Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Qadınlar üçün 10 ailə məsləhəti
  • 100
Qadınlar üçün 10 ailə məsləhəti

Hər bir qadın sağlam ailəyə sahib olmaq isəyir. Çünki xoşbəxtliyin açarı da məhz düzgün qurulmuş ailədədir.
Bolqariyalı alim-psixoloqlar ailənin dağılma səbəblərini uzun müddət araşdırdıqdan sonra yaxşı ailə sahibi olmaq istəyən qadınlar üçün aşağıdakı qanunları işləyib hazırlayıbar.


1. Düşünməyin ki, sənət, karyera və ya sosial status sizə ailə və uşaqları əvəz edə bilər. Çətin olsa da, qadın həyatda hər şeyə vaxt ayırmalıdır. Həmçinin qadın xarici görünüşünə, geyiminə ümumiyyətlə qadınlıqla bağlı hər şeyə önəm verməlidir.

2. Yaxşı ailə göydən düşmür. Təbii ki, bunu bizə nə təbiət verir, nə də öz-özünə yaranmır. O, da adi yaradılış kimidir. Çoxlu enerji, diqqət, qayğı və bacarıq tələb edir. Həmçinin kişidən daha çox bu şeylər qadından tələb olunur.

3. Dava, münaqişə zamanı günahı özünüzdə də axtarın, daha sonra ərinizdə. Özgə çatışmamazlıqlar daha tez gözə dəyir, nəinki özününkü. Ərinizin hər hansı hərəkətinə nə dərəcədə əsəbi olmağınızdan asılı olmayaraq, səbir edin, gözləyin, sakitləşin və bundan sonra hərəkət edin. Dərhal əsəbinizi göstərmək heç nəyi həll etməyəcək.

4. Çalışın ərinizdə (həm daxili, həm xarici) müsbət xüsusiyyətləri qabardasınız və imkan daxilində bunları ona deyin. Öz müsbət tərəflərini eşitdikcə kişi daha yaxşı olmağa can atacaq. Həmçinin onun yanında necə xoşbəxt olduğunuzu da deməyi unutmayın. Bu, onun sizə bağlılığını daha da artıracaq. Unutmayın ki, belə sözlər ona güc verir. Birdəfəlik anlayın ki, hətta intim sferada romantik kişi arzularınıza baxmayaraq yenə də hər şey sizdən asılıdır.

5. Narazı, qaşqabaqlı olmayın. Hətta buna səbəb olduqda belə. Qəmgin, kədərli qadın kişini tez bezdirir. İnan ki, kişinin də bir çox qayğı və problemləri var. Ən yaxşısı düşünün ki, yaxın keçimşə qədər seçimdə çətinlik çəkirdiniz və siz onu minlərlə kişinin arasında seçmisinuiz, deməli, həqiqətən də bir-birinizə yaraşırsınız.

6. Əgər təsadüfən iş yoldaşınız və ya digəri ilə flirt baş verirsə, dərinləşməyə imkan verməyin. Bu əlavə əzaba və ailədə problemlərə səbəb olacaq. Yeni tapdığınız çətin ki, daha yaxşı və mükəmməl olacaq. Əgər yaxından tanış olma imkanı olsaydı yəqin ki, o kişidə də daha çox və ciddi çatışmamazlıqlar tapacaqsınız. Lakin yanınızdakına artıq öyrəşmisiniz.

7. Çalışın övladlarınızda atalarına qarşı sevgi və hörmət aşılayasınız. Onunla rəqabətə girməyin. Ürəyiaçıq olun. Uşaqları düzgün tərbiyə edin. Onun valideynlərinə hörmət edin, xüsusiyyətlərindən asılı olmayaraq. Büruzə verməsə belə, sizin səbir və xeyirxahlığınızı mütləq qiymətləndirəcək.

8. Vacib qərarları təklikdə qəbul etməyin. Əgər bu ailə və sizin həyatınızla bağlıdırsa. Hər şeyi ərinizlə müzakirə edin, əgər sonda sizin təklifiniz keçərli olsa belə. Ən azından əriniz qərar qəbulunda iştirak etdiyini biləcək və anlayacaq ki, onun fikri sizin üçün önəmlidir. Cəmiyyətdəki liderlik xüsusiyyətlərinə baxmayaraq kişilər ailədə qadınlardan daha artıq komplekslərə malikdirlər.

9.Qısaqanclığınızı boğun. Lakin biganəlik göstərmə həddinə də gəlib çatmayın.

