Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: KURS İŞİ
  • 100

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ


Sosial elmlər və psixologiya fakültəsi
Psixologiya kafedrası
Ümumi psixologiya fənni üzrə



KURS İŞİ


MÖVZU: MƏKTƏBLİLƏRİN TƏFƏKKÜR PROSESİNİN TƏDQİQİ

Tələbə: Hacıyeva Yasəmən
III kurs, qrup 1558a

Kafedra müdiri: AMEA-nın müxbüzvi,prof.B.H.Əliyev
Elmi rəhbər: Psixol.elm.nam.dos.,R.H.Qədirova








BAKI-2010
MÜNDƏRİCAT

GİRİŞ...........................................................................................................................3

I FƏSİL.MƏKTƏBLİLƏRİN TƏFƏKKÜRÜNÜN ÖYRƏNİLMƏSİ......................4

1.1.Təfəkkürün mahiyyəti və formaları.......................................................................4
1.2.Təfəkkür prosesləri və ya fikri əməliyyatlar.........................................................11
1.3.Məktəblilərin təfəkkürünün inkişafının öyrənilməsi.................................................................................................................15

II FƏSİL.MƏKTƏBLİLƏRİN TƏFƏKKÜR PROSESİNİN PSİXOLOJİ-EKSPERİMENTAL TƏDQİQİ.................................................................................20

2.1.Tədqiqatın təşkili və keçirilməsi..........................................................................20
2.2.Alınmiş nəticələrin işlənilməsi............................................................................22

NƏTİCƏ....................................................................................................................24

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI.....................................................26









GİRİŞ

Mövzunun aktuallığı.Bildiyimiz kimi təfəkkür ali psixi fəaliyyətin insana məxsus forması olub,cisim və hadisələrin, onlar arasında əlaqə və qanunauyğunluqlarından əlaqəli nəticə çıxarmaq qabiliyyətinə deyilir.Təfəkkür prosesinin əsasını əqli qabiliyyət təşkil edir.Başqa sözlə təfəkkürü intellektin aktiv fəaliyyət forması da adlandırmaq olar.Duyğu, qavrama, təsəvvür proseslərindən fərqli olaraq təfəkkür prosesində insan faktları müqayisə edir, onların arasında əlaqələri,qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir,bunun əsasında mühakimə yürüdür.Bu faktları bilsək, məktəblilərin təfəkkür prosesini daha yaxşı inkişaf etməsinə nail ola bilərik.Bu baxımdan problem aktualdır.
Tədqiqatın obyekti.Tədqiqat işimizin obyekti məktəblilərin təfəkkür prosesini öyrənməkdir.Beləki. biz məktəblinin təfəkkür proseslərinin inkişaf dinamikasını bilsək, gündəlik dərs prosesində ondan məharətlə istifadə edə bilərik.
Tədqiqatın predmeti.Tədqiqatın predmeti təfəkkürdür.Lakin biz təfəkkür haqqında ümumi məlumat almaqla yanaşı, məktəblilərin təfəkkür prosesinin inkişafını dərindən təhlil edəcəyik.
İşin məqsədi.Məktəblilərin təfəkkür proseslərinin inkişaf etdirilməsi yollarını araşdırmaqdır.Burada məktəb mühitinin rolu çox böyükdür.
Tədqiqatın vəzifələri.Əsas vəzifələr bunlardı:1.Təfəkkür prosesi haqqında ətraflı məlumat toplamaq; 2.Məktəblilərin təfəkkür prosesləri xüsusiyyətlərini araşdırmaq;
Tədqiqat işinin əsas fərziyyəsi.Fərziyyəmiz ondan ibarətdir ki, məktəblilərin təfəkkür proseslərini inkişaf etdirmək üçün dərs prosesində müxtəlif üsullardan istifadə etmək lazımdır.Yəni dərs prosesi elə qurulmalıdır ki, şagirdlər materialı mexaniki yox, şüurlu şəkildə qavrasınlar.
Tədqiqatda istifadə edilmiş metodlar.Tədqiqatda məktəblilərin təfəkkür prosesinin nə dərəcədə inkişaf etdiyini müəyyən edən Mürəkkəb analogiyalar və ya mücərrəd təfəkkürünüz necə işləyir? metodikasından istifadə edilmişdir.
Tədqiqatın strukturu.Giriş, I fəsil, II fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı.
I.FƏSİL.MƏKTƏBLİLƏRİN TƏFƏKKÜR PROSESİ.

1.1.Təfəkkürün mahiyyəti və əsas formaları.

Real aləmin dərk edilməsi duyğu və qavrayışla başlasa da,onlarla bitmir və idrak proseslərı təfəkkür prosesi ilə davam edir.Duyğu və qavrayışdan alınan məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə sərhədlərinin genişlənməsində həm prosesual,həm də informasiya dayaqları rolunu oynayır.Təfəkkür prosesinin gücündə idrak prosesi həm dərinləşir,həm də genişlənir.Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş biliklərin ayrı-ayrı hissələrini müqayisə edir,qarşılaşdırır,fərqləndirir,münasibətləri ayırd edir,yeni bilikləri kəşf edir və hissi idrakdan verilən şeylərin əlamətlərini mücərrədləşdirir,qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə vararaq onu dərk edir.Təfəkkür reallığı onun münasibət və əlaqələrində onun çoxobrazlı vasitəli tərəfləri ilə birlikdə əks etdirir.
Təfəkkür-insanın psixi,idraki fəaliyyətinin ən yüksək pilləsi olub,gercəkliyin onun mühüm əlaqə və münasibətlərini keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsi ilə əks etdirir.Ona görə də təfəkkürü cism və hadisələr arasındakı qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesi adlandırılır.
İnsanın biliyi və keçmiş təcrübəsi hissi idrakla və hafizə ilə qarşılıqlı əlaqəyə girərək onları dəyişdirir.L.S.Vıqotski bu prosesi hafizə və qavrayışın intellektuallaşması prosesi adlandırırdı.Qavrayış idrakı nöqteyi nəzərindən kateqoriya və düşünmə xüsusiyyətləri,hafizə isə sözlü-məntiqi xarakter daşıyır.
Təfəkkür prosesində insan özündə olan bilikləri praktik təcrübə yolu ilə uyğunlaşdırır və bu insana imkan verir ki,o mahiyyətin daha dərin qatlarına varid ola bilsin.Praktik fəaliyyət gerçəkliyin dərk edilməsinin həqiqət ölçüsü kimi çıxış edir.Təfəkkür vasitəsi ilə insan dünyanı dərk edir,ona təsir edərək dəyişir.Təfəkkür insanın əmək fəaliyyətindən doğmuşdur və məqsədə çatmaq yolunda,müvəffəqiyyət qazanmada qarşıya çıxan maneələri aradan qaldırmağın yollarını arayır.
Psixologiyada təfəkkürü konkret subyektin real psixi fəaliyyəti kimi,təfəkkürün necə inkişaf etməsini,necə yaranmasını,onun strukturunu.digər fəaliyyət növü ilə qarşılıqlı əlaqələrini öyrənir.Təfəkkürün təbiətini açan A.N.Leontyev qeyd edirdi ki,təfəkkürün quruluşu praktik fəaliyyətin quruluşuna yaxınlığı ilə prinsipial xarakter daşıyır.Təfəkkürün motivi tez-tez fəaliyyətin motivi ilə üst-üstə düşür.Fikri fəaliyyət praktik fəaliyyətdən fərqli olaraq özünün spesefik xüsusiyyətlərinə malikdir.O daxilidir,qisaldılmışdır və avtomatlaşmışdır.
Təfəkkür insanın təlim,əmək,oyun fəaliyyətində və inkişafında,şəxsiyyətə çevrilməsində xüsusi rol oynayır.Peşə fəaliyyətində əsas məzmun komponentini təfəkkür təşkil edir və o bu iş təmami ilə pedaqoji fəaliyyətə də aid edilir.
Təfəkkür psixi proses kimi bir sıra spesefik xarakter və xüsusiyyətlərə malikdir.İlk belə əlamət gerçəkliyin ümumiləşmiş inikasıdır,təfəkkür real dünyanın əşya və hadisələrinin ümumiləşmiş inikasıdır.İkinci az əhəmiyyətli olmayan təfəkkür əlaməti real aləmin vasitəli inikasıdır.Vasitəli inikasın mahiyyəti odur ki.şeylərin və hadisələrin xüsusiyyətləri hökm vermək üçün vasitəli informasiyanın təhlil yolu ilə əldə edilməsidir.Təfəkkürün xarakterik xüsusiyyətlərindən biri də onun nitqlə əlaqədə,vəhdətdə olmasıdır.İnsan daima sözlər əsasında fikirləşir.Həm nitqin.həm də təfəkkürün əsasını ikinci siqnal sistemi təşkil edir.Nəhayət,təfəkkürün mühüm xarakterik xüsusiyyətlərindən biri də geniş əhatəyə malik olmasıdır.Duyğu,qavrayış və təsəvvürlərin əhatə edə bilmədiklərini təfəkkür əhatə edə bilir.
Təfəkkür sosiol cəhətdən şərtlənən psixi prosesdir.Hər bir fərdin təfəkkürü insanların ictimai-tarixi təcrübəsinə istinad edir:təfəkkür sayəsində fərdi təcrübə bəşəriyyətin əldə etdiyi zəngin bilik ehtiyatına qoşulur.Çünki əqli əməliyyatlar,proseslər,fəndlər və s cəmiyyət tarixinin inkişafında,ictimai-tarixi təcrübədə təşəkkül tapır.Odur ki.təfəkkür ali idrak prosesi kimi hadisələrin gələcək mənzərəsini verə bilər.Təfəkkür sayəsində insanın fikri prosesi bu gündən gələcəyə və ya əksinə gələcəkdən bu günə istiqamətində cərəyan edə bilər.
Təfəkkür məqsədyönlü idrak prosesidir.Adam fikirləşərkən müəyyən bir məqsədlə düşünür,qarşıya çıxan məsələmi,sualı həll etməyə çalışır.
Təsadüfi deyildir ki,ali idrak prosesi olan təfəkkür bir sıra elmlər tərəfindən araşdırılır.Təfəkkürlə materiyanın qarşılıqlı əlaqəsi.təfəkkürün köməyi ilə varlığın dərk edilməsi yolları və imkanları fəlsəfə elmi tərəfindən araşdırılır.Təfəkkürün əsas formalarının (məhfum,hökm.əqli nəticələrin) qanuna uyğunluqları formal məntiq,onun beyin mexanizmi isə fiziologiya elmi tərəfindən öyrənilir.Kibernetika isə təfəkkürü informasiya prosesi kimi nəzərdən keçirit.insanın fikri fəaliyyəti ilə EHM-in işi arasındakı ümumi və fərqli cəhətləri araşdırır.Təfəkkür psixologiyada daha geniş aspektdə nəzərdən keçirilir.Psixologiyada təfəkkür dərk edən subyektlə dərk olunan obyekt arasında qarşılıqlı təsir prosesi.subyektin ətraf aləmə bələdləşməsinin aparıcı forması kimi öyrənilir.Yəni psixologiyada təfəkkür ilk növbədə idrak fəaliyyəti kimi nəzərdən keçirilir.
Təfəkkürün üç əsas forması vardır:məfhumlar,hökmlər,əqli nəticə.
Məhfum(anlayış)-cism və hadisələrin mühüm,əsas əlamətlərə görə əks etdirilməsindən ibarət olan formasıdır.Məsələn,mübtədacümlədə kimin və nəyin haqqında danışıldığını bildirmək əsas əlamət kimi daxildir.Məhz həmin əlamət mübtədanı digər cümlə üzvlərindən fərqləndirir.Məhfumlar xüsusi,ümumi,konkret və mücərrəd ola bilər.Xüsusi məhfumlar tək,xüsusi bir cismə və ya hadisəyə aid olur.Məsələn,Günəş,Bakı məhfumları xüsusi məfhumlardır.Bu cür məfhumların altında biz yalnız bir əşyanı və ya hadisəni başa düşürük.
Ümumi məfhumlar bir qrup cism və hadisəyə xas olan mühüm əlaməti əks etdirir.Məsələn.tələbəməhfumu ümumi məfhumdur.Həmin məfhum altında gələcəyin mütəxəsisi kimi hazırlanan insanları başa düşürük.
Konkret məfhumlar biləvasitə qavranıla bilən,arxasında əşya təsəvvür olunan məfhumlardır.Məsələn,ev.ağac məfhumları konkret məfhumlardı.Mücərrəd məfhumlar isə biləvasitə qavranıla bilməyən və arxasında əşya təsəvvür olunmayan məfhumlardı,məsələn.sevinc,xoşbəxtlik və s.
Məfhumlar çoxlu qarşilıqlı keçidlərlə təsəvvürlərlə bağlıdır və eyni zamanda ondan əhəmiyyətli dərəcədə fərqlənir.Onlar psixoloji ədəbiyyatda eyniləsdirilsələr də gercəkliyi inikas etdirmək xüsusiyyətlərinə görə biri digərindən fərqlənir.Təsəvvürlər obrazlı-əyanidir,biləvasitə verilmiş informasiyanı qavrayışda inikas etdirir.Real təfəkkür proseslərində təsəvvür və anlayışlar bəzi vəhdlikdə verilir.Məhfum və təsəvvürlər çətinliklər zamanı xüsusi ilə aşkar bir yerdə verilir.Məhfumlar keyfiyyətcə təsəvvürlərdən fərqlidir,təsəvvürlər obrazlarla fərdi şüurda yaranır.anlayışlar sözlərlə vasitəli yaranır və tarixi inkişafın məhsuludur.
Hökmlər-fikri proseslərin baş verdiyi əsas akt və ya formadır.Fikirləşmək hər şeydən əvvəl hökm verməkdir.Hər hansı fikri proses hökmlərlə ifadə olunur.Hökmlər insanın gerçək dünyanı onun xüsusiyyətlərində.əlaqə və münasibətlərində inikas etdirən dərk etmənin xüsusi formasıdır.Hökmlərdə cisimlər.hadisələr arasında müəyyən əlaqənin oldağu,eləcə də cismin.hadisənin müəyyən keyfiyyətinə malik olduğu təstiq və ya inkar edilə bilər.Bu baxımdan hökmlər iqrari və inkari olmaqla iki yerə bölünür.Məsələn,Bu kitab maraqlıdır dedikdə kitabda maraqlılıq keyfiyyətinin olduğunu təstiq edirik.Bu tələbə çalışqan deyil dedikdə isə tələbədə çalışqanlıq əlamətinin olmadığını göstəririk.Ona görə də birinci hökm iqrari,ikinci hökm isə inkari hökmdür.
Hökmlər ümümi,xüsusi və fərdi də ola bilərlər.Ümuni hökmlərdə eyni sinfə,qrupa aid olan bütün cism və hadisələrdə müəyyən bir cəhət ya təstiq,ya da inkar olunur.Xüsusi hökmlərdə isə iqrari və ya inkari bütün cism və hadisələrə deyil.onlardan bəzilərinə aid edilir.Fərdi hökmlər isə iqrar və ya inkar yalnız bir cism və ya hadisəyə aid olur.Cisimdə hər hansı bir sifətin iqrar və inkar edilməsinin səciyyəsinə görə şərti,təqsimi,qəti hökmlər vardırHər hansı bir fikrin həqiqiliyini hökmlərdə söylənmiş şərtlərdən asılıdırsa bu.şərti hökm adlanır.Məsələn:əgər şagird müntəzəm surətdə dərsə hazırlaşsa,dərslərindən geri qalmazTəqsimi hökmlərdə hər hansı cismə aid olan bir neçə xüsusiyyət iqrar və ya inkar edilir.Məsələn,Mahir ya birinci,ya ikinci,ya da üçüncü sinifdə oxuyurHökm cisimdə bu və ya digər əlamətin olduğunu şərtsiz,danışıqsız iqrar və ya inkar edirsə o qəti hökm hesab olunur.Məsələn,materiyasız hərəkət yoxdurİnsanlar həmişə öz hökmlərinin doğru olub-olmamasını yoxlamağa çalışırlar.Bu cəhətdən hökmlər üç növə ayrılır:mümkünlük,gerçəklik və zərurət hökmləri.Mümkünlük hökmündə,cisimlə onun əlamət və keyfiyyəti arasındakı əlaqə ehtimal kimi başa düşülür.bəlkə bu gün hava tutuldu,yağış yağdıBu hökmlərdə deyilən əlamət cisimdə ola da bilər.olmaya da.Belə hökmlərin həqiqiliyi təcrübədə yoxlanılır.Gerçəklik hökmü cisimlə,onun xassəsi,sifəti arasındakı əlaqəni əks etdirir.Məsələn,bu gün hava tutqundur Zərurət hökmü cisim və hadisələrlə onların əlamətləri arasında mövcud olan zəruri əlaqələri əks etdirir.Bu hökmün ən yüksək forması hesab olunur,çünki zərurət hökmləri təbiət və cəmiyyət qanunları haqqında elmin son sözünü qeyd edir.Məsələn,yer günəş ətrafında fırlanır Deyilənlərdən aydın olur ki,mümkünlük hökmü ola biləcəkləri,gerçəklik hökmü olanları,zərurət hökmü isə hökmən olanları əks etdirir.
Psixoloji planda hökmlər-subyektin hərəkətidir,müəyyən məqsəd və motivlə bağlıdır,insanı nəyisə düşünməyə və hansısa qərarı qəbul etməyə təhrik edir.Hökmlər fikri fəaliyyətin nəticəsidir,fikirləşən insanın müəyyən münasibətlərinin fikrin predmetinə olan münasibətidir.Hökmlər hərəki xarakter daşıyır,özündə sosial aspekti ehtiva edir.Hökmlərin sosial aspekti onun strukturunu şərtləndirir,onun az və ya çox dərəcədə mürəkkəbliyi digər fikirlərə münasibəti ilə şərtlənib.Hökmlər ilk dəfə olaraq hərəkətdə formalaşır.Hər hansı hərəkət seçici xarakter daşıdığından.o nəyi isə təsdiq,inkar etdiyindən praktik əhəmiyyət daşıyır.Hökmlərin bütün növlərinə adam birdən-birə yiyələnmir.İnsanın fərdi həyat prosesində hökmlər sadə formadan mürəkkəbə doğru tədricən inkişaf edir.Buna təlim prosesi ciddi təsir göstərir.
Təfəkkürün formalarından biri də istidlal və ya əqli nəticədir.Vahid məqsədə tabe olan bir sıra əməliyyatları özündə ehtiva edən az və ya çox dərəcədə mürəkkəb fikri fəaliyyətə deyilir.Əqli nəticə prosesində təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır.Əqli nəticədə və ya yekun hökmdə əldə olan biliklər əsasında yeni biliklərə yiyələnmək olur,biliyə bilik vasitəsi ilə yiyələnilir,biləvasitə təcrübənin hesabına yeni biliklər mənimsənilir,obyektiv bilik prosesin son nəticəsi kimi meydana çıxır.
Əqli nəticə prosesində psixoloji planda 3 əsas halı fərqləndirmək lazımdır.Birincisi,çıxış halı əyani təsəvvür olunur və ya yeni münasibətlər əyani təsəvvürlərdə açılır.A-nın B-dən böyük olması obrazlar şəklində təsəvvür olunur.İkincisi,eyni münasibəti əyaniliyə müraciət etmədən ancaq anlayışların köməyi ilə ifadə etmək olar.Bu halda nəticə formal əməliyyat deyil,bu əqli nəticənin qurulduğu xüsusiyyət və münasibətlərin məzmununun əhəmiyyəti tərəfləridir,konkret məzmunla müəyyənləşən qanunauyğunluqdur.Üçüncüsü,müvafiq əlaqələr,aşağı-yuxarı,böyük-kiçik möhkəmlənərək informasiya dayanaqlarından nəticəyə icra oluna bilər və əsasən bu hal assosiativ olaraq nitqin avtomatlaşmasına tabe edir.Əqli nəticənin üç əsas növü qeyd olunur:induktiv,deduktiv və analogiya(təşbeh).İnduktiv əqli nəticə xüsusi hallardan,misallardan(hökmlərdən)ümümi nəticə çıxarmaqdan ibarətdir.Məsələn,dəmirin,misin,poladın,gümüşün və s istidən genişləndiyi və onların metal olduğunu müəyyənləşdirmək esasında Bütün metallar istidən genişlənir hökmünü çıxarmaq olar.deduktiv əqli nəticə isə ümumi hallardan,misallardan(hökmlərdən) xüsusi nəticə çıxarmaqdan ibarətdir.Məsələn,Bütün xüsusi ismlər yazıda böyük hərflə başlayır.Bakı xüsusi ismdir deməli Bakı böyük hərflə yazılır nəticəsini çıxarmaq olar.Analogiyalara gəldikdə bu zaman ayrı-ayrı hallardan bənzətmə ilə nəticə çıxarılır.Deməli təşbeh iki cismin,iki hadisənin bu və ya başqa cəhətdən bir-birinə oxşamasına əsalanaraq.həmin cisim və ya hadisənin başqa cəhətlərindən bir-birinə oxşaması hökmünün çıxarılmasından ibarət əqli nəticədir.Təşbeh xüsusidən-xüsusiyə gedən istidlaldı.
Əqli nəticənin göstərilən növləri birdən-birə təşəkkül etmir.Buna uşağın həyat təcrübəsi və təlim-tərbiyəsi ciddi təsir göstərir.
Təfəkkürün növləri idraki əhəmiyyətinə görə bir-birində fərqlənirlər.Hafizədən mahiyyətə ümumiləşdirmə səviyyəsinə görə müxtəlif səviyyəli fikirlərin fərqləndirilməsinə görə təfəkkür,praktik anlayışlar təfəkkürü,obrazlı təfəkkür,praktik-əyani obrazlı anlayışlar təfəkkürü,əyani əməli ola bilər.Formasına görə -əyani əməli,əyani obrazlı,mücərrəd məntiqi,xarakterinə görə-nəzəri,praktik,genişlənməsinə görə-diskursiv,intiutiv,yeniliyinə görə-reproduktiv,produktiv növlərə ayrılır.
Nəzəri təfəkkür öz predmetinin qanunauyğunluqlarını açan yüksək təfəkkür növüdür.İnsan məsələ həlli zamanı anlayışlara müraciət edir,hərəkətləri əqlində yerinə yetirir,birbaşa təcrübəyə müraciət etmir.O məsələnin həllini əvvəldən axıra hazır biliklərin hesabına fikrən yerinə yetirir.Bu hazır bilik formaları anlayışlar,hökmlər,əqli nəticələrdir.Nəzəri anlayışlar təfəkkürü elmi nəzəri tədqiqatlar üçün xarakterikdir.Əyani təfəkkür və nəzəri təfəkkür çoxobrazlı üsullarla biri digərinə keçir.Onlar arasında fərq nisbidir.
Nəzəri obrazlı təfəkkür-anlayışlar təfəkküründən obrazların istifadəsi ilə fərqlənir.Hər hansı təfəkkür az və çox dərəcədə əyani-hissi obrazlarla qarışır.Anlayışlar və obrazlar- təsəvvürlər bu təfəkkür növündə ayrılmazdir.İnsan təsəvvürlərsiz ancaq anlayişlarla hissi əyanilikdən uzaq fikirləşə bilməz,o həmçinin təkcə hissi əyani obrazlarla,anlayışlarsız fikirləşə bilməz.Ona görə də əyani və anlayışlar təfəkkürünü xarici əksliklər kimi qəbul etmək olmaz.Lakin unutmaq olmaz ki,təsəvvür və anlayişlar nəinki bir-biri ilə bağlidir,həmçinin bir-biribdən fərqlidir,vahid təfəkkür daxilində bir tərəfdən əyani,digər tərəfdən abstrakt-nəzəri təfəkkürü fərqləndirirlər.Nəzəri və obrazlı təfəkkür idrakın müxtəlif pillələri kimi vahid prosesin müxtəlif tərəflərdir və eyni adekvat üsullarla obyektiv reallığın dərkinə yönəlib.Nəzəri obrazlar ya hafizədən əldə edilir.ya da təxəyyüldən yaradıcılıqda yaradılır.Ədəbiyyat,incəsənət adamları belə obrazlı təfəkkürə malikdir.Nəzəri anlayışlar və nəzəri obrazlı təfəkkür yanaşı mövcuddur.Onlar biri digərini qarşılıqlı tamamlayır,qarşılıqlı əlaqədə olan varlığın müxtəlıf tərəflərini aşkarlayır.Nəzəri anlayışlar təfəkkürü mücərrəd olsa da daha düzgün əks etdirir.
Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləşən insanın ətraf aləmi qavraması ilə birbaşa bağlıdır və onsuz icra olunmur.Fikir hissi-əyanə olaraq,insanı gerçək oləmə bağlayır.Qısamüddətli və operativ hafizədə təmsil olunan obrazlar təfəkkür üçün zəruridir.
Təfəkkürün bu növündən istifadə etdikdə adam qavradığı cisim və hadisələrin,icra edilmiş olduğu praktik işin surəti əsasında fikirləşir.Təfəkkürün bu növü bağça yaşlı uşaqlarda özünü qabarıq şəkildə göstərir.
Nəzəri obrazlı təfəkkür obrazları uzunmüddətli hafizədən əldə edir,sonra dəyişdirir.Bu təfəkkür forması məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlara xasdır.Praktik fəaliyyətlə məşğul olan yaşlı insanlara da bü təfəkkür növü xasdır.
Əyani-əməli təfəkkürün xüsusiyyəti ondan ibarətdir ki,təfəkkür prosesləri praktik dəyişdirmə fəaliyyət xarakteri daşıyır və insan onu real predmetlərlə icra edir.Nəsələ həlli zamanı əsas şərt müvafiq predmetlərlə uyğun iş görnəkdir.Adətən bu cür təfəkkür konkret praktik fəaliyyətdən kənara çıxa bilmir,həmin fəaliyyətin icrası prosesində baş verir.Ona görə də bu cür təfəkkürü eyni zamanda praktik təfəkkür də adlandırırlar.Bəşəriyyətin tarixi inkişafı prosesində birinci növbədə əyani-əməli (praktik) təfəkkür özünü göstərir.Üç yaşına qədər uşaqlarda da təfəkkür əsasən əyani-əməli xarakter daşıyır.Bu təfəkkür növü istehsal prosesində çalışan adamlara da məxsusdur və nəticəsi konkret məhsulun hazırlanmasından ibarətdir.
Mücərrəd (məntiqi) təfəkkür təfəkkürün ən yüksək inkişaf etmiş növüdür.Adətən məktəb yaşı dövründə praktik təcrübə əsasınd.ilk dəfə sadə şəkildə olsa da,mücərrəd təfəkkür yaranır və inkişaf edir.Mücərrəd təfəkkür mücərrəd məfhumlara istinad edən təfəkkür olmaqla,mücərrəd məfhumlar,hökmlər əsasında baş verir.
Qeyd etmək lazımdır ki,adını saydığımız təfəkkür növləri eyni anda baş verir və inkişafın səviyyələri kimi özünü birüzə verir.
Nəzəri və praktik təfəkkürün fərqi ondan ibarətdir ki,onlar praktika ilə müxtəlif cürə bağlıdır.Praktik təfəkkürün işi xüsusi konkret məsələ həllinə yönəlir,nəzəri təfəkkür isə ümumi qanunauyğunluqların həllinə istiqamətlənir.


1.2.Təfəkkür prosesləri və ya fikri əməliyyatlar.


Hər hansı fikri proses özünün hərəkət və fəaliyyət aktının daxili quruluşuna görə müəyyən məsələnin həllinə yönəlib.Məsələn özündə fərdin fəaliyyəti üçün şəraitə uyğun məqsədi ehtiva edir.Bu və ya digər məqsədə yönələn müəyyən məsələ həllinə istiqamətlənən fikri akt subyektin hər hansı motivlərindən çıxış edir.Fikri proseslərin başlanğıc məqamı adətən problem situasiya ilə bağlıdır.İnsan nəyi isə anlayanda fikirləşməyə başlayır.Təfəkkür adətən sual,problemdə əkslik və təəccübdən başlanır.Bu problem situasiya şəxsiyyətin fəkri proseslərə cəlb edilməsi ilə müəyyənləşir,o həmişə nəyinsə həllinə istiqamətlənib.Bütün təfəkkür prosesləri şüurla tənzim edilən əməliyyatlar xarakteri daşıyır.
Şüurlu məqsəqsədyönlü istiqamətlənmə fikri prosesləri xarakterizə edir.Təfəkkür qarşısında dayanan məsələ həllinin dərki fikri proseslərin axarını müəyyən edir.Təfəkkürün qarşısında dayanan məsələ həllinin dərki fikri proseslərin axarını müəyyən edir.Təfəkkür şüurlu tənzim olunan intellektual əməliyyatlar kimi icra olunur.Düşünmə prosesində yaranan hər hansı fikri təfəkkür uyğunlaşdırır,müqayisə edir və fikri prosesləri istiqamətləndirir.Beləliklə.yoxlama,tənqid.nəzarət təfəkkürü şüurlu proses kimi xarakterizə edir.Fikrin bu şüurluluğu onun xüsusı üstünlüyündə müəyyən olunur.Ancaq fikri proseslərdə səhv mümkündür.ancaq fikirləşən insan səhv edə bilər.
Hər hansı təfəkkür hadisəsi bu və ya digər formada anlayışlarda tamamlanır.Real fikri proseslərdə anlayışlar prosesi ayrıca ifadə olunmur,anlayışlar əyani təsəvvürlər və sözlərlə qarışaraq vahid.anlayışın forması olmaqla eşitmə və görmə obrazları ilə birlikdə fəaliyyətdə olur (icra olunur).
Əyani elementar fikri froseslərə daxildir:
a)şeylər və əlamətlər haqqında təsəvvür obrazları şəklində;
b)sxemlər şəklində;
c)anlayışlar təfəkkürünü idarə edən sözlər şəklində;

İnsan təkcə mücərrəd anlayışlarla deyil.həmçinin obrazlarla fikirləşir.Real fikri proseslər adətən söz,obraz formalarında hansısa şəkildə mücərrəd anlayışlara qarışır.
Obraz predmetin obrazı kimi sxematik məzmuna malikdir.İnsanın qavradığı və ya təsəvvür edilən obrazlar adətən sözlərlə ifadə olumuş şəkildə məna ilə əlaqəli olur.Söz predmeti mənalandırır.Obrazlı,əyani nə isə qavranılırsa.predmet dərk edilir və onun vasitəsi ilə qavranılır.Bu sxematik məzmun söz-anlayışın və obrazın ümümi əvəzedicisi rolunu oynayır.Sxəmatik ümümilik real fikri proseslərin zəruri həlqəsidir,çünki sonrakı səviyyədə bu məqam sözə və ya işarəyə çevrilir.
Təfəkkürə fikirləş və ya fikirləşmə əmrini vermək absurtdur.
Obraz fikri proseslərə qoşularaq,onda sxematik funksiyanı yerinə yetirərək intellektuallaşır.Obrazın fikri proseslərdə yerinə yetirdiyi funksiya,ümumiləşmiş məna hissi daşıyıcısı rolu oynamaqla fikri proseslərin hissi məzmununu dəyişdirir,ön planda şeyin,hadisənin mənası ilə əlaqəli olan əlamətlər aktivləşir,köməkçi,ikinci dərəcəli,təsadüfi sıxışdırılaraq arxa plana keçirilir.Obraz təfəkkürdən kənarda qalmır,o sxematik intellektual məzmunla zənginləşir.
Konkret əyani obraz,sxem,söz təfəkkürdə əhəmiyyətli rol oynayır.İnsan heç də həmişə genişləndirilmiş sözlü formalarla fikirləşmir,fikri bəzən sözü qabaqlayır.Əyani obrazlar,sxemlər təfəkkürün hissi-əyani komponentlərini tükətmir.Söz anlayışlar təfəkkür üçün əsas əhəmiyyət kəsb edir.
Anlayışlar təfəkkürü-sözlü təfəkkürdür.Söz fikrin mövcudluq formasıdır,onun vasitəsiz ötürülmə imkanıdır.Fikir ancaq o zaman son formasını ala bilir ki,niyyət nitq simvollarında kodlaşır.Fikrin nitqdə kodlaşması ümumi idraki forması olmasını L.S.Vıqotski belə ifadə etmişdir:fikir sözdə doğulur.Ona görə nitq təkcə ünsiyyət vasitəsi deyil,həm də təfəkkürün silahıdır.Söz-fikrin forması-təkcə mücərrədləşmiş məna deyil,həm də əyani hissi təsəvvürdür.
Fikri proseslər problem situasiyanın mövcudluğundan asılı olaraq başlayır və hansısa problemin həllinə istiqamətlənən subyektin təsəvvürlərində qeyri-adekvat.təsadüfi və qeyri-əsas əlamətlərlə verilib.
Daha adekvat dərk etmə təfəkkür qarşısında məsələ həlli üçün,idrak prosesləri çoxlu əməliyyatlardan istifadə edir.
Belə əməliyyatlara təhlil.tərkib,müqayisə,mücərrədləşdirmə,ümümiləşdirmə,konkretləşdirmə aid edilir.Bütün bu əməliyyatlar təfəkkürün əsas əməliyyatlarının müxtəlif tərəflərinin vasitəli mahiyyət əlaqələrinin və münasibətlərinin açılmasına yönəlib.
Fikri proseslərin və ya fikri əməliyyatların motivlərinin-təhlil və tərkib (analiz və sintez) vasitəsi ilə bu əlamətləri aydınlaşdırmaq mümkündür.
Təhlil-əşyanın,hadisənin fikrən hissələrə,anlara,tərəflərə bölünməsidir.Tərkib təhlil vasitəsi ilə ayrılmı.,parçalanmış tamı bərpa edir,mahiyyəti az və ya çox dərəcədə təhlil vasitəsi ilə açılmış əlaqələri birləşdirir.
Təhlil problemi hissələrə bölür,tərkib yeni əsasda onu həll etmək üçün birləşdirir.Təhlil və tərkib əməliyyatlarının köməyi ilə fikir əşya haqqında yayğın təsəvvürlərdən anlayışa doğru gedir.Təhlil vasitəsi ilə əsas elementlər aşkarlanır,tərkib vasitəsi ilə tamın mahiyyət əlaqələri açılır.
Təhlil və tərkib digər təfəkkür əməliyyatları kimi,əvvəlcə əşyavi,hərəkət planında əmələ gəlir.Təhlil və tərkib bir-biri ilə sıx əlaqədardır.Təhlil vasitəsi ilə ayrilmış əlamətlər tərkibin köməyi ilə fikirdə bütövləşir.
Bəzi insanlar təhlilə meyilli olmaları-dəqiqlik və aydınlığı,digərləri isə tərkibin genişliyi ilə seçilir.Təhlil və tərkib təfəkkürün bütün tərəflərini ifadə edə bilmədiyindən,digər münasəbətlər mücərrədləşdirmə və ümumiləşdirmə ilə aşkarlanır.
Müqayisə-şeyləri,hadisələri,onların xüsusiyyətlərini qarşılaşdıraraq onların fərqini və oxşarlığını açır,müəyyən edir.Onların digər fərqli şeylərdən oxşar əlamətləri müəyyən edərək müqayisə oxşar əlamətlərin təsnifatını həyata keçirir.Müqayisə idrakın formasıdır,əşyalar əvvəlcə müqayisə yolu ilə dərk olunur.Bu həm də idrakın elementar formasıdır.Oxşar və fərqli əqli idrakın əsas kateqoriyalarıdır və əvvəlcəxaricə münasibətlər kimi çıxış edir.Müqayisə oxşarda fərqi,fərqdə oxşarı tapmağa yönəlib.Daha dərin mahiyyət əlamətlərini,qanunauyğunluqları və daxili əlaqələrin açilmasını tələb edir.Müqayisə zamanı düzgün nəticəyə gəlmək üçün ona bir sıra tələblər verilir.Hər şeydən əvvəl,müqayisəni eynicinsli obyektlər üzərində aparmaq lazımdır.Məsələn,tələbə ilə fincanı müqayisə etmək olmaz.Digər tərəfdən müqayisə zamanı müqayisə olunan obyektlərin hamisında eyni əlamət götürülməlidir.Məsələn,iki tələbədən birinin intizamını,o birinin isə təlim müvəffəqiyyətini götürüb müqayisə etmək olmaz.
Mücərrədləşdirmə-cisim və hadisələrdə mövcud olan hər hansı bir tərəfin,əlamətin,xassənin fikrən nəzərdən keçirilməsindən ibarət olan təfəkkür formasıdır.Mücərrədləşdirmə,digər fikri əməliyyatlar kimi,əvvəlcə hərəkət planında doğulur.Mücərrədə gedən yol konkret əşyalara olan münasibətlərdən keçir,fikir konkretdən ayrılaraq,daim və zəruri olaraq ona qayıdır.Konkretə,şeyə,hadisəyə,qayıdış fikrin mücərrəd yolundan keçir.Bu hal həmişə idrakın zənginləşməsi ilə başa çatır.Konkretdən aralanan fikri proses və ona abstrakt vasitə ilə qayıdan,idrak konkret olanı fikrən yenidən qurur və məzmunu zənginləşdirir.Mücərrədləşdirmə konkretdən keçir və konkret mücərrəd vasitəsi ilə dərk olunur,idrak prosesləri ikiqat fikri hərəkətlər vasitəsi ilə baş verir.
Ümumiləşdirmə fikri prosesin daha mürəkkəb əməliyyatlarındandır.
Ümumiləşdirmə hərəkət planında doğulur,fərd eyni ümumiləşdirmə hərəkəti ilə bir neçə müxtəlif oyadıcılarıa cavab verir,onları müxtəlif situasiyalarda ümümilki xüsusiyyəti əsasında yaradır.Müxtəlif situasiyalarda eyni hərəkət müxtəlif hərəkətlərin vasitəsi ilə tez-tez icra oluna bilər və bütün hallarda eyni.ümumi hərəkət sxemlərini saxlayır.Ümumiləşdirmə mücərrədləşmiş mahiyyət xarakterli əlamətləri ona aid olan predmetlər sinfi və hadişələrə birləşdirir.Anlayış fikri ümumiləşdirmə formalarından biridir.
Konkretləşdirmə-ümumiləşməyə əks istiqamətli hərəkətdir.Konkretləşdirmə anlayışların müəyyənləşməsində tək-tək şeylərin və hadisələrin müəyyən sinfə aidliyini göstərir.Konkretləşdirmə ümumi vəziyyətə və ya hər hansı anlayışa müvafiq olan tək haqqında təsəvvürdür.Konkret təsəvvürlərdə hadisə və predmetlərin müxtəlif əlamətlərindən azaltmalar baş vermir,əksinə bu predmetlər özünün çoxobrazlığı ilə əlamət və xüsusiyyəti ilə,bir əlamət digəri ilə əlaqədə konkret ifadə edilir.Ümumi anlayışları konkretləşdirərək biz bunu daha yaxşı başa düşürük.Stol anlayışını konkretləşdirərək biz onu yazı masası, yemək masası, iş stolu kimi ifadə edirik.




1.3.Məktəblilərin təfəkkürünün inkişafının öyrənilməsi.

Uşaq şəxsiyyətinin inkişafında mühüm əhəmiyyət kəsb edən idrak proseslərindən biri də təfəkkürdür.Təfəkkür təhlil və tərkib yolu ilə gerçəkliyin ümumiləşmiş və vasitəli inikasıdır.Təfəkkür əməli fəaliyyət əsasında hissi idrakdan yaranır,lakin onun hüdudlarından çox-çox kənara çıxır.
Sual olunur ki,insan üçün böyük əhəmiyyət kəsb edən,ona irəlini əvvəlcədən görməyə,situativ problemləri həll etməyə imkan verən bu mürəkkəb idrak prosesləri anadan gəlmədirmi.onun inkişaf xüsusiyyətləri nədən ibarətdir və bu inkişafa təsir göstərən amillər hansılardır?
Uşaqlarda təfəkkürün inkişafı nitqə,onun lüğət ehtiyatına və qrammatik quruluşuna tədricən yiyələnməsi prosesi ilə ayrılmaz sürətdə bağlıdır.Lakin,uşaq bu idrak prosesini də dünyaya gələrkən,özü ilə hazır şəkildə gətirmir.
Uşaqlarda təfəkkür bir sira amillərin təsiri ilə tədricən formalaşır.Aciz bir varlıq kimi dünyaya gələn uşaq,ilk növbədə fiziki cəhətdən inkişaf etməyə başlayır.Bu prosesdə onun sinir sistemi də inkişaf edir.İlk aylardan başlayaraq,uşağın sinir hüceyrələri formalaşır və beyin qabığı xeyli dərəcədə təkmilləşir.Baş beyin qabığının bu qayda ilə inkişafı uşağın bütün psixi həyatının.o cümlədən təfəkkürün də özülünü təşkil edir,deməli,uşaqda təfəkkürün inkişafı onun ali sinir fəaliyyətinin,hiss üzvlərinin inkişafı ilə sıx sürətdə əlaqədardır.
Aparılmış tədqiqatlar sübut edir ki,uşaqda təfəkkür bir yaşın sonu.iki yaşın əvvəlində sadə ümumiləşdirmələr şəklində özünü birüzə verir,həyat şəraiti və tərbiyənin təsiri ilə inkişaf edib formalaşır.Bir yaşlı uşaq maddi aləmin cisim və hadisələrini duyur və qavrayır,sadə həyat təcrübəsi qazanır,o,cismlə yaxından tanış olur.Bu əsasda uşaq, on bir aylıqdan başlayaraq,ilk ümumiləşdirmələrdən istifadə edir.lakin,belə ilkin ümumiləşdirmələr özünü uşağın hərəkətlərində birüzə verir.Belə ümumiləşdirmələri sözlərdə ifadə olunan fikri ümumiləşdirmələrlə eyniləşdirmək olmaz.Bu,hərəkətlərin əşyalarla aparılan əməliyyatların ümumiləşdirməsindən başqa bir şey deyil.
Uşaqlarda təfəkkürün inkişafı məsələsində psixoloqlar arasında müxtəlif fikirlər mövcuddur.Bəzilərinin fikrincə,cismisadəcə tanıma,təfəkkürün ilkin təzahür forması kimi qəbul olunur.Fikrimizə,bu fikirlərlə razılaşmaq olmaz.Çünki,3-4.yaxud 4-5 ayliq uşağın cisimlərlə,onu əhatə edən adamlarla tanış olmağa can atmasını təfəkkürün təzahür əlaməti hesab etmək ciddi səhv deməkdir.
Təfəkkür nitqlə sıx bağlı olduğundan,uşaq nitqə şüurlu sürətdə yiyələnməyincə,o,özü də başa düşmür ki,nə üçün təəccüblənir,nəyi bilir,nəyi bilmir.Odur ki,dil materialı əsasında formalaşmayan sual,bir yaşlı uşağın qarşısında problem,fikri məsələ kimi dayanmır.Bu mənada azyaşlı uşaq belə problemin,məsələnin həlli üzərində düşünmür və onun həlli məsələsinə can atmır.
Həqiqi fikri fəaliyyət körpəlik dövründə,əməli hərəkətlər zəmnində formalaşır.Bu dövrdən başlayaraq,uşaq cisimləri sadəcə əlləşdirmək.onlarla oynamaq məhələsindən cisimlərlə əməli iş aparmaq mərhələsinə keçir.
Bir yşlı uşaq müəyyən ümumiləşdirməyə əl atır və belə ilkin ümumiləşdirmələr özünü hərəkətlərdə birüzə verir.Həmin ilk ümümiləşdirmə körpəlik dövründə uşağın bir sıra əməli məsələləri həll etməsinə imkan verir.
Körpəlik dövründən fərqli olaraq,bağça yaşlı üşaqların dərk etdikləri cism və hadisələrin dairəsi xeyli genişlənir.Onlar artıq təkcə evdəki,bağçadakı cisimləri,hadisələri dərk etməklə kifayətlənmirlər,daha geniş miqyaslı ictimai hadisələri,təbiətdəki cism və hadisələri əhatə edirlər.Buna uşağın yeni həyat şəraiti,yaşlılarla daha mürəkkəb ünsiyyəti səbəb olur.
Məktəbəqədər yaşlı uşaqlarda sadə şəkildə olsa da əqli nəticənin təzahürlərinə də təsadüf olunur.Təfəkkür probleminin tədqiqtçısı Ə.Bayramov göstərir ki,məktəbəqədəe yaşlı uşaqlarda əqli nəticənin formalaşması bir sıra mərhələlərdən keçir.Birinci mərhələdə uşaq heç bir ümumi müddəaya istinad etmir,öz fikirlərini əsaslandırmır;əgər bəzi hallarda öz fikrini əsaslandırırsa,bu da təsadüfi səciyyə daşıyır.
İkinci mərhələdə isə uşaq artıq müəyyən ümumi müddəalara istinad edir.Lakin uşağın əsaslandığı ümumi müddəa hələ real gerçəkliyi düzgün əks etdirmir.Bu dövrdə uşaq öz qərarlarını əsaslandırmaq üçün bəzi ümumiləşdirmələrə istinad edir.Ancaq həmin ümumiləşdirmələr də təsadüfi,zahiri əlamətlər əsasında edilir.
Üçüncü mərhələdə isə uşaq gerçəkliyin az-çox mühüm əlamətlərini əks etdirmək əsasında əmələ gəlmiş ümumi müddəalara istinad edir.Lakin bu müddəa da mühüm halları əhatə etmir.
Nəhayət,uşaq varlığı təmami ilə düzgün əks etdirən ümumi müddəalara istinad edir,ondan düzgün nəticələr çıxarır.Bu mərhələlər uşağın həyat təcrübəsinin zənginliyindən,onun təfəkkür orqanlarının yetkinliyindən asılı olaraq meydana gəlir.Uşaq getdikcə varlığı daha düzgün,daha dəqiq sürətdə əks etdirməyə başlayır.
Bağça yaşlı uşağın təfəkkürü konkret-obrazlı olduğu üçün o,mücərrəd formada verilən məsələləri həll edə bilmir.
Məktəbəqədər yaşlı uşaqların əsas fəaliyyət növü oyundur.Onların bütün psixi proseslərinin eləcə də təfəkkürünün inkişafı əsasən oyun prosesində baş verir.Lakin hər cür oyunu bu cəhətdən faydalı hesab etmək olmaz.Uşaq üçün və onun təfəkkürünün inkişafı üçün elə oyunlar faydalı hesab edilə bilər ki,həmin oyun prosesində uşağın qarşısına fikri məsələlər çıxsın.
Uşaqlarda hökmlər sadə formadan mürəkkəbə doğru tədri
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 20649 Əlavə edilib: 2 2010  

, Qonaq, .

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«     2018    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dost saytlar
{friend}

Arxiv
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick