Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: “Mədəni müxtəliflik şəraitində şəxsiyyətin sosial adaptasiyası problemləri"
  • 0

26.04.2017-ci ildə Bakı Dövlət Universitetində “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin və Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Mədəni müxtəliflik şəraitində şəxsiyyətin sosial adaptasiyası problemləri” mövzusunda Respublika elmi-praktik konfransı keçirilmişdir.
Plenar iclası giriş sözü ilə Sosial elmlər və psixologiya fakültəsinin dekanı professor Hikmət Əlizadə açaraq, konfrasın BDU-nun rektorunun əmri əsasında “Müasir Azırbaycan Psixoloqları” İB-nin təşəbbüsü ilə keçirildiyini bildirdi. Qeyd etdi ki, tələbələrin I kursdan başlayaraq elmi-tədqiqat işlərinə cəlb edilməsi əsas vəzifələrdəndir və bu konfrans da onun əyani göstəricisidir.
“Müasir Azərbaycan Psixoloqları” İB-nin sədri, “Psixologiya” kafedrasının müdiri, AMEA–nın müxbir üzvü, professor Bəxtiyar Əliyev də çıxış edərək, konfransın mövzusunun əhəmiyyətindən, tələbələrin elmi araşdırmalara marağın artırılmasından və bu işin gələcəkdə də davam etdirilməsinin zəruriliyindən danışdı. O, həmçinin qeyd etdi ki, Azərbaycan Psixoloqları Cəmiyyətinin fəaliyyətinin 25 illik fasilədən sonra yenidən bərpa edilməsi zamanın tələbidir. Bu cəmiyyətin fəaliyyəti imkan verəcək ki, Azərbaycanda psixologiya sahəsində həm peşəkar psixoloqların hazırlanması, həm də psixoloji xidmətin müxtəlif sahələrdə təşkili elmi əsaslarla aparılsın. Psixoloji xidmət adı altında əhaliyə göstərilən qeyri-peşəkar fəaliyyətin qarşısı alınsın. Bugünkü tələbələr elə peşəkar hazırlanmalıdırlar ki, onlar həm elmi araşdırmalar aparsınlar, həm də keyfiyyətli psixoloji xidməti həyata keçirsinlər.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi psixologiya” kafedrasının müdiri, professor Ramiz Əliyev, Azərbaycan Dillər Universitetinin “Psixologiya” kafedrasının müdiri dosent Ceyhun Alıyev çıxış etdilər. Onlar burada qaldırılan məsələlərin aktuallığını və əhəmiyyətini qeyd etdilər. Çıxış edənlər daha sonra bildirdilər ki, psixoloq-tələbələrin ilk respublika konfransının keçirilməsi psixologiya elminin gələcək inkişafına öz töhfəsini verəcəkdir.
Sonra Qaim Cəfərli “Gənclərin sosial-psixoloji adaptasiyasının xüsusiyyətləri”, Aytən Əfəndiyeva “Zorakılığa məruz qalan şəxslərin cəmiyyətə adaptasiyasının sosial-psixoloji təhlilinə dair”, Mahirə Hüseynova “Uşaqların cəmiyyətə adaptasiyası”, İlahə Məmmədova “Övladlığa götürülən uşaqların yeni ailəyə adaptasiyası”, Tubuxanım Həmidova “Xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə adaptasiyasının sosial-psixoloji təhlili”, Nuranə Hüseynli “Mədəni müxtəliflik şəraitində milli azlıqların cəmiyyətə adaptasiyası”, Əsgərli Əsmər “Yeni ailə quran gənclərin adaptasiyası məsələsi”, Cəmilə Mirzəyeva “Yaşlıların təqaüdə adaptasiyası” mövzusunda çıxış etdilər.
Plenar iclasdan sonra bölmələr üzrə tələbələrin məruzələri dinlənildi. Maraqlı diskussiyalarla keçən konfransda tələbələrin hazırladıqları 40 elmi məruzə dinlənildi.
“Mədəni müxtəliflik şəraitində şəxsiyyətin sosial adaptasiyası problemləri"
“Mədəni müxtəliflik şəraitində şəxsiyyətin sosial adaptasiyası problemləri"
“Mədəni müxtəliflik şəraitində şəxsiyyətin sosial adaptasiyası problemləri"
“Mədəni müxtəliflik şəraitində şəxsiyyətin sosial adaptasiyası problemləri"
“Mədəni müxtəliflik şəraitində şəxsiyyətin sosial adaptasiyası problemləri"
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən qaim.c ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: qaim.c Baxıxılıb: 343 Əlavə edilib: 31 мая 2017  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©