Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: kurs işi
  • 100
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Sosial elmlər və psixologiya
Psixologiya kafedrası
Ümumi psixologiya fənni üzrə
KURS İŞİ
MÖVZU: YENİYETMƏLƏRDƏ KONFLİKTLİ SİTUASİYALARIN TƏDQİQİ

Tələbə: Quliyeva Xoşqədəm
Kurs 3, qrup 1558
Elmi rəhbər: Dos. C. A. Təhmasib

BAKI-2010
MÜNDƏRİCAT
GİRİŞ............................................................................................................................
FƏSİL I MƏKTƏBDƏ MÜƏLLİM- ŞAGİRD MÜNASİBƏTLƏRİNİN PSİXO- LOJİ TƏHLİLİ......................................................................................................4
1.1. Müəllim-yeniyetmə şagirdlər arasında ünsiyyətin xarakteristikası ................... 1.2. Yeniyetmələrin psixoloji xüsusiyyətlər................................................................ 1.3. Konfliktli situasiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları........
FƏSİL II YENİYETMƏLƏRDƏ KONFLİKTLİ SİTUASİYALARIN TƏDQİQİ ..
2.1. Tədqiqatın təşkili və keçirilməsi.................................................................... 2.2. Alınmış nəticələrin təhlili ............................................................................
NƏTİCƏ................................................................................................................ İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI................................................




GİRİŞ
Məlum olduğu kimi müasir dövrümüzdə konfliktlər, konfliktli situasiyalar çoxalıb.Bu cür halların yaranmasınin bir çox sosial-psixoloji səbəbləri ola bilər. Səbəbləri nə olursa olsun konfliktli situasiyalar hər zaman mövcuddur.Bu cür situasiyalar özünü müxtəlif istiqamətlərdə göstərir: şəxsiyyətlərarası, şəxsiyyət daxili, qruplararası istiqamətlərdə. Cəmiyyətimizdə məktəblərdə muxtəlif konfliktli situasiyalar müşahidə olunur. Bu situasiyalar içərisində müəllim-şagird konfliktləri mühüm yer tutur. Bu səbəbdən müəllim-şagird münasibətlərinin psixoloji xarakteristikasını vermək lazımdır. Məhz bu münasibətlər həm psixologiya həm də sosial-psixologiya elminin diqqət mərkəzindədir. Müəllim-şagird münasibətlər zamanı yaranan konfliktlər yeniyetmənin mənlik şüurunun formalaşmasında önəmli yer tutur. Hər bir elmin obyekti olduğu kimi elm çərçivəsində aparılan tədqiqatın da obyekti olmalıdır. Bizim tədqiqatımızın əsas obyekti müəllim-şagirddir.Yəni obyek öyrənilən real gerçəkliyi bildirməlidir. Müəllim-şagird münasibətləri də onlar arasındakı konfliktləri öyrənmək üçün real gerçəklikdir. Tədqiqatımızın əsas predmeti müəllim-şagird münasubətləri zamanı yaranan konfliktlərdir. Yəni konfliktlər müəllim-şagirdlər arasında öyrənilən əsas mövzudur. Çünki bu konteksdə yaranan konfliktlər yeniyetmə şagirdlərin şəxsiyyətinin inkişafında xüsusi rol oynayır. Yaranan konfliktlər onların şəxsiyyətinin inkişafına həm müsbət həm də mənfi təsir göstərə bilər.Hər bir işin məqsədi olduğu kimi bu tədqiqatımızın məqsədi var. Tədqiqatımızın əsas məqsədi müəllim-şagird münasibətləri zamanı yaranan konfliktləri dəqiq müəyyən etmək, onların səbəblərini araşdırmaqdır. Səbələr müəyyən edildikdən sonra konfliktlərin həlli daha da asanlaşır. Müəllim-şagird münasibətlərində yaranan konfliktli situasiyaların səbəbləri muxtəlif istiqamətlidir. Əsas olan bu səbələrin dəqiq müəyyən olunması və bu istiqamətdə işin aparılmasıdır. Tədqiqatın vəzifəsi dedikdə, müəllim-şagird arasında yaranmış konfliktli situasiyaların aradan qaldırılması başa düşülür. Ümumiyyətlə, konfliktli situasiyaların aradan qaldırılması psixologiyanın qarşısında duran əsas vəzifələrindən biridir.İrəli sürülən fərziyyə ondan ibarətdir ki, müəllim-şagird arasındakı konfliktli situasiyaların əsas səbəbi müəllim-şagirdlərin bir-birilərini düzgün anlamaması və həmin situasiyada öz mövqelərini müdafiə etmələridir. Hər bir tədqiqatın metodikası mövcuddur. Konfliktli situasiyaların müəyyən edilməsi və aradan qaldırılması üçün də lazımi metodikadan istifadə etmək vacibdir. Biz bunun üçün Tomasın “Konfliktli situasiyalarda davranışın təsviri” metodikasından istifadə edəcəyik.














FƏSİL I MƏKTƏBDƏ MÜƏLLİM- ŞAGİRD MÜNASİBƏTLƏRİNİN PSİXOLOJİ TƏHLİLİ
1.1. Müəllim-yeniyetmə şagirdlər arasında ünsiyyətin xarakteristikası
Bildiyimiz kimi məktəbdə ünsiyyət müxtəlif istiqamətlərdə təzahür edir. Bura təbii ki ,müəllim-şagird münasibəti də daxildir. Bu münasibətlərdə müxtəlif psixoloji keyfiyyət özünü göstərir. Bir şəxsiyyət kimi müəllim də, şagird də bu münasibətlərdə mövcuddur. Onların ziddiyyətli eyni zamanda mürəkkəbliyi müəllim və şagirdin psixoloji siması ilə şərtlənir. Müəllim həmin münasibətlərdə təkcə peşəkar mütəxəssis kimi deyil həm də müəyyən həyat təcrübəsi keçmiş biri olaraq iştirak edir. Şagird də şagird olmaqla yanaşı həm də qayğıya ehtiyacı olan bir insandır. Sözsüz ki, ünsiyyət informasiya yaratmaq və onu müəyyən insanlara ötürməkdən ibarətdir. Müəllim-şagird arasında da həmçinin bu informasiya mübadiləsi baş verir. Bu zaman müəllimlər ehtiyyatlı olmalıdırlar,çünki onların ünsiyyətə girdikləri şadidlər-yeniyetmələr müəyyən psixoloji keyfiyyətlərə malikdirlər. Bu dövr onların böhran dövrü olduğundan istər müəllimlər,istərsə də valideynlər onlarla ünsiyyətə girən zaman diqqətli olmalıdırla. Müəllimlər çox vaxt şagirdlərlə ünsiyyətə girərkən psixoloji və pedoqoji “kanonlara” deyil, daha çox özlərinin birtərəfli olan güzəran təcrübələrinə əsaslanırlar. Adi müəllimlərin gözündə şagirdlərin təsnifatı çox sadədir. Həmin təsnifatda şagirdlərin bölgüsü 4 əsas tipə ayrılır: 1.Yaxşı oxuyan-intizamlı; 2.Yaxşı oxuyan-intizamsız; 3. Pis oxuyan- intizamlı; 4. Pis oxuyan-intizamsız. Müəllimlər şagirdləri birtərəfli ölçülərlə bir-birindən fərqləndirməməlidirlər. Bu onların həm pedaqoji, həm də psixolji cəhətdən zəif olduqlarını göstərir. Çox vaxt müəllimin bir insan kimi yaşadığı hisslər onun pedaqoq duyumunu üstələyir. Yəni, müəllimlərin nəzərində onların sevdiyi və sevmədiyi şagirdlər aləmi meydana gəlir. Məhz şagirdləin də sevdiyi və sevmədiyi müəllimlər bu kökdə əmələ gəlir. Bu əslində özünəməxsus subyektiv ölçüləri olan təhlükəli bir aləmdir. Müəllimlər emosional qiymətlərə arxalanaraq şagirdlərin fərdi xüsusiyyətlərini görmürlər. Onların savadını çox vaxt intizam müstəvisində qiymətləndirirlər. Sözsüz ki, bu mühüm məsələlərə bir pedaqoq və psixoloq gözü ilə baxmırlar. Müəllimlərin gözündə ideal şagird dərslərini yaxşı oxuyan və intizamı pozmayan şagirdlərdir. Yaxşı oxumayan və intizamı pozan şagirlər isə “pis uşaq”sayılır. Bu cür düşünmək müəllimlərərə həmin şagirdlərlə düzgün işləmək imkanı vermir. Belə olduğu halda bəlkə də özündə müxtəlif keyfiyyətləri daşıyan şagirdlər inkişaf etməmiş üzə çıxmamış olur. Müəllimlər şagirdləri bir şəxsiyyət kimi bu cür qiymətləndirsələr onlara düzgün münasibət bəsləyə bilməzlər. Bir müəllimin sinfi,yəni şagirdləri düzgün idarə edə bilməsi üçün şagirdlərlə sağlam bir ünsiyyət qurması gərəkdir. Müəllimin təsirli ünsiyyət vərdişlərinə sahib olması və həm özünü həm də sinifdə digər yoldaşlarını narahat edən şagirdlərə kömək olabilməsi sinif idarəsi baxımından böyük önəm daşıyır. Ona görə də müəllim bu cür keyfiyyətlərə yiyələnməyə xüsusi diqqət yetirməlidir. Müəllimlərin şagirdlərlə olan ünsiyyətinə müəllimlərə verilən yönəlişlərin də böyük təsiri olur. Psixologiyada bu eksperiment şəklində öz əksini tapmışdır.Belə ki, əvvəlcədən müəllimlərdə şagirdlərin bir qrupu haqqın da müsbət, digər qrup haqqında isə mənfi rəy formalaşdırırlar.Bu zamanmüəllimlər qabiliyyətli hesab etdikləri şagirdlərlə daha çox maraqlanır,onlardan çox şey gözləyirlər,qabiliyyətsiz hesab etdikləri şagirdlərlə demək olar ki maraqlanmırdılar. Bu cür halların baş verməməsi üçün müəllimlər əsl pedaqoji və psixoliji keyfiyyətlərə malik olmalıdırlar. Hər bir şagirdə onların fərdi xüsusiyyətlərini, qabiliyyətlərini, bilik və bacarıqlarını nəzərə almaqla yanaşmalıdırlar. Əgər müəllimlər sinifdə müxtəlif yollarla ayrı-seçkilik salırsa təkcə şagirdləri deyil, həm də valideynləri ailənin statusuna görə qiymətləndirirsə-şagirdlər bunları görürlər və bunu özlərinəməxsus tərzdə mənalandırırlar. Yeniyeymələrdə bu cür halların olması normaldır. Keçid dövrü yaşadıqları üçün onlara deyilən hər bir söz, bəslənən münasibət onlarda müəyyən bir iz buraxır. Məhz bu dövrdə ziddiyyətlərin yaranması labüddür. Yeniyetmələrin müəllimləri arasında konfliktlərin olması qaçınılmazdır. Müəllimlər sinif içərisində olan mənfi,narahat ab-havanı azaltmaq və şagirdlərlə olan münasibətin keyfiyyətinu artırmaq üçün şagirdlərlə yaxşı ünsiyyət içərisində olmalıdır. Müəllim-yeniyetmə şagird münasibətinin yaxşılaşdırılması üçün psixoloqlar aşağıdakı təklifləri irəli sürür: 1. Müsbət ünsiyyət qurma bacarıqlarınızdan istifadə edin. 2. Şagirdlərinizin müfəvvəqiyyət duyğusunu dadmalarına kömək olun. 3. Şagirdlərinizdən gözlədiklərinizi, yəni gözləntilərinizi öz davranışınızda ifadə edin. 4. Onlardan gözlədiklərinizi müsbət şəkildə ifadə edin. 5. Ədalətli və qətiyyətli olun. 6. Şagirdlərinizə hörmət və sevgi göstərin.7. Onlarla hər fürsətdə ünsiyyətdə olun. Mazano və Pikkering müəllim-şagird arasında müsbət və ədalətli bir münasibətin, ünsiyyətin olması üçün bunları vacib bilmişdir: Müəllim sinifdəki bütün şagirdlərlə göz kontaktında olmalıdır və sinfin hər bir tərəfində gəzməlidir. Dərs vaxtı müəllim şüurlu bir şəkildə bütün şagirdlərinin yanına yaxınlaşmalıdır. Sinfin oturma vəziyyəti də buna imkan verəcək şəkildə olmalıdır. Müəllim sinifdə şagirdlərin ortaya qoyduğu fikirləri sahiblənmələrinə kömək olmalıdır. Sinif müzakirələrinə bütün şagirdlərin qatılmasına onları təşviq etməlidir. Müəllim yalnız müzakirədə iştirak edən şagirdlərə deyil, həm də danışmayan, müzakirədə iştirak edən şagirdlərə səslənməli və onların dərsdə, müzakirələrdə iştirakını təmin etməlidir. Göründüyü kimi psixoloqların müəllimlərə verdiyi məsləhət humanist xarakter daşıyır. Yəni verilən təkliflər həm müəllimlərin,həm də yeniyetmə şagirdlərin faydasınadır. Müəllimlər yeniyetmələrlə ünsiyyətdə bunları nəzərə alaraq onların həm simpatiyasını, həm də hörmətini qazanarlar. Müəllimlər şagirdlərlə ünsiyyət qurarkən onlara sevgiyə ehtiyacı olan, dinlənilməyə ehtiyacı olan bir şəxsiyyət kimi yanaşmalıdırlar. Belə vəziyyətlərdə yeniyetmələrə düşən bəzi məsələlər də var. Onlar da qarşılarında uşağın deyil, müəllimin olduğunu unutmamalıdırlar. Konfliktli situasiyada sakitləşməyi ön plana çəkməlidirlər. Bu cür halların keşici olduğunu

1.2. Yeniyetmələrin psixoloji xüsusiyyətləri
İnsan həyatı əsasən uşaqlıq, yetkinlik, gənclik, yaşlılıq-orta yaşlılıq və qocalıq kimi beş mərhələyə ayrılır. Bu dönəmlərdə yaşın bədən quruluşunun iqlim və qidalanmanın xüsusi rolu vardır. Yeniyetməlik insanın yetkinliyə addımladığı, qanın qaynadığı, sosial psixoloji, fiziki dəyişmələrin eyni vaxtda baş verdiyi dövrdür. Bu sahənin mütəxəsisləri yetkinliyin ilk mərhələsinin qızlarda 10-12, oğlanlarda 11-13 yaş arasında,ikinci mərhələsinin isə qızlarda 13-15, oğlanlarda 14-15 yaş arasında olduğunu qeyd edirlər. Yeniyetməlik dövrünün başlanğıc və son mərhələsinin dəqiq sərhədləri olmamaqla yanaşı, ilk mərhələ 12-15, formalaşmasının (əqli və fiziki) tamamlanma çağı isə 15-24 yaş arası hesab olunur. Gənclik dövrü ümumi dövr olduğu üçün yeniyetməlik çağını da əhatə edir, ümumiyyətlə, gənclik dövrü 15-30 yaş arası hesab olunur. Bu dövr insan həyatının ən sağlam dövrüdür. Uşaqlıq dövrünün xəstəlikləri geridə qalır. Xəstəlik səbəbi ilə ölüm halları on yaşdan sonra tamamilə azalır. Gənclik dönəmində ölüm hallarının əsas səbəbləri ya yol qəzaları, ya da intihar olur. Gənclərdə bu dönəmin başlayıb bitmə səviyyəsi və vaxtı yaşadıqları yerin iqlimi, coğrafi şəraiti ilə birlikdə onların ruhi,fiziki və hissi inkişafına, mənsub olduğu cəmiyyətin mədəniyyətinə,xarakterinə görə dəyişə bilər. Mühüm olan odur ki, bu dönəmi daha sağlam addımlamaları üçün onlarda hansı halların baş verəcəyi əvvəlcədən məlum olsun. Bu dönəmdə şəxsiyyət davranışlarda bir sıra özünəməxsus xüsusiyyətlər ortaya çıxa bilər:daxili narahatlıq,vasvasılıq,tez reaksiya vermə, duyğuların ifadə edilməsində ziqzaqlar, tez sevinmə və kədərlənmə, qərarsızlıq, dərslərə və çalışmalara marağın və diqqətin azalması,istəklərin artması,mənəmlik hissinin qabarması, qadağalara, öyüdlərə, xəbərdarlıqlara qarşı çıxmaq, qayda və məhdudiyyətlərin çoxluğundan sıxılmaq, dözümsüzlük, evdən qaçma, ailədən qopma meyli, evdən uasq qalma meyli, özünü haqlı-haqsız müdafiə, geyinməyə, bəzənməyə düşkünlük, yaşıdları ilə birlikdə olmağa çalışmaq, səsin dəyişməsi, dostlarına oxşamaq cəhdi,musiqi və əyləncəyə meyillilik. Bu sadalananlar gənclərin ətrafdakılar tərəfindən fərq edilmə və dəyər verilmə istəyindən irəli gəlir. Bir sözlə, yetkinlik çağında “ mən artıq uşaq deyiləm” motivi ilə özünü təqdim etməyə cəhd göstərir. Ötən dövrün böyük alimlərindən biri yeniyetməlik çağının psixologiyasını fərqli şəkildə qiymətləndirmişdir: Gənclik damarı ağıldan çox hissiyyatı dinlər. Hiss və həvəs isə kordur,aqibəti görməz, bir dirhəm hazır ləzzəti irəlidə bir batman ləzzətdən üstün tutar. Bir dəqiqə intiqam ləzzəti ilə qatil olar, səksən min saat həbs ələmlərini çəkər. Bir saat həzz keyfinə görə bir namus məsələsində həm həbsin,həm düşmənlərin verdiyi əzab-əziyyətlərlə, sıxıntılarla ömrünün səadəti məhv olar. Yeniyetməlik çox fırtınalı dövrdür. O, daim öz-özü və ətrafı ilə mübarizə vəziyyətindədir. Psixoloji baxımdan bu normal sayılır. Ancaq bəzilərində bu dövr çox haylı-küylü, bəzilərində səssiz keçir. Böyüklər uşaqları anlamağa çalışmalı, səbr etməlidir.Yeniyetmələrin davranışına dözməyənlər, kiçik maneələri aşa bilməyənlər,dar dairədə boğulanlar gənclik meyvəsindən məhrum yaşayanlardır. Bəs gənclərlə münasibət necə qurulmalıdır. Ünsiyyət –ötürən və qəbul edən iki insan,ya da insan qrupu arasında reallaşan bir duyğu,düşüncə,davranış və bilik mübadiləsidir. Ünsiyyət insanların bir-birini anlaması prosesidir. Ata-analar gənclərlərin reaksiyalarına diqqət yetirmədən əmr və göstəriş verməklə ünsiyyət qurmağa çalışırlar. Bu zaman tənbeh,xəbərdarlıq,ittiham kimi ünsiyyətə əngəl olan cəhətləri nəzərə almırlar. Belə vəziyyətdə gənc elə hiss edir ki, duyulmur, anlaşılmır, ona qarşı diqqətsizdirlər. Bu qənaətlə də yaxınları ilə əlaqəni kəsirlər. Verilən fikir həmişə nəzərdə tutulduğundan fərqli şəkildə anlaşılır. Münasibətin möhkəm olması üçün valideynlər təmannasız sevgi, hörmət göstərməli,başadüşən olmalı və uşağı məhz uşaq kimi,yeniyetmələri yeniyetmə kimi qəbul etməyi bacarmalıdırlar. Deməli, ünsiyyətdə ən təsirli vasitə dinləmədir. Bir adamın könlünə girməyin ən qısa və ən gözəl yolu onunla danışmaqdır. Ona qarşı diqqət yetirildiyini hiss etdirməkdir. Yeniyetməlik dövrünə qədəm qoyan hər uşaq istəyir ki, valideynləri onların böyüməsinin fərqinə varsınlar. Təlimatlar əvəzinə danışıqlar yolu ilə nizam-intizamın təminatını isyəyirlər. Ailədə ona da söz verildiyini, sözünün sayıldlğını görmək onu razı salar, məmnun edər. Gəncləri dinləməklə onların duyğu və düşüncələririni lazımi itiqamətə yönəldə bilər. Evdə həftədə bir ailə iclası keçirilsə, oradakı səmimi söhbətlər onun xarkterinin inkişafına,mənəvi duyğularının güclənməsinə kömək edər. Problemi başqasına və ya “indi vaxtı deyil, sonra danışarıq”,- deyə başqa vaxta ötürsəniz, gənc sizinlə gec-tez əlaqəni kəsər. Böyüklər həftəfə 1 dəfə,ən azı ayda 1 dəfə öz-özünü sorğu-sual etməlidir: Mən neyləyirəm?, İşimi ailəmdən çox düşünmürəm ki? Onlar öz gəncliklərini xatırlayıb düşünməli, o dövrə çatan uşaqları üçün nələr edəcəyini planlaşdırmalıdır. Böyüklərin yeniyetmıləri dinləməsi onları nüfuzdan salmaz. Əksinə möhkəmləndirər. Ailədə qarşı tərəfi başa düşmə qarşılıqlı anlaşmaya səbəb olur. O yerlərlə özünü başqasının yerinə qoyma hissi (empatiya) ailədə isti,mehriban münasibət yaradır. Bir yerdə olarkən yeniyetmələrin əhvalı soruşulmalıdır. Bu zaman çalışılmalıdır ki,əmr tərzi olmamalı, hansısa məsələ ilə bağlı məlumat istənilməməlidir. Bəs gəncləri necə dinləyirik? Müşahidələr göstərir ki, bacarıqsız, özünə inanmayan gənclərin əksəriyyəti yetkinlik çağında valideynlərindən ehtiyac duyduqları zəruri mənəvi dəstəyi almayanlardır. Bilindiyi kimi yaxınlarından yetərli diqqət və qayğı görməyənlər başqa qruplara yönəlirlər: bu da yaramaz dost, küçə və d. Münasib olmayan yerlərlə tanışlığa gətirib çıxardır. Onu dinləməyə hazır olduğumuzu öncə davranışlarımızla qarşımızdakına çatdırmalıyıq. Bütün günü qəzet oxuyan, televizora baxan, ya da başqa şeylərlə məşğul olan ataya hansı uşaq problemlərini danışar ki.... Gəncləri dinləyərkən hansı səhvlərə yol veririk. Öyüd vermə: Elə eləmə, belə et. İstiqamətləndirmə: Dərd çəkməkdənsə, otur dərs oxu; Günahlandırma: Sən onsuz da, həmişə asana qaçırsan; Tənqid etmə: Bu qədər bəsit məsələni balaca uşaq da həll edər. Özünü uşaq kimi aparırsan; Ad qoyma: Şüursuz, bacarıqsız, axmaq; Bu deyilənlər gəncin əsassız bəhanələrlə müdafiəyə keçməsinə, haqsızlıqlarla hiss etməsinə, əsəbləşməsinə, müqavimət göstərməsinə və b. duyğulara qapılmasına səbəb ola bilər. Əslində, gəncin əvvəlcə dinlənlməyə və qəbul edilməyə ehtiyacı var. Valideynlər öz düşüncələrinə görə nəticə çıxarmaqdansa, gəncləri sakitcə dinləsələr, onların müəyyən qədər rahatlandığını görəcəklər. Aktiv dinləmə ilə gəncin fikrini öyrənib çıxış yolları birgə axtarılarsa, onun özünü kəşf etməsinə zəmin hazırlamış olur. Qəbul edildiyini sevildiyini bilən bir adamla əlaqə qurmaq çətin olmaz. Gənclərin dəyişməyən problemlərindən problemlərindən birincisi təlim problemidir.Əzbərçiliyə,hazır materialdan istifadəyə əsaslanan təlimlər gənclərin imkanlarını daraldır,başqalarını təqlid etməyə yönəldir. Məktəbdə yeniyetmələr də sözsüz bu problemlərlə qarşılaşırlar. Həvəssiz öyrənilən dərslər yadda qalmır və beləcə gələcəkdə istifadəyə yararsız olur. Bu problemlərin aradan qaldırılması üçün təlimlə məşğul olanların işlərinə daha məsuliyyətlə canla-başla yanaşmalıdırlar. Müəllimlər dərs zamanı müzakirəyə daha çox yer verməlidirlər. Rəqabətdən stimul kimi istifadə etmək olar. Gənc nəsli müəyyən bir qayə və istiqamətində təlimə uyğunlaşdırmayan və onu əldən verən millətlərin müstəqilliyi uzunömürlü olmamışdır. Nəslimiz elmlə barışacağın günlərin xəyallarını qurur, onun həsrətindədir. Yeniyetmədə bədəni,zehni,ruhi və cinsi inkişafla birlikdə onun ictimai həyatını istiqamətləndirən “sosial formalaşma” prosesi gedir. İnsanın dəyişməyən ehtiyaclarından biri də şübhəsiz ki, sosiallaşmadır. Yeniyetməlik vaxtı o, özünü anlayıb başa düşən bir sirdaş,bir dost arayır. Bu da onu ətrafı ilə münasibət qurmağa sövq edir. Gəncin ətrafını tanımasının ən təsirli yolu dostluq mühitidir. Dost mühiti gəncin dünya görüşündə gələcəkdə özünü ifadə etmə baxımından güclü təsir bağışlayır. Yeniyetməlik çağı özü ilə bərabər iztirablar da gətirir. Xüsusi və qısqandıran dostlar bu dönəmdə məlum olur. Sirlərini paylaşdığı dosta, yoldaşa bu dövrdə ehtiyac hiss edir. Qərar verərkən onlardan təsirlənir. Qruplarda sayın çox olmasının elə də ciddi təsiri yoxdur. Qurulan dostluğun gəncin bölüşəcəyi zman dilimi ilə birgə, maddi- mənəvi ölçülərlə uyğun olması da önəmlidir. Gənclərə müsbət mühit təşkil olunmalıdır. Dostlar arasında problem yaranarsa, dostluğu əngəlləməkdənsə, dostu və ailəsi ilə tanışlıga çalışar, ailəsini evə dəvət edər. Əgər qayğılar davam edərsə, gənclə danışmaq lazımdır.


1.3. Konfliktli situasiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları
Müəllimlərlə yeniyetmələr arasında konfliktin olması göründüyü kimi qaçınılmazdır. Bu konfliktli situasiyalara həm müəllim həm də yeniyetmələr tərəfindən edilən səhvlər səbəb ola bilər. Yeniyetmələrin özünəməxsus keyfiyyətləri, müəllimlərin güzəştə getməməsi konfliktli situasiyalar üçün zəmin yaradır. Ümumilikdə konfliktlərin səbəblərini psixoloqlar aşağıdakı kimi qeyd edirlər: 1. Qavrayış fərqlikləri: Şəxs və ya qrupların müəyyən hadisələri və prosesləri müxtəlif şəkildə qavramaları konfliktə yol açır. Qavrayış və davranış arasında yaxın əlaqə vardır. Belə ki, insan qavradığını davranışında əks etdirir. Müxtəlif mənbələrdən yaranan qavrayış təhrikləri insanları bir-biri ilə zidd vəziyyətə salır. Bu müxtəlif mənbələr arasında məqsəd fərqlilikləri, mənfəət fərqlilikləri, informasiya fərqlilikləri ola bilər. 2. Ünsiyyət çatışmazlığı: Şəxs və qruplar arasında ünsiyyət çatışmazlığı konfliktlərin yaranması səbəblərindən biridir. İnformasiyanın gecikməsi ,onların başa düçülməməsi, təhrif olunması, informasiyanın açıq olmaması, onların qavranılmaması və s kimi səbəblərlə ortata çıxa biləcək nöqsanları şəxsləri və qrupları fərqli qərarlara və davranışlara istiqamətləndirə bilər. 3. Məqsəd fərqlilikləri: Şəxs və ya qruplar arasında mövcud olan məqsəd fərqlilikləri konfliktli situasiyalar üçün münbit zəmin yaradır. Bu cür vəziyyət idarəedənlə idarəolunan arasında da mövcuddur. 4. İdarə sistemində olan müəyyənsizlik: Hər hansı bir təşkilatlarda bəzən kimin nə ilə məşğul olduğu bilinmir. Belə olduğu halda bir neçə insan eyni işlə maraqlana bilərlər. Bu isə konfliktin yaranmasına gətirib çıxarda bilər. 5. Status fərqlilikləri: Müəyyən təşkilat vəya hər hansı qrup arasında status fərqlilikləri konfliktə gətirib çıxardır. Belə ki statu cəhətdən fərqlənən insanlar bəzən düzgün ünsiyyət qura bilmirlər. Çünki onlar özlərini digərlərindən üstün tuturlar 6. Mənfəət fərqlilikləri: Müəyyən məsələlərdə şəxs və ya qruplar fərqli mənfəətlərə sahib ola bilərlər. Alınacaq qərarlar ola bilsin qarşı tərəfin mənfəətinə uyğun olmaya bilər. Bu da öz növbəsində konfliktə səbəb ola bilər. 7.Şəxsiyyət fərqlilikləri: Bildiyimiz kimi hər bir insan müxtəlif temperament tiplərinə malikdirlər. Temperament fərqliliyi istər-istəməz məqsəd, dəyər, mənfəət fərqliliyinə gətirib çıxardır. Bu cür insanlar həm işdə həm də kənarda bu konfliktləri davam etdirirlər. Müəllimlərlə yeniyetmələr arasında yaranmış konfliktləri aradan qaldırmaq mümkündür. Onlar arasındakı ünsiyyət çatışmazlıqlarını ən aza endirmək üçün aşağıdakıları etmək lazımdır: İzah: Sizə ünvanlanmış informasiyanın anlayıb- anlamadığınızı təyin etməkdə işə yarayır. Davranışın tərifi: İnsan qarşısındakının etdiyini verbal olaraq ona çatdırmalıdır. Beləliklə davranışın sahibi etdiyi hərəkətin qarşı tərəfdə necə bir iz buraxdığını anlayır. Davranışın tərifi: bəzi insanlar hissetdiklərinin qarşı tərəfdəki insanlar tərəfindən başa düşülüb- başa düşülmədiyini bilmək istəyirlər. Təsirləri test etmək: Dediklərinin qarşı tərəfdə necə iz buraxdığını test etmə imkanı verir. Qarşı tərəfin səssiz qalması, üzünün qızarması, səs tonu dediklərimizin onda necə bir iz verdiyini müəyyən edir. Təsirli ünsiyyət bacarıqları: Müəllim sakit bir öyrənmə mühiti yarada bilmək üçün şagirdlərlə ünsiyyət qurmalıdır. Şagirdlər bəzən mənfi davranışlar sərgiləyə bilərlər. Bunları ən aza endirmək üçün müəllimlər şagirdlərə dostca yanaşmalı və onların öz hörmət və inamlarını artırmaq üçün sinif içində məsuliyyət götürərək öyrənmələrini təmin etməlidir. Evertson, Emmer və Vorsham-a görə problem yaradan şagirdlərin davranışlarını dəyişdirmək ya da müsbətə çevirmək üçün müəllimlərin aşağıdakı ünsiyyət bacarıqlarına sahib olmaları lazımdır. 1. müsbət qərarlılıq. 2. empatiya. 3. problemi həll etmə. Müsbət qərarlılıq: Qərarlılıq bir fikri sona qədər qətiyyətlə müdafiə etmək kimi mənalandırılır. Sinif idarəsi baxımından müsbət qəralılıq müəllimin özünə inamını ifadə edir. Qərarlı, qətiyyətli olmayan, özünə inanmayan müəllim bir qrup şagird qarşısında həyəcanlanma, danıışabilməmə ya da şagirdlərlə göz kontaktında ola bilməmə kimi davranış sərgiləyə bilər. Müəllim problemi ifadə edərkən 2 yol seçə bilər.1. problemi adlandırmaq. 2. problemin yarada biləcəyi nəticələri aşkar etmək. Empatiya: Müəllim özünü şagirdin yerinə qoyub onun duyğularını, içində olduğu vəziyyəti qavramalı və ona görə davranmalıdır. Problemi həll etmə: Şəxslər arası konfliktlərin aradan qaldırılması prosesidir. Problemi həll etmə mərhələsində aşğıdakı metodlardan istifadə edilə bilər. 1. Dayanın və sakitləşin. 2. problemin nə olduğunu təyin edin. 3. Hədəfinizi müəyyən edin. 4. Problemin həlli üçün mümkün qədər çox həll yolları fikirləşin. 5. Hər bir həll yolunun necə nəticə verəcəyini düşünün. 6. Ən yaxşı həll yolunu tapın. 7. Seçdiyiniz yolun işə yaramaması halında işlədəcəyiniz əlavə bir həll yolu seçin. 8. Həll yolunu yaxşı planlayın və son dəfə nəzərdən keçirin. 9. Həll yolunu tətbiq edin. 10. Dəyərləndirin.




FƏSİL II. YENİYETMƏLƏRDƏ KONFLİKTLİ SİTUASİYALARIN SƏVİYYƏ- SİNİN EKSPERİMENTAL-PSİXOLOJİ TƏDQİQİ
2.1. Tədqiqatın təşkili və keçirilməsi
Yeniyetmələrdə konfliktli situasiyaların tədqiqi muasir dövrümüz üçün olduqca vacibdir. Konfliktli vəziyyətlərin hansı istiqamətdə cərəyan etməsini müəyyən metodikalardan istifadə etməklə öyrənmək mümkündür. Mən bunun üçün Tomasın “konfliktli siyuasiyalarda davranışın təsviri “metodikasından istifadə etmişəm. Bu metodika Suraxanı rayonu Abil Səfərov adına 114 saylı orta məktəbin 9 b sinfində keçirilmişdir. Tədqiqatda 23 nəfər iştirak etmiçdir. Təlimat bu cür verilmişdir: Sizə 30 sualdan ibarət blank veriləcəkdir. Çox fikirləşmədən sualları oxuyun və sizə uyğun olan variantı işarələyin. Metodika haqqında ümumi məlumat: Bu metodika konfliktli situasiyalarda xüsusi davranış tərzlərinin müəyyən edilməsinə kömək edir. Bu zaman qrupda insanların bir-birinə qarşı konfliktli olması, güzəştə getməsi və ya konfliktli olmasını müəyyən etmək mümkündür. Bu metodika 5 hissədən ibarətdir və hər 5 hissənin birində bir keyfiyyəti müəyyən etmək olar. Keyfiyyətlər bunlardır: 1) Rəqabət; 2) Əməkdaşlıq; 3) Güzəşt; 4) Konfliktdən qaçış; 5) Uyğunlaşma. Bundan sonra açarlara uyğun olaraq cavablar hesablanır. Suallar: 1 a) Hərdən mən başqalarına çətin məsələlərdə qərar qəbul etməyə icazə verirəm. b) Mən konfliktləri müzakirə etməkdənsə razılığa gəlməyi üstün tuturam. 2 a) Güzəşt tapmağa çalışıram. b) Mən konfliktləri başqalarının maraqlarını nəzərə alaraq həll etməyə çalışıram. 3 a) Mən adətən hər şeyə nail olmağa nail olmağa çalışıram. b)Hərdən olur ki, mən öz maraqlarımı başqalarının maraqlarına qurban verirəm. 4 a) Mən güzəştli qərar qəbul etməyə çalışıram.b)Mən başqalarının hisslərinə toxunmamağa çalışıram. 5 a) Mübahisəli məsələlərdə mən başqalarının dəstəyinə arxalanıram. b) Mən lazımsız gərginlikdən qaçmağa çalışıram. 6 a) Mən xoşagəlməyən situasiyalardan uzaq durmağa çalışıram. b) Mən istədiyim hər şeyə nail olmağa çalışıram. 7 a) Mən konfliktləri təxirə salmağa çalışıram,o vaxta qədər ki, mən onu tam həll edim. b) Mən başqa şeylərə nail olmaq üçün güşzəştə getməyi mümkün sayıram. 8 a) Mən istəyimə nail olmaq üçün axıra kimi mübarizə aparıram. b) Mən ilk növbədə konfliktin nədən əmələ gəldiyini tapmağa çalışıram. 9. a) Mən düşünürəm ki, heç də xırda şeylər üçün narahat olmağa dəyməz. b) Mən istəyimə çatmaq üçün səy göstərirəm. 10 a) Mən adətən istəyimə çatmaq üçün güclü çalışıram. b) Mən güzəştli həllə üstünlük verirəm. 11 a) İlk olaraq mən konfliktin səbəbini tapmağa çalışıram. b) Mən çalışıram ki, konflikti sakitləşdirim və qarşı tərəflə olan ünsiyyətimi qoruyub saxlayım. 12 a) Mən adətən münaqişəyə gətirib çıxardan situasiyalardan uzaq durmağa çalışıram. b) Mən konflikt zamanı qarşı tərəfin öz fikrində qalmasına imkan verirəm. 13 a) Mən adətən konfliktdə orta mövqe tuturam. b) Mən istəyirəm ki, hər şey mən istədiyim kimi olsun. 14 a) Mən başqalarına öz fikrimi bildirirəm və onların fikirləri ilə də maraqlanıram. b) Mən başqalarına öz fikrimin doğruluğunu sübut etməyə çalışıram. 15 a) Mən konflikt zamanı qarşı tərəflə əlaqəmi saxlamağa çalışıram. b) Mən çalışıram ki, xoşagəlməyən situasiyalardan qaçım. 16 a) Mən başqalarının hisslərinə toxunmaq istəmirəm. b) Mən öz mövqeyimin doğru olduğunu başqalarına inandırmağa çalışıram. 17 a) Mən öz istəyimə nail olmaq üçün hər şeyi edirəm. b) Mən lazımsız gərginlikdən uzaq durmağa çalışıram. 18 a) Əgər qarşı tərəfi öz fikrində durması xoşbəxt edirsə,mən bu imkanı yaradaram. b) Kimsə mənimlə razılığa gəlirsə,mən imkan verirəm ki, o öz fikrində qalsın. 19 a) İlk növbədə mən konfliktdə qəlizliyin nədən ibarət olduğunu təyin edirəm. b) Mən çətin həll olunan konfliktdən qaşmağa çalışıram. 20 a) Mən konfliktləri saxlamaq və daha sonra həll etməyə çalışıram. b) Mən çalışıram ki konflikt zamanı hər ikimiz üçün ən yaxşı həll yolu tapım. 21 a) Mən danışıqlar zamanı qarşı tərəfi diqqətlə dinləməyə çalışıram. b) Mən həmişə konflikti açıq şəkildə həll etməyə çalışıram. 22 a) Mən hər ikimiz üçün ortaq mövqe tapmağa çalışıram. b) Mən öz mövqyimi tam şəkildə saxlamağa çalışıram. 23 a) Mən hər ikimiz üçün düzgün olanı seçməyə çalışıram. b) Bəzən mən çətin məsələ olanda imkan verirəm ki, qarşı tərəf qərar qəbul etsin. 24 a)Əgər onun qərarı onun üçün çox vacibdirsə,mən onunla razılaşa bilərəm. b) Mən qarşı tərəfi güzəştə gəlmək üçün təhrik edirəm. 25 a) Mən başqalarına öz doğruluğumu sübut etməyə çalışırab. b) Mən danışıqlar zamanı qarşı tərəfin arqumentlərinə diqqətlə yanaşıram və ona hörmən edirəm. 26 a) Mən adətən orta mövqe tuturam. b) Mən demək olar ki, hamının maraqlarına uyğun davranmağa çalışıram. 27 a) Mən konfliktdən uzaq durmağı xoşlayıram. b) Əgər xoş olmayan situasiyadırsa,mən onun mövqeyi ilə razılaşa bilərəm. 28 a) Adətən mən öz mövqeyimin qəbul olunmasında axıra qədər səy göstərirəm. b) Mən konflikt zamanı dayaq axtarıram. 29 a) Mən orta mövqe təklif edirəm. b) Düşünürəm ki, hər şey üçün narahat olmağa dəyməz. 30 a) Mən heç kəsin hissinə toxunmaq istəmirəm. b) Mən konflikt zamanı orta mövqe seçirəm ki, sonda hər ikimiz üçün müsbət nəticə olsun.
2.2. Alınmış nəticələrin t
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Ataturk ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Ataturk Baxıxılıb: 1319 Əlavə edilib: 4 İyun 2010  

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©