Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: KURS İŞİ
  • 100
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ

Sosial elmlər və psixologiya fakültəsi
Psixologiya kafedrası
Ümumi psixologiya fənni üzrə


KURS İŞİ


MÖVZU: ŞƏXSİYYƏTİN İRADİ KEYFİYYƏTLƏRİ VƏ ONLARIN ÖYRƏNİLMƏSİ


Tələbə: Haliloğulları Ali
III kurs, qrupp 1558a
Kafedra müdiri: AMEA-nın müxbüzvi,prof.B.H.Əliyev
Elmi rəhbər: p.e.d. Şəfiyeva E.İ.


BAKI - 2010

MÜNDƏRİCAT

GİRİŞ…………………………………………………………………3
FƏSİL I. İRADƏ HAQQINDA ÜMUMİ ANLAYIŞ……………...4
1.1. İradə..................................................................................................4
1.2. İradi işin quruluşu..............................................................................7
FƏSİL II. ŞƏXSİYYƏTİN İRADİ KEYFİYYƏTLƏRİ..........................9
2.1. Şəxsiyyətin iradi keyfiyyətləri............................................................9
2.2. Fəaliyyətin növləri...........................................................................12
Tədqiqatın aparılması.............................................................................19
Nəticələrin işlənməsi...............................................................................21
NƏTİCƏ..................................................................................................22
ƏDƏBİYYAT SİYAHISI.......................................................................24












GİRİŞ
Söz daxilində iradə öz türk dilində qarşılıq olaraq istənc ilə ekvivalent olub insanın hər hansı bir hərəkəti reallaşdırma yolunda iç və xarici şərtləri ilə təyin olunan şüurlu dayanıqlılığı olaraq təyin oluna bilər. Digər bir deyişlə bir şeyi etməyi ya da etməməyi seçdirən və reallaşdıra bilən gücdür.
Şəxsiyyətin iradi keyfiyyətləri ilə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər – mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipii iradi keyfiyyətlərin formalaşmasında smühüm rol oynayır.
Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:
1. İlkin iradi keyfiyyətlər - iradi güc, təkidlilik.
2. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.
3. Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.
İradi keyfiyyətləri mənfi və müsbət olmaqla iki qruppa bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbrlilik və s. aid edirlər Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsiliyi də aid etmək olar.






