Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: kurs işi
  • 80
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ

Sosial elmlər və psixologiya fakültəsi
Psixologiya kafedrası

Ümumi psixologiya fənni üzrə

K U R S İ Ş İ

MÖVZU: TƏLƏBƏ QRUPUNDA PSİXOLOJİ İQLİMİN TƏDQİQİ

Tələbə: Əsgərova Gülnar
Kurs: 3, qrup 1558
Elmi rəhbər: Dos. C.A. Təhmasib




BAKI 2010
MÜNDƏRİCAT
GİRİŞ--------------------------------------------------------------------------------------------3
Fəsil I. TƏLƏBƏ QRUPUNDA PSİXOLOJİ İQLİMİN TƏDQİQİ-------------------5
1.1. Sosial psixologiyada qrup anlayışı---------------------------------------------------5
1.2. Tələbə qrupunda psixoloji iqlimin öyrənilməsi-----------------------------------10
Fəsil II. TƏLƏBƏ QRUPUNDA PSİXOLOJİ İQLİMİN PSİXOLOJİ EKSPERİMENTAL TƏDQİQİ-------------------------------------------------------------16
2.1. Tədqiqatın təşkili və keçirilməsi-------------------------------------------------------16
2.2. Alınmış nəticələrin işlənilməsi---------------------------------------------------------21
NƏTİCƏ---------------------------------------------------------------------------------------27
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT---------------------------------------------------29









GİRİŞ
Mövzunun aktuallığı. Bildiyimiz kimi, qrupda istənilən fəaliyyət növünün normal inkişaf etməsi üçün bir çox amillər gərəkdir. Bunların içində ən əsası qrup daxilində şəxsiyyətlərarası münasibətlər və bunun əsasında təzahür edən psixoloji iqlimdir. Çox zaman qrupu ümumilikdə qiymətləndirəndə qrupun psixoloji iqlimi əsas kriteriya kimi götürülür. Bütün bunları bilərək müasir psixologiya qrupların, xüsusən də tələbə qrupunda psixoloji iqlim xüsusiyyətlərini təhlil etmək əsas məsələlərdən biridir. Bu baxımdan problem aktualdır.
Tədqiqatın obyekti. Tədqiqat işinin obyekti kimi biz tələbə qrupunda yaranan müxtəlif psixoloji iqlim xüsusiyyətlərini təhlil etməyi seçmişik.
Tədqiqatın predmeti. Tədqiqat işinin predmeti tələb qrupunda ən çox təzahür olunan psixoloji iqlim formalarının yaranma səbəblərini və onların qrup üzvlərinə göstərdiyi təsir xüsusiyyətlərini təhlil etməkdir.
Tədqiqatın məqsədi. Məqsəd ilk olaraq, tələbə qrupunun kiçik sosial qrup kimi nəzərdən keçirmək və eyni zamanda tələbə qruplarında yaranan psixoloji iqlimi ətraflı və müqayisəli şəkildə müəyyənləşdirməkdir.
Tədqiqatın vəzifələri. Tədqiqat işində qarşımıza aşağıdakı vəzifələri qoymuşuq: 1) Qrupda psixoloji iqlimin yaranma və inkişaf xüsusiyyətlərini nəzərdən keçirməsi; 2) Tələbə qruplarındakı psixoloji iqlimin tələbələrin şəxsiyyətlərarası münasibətlərinə nə dərəcədə təsir etdiyini araşdırmaqdır.
Tədqiqatın əsas fərziyyəsi. Tədqiqatda qarşımıza qoyduğumuz əsas fərziyyə ondan ibarətdir ki, tələbə qrupunda tələbələr arasında mövcud olan şəxsiyyətlərarası münasibətlərdən bilavasitə asılıdır.
