Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Oyuncaq seçərkən nələrə diqqət etməliyik
  • 0
Oyuncaq seçərkən nələrə diqqət etməliyik ?
Uşaqlarınıza oyuncaq seçərkən aşağıdakı xüsusiyyətlərə diqqət edin:
1.Seçiləcək oyuncaq uşağın yaşına,marağına və inkişaf səviyyəsinə uyğun olmalıdır.
2.Oyuncaqlar çox qarma-qarışıq olmamalıdır.Dayanıqlı olmalı,tez qırılmamalıdır.
3.Uşağın təkbaşına oynaya biləcəyi oyuncaqlar alınmalıdır.
4.Alınan oyuncaqlar çoxyönlü olmalıdır.Bu məqsədlə də xəyal gücünü artıran ,yaradıcılıq qabiliyyətini inkişaf etdirən oyuncaqlar daha məsləhətlidir.
5.Uşağın yaşına uyğun olmaqla yanaşı həm də diqqətini çəkəcəyi formada olmalıdır.Cəlbedici,əyləncəli oyuncaqlar uşaq üçün daha maraqlı olur.Bəsit oyuncaqlar uşağın tez sıxılmasına ,darıxmasına ,qarmaqarışıq oyuncaqlar isə özünəinamın azalmasına səbəb olur.Oyuncaq uşağın diqqətini çəkməzsə o zaman uşaq həmin oyuncaqla oynamaqdan imtina edəcəkdir.
6.Alınacaq oyuncaq alış-verişə getməzdən əvvəl dəqiqləşdirilməlidir.
7.Təmizlənməsi,yuyulması mümkün olan oyuncaqlar alınmalıdır.
8.Paylaşma ,bölüşdürmə duyğusunu inkişaf etdirən olmalıdır.
9.Forma və işlətmə baxımından tez qavranılan,anlaşılan ,başa düşülən olmalıdır.
10.Uşağın xoşuna gələn formada və rəngdə olmalıdır.
11.Oyuncağın ölçüsü ,böyüklüyü uşağın bədən xüsusiyyətinə uyğun olmalıdır.
12.Sökülə bilən tərzdə olmalıdır.Onda oyuncağını qırmadan rahat hissələrə ayıra bilər.
13.Uşağın sağlamlığına,onun psixi və fiziki inkişafına zərərli olmamalıdır.
14.Bahalı oyuncaq yaxşı oyuncaqdır-həmişə doğru deyil.Önəmli olan oyuncağın bahalı olması deyil,yararlı olmasıdır.Bu səbəbdən də çox bahalı oyuncaq əvəzinə daha keyfiyyətli oyuncaq almanız daha məsləhətlidir.
15.Ən önəmlisi oyuncağın uşaq üçün təhlükəsiz olmasıdır.Uşağın sağlamlığını təhlükəyə atmamalıdır.Kənarları sivri ,paslana bilən ,rəngi çıxan,elektrik batareyası açıqda olan və içinə əl soxula bilən elektrikli ayrıca kiçik uşaqlar üçün ağzına soxula biləcək böyüklükdə hissələri olan oyuncaqlar uşaqlar üçün təhlükəlidir.
16.Aldığınız oyuncağın üzərində oyuncaqdan necə istifadə qaydası haqda məlumatı tələb edin.
17.Oyuncaq seçərkən cinsiyyət ayırımı edilməməlidir.Qızlar maşın ,oğlanlar gəlincik oynatmamalıdır!-fikri çox yalnışdır Çünki uşaq onsuzda əşyaya ,oynadığı oyuncağa öz rolu cinsiyyəti baxımdan yanaşır.Bununla da o həmdə oyuncaqlarla tanış olur.Məsələn gəlinciklə oynayan oğlan uşağı ona ya bacısı ya da ana obrazı kimi yanaşır.Eləcə də qızlar maşınla oynayarkən qardaşı ya da atasını xatırlayır
18.Uşaqlara şiddətverici oyuncaqlar alınması da məsləhət görülmür.Bu uşaqda aqressiv davranışa, başqalarına zərər verən ruhda tərbiyə olunmasına səbəb olar.Tüfəng,tapança,qılınc,tank kimi oyuncaqlar uşaqlarda zorakılıq,eqoistlik,mərhəmətsizlik kimi hisslərin formalaşmasına gətirib çıxarır.
19. Uşaqlara yalnız rəngi fərqli olan eyni oyuncaqların alınması da doğru deyil.Belə ki, uşaq eyni oyuncaqdan həm bezəcək, həm də ətraf mühit,digər əşyalar haqqında məlumatsız qalacaqdır.
Sonda qeyd edək ki,oyuncaqlar doğru seçilərsə uşaqların bütün inkişafını dəstəkləyərsə onlari əyləndirən və sevindirən oyunlarının,həmçinin həyatlarının bir parçası,dəyərli əşyası olar.Unutmamalıyıq ki,sabahımız.gələcəyimiz olan körpələr oynayarkən həm öyrənir, həm də həyata hazırlanırlar.



Aygün Hüseynova

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 1377 Əlavə edilib: 12 сентября 2012  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©