10. Yuxarıda deyilənlər o demək deyil ki, siz ailənin quluna çevrilməlisiniz və ya şəxsi qürurunuzu tapdalamalı, hadisələrə tənqidi münasibət göstərməməlisiniz. Qəti şəkildə yox! Bunu mütləq büruzə verin və ərinizdən də bunları tələb edin. Lakin hər zaman ehtiyatla, aradakı pərdəni qorumaqla və ən əsası sevgiylə.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 8996 Əlavə edilib: 2 May 2011  

#1 Müəllif: SHAKUSH (17 Yanvar 2012 13:20)


Qrup: Istifadəçi
Inaninki sizin bu dediylerinizin ekseriyyetine emel edirem,ama....
Men 7aydir ki, evliyem.Yoldaimi cox sevirem,ona hedden artiq hormet eliyirem.Ve eyni zamanda cox qisqancam ama calisiram bununla onu incitmiyim,ona bildirmeyim.O iwden cox vaxt gec gelir.telefonunu bele ona bildirmeden yoxluyuram.
Ele fikirlewirdimki,yoldaim da meni cox sevir,mene qari diqqetcildi,menim nazimi cekir ve s.Ozum de 6 ayliq hamile olmagima baxmayaraq ona 1an olsun laqeyd yanamamisam,uzaqlamamiam.Buna gore de fikirlesirdimki mene xeyanet etmez.Ama 3gun bunnan evvel o iwden gelib televizora baxirdi,men de onun xeberi olmadan telefonundaki smsleri oxuyurdum.Geden smsler arasinda namelum1nomreye "men evliyem,sene bunu dememisdim.Seni masinnan tez dusurdesi oldum,bagisla ve s" smsini oxudum.Hemin an sanki ureyime ox kecirdiler,sanki yuxu gorurdum.teli yoldasimin uzune cirpib aglaya-aglaya yataq otagina qacdim.o da smsi silib geldi yanima.Ozumu ele itirdimki nomreni yadimda saxlamaq,o nomreye yigmaq aglima da gelmedi.Onnan bu smsin ne oldugunu soruanda guya i yoldasinin bunun nomresinnen basqa qiza yazdigini dedi.inanmadim,ne qeder eledimse boynuna almadi...
xai eliyirem mene meslehet verin heqiqeti nece oyrene bilerem?yoldasimin mene xeyanet eliyib-elemediyini nece bile bilerem?
cox caresizem,her gun aglayiram...
ICQ:

 
#2 Müəllif: Kvant (18 Fevral 2012 22:13)


Qrup: Istifadəçi
bagislayin mudaxile edirem Shakush xanim.Onlarin oten itede nefsleri kecir_____cumlesi ve fikri qetiyen bezi kisilere aid deyil.umumi cem yox tek ferd haqqinda danisin!!!!!!!!!!!!!
ICQ:

 
#3 Müəllif: gulya-1 (12 Fevral 2013 00:05)


Qrup: Istifadəçi

DEYILENLERIN HAMISINA RIYAYET ETMIWEM AMA COX YANILMISAM,3 ILDIR EVLIYEM OZUDE SEVDIYIM INSANLA 1 QIZ OVLADIMIZDA VAR AMA DEFELERLE MENI ALDATIQIN GORUWUNE KIMI YAZIWDIQIN HER BIR WEYIN TUTMUSAM COX PIS VEZIYETDEYEM HECNEYIDE ONA SUBUT EDE BILMIREM GOZUMLE GORUB OXUDUQUMU MENE DANIR NECE BU EZABDAN QURTULA BILEREM?MESLEHETINIZE EHTIYACIM VAR

ICQ:

 
#4 Müəllif: mugush (14 Aprel 2013 16:48)


Qrup: Istifadəçi
[hide][/hide] salam menim heyat yoldaim mene heyanet edir özide öz müdiri ile. Daniandaki niye bele edirsen deyirki yaayirsan bu yaamirsan uai goy çix get hara isteyirsen. Xai elyirem mene meslehet verin
ICQ:

 
#5 Müəllif: gulya-1 (13 May 2013 20:30)


Qrup: Istifadəçi
OQRAW KIWIYE NE ETSENDE NEYNESENDE DUZELMIYECEK ELE GELIB ELEDE OLUB GEDECEK,KISI ITEDE NEFIS SALIR TAK WTO QADINLAR OZUMUZU OLDURMEYEK BIZDE OZ HEYATIMIZLA BARIWAQ BALALARIMIZIN XETRINE GUNLERIMIZI KECIREK


ICQ:

 
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©