sıxın. Çünki, əlinizin üstünə, qolunuza gün ərzində müxtəlif qoxular yapışır. Bir sözlə, ətiri qolunuzun üstünə sürtsəniz, dəqiq iyi ala bilməyəcəksiniz.

Sadəcə iki iyi seçib yoxladıqdan sonra yarım saata qədər özünüzə vaxt verməlisiniz. Əks halda hər tərəfə yayılan iylərdən doğru nəticəyə gələ bilməyəcəksiniz.

Yemək vərdişi, dəri rəngi, yaş dövrü, olduğunuz coğrafiyanın isti ya da soyuq olması, alkoqol, siqaret vərdişiniz, tərəvəz və ət yeməyiniz ətirin seçimində önəmlidir. Çünki, məsələn ət yeyən biri ilə tərəvəz yeyənlərin tərləmə vəziləri və hormonal tarazlığı fərqli olduğuna görə, qoxunu dərilərində fərqli ifadə edərlər. Başqasında bəyəndiyiniz ətiri gedib alsanız sizə uyğun olmaya bilər.

QADINLAR ÖZLƏRİNƏ UYĞUN ƏTİRİ NECƏ SEÇƏ BİLƏR?

Yaşınıza, yemək vərdişlərinizə, geyim tərzinizə görə ətir səçməlisiniz!

Məsələn, hündürdaban ayaqqabı geyinirsiznizsə, gün ərzində əzələlər daha çox yorulduğundan, daha fərqli bir dəri qoxusu yaranır. Bir sözlə dikdaban geyinir və klassik geyim seçirsinizsə, daha çox sandal, paçuli, oryantal, tərəvəz tərkibli qoxular seçməlisiniz…
Gün ərzində idman ya da düz ayaqqabı geyinirsinizsə, daha fresh, okyanus tərzi qoxular xoş gələr. Ətiri qolunuzun iç bölgəsində istifadə etməlisiniz. Qolun üst hissəsinə vurulduqda isə qoxu çox qalıcı olmaz.

Ətiri axşam istifadə edəcəksinizsə, tünd iyləri seçməlisiniz. Çünki, gün ərzində yoğrulan qoxu molekulları axşam iyi tam ala bilmir, amma tünd iyləri daha yaxşı alar.

Təvazökar bir quruluşunuz varsa, tərəvəz tərkibli qoxulardan çox, vanil və çiçək qoxularını seçməlisiniz. Sənətiniz üçün və ya avtoritar quruluşunuz varsa, oryantal və sərt qoxuları seçməlisiniz. Xarakterinizi qarşı tərəfə qoxu ilə yansıta bilərsiniz.

KİŞİLƏR ÖZLƏRİNƏ UYĞUN ƏTİRİ NECƏ SEÇMƏLİDİRLƏR?

Xüsusilə şöbəyə görə seçim etmək lazımdır. Məsələn bir plazada idarəedicisinizsə, ya da bir bankda müdirsünüzsə, vanilli ya da narıncı məhsullardan hazırlanan ətirlərdən istifadə etsəniz idarəetmə gücünüzü itirə bilərsiniz.
Fresh qoxuları adətən mağaza içində, ya da küçədə hərəkət halında olan insanlar istifadə etməlidirlər.

Şirin qoxudan istifadə edənlər siqaret çəkirlərsə, gün ərzində 2-3 saat sonra dərilərində ətir pis qoxmağa başlayar.

Kişilərin qoxunu qollarının üst bölgəsinə vurmaları məsləhətdir. Beləcə ətir daha uzun müddət qalar.

Gün ərzində istifadə edirsinizsə, daha yumşaq, axşam isə daha odunvari, torpaqvari qoxuları seçməlisiniz.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 701 Əlavə edilib: 19 февраля 2010  

#1 Müəllif: DiyaneHuseynova (19 февраля 2010 22:16)


Qrup: Admin
tesekkurler
ICQ:

 
#2 Müəllif: Yeraz (27 февраля 2010 12:59)


Qrup: Istifadəçi
maraqli idi
ICQ: 123123

 
#3 Müəllif: selvin (21 марта 2010 17:42)


Qrup: Istifadəçi
maraqli melumatdi tesekurler


--------------------
ICQ:

 
#4 Müəllif: skelbo (11 мая 2010 21:58)


Qrup: Istifadəçi
cox maraql mlumat idi. tesekkurler
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©