Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: işğalin 18. il dönümü
  • 0
Bu gün Zəngilanın işğalından 18 il ötür. Azərbaycanın cənub-qərbində yerləşən Zəngilan Ermənistan və İranla həmsərhəddir. Rayonun coğrafi mövqeyi çox əlverişlidir. Belə ki, o Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat kilometr olan Zəngilan işğal olunanda əhalisi 35,6 min nəfər olub. Hazırda zəngilanlı məcburi köçkünlərin sayının 33 min nəfər olduğu bildirilir. Rayon ərazisinin əsas hissəsi dağlardan və çaylardan ibrətdir. Zəngilanda qızıl, tikinti daşları və əhəng kimi faydalı qazıntılara malikdir. Dünyada sayılıb seçilən bir neçə çinar meşəsindən biri də bu rayonda yerləşir.

Zəngilan rayonu eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 81 kənddən ibarətdir. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min tom kitab saxlanılan 50 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı- üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. 1988-ci ildə Zəngilan rayonu 1,1 min ton tütün, 16,3 min ton üzüm və 4,6 ton taxıl istehsal edib. Bir heyvandarlıq rayonu olaraq, Zəngilanda 1989-cü ilin məlumatına görə, 18 min baş iri, 94,9 min baş xırdabuynuzlu mal-qara olub. Həmin il 519 tn ət, 3063 ton süd, 20 ton yun istehsal edilib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.

Zəngilan birincici Qarabağ savaşında 188 şəhid verib. Bugünədək rayonun 44 sakini itkin düşmüş sayılır. Zəngilanın işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Beləliklə, rayon özünümüdafiə dəstələrinin ümidünə qalıb. Lakin onlar da erməni silahlı birləşmələrinin qarşısında aciz olublar. Nəhayət, erməni tankları dörd tərfdən rayona hücuma keçiblər. Ermənilərin Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyi alınmayıb. Belə ki, sakinlər cəld tərpənərək özlərini Araz çayına atmaqla İran ərazisinə keçiblər və bununla da gözlənilən növbəti soyqırımından xilas olublar
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Ataturk ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Ataturk Baxıxılıb: 741 Əlavə edilib: 29 Oktyabr 2011  

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©