Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Asperger sindromu nədir?
  • 0
Asperger sindromu nədir?

Asperger sindromu autizm qrupunun bir növüdür.Bu sindrom hər şeyə təsir göstərən inkişaf pozuntusu hesab olunur.
Asperger sindromu olan insanlarda nə kimi problemler müşahidə olunur.
Asperger sindromu naməlum bir sindrom olduğu üçün bəziləri tərəfindən yanlış anlaşılır.Təyin olunması da çətindir,üçlü bir pozuntu olaraq adlandırılır.Aşağıdakı pozğunluqlar müşahidə olunur.
1.İctimai münasibətlərdə çətinliklər
2.Ünsiyyətdə çətinliklər
3.Təxəyyüldə çətinliklər
İctimai münasibətlərdə çətinliklər-Təşkilatçılıq qabiliyyətləri çox zəifdir.Nəsə bir plan ağıllarına gələndə onu necə təşkil edəcəklərini bilməzlər.Dostlar tapmaqda çətinlik çəkirlər.İnsanlarla münasibət yarada bilmirlər.Bəzən hər şeyi səhv anlayırlar.Sanki görünməz bir divarın arxasındadırlar.Bir söhbəti sona qədər davam etdirməkdə çətinlik çəkirlər
Ünsiyyətdə çətinliklər-Başqalarının dediyi sözləri anlaya bilmirlər.Göz təması qurmaqda çətinlik çəkirlər və hətta göz təması qurmaq onlara ağrı verir.Asperger sindromu olan şəxslərin digərlərini anlamasında problemlər yaşanır.Səbrsiz olurlar.
Təxəyyüldə çətinliklər-Digərlərinin nə hiss etdiyini anlamaqda çətinlik çəkirlər.Duyğuların,mimikaların nə ifadə etdiyini başa düşməzlər.Hekayələrin,nağılların mənasını anlamaqda problemləri var.
Asperger sindromunun səbəbləri olaraq ekoloji faktorlar,beyin zədələnməsi,çətin doguş göstərilir.Lakin insanların genetik quruluşunun asperger sindromunda böyük rolu olduğu müəyyən edilmişdir.Asperger sindromu uşaqlarda 3-4 yaş arası müşahidə edilir,daha çox oğlanlarda bu sindroma rast gəlinir.Bu uşaqlarda təhsil çox önəmlidir həmçinin onların davranışlarında yaranan problemlər üçün dəstəyə ehtiyacları vardır.Asperger sindromunda təkrar olunan davranışlar edilir,onlar özlərinə qapanırlar.Suallara uyğun cavab verməkdə çətinlik çəkirlər.Bu sindromlu usaqlara psixoterapiya,özəl təhsil,davranışı dəyişdirmək üçün müalicə lazımdır.

Nigar Əliyeva

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 5631 Əlavə edilib: 20 Sentyabr 2012  

#1 Müəllif: vusale278 (11 Yanvar 2014 00:16)


Qrup: Istifadəçi
salam .menim sevdiyim wexs var ,onda bu elametler var,cidiyik aile heyati quracayiq ,bu kim i xestelikler sonradaan dahada pislewe biler? birdeki ueaqlari saglam ola biler? bu kimi xarakteriskaya mensub olan insanlarin ata olmaq wanslari var?evvelceden tewekurumu bildirirem
ICQ:

 
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
May 2017 (1)
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©