Fəsil I. İradə haqqında ümumi anlayış
1.1. İradə
İnsan öz həyat və fəaliyyəti zamanı müxtəlif hərəkət və işləri icra ədir. Bunlardan bəziləri qəyri- ixtiyari, bəziləri isə ixtiyari şəkildə baş vərir.
Qeyri- ixtiyari hərəkətlər düşünülmüş, şüurlu şəkildə deyil, ya tamamilə dərk olunmayan və ya bir o qədər də dərk edilməyən təhriklərin təsiri altında baş verir. Bu cür hərəkətlər adətən impulsiv xarakter daşıyır. Onalrın dəqiq planı olmur. Psikologiyada qeyri- ixtiyari hərəkətlərə insanın qorxu, çaşqınlıq, heyrət, affekt halında olan və s.hərəkətləri aid edirler.
İxtiyari hərəkətlər isə məqsədlə bağlı, məqsədyönəlmiş hərəkətlərdir. Bu cür hərəkətləri yerinə yetirərkən insan öz məqsədini həyata keçirmək üçün lazım olan əməliyyatları əvvəlcədən təsəvvür edir. Bu cür hərəkətlər iradi xarakter daşıyır. Bu zaman insan qarşısına çıxan maneələri aradan qaldırmalı olur.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir.
İradi iş zamanı insan iki cür maneələri aradan qaldırmalı olur: daxili (subyektiv) və xarici (obyektiv)maneələr.
Daxili maneə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən istək və meyllərindən ibarət ola bilər. Məsələn, şagird sabah müəllimə cavab vermək üçün hazırlaşmağa başlayır. Elə bu vaxt televizorda onun coxdan baxmaq arzusunda olduğu bir filmi nümayiş etdirəcəklərini eşidir. Bu zaman o, öz istəyini boğaraq qonşu otağa keçib dərsə hazırlaşırsa daxili maneəni aradan qaldırmış olur.
Xarici maneə isə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən obyektiv, onun istəyindən asılı olmayan maneədir. Məsələn şagird sabahki dərsə hazırlaşmak məqsədini qarşısına qoyur. Bu zaman işıqlar sönür. Şagird öz məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan əmisigilə gedərək dərsi hazırlayırsa xarici maneəni aradan qaldırarak öz məqsədinə nail olur.
Mətin iradəli adamlar qarşılarına qoydukları məqsədə nail olmaq üçün hər cür maneəni aradan qaldıra bilirlər.
İradə- ali psixi funksiya kimi, insanın həyatı prosesində formalaşır. İnsan fəallığının xüsusi forması olan iradə mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır və ilk növbədə nitqin köməyi ilə təşəkkül tapır.
İradənin fizioloji mexanizmi baş-beyin yarımkürələri qabığının fəaliyyəti ilə əlagədardır. İ.P.Pavlovun nəzəriyyəsinə görə, insanın iradəsi söz qıcıqlandırıcıları ilə bağlıdır. İnsanın iradi davranışının fizioloji əsası birinci siqnal sistemidir. İradə-psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz davranış və fəaliyətini idarə etmək qabiliyyətində, qarşısına qoyduğu məqsədə nail olmaq işində rast gəldiyi maneə və çətinlikləri aradan qaldırmaqda ifadə edilir. İradə- xüsusi fəaliyyət forması kimi insandan öz davranışını qarşısına qoyduğu məqsədə müvafik olaraq tənzim etməyi, onunla rəgabətə girən başqa arzu və istəkləri ləngitməyi, boğmağı tələb edir.
İradi işi mahiyyətinə görə, həm də ixtiyari iş kimi də səciyyələndirmək olar. Çünki, hər bir iradi iş, başqa ixtiyari işlər kimi qarşıya məqsədin qoyulması ilə başlayır və onun yerine yetirilməsi ilə nəticələnir. Məsələn: eyni otaqda qalan tələbədən A- çoxdan yatıb, B- isə yuxusu gəlsə də oturub sabahkı seminar məşğələsinə hazırlaşır. Bu misallarda hər iki tələbə müəyyən məqsəd əsasında hərəkət edir. Ona görə də, hər cür sadə işi iradi iş kimi səciyyələndirmək olmaz. Yerinə yetirilən iş o zaman, iradi iş adlandırıla bilər ki, orada müəyyən iradi səy tələb olunsun.
Yuxarıdakı misalda, B-nin yuxusu gəlsə belə, oturub seminara hazırlaşması, iradi səy hesabına yerinə yetirilmişdir. Ona görə də, bu cür iş iradi iş kimi səciyyələndirilir və ikiqat ixtiyari adlandırılır.
Beləliklə, işin həm motivasiya tərzinə, həm də icra mexanizminə görə ixtiyari olması onun psixoloji cəhətdən iradi olmasının göstəricisidir. Beləliklə iradi iş mürəkkəb xarakter daşımaqla, insanın bilavasitə aktual tələbatları ilə müəyyən olunmur.
İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə yetirir: 1)təhriketmə funksiyası 2)ləngitmə funksiyası.
İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışması, bu yönümdə mübarizə aparması, qarşısına çıxan maneələri dəf etməsi, eyni zamanda özünün aktual tələbatı ilə bağlı olmayan işlər görməsi, dünyagörüşünə, ədiqəsinə, inam və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. Bu funksiyalar bir-birilə qarşılıqlı surətdə əlaqədardır. İradə şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin, motivlərdən fərqli olaraq iradən insanı yalnız fəallığını ləngidir.
