Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: PSixoloji Meslehetler
  • 0
PSixoloji Meslehetler...

1. Öz güclü və zəif cəhətlərinizi etiraf edin və ....

PSixoloji Meslehetler...
1. Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.

2. Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin.

3. Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur ki, yaddaşınızı başvermiş ən kiçik uğurlarla bağlı xatirələn üçün başaldın.

4. Günahkarlıq hissi və xəcalət sizə uğur qazanmağa mane olur. Onların badına getməyin.

5. Davranızın səbəblərini şəxsiyyətinizdə deyil, hazırki situasiyanın fiziki, sosial, iqtisadi və siyasi aspektlərində axtarın.

6. Unutmayın ki, hər bir hadisəni müxtəlif cür qiymətləndirmək olar. Reallıq hər bir kəsin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylərin müəyyən adlarla çağırılması haqda insanların öz aralarında razılaşmasının nəticəsindən başqa bir şey deyil. Belə yanaşma sizə imkan verir ki, insanlara daha səbirlə yanaşısınızvə alçaldıcı görünən hallara ürəyiaçıqlıqla tab gətirəsiniz.

7. Heç vaxt özünüz haqqında pis danışmayın. Ələxsus özünüzə «səfeh», «eybəcər», «bacarıqsız», «bəxtigətirməyən», «yönsüz» və s. kimi mənfi keyfiyyətləri özünüzə aid etməyin.

8. Sizin hərəkətləriniz konstruktiv tənqidə məruz qalarsa, müxtəlif cür qiymətləndirilə bilər. Rifahınız üçün bundan istifadə edin və başqalarının sizin şəxsiyyətinizi tənqid etməyə imkan verməyin.

9. Unutmayın ki, bəzən məğlubiyyət uğurdur. Bu məğlubiyyət sizi məcbur edəcək ki, göstərdiyiniz səylərə dəyməyən yanlış məqsədlərdən nəticə çıxarasınız və sonrakı daha böyük uğursuzluqlardan yaxa qutarmış olasınız.

10. Natamamlığınızı hiss etməyə məcbur edən adamlar, məşğuliyyətlər və şəraitlərlə barışmayın. Əgər onları və ya özünüzü dəyişdirə biləcək qədər özünüzə inam hiss etmirsinizsə, onda sadəcə olaraq bütün bunlardan üz çevirin.

11. Özünüzü boşaltmağa, ürəyinizin səsini dinləməyə, təklikdə olanda ruhunuza yaxın olan işlə məşğul olmağa imkan tapın. Belə olsa özünüzü daha yaxşı anlaya bilərsiniz.

12. Ünsiyyətdə olun. Bir-birinə bənzəməyən, özünəməxsusluğu ilə seçilən adamlarla, bacı və qardaşınızla ünsiyyətdə olarkən enerji mübadiləsindən zövq almağa çalışın. Təsəvvür edin ki, onlar da qorxu, inamsızlıq hissi yaşaya bilərlər və onlara yardım etməyə çalışın. Onlardan nə istədiyinizi və onlara nə verə biləcəyinizi dəqiqləşdirin. Sonra isə bu cür mübadiləyə hazır olduğunuzu onlara da anlatmağa çalışın.

13. «Mən»inizi həddən ziyadə qorumayın, çünki o, siz düşündüyünüzdən də möhkəm və plastikdir. O, «əyilir», amma «sınmır». «Mən»inizin qısamüddətli emosional zərbə alması daha yaxşıdır, nəinki fəaliyyətsizlikdə və izolyasiyada olması.

14. Özünüz üçün bir neçə uzaq və ciddi məqsədlər seçin ki, onlara gedən yolda kiçik və aralıq məqsədlərdən keçəiniz. Aralıq məqsədlərə nail olmaq üçün hansı məqsədlərdən istifadənin daha zəruri olmasını ölçüb-biçin. Hər bir uğurunuzu diqqət mərkəzində saxlayın, özünüzü ruhlandırmağa və tərifləməyi unutmayın. Qeyri-təvazökar olmaqdan qorxmayın, çünki sizi heç kim eşitmir.

15. Siz passiv obyekt deyilsiz ki, bütün xoşagəlməzliklər üstünüzə tökülsün, ot deyilsiniz ki, həyəcanla tapdalanmağınızı gözləyəsiniz. Siz kamillik piramidasının zirvəsiniz, valideynlərinizin ümidlərinin təcəssümüsünüz, Allahın yaratdığı mükəmməl varlıqsınız. Siz təkrarolunmaz şəxsiyyət, həyatınızın aktiv yaradıcısınız. Əgər siz özünüzə inamlısınızsa, onda maneə sizin üçün çağırışa çevrilir, çağırış isə sizi fəaliyyətə təhrik edir. Bu zaman utancaqlıq geri çəkiləcək, ona görə ki, «necə yaşamaq lazımdır fikri» ilə narahatlıq keçirmək əvəzinə siz həyatın qaynarlığına baş vuracaqsınız.
qaynaq -- sun.az
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 45127 Əlavə edilib: 18 июля 2010  

#1 Müəllif: Sinay (21 июля 2010 08:45)


Qrup: Istifadəçi
Tesekkurler.Cox deyerli meslehetlerdi.Bu meslehetlere emel etmeye calisacam
ICQ:

 
#2 Müəllif: nermin 1568 (15 августа 2010 01:58)


Qrup: Istifadəçi
hech kim bu meslehetlere yuzde yuz emel ede bilmez,bu zaman ideal olardiq,ama her halda chalishmaq lazimdiki emel edesen smile maraqli meslehetler idi teshekkurler
ICQ:

 
#3 Müəllif: Neo_newz (25 августа 2010 15:26)


Qrup: Istifadəçi
Спасибо, полезная информация.
ICQ:

 
#4 Müəllif: classicman (18 ноября 2010 17:27)


Qrup: Istifadəçi
normal!
ICQ:

 
#5 Müəllif: Aynur_Qurbanqizi (3 декабря 2010 14:18)


Qrup: Istifadəçi
Sayt dizayn baximindan yaxshi gorunmese de, amma movzusu, xeberleri chox xoshuma geldi. Teessuf edirem ki, bu cur movzulardan choxlari xebersizdir.
ICQ:

 
#6 Müəllif: Gornostay2 (15 января 2011 04:39)


Qrup: Istifadəçi
Случайные афоризмы:

Болезнь - это состояние организма, когда не хочется есть даже то, что запретил доктор.
Не можешь быстро думать, быстро молчи.
Только враги говорят правду друг другу. Друзья и влюбленные, запутавшись в паутине взаимного долга, врут бесконечно.
Задача - сделать человека счастливым - не входила в план сотворения мира.
ICQ:

 
#7 Müəllif: Ramin (21 марта 2011 23:29)


Qrup: Istifadəçi
Sitat: Aynur_Qurbanqizi
Sayt dizayn baximindan yaxshi gorunmese de, amma movzusu, xeberleri chox xoshuma geldi. Teessuf edirem ki, bu cur movzulardan choxlari xebersizdir.

yeqin ki zamanla her sey qaydasina duser
ICQ:

 
#8 Müəllif: Nazlim (3 мая 2011 01:12)


Qrup: Istifadəçi
tesekkurler xowuma geldiler ozumde guc hiss etdim inwallah her wey yaxsi olar AMIN
ICQ:

 
#9 Müəllif: nihal (19 июня 2011 18:11)


Qrup: Istifadəçi
laughingmeslehetleriniz cox maraqlidir. men ozume inanan biriyem. tempramentim fleqmativdir. unsiyyetcil deyilem, amma calisiram. problemler de olur. amma ohdesinden gelirem. kecmisdeki pis xatireleri unutmaq mence mumkun deyil. Nece olursa-olsun yene de yaddasdan silinmir. tesekkurler.
ICQ:

 
#10 Müəllif: oloband (22 августа 2011 00:47)


Qrup: Istifadəçi
Все отлично буду заходить.
ICQ: 154745854

 
#11 Müəllif: gunka93 (5 января 2012 19:01)


Qrup: Istifadəçi
cox sagolun meslehetinize gore ama men kecmisi unuda bilmirem,bagislamagi bacarmiram hardsa bu meslehetler mende yaxsi tesir gosterdi tsk.

ICQ:

 
#12 Müəllif: kuskun (24 февраля 2012 11:09)


Qrup: Istifadəçi
men kecmisi mene edilen haqsizligi unuda bilmirem.her gun nifretim daha boyuyur, intiqam hissi daha coxalir ancaq bu intiqami yuksek yerlere cataraq alacam gorsunler kollec telebesiyem deye ingilis dilini az bilirem deye menim insanligimi bir kenara atib sirf 2 universitet bitireni menden yuksek tutani utandiracam soz vermisem ozume.
ICQ:

 
#13 Müəllif: saleh (6 ноября 2012 21:47)


Qrup: Istifadəçi
meslhet superdi.

insani pis hala salan hele insanin zdu.
ICQ:

 
#14 Müəllif: Nermiwka (7 декабря 2012 17:20)


Qrup: Istifadəçi
maraqlidir ve duzdur men burda yenitem bezi suallara pixioloji cvb isteyirem burda nece ede bilerem?
 
ICQ: GDU

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Август 2018    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©