Tədqiqatda istifadə edilmiş metodlar. Tədqiqatda iki metodikadan istifadə edilib. 1 ci metodika V.S. İvaşnik və V.V. Onufriyevanın qrupda psixoloji iqlim xüsusiyyətlərinin şəxsiyyət keyfiyyətlərindən nə dərəcədə asılı olduğunu müəyyən edən metodikadır. 2 ci metodika Sişoranın qrupun bağlılıq indeksini müəyyən edən metodikadır.
Tədqiqatın strukturu. Giriş, I Fəsil, II Fəsil, Nəticə, İstifadə edilmiş ədəbiyyat siyahısı.














Fəsil I. Tələb qruplarında psixoloji iqlimin tədqiqi.
1.1. Sosial psixologiyada qrup anlayışı.
Tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış, ümumi mənafe, sərvət və davranış normalarına malik olan adamların nisbətən sabit birliyi qrup adlanır. Adamların qeyri mütəşəkkil yığımından, təsadüfi birliyindən fərqli olaraq qrup üzvləri qrup üçün tipik olan fəaliyyət növlərinə daxil olurlar. Məsələn, ali məktəbin tələbə qruplarında gələcəyin mütəxəssisi kimi formalaşmalı olan insanlar birləşirlər. Onlar üçün tipik fəaliyyət növü təlim fəaliyyəti olub, bu prosesdə müvafiq peşə bilik, bacarıq və vərdişlərin formalaşması baş verir.
Bildiyimiz kimi, adi insan birliklərində adamlar ümumi mənafe, sərvət və davranış normalarına malik olmurlar. Yalnız sosial qruplarda hər cür sosial münasibətlər mövcud olur. Sosial qruplar cəmiyyətin qəbul etdiyi, özünün məqsəd və vəzifələri onun xeyrinə olan qruplardır. Bu cür qruplara ailəni, orta və ali məktəb qruplarını, təşkilat və idarələrdə toplanmış insan qruplarını, hərbi və idman qruplarını və s. aid etmək olar.
Qrup özünəməxsus sistemdir və müəyyən struktura malikdir. Qrupa daxil olan hər bir adam onda müəyyən rol və vəzifə ifadə edir. Hər bir qrup özünün məqsədlərinə, normalarına, sərvət meyllərinə, sosial gözləmələrinə və s. müvafiq olaraq müxtəlif formalarda öz üzvlərinə nəzarət edir, onları rəğbətləndirir və ya cəzalandırır. Hər bir adam, adətən, müxtəlif qrupların üzvü olur. Lakin bu qrupların hamısında eyni statusa malik olmuş və buna müvafiq olaraq müxtəlif qruplarda müxtəlif rollar ifadə edir. Məsələn, bir qrupda lider olan şəxs başqa qrupda icraçı ola bilər. İnsanın daxil olduğu qrupların miqdarı təxminən insanın həyat fəaliyyətinin həcminə, tələbatlarının genişliyinə və müxtəlifliyinə, kommunikativ xüsusiyyətlərinin səviyyəsində uyğun gəlir.
Sosial psixologiyada sosial qrupun aşağıdakı funksiyalarını qeyd edirlər:
1) Sosializasiya funksiyası bu funksiya şəxsiyyətin sosial təcrübəni mənimsəməsində sosial qrupun rolu həlledicidir.
2) İnstrumental funksiya Bu funksiya insanların birgə fəaliyyətinin bu və ya digər şəkildə həyata keçirilməsində ifadə olunur.
3) Ekspressiv funksiya qrupun ekspressiv funksiyasını qrupun rəğbətləndirmə, hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunur.
4) Müdafiəedici funksiya qrupun müdafiəedici funksiyasının da əhəmiyyəti böyükdür. Çünki insanlar həmişə çətin məqamlarda birləşməyə meyl edirlər.
Qrup üzvləri arasında tədricən identifikasiya prosesləri başlayır. Qrup üzvləri, bir qayda olaraq, özlərini onunla eyniləşdirməyə başlayırlar. Onlarda tədricən qrupa mənsubluq hissi biz hissi əmələ gəlir. Bunun psixoloji baxımdan ilk əlaməti ondan ibarətdir ki, qrupun hər bir üzvü qrupun nailiyyətlərini öz nailiyyətləri, müvəffəqiyyətsizliklərini isə öz müvəffəqiyyətsizliyi kimi başa düşməyə başlayır (3, 8, s 198).
Qrupun insan üçün əhəmiyyətini aşağıdakı faktlarla sübut etmək olar:
1. Qrup şəxsiyyətin fəaliyyət göstərməsi üçün zəmindir;
2. Qrup məqsədlərin həyata keçirilməsi üçün vasitədir;
3. İnsan qrupun bir hissəsidir, onun ideyalarının daşıyıcısıdır;
4. Qrup insan üçün həyati məkandır.
Qrup həyatı sistemində şəxsiyyətin yerini müəyyənləşdirməsi üçün sosial psixologiyada status anlayışından istifadə olunur. Status insanın şəxsiyyətlərarası münasibətlər sistemindəki vəziyyətini əks etdirir. Mahiyyət etibarı ilə şəxsiyyətin statusu, birinci növbədə, onun mənsub olduğu qrupun statusu ilə şərtlənir. Qrupun statusu onun sosial sistemdəki vəziyyətini əks etdirir.
Qrupun əmələ gəlməsi üçün ən azı iki adam arasında qarşılıqlı münasibətin yaranması zəruridir. İki nəfərdən ibarət qrupu diadlar qrupu hesab edirlər. Üç nəfərdən ibarət qrupu isə sosial psixologiyada üçəmlər adlandırırlar.
Sosial psixologiyada qrupların müxtəlif təsnifatı məlumdur. Bunlara daxildir: şərti və real qruplar. Şərti və ya nominal qrup dediksə bir biri ilə real surətdə əlaqəsi olmayan, lakin müəyyən bir şərti əlamətə, məsələn: cins, yaş və ya peşə əlamətlərinə görə tədqiqatçı tərəfindən ayırd edilən adamlar kateqoriyası nəzərdə tutulur. Şərti qrupa aid edilən adamlar ümumi şəkildə bir birini tanımasalar da, onlardan hər bir özünün real qrupunun başqa üzvləri bu və ya digər dərəcədə müəyyən münasibətdə olur. Sosial psixologiyada real qrupların öyrənilməsinə xüsusi diqqət yetirilir. Real qrupların iki növünü real laborator qrupları və real təbii qrupları fərqləndirirlər. Təbii real qrupların kiçik və böyük qruplar olmaqla iki yerə ayırırlar.
Böyük qrupların üzvləri bilavasitə təmasda olmurlar, hətta bir birinin mövcud olduğunu bilməyə bilərlər. İctimai psixologiyanın bilavasitə məzmunu ilə bağlı olan bütün elementlər, hər şeydən əvvəl, böyük qrupların tarixi təcrübəsi əsasında meydana çıxır. Sosial psixologiyada böyük qrupların aşağıdakı növlərini fərqləndirirlər:
1. Siniflər, ictimai təbəqələr və sosial peşə qrupları;
2. Millət və xalqlar;
3. Sosial demokratik qruplar;
4. Ərazi region qrupları;
5. Təşkilat qrupları (siyasi və ictimai qruplar)
6. Qısamüddətli qruplar (mütəşəkkil və qeyri mütəşəkkil)
7. Auditoriya qruplar.
Böyük qrupların sosial psixoloji inkişafı qrup eyniyyəti və həmrəyliyi kimi mühüm keyfiyyətlərin formalaşması ilə bilavasitə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, böyük qrupların psixologiyası, ilk növbədə ictimai psixologiyadır.
Kiçik qrupların üzvləri bir biri ilə müxtəlif formalarda gündəlik ünsiyyət və rabitəyə girir, bir biri haqqında müəyyən təsəvvürə malik olur, həm də onların arasında müəyyən rəsmi və qeyri rəsmi münasibətlər formalaşır. Başqa sözlə, onlar kontakt (təmasda olan) qruplar kimi təşəkkül tapıb inkişaf edir.
Kiçik qruplar olduqca müxtəlifdir: ailə, fəhlə briqadası, pambıqçı qızlar manqası, tələbə qrupu, bir sinfin şagirdləri və başqaları kiçik qrupa misal ola bilər. Laborator qruplar da əslində kiçik qruplardır (2, 8, 115).
Kiçik qrupun üzvləri vahid fəaliyyət çərçivəsində birləşir və bir biri ilə bilavasitə şəxsi ünsiyyətə girirlər ki, bu da onun spesifik əlaməti hesab olunur. Kiçik qrupların 50 dən artıq təsnifatı məlumdur. Onlardan aşağıdakılar daha çox xarakterikdir.
Kiçik qrupları formal və qeyri formal qruplara bölürlər. Formal qrupda münasibətlər inzibati hüquqi yolla müəyyən olunur və tənzim edilir. Qeyri formal qruplar isə ünsiyyət prosesində təbii yolla təşəkkül edir.
Kiçik qrupun özünəməxsus növü kimi referent qrup fenomeni müəyyən edilmişdir. Referent qrup dedikdə elə real və ya xəyali qrup nəzərdə tutulur ki, fərd onun standartlarını qəbul edir, sosial hadisələri, özünün və başqalarının əməllərini qiymətləndirərkən onun sərvətlərindən etalonlar sistemi kimi istifadə edir. Referent qrupun növləri içərisində referent müqayisə qrupları və normativ referent qruplar xüsusi yer tutur. Qruplarda insanlar birgə yaşayıb və fəaliyyət göstərmələrinə görə onların arasında istər istəməz qarşılıqlı münasibətlər özünü göstərir. Bu cür münasibətlər sosial psixologiyada şəxsiyyətlərarası münasibətlər adlandırılır. Şəxsiyyətlərarası münasibətlər birgə fəaliyyət və ünsiyyət prosesində insanlar arasında təzahür edən subyektiv qarşılıqlı təəssüratdan ibarətdir.
Qrup daxilində mövcud olan şəxsiyyətlərarası münasibətləri bilmədən onu idarə etmək mümkün deyildir. Məlum olduğu kimi, şəxsiyyətlərarası münasibətlər sosial qrupun ümumi fəaliyyəti əsasında yaranan çoxcəhətli rabitə və münasibətlər sistemindən ibarətdir. Şəxsiyyətlərarası mürəkkəb və çoxcəhətli quruluşa malikdir. Bunlardan birincisi, ilk növbədə gözə çarpan vasitəsiz asılılıq səviyyəsidir. Buraya fərdlərin emosional xoşagəlimliyi, qrup uyğunluğu, ünsiyyətlilik və s. vasitəsiz asılılıq səviyyəsi daxildir.
İkinci, daha əsaslı səviyyə vasitəli asılılıq səviyyəsi olub şəxsiyyətlərarası münasibətlərin məcmusunu təşkil edir.
Üçüncü səviyyəni qrupun istehsalat, təlim və yaxud ictimai vəzifələri səviyyəsinin məcmusunu təşkil edir. Buraya qrupun yerinə yetirdiyi vəzifəyə hazırlığı, işgüzarlığı, başqa qruplarla rabitə münasibətləri və s. onlar üçün xarakterik olan münasibətlər sistemində eyni vəziyyətdə olmurlar. R.S. Nemovun qeyd etdiyi kimi, kiçik qrupların üzvləri qrupdaxili münasibətlər strukturunda özlərinin mövqeləri, statusları, daxili yönəlişləri rollarına malik olurlar. Ona görə də R.S. Nemov hər bir adamın qrupdaxili münasibətlər strukturundakı yerini müəyyənləşdirmək üçün həmin anlayışlardan istifadə edildiyini qeyd edir. Psixologiyada sosial qruplardan danışanda qrup uyuşması haqqında xüsusi söhbət açılır. Qrup uyuşması insanlara empirik surətdə çoxdan məlumdur. Alpinistlər, təyyarəçilər heyəti komandirləri və idman komandası rəhbərləri əməli təcrübə əsasında belə bir nəticəyə gəlmişlər ki, kiçik qruplarda adamlar bir birinə eyni dərəcədə uyuşa bilmirlər. Birgə fəaliyyətin səmərəli olmasını şərtləndirən faktlardan biri qrup uyuşması fenomeni ilə əlaqədardır.
Bütün yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, qrupları sosial mənsubiyyətə, birgə fəaliyyətin və ünsiyyətin xarakterinə görə birləşən insan birliyi kimi səciyyələndirmək lazım gəlir (4, s 170).

1.2. Tələbə qrupunda psixoloji iqlimin öyrənilməsi
Kiçik sosial qruplarda, eləcə də tələbə qrupunda birgə fəaliyyətin müvəffəqiyyətlə getməsi, səmərəliliyi qrupun uyuşmasından, başqa sözləqrup üzvlərinin həmrəyliyindən çox asılıdır. Psixoloji ədəbiyyatda qrup uyuşmasınıı ilk növbədə fizioloji və psixoloji aspektdə izah edirlər. Fizioloji uyuşmanı çox vaxt təmiz fiziki imkanlar, xüsusiyyətlərlə bağlayırlar. Psixoloji uyuşmaya gəldikdə, bu, qrup üzvlərinin psixoloji cəhətdən uyuşması ilə bağlıdır. Müasir psixologiyada psixoloji uyuşmanın üç istiqamətdə - struktur, funksional və adaptiv istiqamətlərdə öyrənilir. Tələbə qrupunda uyuşmanın səviyyəsi bilavasitə qrupun psixoloji iqlimini təzahür etdirir.
Tələbə qrupunda şəxsiyyətlərarası münasibətlərin necə olduğunu burada sosial psixoloji iqlimin necə olmasından görmək mümkündür. Psixoloji iqlim tələbə qruplarının əsas əhvalını müəyyənləşdirən şəxsiyyətlərarası münasibətlər sistemindən ibarətdir. Qrupun qarşısına qoyulmuş vəzifənin səmərəli şəkildə həyata keçirilməsi üçün normal psixoloji iqlimin yaradılmasının əhəmiyyəti olduqca böyükdür. Ümumiyyətlə qrup və kollektivdə psixoloji iqlim müsbət (pozitiv) və mənfi (neqativ) xarakter daşıya bilər. Bunların hər biri isə özünəməxsus qarşılıqlı münasibətdə təzahür edir.
Tələbə qrupunda müsbət psixoloji iqlimin yaradılması üçün fəaliyyəti növündən asılı olan davranış etalonu yaradılmasının və onun qrup daxilində etalona çevrilməsinin əhəmiyyəti olduqca böyükdür. Səmərəli psixoloji iqlimin yaradılması üçün tələbə qrupunda münasibətlər uyğunluq, uyuşmanın şəraitində qurulmalıdır.
Tələbə qrupunda psixoloji iqlimin xarakteri bütövlükdə qrupun inkişaf səviyyəsindən, yetkinliyindən də asılıdır. Adətən, tələbə qrupundakı sosial psixoloji iqlimlə qrup üzvlərinin birgə fəaliyyətinin səmərəliliyi arasında birbaşa müsbət əlaqə mövcud olur. Bunlarla yanaşı, tələbə qrupunda psixoloji iqlim qrupa rəhbərlik üslubundan da asılı olur.
Ümumiyyətlə, şəxsiyyətlərarası münasibətlər rəngarəng hisslərlə bağlıdırsa, tələbə qrupunda yaranan psixoloji iqlim işgüzarlığın, təşəbbüskarlığın inkişaf etməsinə səbəb olur. Sosial psixologiyada şəxsiyyətlərarası münasibətlərin müxtəlif növlərini qeyd edirlər: rəsmi, qeyri rəsmi, şəxsi, işgüzar və s.
Tələbə qruplarında tələbələr arasında aşağıdakı şəxsi qarşılıqlı münasibətlər özünü təzahür etdirə bilər: 1. Tanışlıq; 2. Yoldaşlıq; 3. Dostluq. Bu münasibətlərin tələbələr arasında inkişaf səviyyəsi qrupda psixoloji iqlimin göstəricisi kimi çıxış edə bilər (5, s 15).
Bununla yanaşı, tələbə qrupunda psixoloji iqlimin səviyyəsi qrupda rəhbərlik və liderlik kimi vacib faktlardan asılıdır. Kiçik sosial qruplarda, eləcə də tələbə qrupunda şəxsiyyətlərarası münasibətlərin bərabərlik əsasında qurulmadığı aydın olur. Hər hansı qrupda kmi isə hökm verir, müəyyən tələblərin yerinə yetirilməsinə nəzarət edir, onun tələb və tapşırıqları isə başqaları tərəfindən danışıqsız yerinə yetirilir. Tələbə qrupunda fəaliyyətin səmərəliliyi və müsbət psixoloji iqlimin yaradılması ona düzgün rəhbərliyin rolundan çox asılıdır. Buradan isə qrup rəhbəri və liderin həmin sahədəki peşəkarlığı, başqa sözlə qrupa düzgün rəhbərlik etmək məsələsi ortaya çıxır.
Tələbə qrupunda psixoloji iqlimin pozitiv qurulması üçün qrupdaxili təzyiqin yox səviyyəsində olması çox vacibdir. Əks halda qrupdakı şəxslərin sərvət meylləri, normalar sistemi qrup normalarına uyğun gəlmədiyi şəraitdə ziddiyyətli xarakter daşıması tələbə qrupunda neqativ psixoloji iqlimin yaranması ilə nəticələnir. Buna görə də tələbə qruplarında konformizm, yəni şəxsin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitdə uyğunlaşması şəraiti ilə qarşılaşmaq olar.
Kiçik qruplarda xüsusən də tələbə qruplarında özünü göstərən hadisələrdən biri də qrup qütbləşməsi hadisəsidir. D. Mayersə görə, qrup qütbləşməsi qrupun təsiri altında onun üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun rəyinin parçalanması əvəzinə orta ənənənin öz qütbünə köçürülməsindən ibarətdir.
Tələb qrupunda psixoloji iqlimin pozitiv istiqamətdə inkişaf eləməsi üçün qrupdaxili birlik, bağlılıq vacib faktlardan biridir. A.V. Petrovski qrupdaxili inkişafın üç səviyyəsini fərqləndirir:
1. Aşağı səviyyə. Bu cür qruplarda qrup üzvlərinin bir birlərinə olan münasibəti, bağlılıq dərəcəsi bilavasitə onların bir birinə olan simpatiya və ya antipatiya hissi ilə emosional cəhətdən cəlbediciliyi ilə bilavasitə bağlı olur. Tələbə qrupunda bu cür səviyyə ilə rastlaşdıqda oradakı psixoloji iqlimin də çox neqativ olacağını təhmin etmək olar. Belə tələbə qrupu heç vaxt kollektivə çevrilə bilməyəcəkdir.
2. Orta səviyyə. Bu qrup daha çox qrupda hakim olan norma və qaydalara əməl edir, onu ümumi fəaliyyət obyekti sayır, bununla yanaşı bu cür qruplarda səviyyələrarası münasibətlərin yaradılması qrup üzvlərinin bir birinə olan simpatiya və antipatiya ilə bağlı olur.
3. Yüksək səviyyə. Belə qruplarda şəxsiyyətlərarası və şəxsi münasibətlər qrupun ictimai fikri, dəyərlər sistemi, qəbul edilmiş qaydalar sistemi ilə uzlaşdırılaraq həyata keçirilir. Bu proses məcburiyyət xarakteri kəsb etmir, tələbə qrupunda biz fenomeni inkişaf edir. Məhz bu cür inkişaf səviyyəsinə mənsub olan tələbə qrupları tezliklə kollektivə çevrilir.
Tələbə qrupunda psixoloji iqlimin yaxşılaşdırılması və qrupun kollektivə çevrilməsi aşağıdakılardan asılıdır:
- Tələbələrin təlim fəaliyyətinin düzgün və səmərəli təşkili və müəyyən qədər nəzarət edilməsi;
- Tələnə qrupunun fəaliyyətinin funksiya, məqsəd və proqramlarının dəqiqliyi, mütəşəkkilliyi və eyni zamanda qrupdakı norma və xüsusiyyətlərin öz şəxsi norma və xüsusiyyətlər kimi qəbul edilməsi;
- Tələbələr arasında və tələbələr və tələbə - pedaqoq arasında yaradılan münasibətlərin müsbət istiqamətdə təşkili;
- Tələbə qrupunda mikroqrupların yaranmamasını şərtləndirmək;
- Qrup qarşısında duran vəzifələrin yerinə yetirilməsində tələbə qrupunun bütün üzvlərinin iştirakını təmin etmək;
- Qrupun ölçüsü və maraq dairəsini nəzərə almaq;
- Tələbə qrupunda rəhbərlik, idarəetmənin düzgün qurulması (7, s 69).
Tələbə qrupunda psixoloji iqlimin yaxşılaşdırılması üçün bu qrupa daxil olan hər bir tələbə qrupdakı fəaliyyət və şəxsiyyətlərarası münasibətlərdən müəyyən qədər qane olmalıdır və qrupda öz əhəmiyyətliliyini hiss etməlidir.
Bundan başqa, tələbə qrupunda müxtəlif kollektiv ictimai fəaliyyət sahəsinin olması tələbə qruplarında şəxsiyyətlərarası münasibətlərdə müsbət axarın yaradılmasına səbəb olur, bu da öz növbəsində tələbə qrupunda psixoloji iqlimin yaxşılaşmasına səbəb olur.
Qrupda emosional mədəniyyətin, birliyin, ümumfikirliliyin olması da tələbə qrupunda sosial psixoloji iqlimi yaxşılaşdıran faktorlar kimi çıxış edir.
Tələbə qrupunda bağlılıq qrup üzvlərinin dünya görüşü, maraq dairəsi, həyata prizması, məqsəd və vəzifələrin üst üstə düşdüyü təqdirdə daha da möhkəmlənir.
Tələbə qrupunda psixoloji iqlimin yaranma və inkişaf etmə xüsusiyyətlərinin istər psixoloji, istərsə də pedaqoji ədəbiyyatlarda təhlil edilməsi müxtəlif nəticələrin alınmasına gətirib çıxarmışdır. Kimi tələbə qrupunda normal psixoloji iqlimin yaradılmasının səbəbini dünyagörüşü və əxlaqi dəyərlər sisteminin uzlaşması ilə, kimisi formal və qeyri formal strukturların üst üstə düşməsi ilə, kimisi tələbə qrupunda konfliktli situasiyaların azlığı ilə bilavasitə əlaqələndirir.
Bütün bu və digər faktları ümumiləşdirsək, aşağıdakı nəticələri alarıq:
1. Tələbə qrupunun əsas fəaliyyətinin təlim fəaliyyətinin uğurla yerinə yetirilməsi, tələbə qrupunun kiçik sosial qrup kimi yerinə yetirəcəyi vəzifələri aydın şəkildə qavramaq və tələbə qrupunun fərdin şəxsiyyətə çevrilməsini təmin edən insan birliyi olduğunu anlamaq;
2. Tələbə qrupunun vahidliyi qrupdaxili ən əsas qaydaya çevrilməlidir;
3. Qrupun təşkilatçılıq qabiliyyətinin olması;
4. Tələbə qrupunun üzvlərinin qrupdaxili işlər və münasibətlər ilə razılaşma, qəbul etmə səviyyəsi;
5. Qrupun emosional mədəniyyət səviyyəsi;
6. Qrup üzvlərinin birgə ictimai faydalı işlərdə iştirakı;
7. Tələbə qrupunda mövcud situasiyanın dərk edilməsi və hər bir qrup üzvünün özünü dərk etmə səviyyəsi;
Yuxarıda qeyd etdiyimiz faktlar tələbə qrupunda özünü müsbət tərəfdən təzahür etdirərsə, bu zaman tələbə qrupunda psixoloji iqlim səviyyəsi yüksək olar (5, s 15).
Öncə qeyd etdiyimiz kimi tələbə qrupunda psixoloji iqlimin yaradılması bu qrupda hakim olan şəxsiyyətlərarası münasibətlərin strukturundan bilavasitə asılıdır. Qrupdaxili gərginliyin, konfliktli situasiyaların mövcudluğu hakim olan şəxsiyyətlərarası münasibətlərin qurulmasına imkan vermir, bu da öz növbəsində tələbə qrupunda neqativ psixoloji iqlimin yaranmasına gətirib çıxarır.
Bildiyimiz kimi, fərdin sosializasiyası ilk öncə ailədən başlayır, daha sonra isə mühit - xüsusən də təhsil müəssisələrində davam edir. Bu zaman şəxsiyyət formalaşmağa və inkişaf etməyə başlayır. Tələbəlik illərində də dünyagörüşünün dəyişməsi, ünsiyyət, münasibətlər sistemini təzələnməsi şəxsiyyətin inkişafına təsirsiz ötüşə bilməz. Bütün bunları nəzərə alaraq tələbə qrupunda psixoloji iqlimin tədqiqi məsələsinə əhatəli yanaşmaq lazımdır (6, s 275).












FƏSİL II. Tələbə qrupunda psixoloji iqlimin psixoloji eksperimental tədqiqi.
2.1. Tədqiqatın təşkili və keçirilməsi
Tələbə qrupunda psixoloji iqlim şəraitini tədqiq etmək üçün biz qrupda bağlılıq, münasibət, dəyərlər sistemini müəyyənləşdirməyə imkan verən və eyni zamanda qrupda hökm sürən psixoloji iqlim şəraitini tədqiq etməyə şərait yaradan V. S. İvaşkin V.V. Onufriyevanın metodikasından və Sişoranın qrupun bağlılıq indeksini müəyyən edən metodikadan istifadə etmişik. Bu metodika özündə təlim fəaliyyətində özünü büruzə verən 35 şəxsiyyət keyfiyyətini əks etdirən anket sorğusundan ibarətdir.
Tədqiqat zamanı 7 ci metodika üzrə tələbələrə belə təlimat verilir: sizə 35 şəxsiyyət keyfiyyətindən ibarət anket təqdim ediləcək. Siz bu 35 şəxsiyyət keyfiyyətlərindən sizin fikrinizcə təlim fəaliyyətini müvəffəqiyyətlə icra etmək və qrupda normal şəxsiyyətlərarası münasibətləri yaratmaq üçün lazım olan 5 əsas şəxsi keyfiyyəti seçməlisiniz.
Anket materialı.
1. Qanun qayda ilə hərəkət etmək.
2. İradi cəhətdən güclü olmaq.
3. İctimai borcun dərk edilməsi.
4. Düşüncəlilik.
5. İntellekt dərəcəsinin yüksək olması.
6. Əməksevərlilik.
7. Bitkin fikirliliyi.
8. Əxlaqi cəhətdən inkişaf səviyyəsi.
9. Özünütənqid səviyyəsi.
10. Kömək etmə əzmi.
11. İctimai aktivlik.
12. Kitabla işləmək məharəti.
13. Dünyagörüşü.
14. İşi planlaşdırmağı bacarmaq.
15. Məqsədyönlülük.
16. Kollektiv şüurun inkişaf etməsi.
17. