Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Gəlin-qaynana arasında yaranan narazılıqlara nə səbəb olur?
  • 0
Gəlin-qaynana arasında yaranan narazılıqlara nə səbəb olur?


Digər ölkələrdən olan mütəxəssislərlə bu mövzuda danışanda onlarda təəccüb yaranır. Niyə yaranır bu təəccüb? Onlar bizi milli mentalitetimizə uyğun qeyrət, abır-həya mücəssəməsi kimi tanıyırlar .Eşidəndə ki, bizdə bir mənzildə iki ailə, yəni ailə üzvlərindən kənar kimlərsə yaşaya bilər, öz təəcüblərini gizlədə bilmirlər.Yəni ailə qurmuş gənclər heç də, bütün gün oturub Aristotelin əsərlərini orijinaldan oxuyub analiz etməklə məşğul deyillər. Kiminsə kənar adamın evdə olması, psixoanaliz baxımından bizi tamam başqa suallara gətirib çıxarır.Əslində o adam təhtərşüur səviyyəsində nəyin şahidi olmaq istəyir ki, belə oğlundan əl çəkmək istəmir.
Kənar müdaxilələr nəinki gəlin-qaynana problemlərində, boşanmaq məsələlərində mühüm yerdə durur.Evdə qaynatanın, qaynananın olması müxtəlif narazılıqlara gətirib çıxarır. Çünki gənc qurulmuş ailəyə müəyyən sərbəstlik vermək lazımdır. Bizdə belə maraqlı şey var: hamı özünün müdrik, ağıllı olduğunu düşünür və belə hesab edir ki, başqalarının taleyinə hökm oxuya, yaşamaq nümunəsi verə bilər. Əksər hallarda belə iddialar elə adamlarda olur ki, onların özünün hansısa uğursuzluqları olur. Yəni onların həyat tərzləri adətən nümunə kimi göstərilə biləcək bir həyat tərzi olmur. Burada belə bir faktor da rol oynayır ki, özünün həyata keçməyən arzularını övladlarının üzərində həyata keçirmək istəyən valideynlər olur. Onlar əldə edə bilmədiklərini övladları üçün yaratmaq istəyirlər. Ancaq nəzərə almırlar ki, ola bilsin övlad tamam başqa bir şey istəyir. Daha bir problem zamanla bağlıdır.

Danışanda hamı deyir ki, bizim vaxtımızda belə idi, bizim vaxtımızda elə idi, problem yox idi. Bəlkədə ona görə ki, sizin qarşınızdaki böyüklər, sözün əsl mənasında böyük olublar. Yəni bu qədərmi çətindir anlamaq və dərk etmək o məqamı ki, zaman dəyışdikcə ənənələr, kəsərlər də dəyişir. Bəlkə o dövrdə kiməsə xoş olardı ki, evində qaynanası olsun, işlərinə kömək etsin. Ancaq bugünkü gündə özünü təmin edən normal ailədə qızın özü bütün işlərin öhdəsindən gəlir. İnsan evdə istədiyi kimi oturub-durmaq, istədiyi yeməyi bişirmək, istədiyi verlişə baxmaq istəyir. Lakin evdə özünü daha müdrik, daha ağıllı, daha zəngin dünyagörüşlü hesab edən bir qaynananın olması nəticəsində bu mümkün olmur. Bunların hamısının kökündə qeyri-tolerant davranış, yəni ki, başqasına qarşı sayqısızlıq durur. Burada qeyri-tolerantlıqdan daha çox həmin insanların eqoizmi də mühüm rol oynayır. Deyirlər ki,qızım, oğlum sənin üçün eləyirəm. Ancaq psixoanaliz nəticəsində məlum olur ki, o addımların heç biri övlad üçün atılmayıb. Elə valideynlər özlərini aldadırlar, hərəkətlərinə don geyindirirlər ki, övlad üçün edir, amma qəlbinin dərinliyində özü dayanır, yəni bunların hamısını yalnız özünü fikirləşərək edir. Mən onları qınamıram. Ateizm tərbiyəsi almış insanlarda sabahkı günə bir ümidsizlik var. Onlarda sabaha, gələcək talelərinə inam və gümanları yoxdur. Onlar elə hesab edirlər ki, övladı süni surətdə özündən asılı böyütməsən, sabahkı gün o, səni atacaq. Bu səbəbləri cəmlədikdə problemin kökündə eqoizm, eqoizmin kökündə isə bu insanların sabahdan qorxusunun durduğunu görmək olur. Valideynlər bilməlidirlər ki, övladlarını özlərindən asılı etməklə, onların şəxsiyyət kimi yetişməsinə mane olurlar. Çalış ki, onlara sərbəstliyi öyrədəsiniz.

Gəlin ya qaynana bir-birini acılamamaq üçün nə etməlidirlər?

Bəzən biz qışqırmaqla, vurub-sındırmaqla sakitləşəcəyimizi düşünürük. Lakin bu belə deyil. Buna sərf etdiyiniz vaxta xeyirli bir işlə məşğul olun. Bu mənada qaynanalar üçün xüsusi rəsm, toxuculuq və digər kursların təşkil olunmasının da böyük əhəmiyyəti var. Dediyiniz acı söz, etdiyiniz pislik sizin özünüzə qayıdır bu hər iki tərəfə aiddir. Heç olmasa öz sağlamlığınızı fikirləşərək bunlardan vaz keçin. Xoş sözlərə qulaq asın, xoş sözlər deyin.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 3652 Əlavə edilib: 30 İyul 2012  

#1 Müəllif: isulya (9 Noyabr 2012 21:05)


Qrup: Istifadəçi
cox sagolun heqiqieten duz deyirsiniz esline qalsa gelin de oz aleminde haqli qaynanada here oz gorduyunu deyir. her ikisini ayriliqda danisdirsan bir-birilerinde gunah gorurler. ama bilmelidirler ki mehribanciliq her seyden vacibdir
ICQ:

#2 Müəllif: lena21 (31 Mart 2013 13:22)


Qrup: Istifadəçi
deyesen bu saytda mene komek eden olmayacaq. neyse helelik.
ICQ:

#3 Müəllif: cicek (3 İyul 2013 18:57)


Qrup: Istifadəçi
LAP UREYIMI OXUDUZ ,,,MEQLE UCUN SONSUZ TESEKKURLER....FERQLI INSANLAR OLDUGU KIMI,GELINLER ,QAYNANALAR DA COX FERQLIDIR,,BAXIR BEXTIVE KIM CIXACAQ,,,,MEN 6ILDIKI GELINEM,,,3IL QAYNANAM GILDE YASADIM ALI MEKTEBI OXUYA -OXUYA ...EVDE COX AZ OLMAGA CALISIRDIM,COX VAXT DA YOLDASIMNAN GEZMEKDE IDIM,,AM SONRA VEZIYYETIN QELIZLESDIYINI GORDUM CIXDIM O EVDEN ..ONLARDAN COX NARAZIYAM   OZ OGLUNA HEC GUN AGLAMAYAN VALIDEYINE ANA-ATA SOZUNU DE LAIQ GORMEDIM,,,SOZUMU DE DEMEYE CEKINMIREM,AMMA KINIM YOXDU BU DUNYADA ONLRI BAGISLAMISAM,AMMA O BIRI DUNYADA ONLARI HEC VAXT BAGISLAMARAM,,,INDI AYRI YASIYIRIQ,,,2MIZDE ISLEYIRIK,DUZDU KIRADA QALIRIQ,,,AMA BAS BEYNIMIZ SAKITDI,,,,ISTEDIYIMI ALIRAM ,GEYINIREM..GELECEYE EV DE DUSUNURUK...INSAALLAH,,,AMA SIZ DUZ DEYIRSIZ MEHRIBAN OLMAQ LAZIMDI,,,MENE CEKDIRDIKLERINI ALLAH  QARSISINA SAXLAMISAM,,,SADECE YOLA VERIRIK DE YOLDASIMIN XETRINE ...
ICQ:

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick