Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Psixologiya elminin inkişaf mərhələləri
  • 0
Psixologiya elmi öz inkişafının müxtəlif mərhələlərində keçmişdir. Bunlar aşağıdakılardan ibarətdir:
Elmə qədərki birinci mərhələ. Qədim dövrdən başlayaraq bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh (psixika)haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini tapmışdır.
İlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr eramızdan əvvəl VII-VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. İkinci mərhələnin başa çatması ilə bağlı olaraq psixoloji ədəbiyyatda fikir və mövqelər ferqlidir.
Psixologiyanın inkişafının mərhələlərə ayrılması digər elmlərdə olduğu kimi şərti xarakter daşıyır. Bəzən psixologiya elminin müstəqil elm sahəsi kimi yaranmasını V.Vundtun eksperimental psixologiya laboratoriyasının yaranması tarixindən götürmədiyi də təklif edənlər də var.
Psixologiya elminin inkişafının üçüncü mərhələsi Almaniyanın Leypsiq şəhərində V.Vundtun ilk eksperimental psixologiya laboratoriyasının yaratması ilə başlayır. Eksperimental psixologiya laboratoriyasının yaranması ilə psixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə çevrildi. Lakin V.Vundtun assosianist yanaşmanın əsasında qurduğu psixoloji model insanın ruhu aləmi, emosional haləti, şəxsiyyətin strukturu, yaradıcı fəallığı ilə bağlı yeni faktlar vərə bilmədi.
XX əsrin II yarısında yeni psixologiya məktəbləri və istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koqnitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik xüsusiyyeti ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləşməsi prosesi gedir.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 3260 Əlavə edilib: 2 May 2011  

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
May 2017 (1)
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©