İradə başqa psixi hadisələr kimi, inikasın bir formasıdır. Belə bi inikas zamanı, fəaliyyətin obyektiv məqsədi psixikada əks olunur. İradə özündə şüurun 3 mühüm xassəsini birləşdirmişdir: idrak, münasibət və hiss.
İnsan fəaliyyətinin məzmunun, onun səmərəliliyinə müxtəlif amillər təsir göstərir. Onlardan biri iradə ilə bağlıdır. Belə ki, insan iradə vasitəsilə öz fəaliyyətini həm tənzimləyir, həm də onun motivlərinin gücləndirilməsinə şərait yaradır. Fəaliyyət motivlərinin aktuallaşdırılması, şəxsiyyətin xəyali motivlərinin gücləndirilməsi hesabına əmələ gəlir.
Xəyali motivlərin formalaşması, şəxsiyyətin inkşaf səviyyəsindən asılıdır. Bir halda tələbə gözünün qabağına gətirir ki, o beynəlxalq əhəmiyyətli konfransda, xarici qonakların çıxışlarını səlist və düzgün qaydada iştirakçılara tərcümə edir, təşkilat komitəsi tərefindən təşəkkürnamə alır. Tədbirdən sonra, məşhur bir şirkətin prezidenti ona yaxınlaşaraq onların şirkətində tərcüməci işləməyi təklif ədir. Başqa halda isə, o,gözlərinin qarşısında rəfiqələrinin məşhur estrada müğənnisinin konsertində iştirak etmələrini, ondan sonra şəhərə gəzməyə çixmalarını, deyib-gülmələrini canlandırır.
Təlim prosesində, eləcə də, tərbiyə işində müəllimlə, tərbiyəçilər elə də valideynlər uşaqlarda görəcəkləri işlə bağlı müsbət xəyali motivlər yaratmaqla onlara psixoloji cəhətdən kömək edə bilərlər.
1.2. İradi işin quruluşu
İnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir. Psixoloji planda iradi iş fəaliyyətin strukturuna daxil edilir. Ümumi şəkildə iradi işi prosəs kimi təhlil etdiktə onun iki əsas mərhələdən ibarət olduğunu görə bilərik: 1. Zehni və yaxud intellektual mərhələ 2. İcra və yaxud əsas iradi mərhələ.
Zehni mərhələ tələbatın dərk olunması, həvəs və arzunun amələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar qəbulu və işin planlaşdırması ilə xarakterizə olunur. Qərarın qəbulu yəni işin hansı şəkildə icra edilməsi, iradi işin quruluşunda mühüm mərhələdir. Həqiqi iradi başlanğıc işin məhz hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul edilməsində təzahür edir.
Zehni mərhələ, xüsusən onun motivlər mübarizəsi və qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir. İradi işin bir elementi risk adlanır. Risk – o halda işə qoşulur ki, fəaliyyətin nəticələrini proqnozlaşdırmaq mümkün olmasın. Səmərəli risk, mahiyyətinə göre çox mühüm iradi keyfiyyət hesab olunur.
İcra mərhələsi- iradi işin psixoloji məzmununu açıb göstərən mərhələ hesab olunur. Zehni mərhələ iradi işin icra mərhələsi ilə tamamlanır. Elə insanın iradi keyfiyyətləri, onun nə dərəcədə iradəli olub- olmaması məhz ikinci mərhələdə aşkar olur.
Adətən öz strukturuna görə iradi işləri iki qrupa bölmək olar: sadə və mürəkkəb iradi işlər.
Sadə iradi iş qərar qəbulu və onun icrası ilə başa çatır. Məsələn, əgər dərsə hazırlaşmağı qərara alır və dərhal stolun arxasında əyləşərək hazırlaşmağa başlayırsans, bu cür işi sadə iradi iş adlandırmaq olar.
Mürəkkeb iradi işdə isə vəziyyət tamamilə dəyişi. Bu zaman qərarın qəbulu və icrası bir sıra mərhələlərdən kəçir. Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol və vasitələrin axtarılması, qərarın icrası ve s. mərhələdən kəçmək zəruri olur. Belə bir misala nəzər salaq. Fərz edək ki, XI sinif şagirdi ali məktəbə daxil olmaq məqsədini qarşısına qoyur. Bu zaman hansı ixtisası, hansı universiteti seçmək məsələsi ortaya çıxır. Şagirdi ingilis dili ixtisası maraqlandırır. Validynləri isə onun həkim olmasını istəyirlər. Keçən il həmin məktəbi bitirən yoldaşlarından Dillər Universitetinə daxil olanlar ona bu ixtisası seçməyi məsləhət bilirlər. Bütün bu motivlər arasında mübarizə gedir. Nəhayət o, ingilis üzre mütəxəssis olmaq qərarına gəlir. Bundan sonra yeni mərhələ başlayır. Şagird bunun üçün yol və vasitələr arayır. Müəllimlərindən məsləhət alır. Xüsusi hazırlıq kurslarına gedir. Ciddi şəkildə sınaq imtahanlarında iştirak edir. Nəhayət qəbul haqqında elanlar cıxdıqtan sonra sənədlərini həmin ixtsas üzrə təqdim edir. Bundan sonra test imtahanlarına gedir. Son mərhələdə məqsədinə necə nail olduğunu qiymətləndirilir.










FƏSIL II. ŞƏXSİYYƏTİN İRADİ KEYFİYYƏTLƏRİ
2.1. Şəxsiyyətin Iradi Keyfiyyətləri
Şexsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində tezahür edir ve formalaşır.İradi keyfiyyətlər-mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır,psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır.Tərbiyə səraiti,sosial mühit eləcə də,sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:
1.İlkin iradi keyfiyyər-iradi güc,təkildlilik.
2.törəmə iradi keyfiyyətlər-qətiyətlik,cəsaret,özünü ələ almaq,inam.
3.üçüncü iradi keyfiyyətlər-məsuliyyətliq,intizamlılıq,işgüzarlı q,təşəbbüskarlıq..
İradi keyfiyyətləri mənfi ve müspet olmaqla iki qrupa bölmək olar.Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsaret, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbrlilik və s.aid edirlər. Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir.Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi teqlidçilik,təlqinə qapılmaq,negativizm,tərslyi də aid etmək olar.
Təkidlilik- qəbul edilmiş qərarın icrası zamanı qarşıya çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir.Tərslik- isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət bəsləyə bilməməkdə ifadə olunur.Tərslik çox vaxt bilərəktən öz inadından dönməməkdə özünü göstərir.
Qətiyyət – hər hansı məsələ ilə bağlı heç bir tərəddüd etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olunur.Qətiyyət – iradi keyfiyyət kimi iradi işin bütün mərhələlərində özünü göstərir.Qətiyyətlilik – məqsəd aydınlığıvə inam hissi (yəginlik) ilə sıx bağlıdır. Bu keyfiyyətin əksini qətiyyətsizlik təşkil edir.Qətiyyətsiz adam üçün iradi işin bütün mərhələləri uzun və üzücü prosesə çevrilir. Qətiyyətsizlik-inamsızlıq, zəiflik,qorxaqlıq və məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur. Cesarət-iradənin çox mühüm keyfiyyəti olub,iradi işin icra mərhələsində özünü göstərən psixi xüsusiyətdir.Qəbul edilmiş qərarin icrası zamanı,tapşırığın,işin müvəffəqiyətli həllindən ötrü qorxu hissinə qalib gəlmək,təhlükəyə qarşı getməkdə,risq etməkdə təzahür edir.Cesarət iradəni quvvətlendirir və şəxsiyyətin hörmət və nüfuzunu artırır.Özünəinam,məqsəd aydınlığı,ədalət cesarətin aktivatorlarıdır.Çox vaxt mərdlik,qəhrəmanlıq,igidlik,hünərpərvərlik,mübarizliq cəsarətliklə sinonim sözlər kimi işlədilir.Cəsarətə əks olan keyfiyyət qorxaqlıqdır.Qorxaqlıq-inamsızlıqla,cesarətliklə,qətiyyətsizliklə çulğalaşan keyfiyyətdir.Qorxu həm də orqanizmin bioloji mudafiə reaksiyasıdır. Özünü ələ ala bilmək əsasən şəxsin iradi iş zamanı özünü ələ ala bilməsində,bütün fəaliyyətini qarşıya qoyulan məqsədin yerinə yetirilməsinə səfərbər etməsində,qorxuya üstün gəlib,bütün maneə və çətinlikləri aradan qaldırılmasında ifadə olunur.İradənin özünü ələ ala bilmək,keyfiyyəti ən çətin situasiyada insan dözümlüyündə,soyuqqanlık və təmkinliyində ifadə olunur.İradənin özünü ələ ala bilmək,keyfiyyəti ən çətin situasiyada insan dözümlüyündə,soyuqqanlıq və təmkinliyində ifadə olunur.
Məsuliyyətlilik-mühüm iradi kəyfiyyətlərdən biri olub,şəxsin yerinə yetirdiyi fəaliyyət,davranış və rəftari qarşısında daşıdığı cavabdəhlik hissi ilə sıx bağlıdır.Məsuliyyətliyin əsasən borc hissinin,eləcə də cavabdehlik hissinin inkişafı ilə bağlı olması,sosial-mənəvi-psixoloji yetkinliyin gostəricisi kimi qəbul edilir.
İntizamlılıq-şəxsin qəbul edilmiş qayda və qanunlara əməl ətməsi ilə xaraktərizə olunan keyfiyyitdir.İnsanın fəaliyyət və ünsiyyət prosesində,mövcud sosial normlara,etalonlara və s. hörmətlə yanaşması,şəxsin olmsını bildirir.Görkəmli alman filosfu İ.Kant-nizam-intizam insanda vəhşiliyi ləvğetmə vasitəsi olduğunu göstərmişdir.İnsanların qrup və kolləktiv şəraitdə birgə fəaliyyət göstərməsi ,başqa səbəblərlə paraləl olaraq intizamlılıq,ardıcıl və icracılıq bir-birilə sıx vəhdət təşkil edən kefiyyətlərdir.Tənbəllik-işgarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəfliyin təzahür formasıdır.
Müstəqillik-insanın hər hansı fəaliyyəti heç bir kömək,göstərişolmadan həyata keçirmək qabiliyyətdir.O esasən qərar qebulunda və icra olunmuş işə görə cavabdehlikdə özünü göstərir.Müstəqil adam məsuləyyət hisiinə,tənqidi ağıla,möhkəm əqidəyə və dərin inam hissinə malikdir.Müsqiliik ən mühüm iradi keyfiyyət kimi iradi işin həm intellektual,həm də icra mərhələsində təzahür edir.Başqa iradi keyfiyyitlər kimi,müstəqəllək də sosial həyat şəraitindən,mühit və tərbiyədən asılı olaraq formalaşan psixi xususiyyətdir.
Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təşkil ədir.Təqlid başqalarının davranışı olduğu kimi yamsılamaq,təkrar etməkdən ibarətdir.Təqlid başqalarının davranışını olduğu kimi yamsılamaq,təkrar etməkdən ibarətdir.Təlqinə qapılmaq isə dərk etmədən başqalarının təsiri altına düşməkdir.
Səbrlilik. Psəxologiyada iradənin təzahürü haqqında danışdıqda,elə ilk növbədə səbirli olmaq başa düşülür.Səbirli olmaq-iradi güc,təkidlilik,özünü ələ almaq,inam,dözümlülük kimi keyfiyyətlərlə vəhdətdə təzahür edir.Azərbaycan şər kəhkəşanının ən parlaq və sönməyən ulduzu böyük Sabirin dediyi kimi
Hansı bir müsküldü kim,səbr ilə asan olmasın¬?
Patopsixologiyada psixi vəziyyət,iradəsizlik,fəaliyyətə həvəs deyilir(yunanca abulia-qətiyyətsizlik)
Zəif iradəlilik-məqsədəuyğunluğun və yüksək niyyətlərin yoxluğudur.Zeif iradəlilər üçün özlərinin maraq dairələrin yokluğudur.Zəif iradəlilər üçün özlərinin maraq dairələrini genişləndirmək faydalıdır.İradə(lazımdır),iradsizlik isə (istəyirəm)motivi ilə hərəkətə gəlir.Bernard Şou yazırdı.İradə olmayan yerdə yol da yoxdur.Kibernetiklər iradəni həyati mübarizəni əks etdirən bir oyun anlayışı kimi təyin edirlər.Qədim romalılar deyirdilər.Cəsurlara talə kömək edir(audaces fortuna adjuvat)
2.2. Fəaliyyətin növləri
1. Iradə haqqında anlayış
2. Iradi işin quruluşu
3. Şəxsiyyətin iradi keyfiyyətləri

Fəaliyyət sözü fəallıq sözündən əmələ gəlsədə ancaq eyni məzmunlu anlayış deyildir. Fərq ondadır ki, fəaliyyət daha çox sosial yönümlüdür, fəallıq isə təbii tələbatların ödənilməsini şərtləndirir. Fəaliyyət əsasən insan davranı¬şında və hərəkətlərində gerçəkləşir. Fəallıq isə daha çox heyvanlara məxsusdur. Insan fəaliyyətini heyvan fəallığından fərqləndirən əsas meyarlardan biri də insan fəaliyyəti yaradıcı xarakter daşıyır. Heç bir heyvan təbiətin verdiyi hazır məhsullardan başqa özünə predmet hazırlamır. Onların qazandığı ictimai təcrübə heç bir şəkildə digər məhsullara ötürülmür. Insan fəaliyyəti isə yaradılmış fəaliyyət məhsulları başqa nəsillər tərəfindən davam etdirilir və mədəni sərvət kimi qorunub saxlanır.
Fəaliyyət insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili (psixi) və xarici (fiziki) fəallığıdır. Insan fəaliyyəti bu və ya digər şəkildə özünəməxsus struktura malik olur. Burada motiv və məqsəd fəaliyyətin əsas strukturunu yaradır. Fəallıqda isə bilavasitə orqanizmin tələbatının ödənilməsində öz əksini tapır. Aktuallaşmış tələbat kimi çıxış edir. Insan fəaliyyətində isə fəaliyyətin son nəticəsini müəyyənləşdirən məq¬səd olur.
Motivlər tələbatlarla sıx əlaqədədir. Motivlərin əsasında tələbatlar dayanır. Motiv insanı bu və ya digər fəaliyyətə və ya fəallığa sövq edən, təhrik edən qüvvədir. Ayrı-ayrı anlarda motiv məqsədə, məqsəd isə motivə çevrilə bilər. Heyvanın fəal¬lığında bu cəhət nəzərə çarpmır. Burada özünü göstərən davranış xaotik xarakterlidir. Insan fəaliyyəti isə sistematik xarakterlidir. Insanı fəaliyyətə təhrik edən tələbatdır. Tələbat insanın nəyə isə olan ehtiyacıdır. Lakin o ehtiyac tələbata çevrilir ki, o, hazırkı konkret şəraitdə aktuallaşmış olsun, başqa sözlə, isan üçün müstəsna, həyati əhəmiyyət kəsb etsin. Tələbatlar mənşəyinə və predmetinə görə təsnif edilir. Mənşəyinə görə: 1)təbii və 2) mədəni. Predmetinə görə: 1) maddi və 2) mənəvi.
Insanın fəaliyyəti də tələbatın əsasında qurulur. Ancaq insanın fəaliyyəti sosiallaşmış tələbatlar üzərində qurulur.
Fəaliyyətin tərkib hissələrinə aşağıdakılar daxildir:
1. Motiv – məqsəd fəaliyyətin vektorunu əmələ gətirir.
2. Fəaliyyətin şəraiti
3. Xarici və daxili fəallıq
4. Interiorizasiya və eksteriorizasiya. Maddi (əşyavi) əməliyyatların fikri əmə¬liy¬yat¬lara çevrilməsi interiorizasiya, fikri əməliyyatların xarici əməliy¬yatlara çevrilməsi isə eksteriorizasiya adlanır.
5. Vərdişlər və bacarıqlar. Avtomatlaşmış proseslərə vərdişlər deyilir. Yəni, şüurun xüsusi nəzarəti olmadan icra edilir. Bütün vərdişlər məqsədyönlüdür. Adətlər də avtomatlaşmış hərəkətlər birliyidir. Adətlər vərdişlərdən fərqli olaraq tələbatlarla bağlıdır. Adətlərdən fərqli olaraq vərdişlərdə «+» və «-»lik yoxdur. Adətlər sönmür. Onun sönməsi üçün tələbatlar aradan qaldırılmalıdır. Yeni şəraitdə qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş üsullarının seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunması bacarıq adlanır.
6. Fəaliyyətin nəticəsi
İnsanın bütün həyatı boyu istifadə etdiyi fəaliyyət növlərinə oyun, təlim və əmək daxildir. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən, oyunun köməyi ilə ödəyirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünüxidmət əməyindən istifadə edirlər. Məktəb yaşı dövründə aparıcı fəaliyyət təlim fəaliyyəti olur. Bu FƏALİYYƏTİN İRADİ TƏNZİMİa
dövrdə şagirdlər həm oyundan, həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə insanlar oyundan və təlim fəaliyyətindən istifadə edirlər.
Təlim fəaliyyəti. Məktəblərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəlmiş fəaliyyət növlərindən biri aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər. Təlim insanın fəaliyyət və davranışını bəşıriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına əsaslı təsir göstərir. Məhz buna görə də təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o fərdin birbaşa psixi inkişafi vasitəsi kimi həyata keçirilir.
İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Buna görə də əməyi müəyyən ictimai faydalı maddi və ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər. Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət edir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir.
İradi iş zamanı 2 cür meneələri aradan qaldırmalı olur: daxili(subyektiv) və xarici(obyektiv) maneələr.
Daxili maneə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən istək və meyylərindən ibarət ola bilər. Məsələn, şagird sabah müəllimə cavab vermək üçün hazırlaşmağa başlayır. Elə bu vaxt televizorda onun çoxdan baxmaq arzusunda olduğu bir film nümayiş etdirəcəklərini eşidir. Bu zaman o, öz istəyini boğaraq qonşu otağa keçib dərsə hazırlaşırsa daxili maneəni aradan qaldırmış olur.
Xarici maneə isə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən obyektiv, onun istəyindən asılı olmayan maneədir. Məsələn, şagird sabahkı dərsə hazırlaşmaq məqsədini qarşısına qoyur. Bu zaman işıqlar sönür. Şagird öz məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan əmisigilə gedərək dərsi hazırlayırsa xarici maneəni aradan qaldıraraq öz məqsədinə nail olur.
İradə- ali psixi funksiya kimi, insanın həyatı prosesində formalaşır.İnsan fəallığının xüsusi forması olan iradə mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır və ilk növbədə nitqin köməyilə təşəkkül tapır.
İradənin fizioloji mexanizmi baş-beyin yarımkürələri qabığının fəaliyyəti ilə əlaqədardır. İ.P.Pavlovun nəzəriyyəsinə görə, insanın iradəsi söz qıcıqlandırıcıları ilə bağlıdır.İnsanın iradi davranışının fizioloji əsası birinci siqnal sistemi ilə qarşılıqlı təsirdə olan ikinci siqnal sistemidir. İradə-psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz davranış və fəaliyyətini idarə etmək qabiliyyətində, qarşısına qoyduğu məqsədə nail olmaq işində rast gəldiyi maneə və çətinlikləri aradan qaldırmaqda ifadə edilir.
İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə yetirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası.
İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışması, bu yönümdə mübarizə aparması, qarşısına çıxan maneələri dəf etməsi , eyni zamanda özünün aktual tələbatı ilə bağlı olmayan işlər görməsi, dünyagörüşünə, əqidəsinə, inam və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. İradə şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin motivlərdən fərqli olaraq iradə insanı yalnız fəallığa təhrik etmir, həm də lazım gəldikdə onun gəallığını ləngidir.
İradə özündə şüurun 3 mühüm xassəsini birləşdirmişdir: idrak, münasibət və hiss.
İnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir. Psixoloji planda iradi iş fəaliyyətin strukturuna daxil edilir. Ümumi şəkildə iradi işi proses kimi təhlil etdikdə onun iki əsas mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və yaxud intellektual mərhələ; 2. İcra və yaxud əsas iradi mərhələ
Zehni və yaxud intellektual mərhələ tələbatın dərk olunması, həvəs və arzunun əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar qəbulu və işin planlaşdırılması ilə xarakterizə olunur. Həqiqi iradi başlanğıc işin məhz hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul edilməsində təzahür edir.
Zehni mərhələ, xüsusən onun motivlər mübarizəsi və qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir.
İcra mərhələsi iradi işin psixoloji məzmununu açıb göstərən mərhələ hesab olunur. Zehni mərhələ iradi işin icra mərhələsi ilə tamamlanır. İnsanın iradi keyfiyyətləri, onun nə dərəcədə iradəli olub-olmaması məhz ikinci mərhələdə aşkar olur.
Adətən öz strukturuna görə iradi işlər 2 qrupa bölmək olar: sadə və mürəkkəb iradi işlər. Sadə iradi işlər qərar qəbulu və onun icrası ilə başa çatır. Məsələn, əgər dərsə hazırlaşmağı qərara alır və dərhal stolun arxasında əyləşərək hazırlaşmağa başlayırsansa, bu cür işi sadə iradi iş adlandırmaq olar. Mürəkkəb iradi iş zamanı qərarın qəbulu və icrası bir sıra mərhələlərdən keçir. Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol və vasitələrin axtarılması, qərarın icrası və s. mərhələlərdən keçmək zəruri olur.
Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər-mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyat prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirkmək olar:
1. İlkin iradi keyfiyyətlər-iradi güc, təkidlilik
2.Törəmə iradi keyfiyyətlər-qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.
3.Üçüncü iradi keyfiyyətlər-məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.
İradi keyfiyyətləri mənfi və müsbət olmaqla 2 qrupa bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbrlilik və s. aid edirlər. Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsliyi aid etmək olar.
Təkidlilik- qəbul edilmiş qərarın icrası zamanı qarşıya çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir. Tərslik- isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən öz inadından dönməməkdə özünü göstərir.
Qətiyyət-hər hansı məsələ ilə bağlı heç bir tərəddüd etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olunur. Qətiyyətlilik-məqsəd aydınlığı və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Qətiyyətsizlik-inamsızlıq, zəiflik, qorxaqlıq və məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur.
Cəsarət- iradənin çox mühüm keyfiyyəti olub, iradi işin mərhələsində özünü göstərən psixi xüsusiyyətdir. Qəbul edilmiş qərarın icrası zaman, tapşırığın, işin müvəffəqiyyətli həllindən ötrü qorxu hissinə qalib gəlmək, təhlükəyə qarşı getməkdə, risq etməkdə təzahür edir.Qorxaqlıq-insanın motivasiya sahəsi ilə bağlı olub, sosial keyfiyyət kimi, ətraf aləmdə baş verən hadisələrə münasibətdə özünü göstərir. Qorxaqlıq inamsızlıqla, cəsarətliliklə, qətiyyətsizliklə çulğalaşan keyfiyyətdir.
Özünü ələ ala bilmək-əsasən şəxsin iradi iş zamanı özünü ələ ala bilməsində, bütün fəaliyyətini qarşıya qoyulan məqsədin yerinə yetirilməsinə səfərbər etməsində, qorxuya üstün gəlib, bütün maneə və çətinlikləri aradan qaldırmasında ifadə olunur. Özünü ələ ala bilmək keyfiyyəti ən çətin situasiyada insan dözümlüyündə, soyuqqanlılıq və təmkinliyində ifadə olunur.
Məsuliyyətlilik- şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında daşıdığı cavabdehlik hissi ilə bağlıdır.
İntizamlılıq-şəxsin qəbul edilmiş qayda və qanunlara əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir.
İşgüzarlıq-mühüm iradə keyfiyyətlədən biri olub, başlanan hər hansı bir işi, fəaliyyəti tədriclə, ardıcıl olaraq, axıra qədər icra etməkdir.Tənbəllik-işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin təzahür formasıdır.
Müstəqillik-insanın hər hansı fəaliyyəti heç bir kömək, göstəriş olmadan həyata keçirmək qabiliyyətidir.
Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təşkil edir. Təqlid başqalarının davranışını olduğu kimi yamsılamaqdan ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən başqalarının təsiri altına düşməkdir.
Səbirlilik. Səbirli olmaq- iradi güc, təkidlilik, özünü ələ almaq, inam, dözümlülük kimi keyfiyyətlərdə təzahür edir.
Patopsixologiyada psixi vəziyyət, iradəsizlik, fəaliyyətə həvəs düşkünlüyü iradənin patopsixologiyasıdır və buna abuliya deyilir.
Zəif iradəlilik- məqsədə uyğunluğun və yüksək niyyətlərin yoxluğudur.




























Tədqiqatın aparılması.
İradi keyfiyyətlərin yoxlanılması.

Təlimat; aşağıda təqdim olunan suallara ən qısa vaxd ərzində səmimi cavab verməyə çalışın
1.Hər hansı bir qərarı müstəqil qəbul edə bilərsinizmi?
A)Hə B)Yox

2.Bir işə başlayarkən onu axıra qədər çatdirmaqa qadirsənmi?
A)Hə B)Yox

3.Mərcləşdiyin hər işi yerinə yetirirsənmi?
A)Hə B)Yox

4.Çətin mübarizələrdən çəkinirsənmi?
A)Hə B)Yox

5.Hüquqlarını müdafiə edə bilirsənmi?
A)Hə B)Yox

6.Həmişə hər yerdə haqlı ola bilirsənmi?
A)Hə B)Yox

7.Hİslərini qarşı tərəfə etiraf etməkdən çəkinirsənmi?
A)Hə B)Yox

8.Mübarizəni sevirsənmi?
A)Hə B)Yox

9.Görüşlərə gecikmədiyin düzdümü?
A)Hə B)Yox

10.Naliyyətlər əldə etməyə özündə güc hiss edirsənmi?
A)Hə B)Yox

11.Gələcəyə optimist yanaşırsan?
A)Hə B)Yox

12.Sənə cəsarətli demək olarmı?
A)Hə B)Yox

13.Ətrafdakı insanların sevgisini qazandığına əminsənmi?
A)Hə B)Yox

14.Rəqiblərinə tez- tez qalib gəlirsənmi
A)Hə B)Yox

15.Səni özünə dost hesab edən çoxdurmu?
A)Hə B)Yox

16.İşi həll etmək üçün dəfələrlə qəbul edilmədiyin yerə yenə də gedərsən?
A)Hə B)Yox





Nəticələrin işlənməsi
3, 6, 9, 13 cü suallara bəli cavabı səmimiyyətdən kənardır
Bəli cavabların sayı 0 – 5 arasında olarsa iradi keyfiyyətləri zəifdir
6 – 11 olarsa orta, 11dən yuxarı olarsa iradi keyfiyyətləri yüksəkdir

Bu tədqiqat Bakı şəhəri M.Hüseynzadə adına 19 saylı orta məktəbin 8-d sinif şagirdləri iştirak edib. Onların yaş həddi 13-14 arasında dəyişirdi.
Bu tədqiqatda 21 tələbənin 20-si iştirak edib (bir tələbə tədqiqatda iştirak etmək istəmədiyini birldirdi). Bu tələbələrdən 8 – qız, 12 – oğlan idi. Qızlardan 3-2 bal, 1-7, 4-ü isə 12 – bal toplamışdır.
Oğlanlardan 7-9 bal, 5-i isə 14 – bal toplamışdır.















NƏTİCƏ

Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər-mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyat prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirkmək olar:
1. İlkin iradi keyfiyyətlər-iradi güc, təkidlilik
2.Törəmə iradi keyfiyyətlər-qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.
3.Üçüncü iradi keyfiyyətlər-məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.
İradi keyfiyyətləri mənfi və müsbət olmaqla 2 qrupa bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbrlilik və s. aid edirlər. Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsliyi aid etmək olar.
Təkidlilik- qəbul edilmiş qərarın icrası zamanı qarşıya çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir. Tərslik- isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən öz inadından dönməməkdə özünü göstərir.
Qətiyyət-hər hansı məsələ ilə bağlı heç bir tərəddüd etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olunur. Qətiyyətlilik-məqsəd aydınlığı və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Qətiyyətsizlik-inamsızlıq, zəiflik, qorxaqlıq və məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur.
Cəsarət- iradənin çox mühüm keyfiyyəti olub, iradi işin mərhələsində özünü göstərən psixi xüsusiyyətdir. Qəbul edilmiş qərarın icrası zaman, tapşırığın, işin müvəffəqiyyətli həllindən ötrü qorxu hissinə qalib gəlmək, təhlükəyə qarşı getməkdə, risq etməkdə təzahür edir.Qorxaqlıq-insanın motivasiya sahəsi ilə bağlı olub, sosial keyfiyyət kimi, ətraf aləmdə baş verən hadisələrə münasibətdə özünü göstərir. Qorxaqlıq inamsızlıqla, cəsarətliliklə, qətiyyətsizliklə çulğalaşan keyfiyyətdir.
Özünü ələ ala bilmək-əsasən şəxsin iradi iş zamanı özünü ələ ala bilməsində, bütün fəaliyyətini qarşıya qoyulan məqsədin yerinə yetirilməsinə səfərbər etməsində, qorxuya üstün gəlib, bütün maneə və çətinlikləri aradan qaldırmasında ifadə olunur. Özünü ələ ala bilmək keyfiyyəti ən çətin situasiyada insan dözümlüyündə, soyuqqanlılıq və təmkinliyində ifadə olunur.
Məsuliyyətlilik- şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında daşıdığı cavabdehlik hissi ilə bağlıdır.
İntizamlılıq-şəxsin qəbul edilmiş qayda və qanunlara əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir.
İşgüzarlıq-mühüm iradə keyfiyyətlədən biri olub, başlanan hər hansı bir işi, fəaliyyəti tədriclə, ardıcıl olaraq, axıra qədər icra etməkdir.Tənbəllik-işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin təzahür formasıdır.
Müstəqillik-insanın hər hansı fəaliyyəti heç bir kömək, göstəriş olmadan həyata keçirmək qabiliyyətidir.
Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təşkil edir. Təqlid başqalarının davranışını olduğu kimi yamsıl
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 9422 Əlavə edilib: 2 июня 2010  

#1 Müəllif: Gornostay2 (9 января 2011 00:10)


Qrup: Istifadəçi
Случайные афоризмы:

Каждый охотник желает знать, где лопух помягче!
Жизнь - это десять процентов того что с тобой случается и девяносто процентов того как ты на это реагируешь.
У студента всего два праздника- новый год и каждый день.
Коктейль «Дикий». В пивную кружку наливается 250 грамм водки. Затем туда же по ножу наливается еще 250 грамм водки. Следить, чтобы не перемешалось.
Небольшая сумма, данная взаймы, делает должника другом, большая - врагом.
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©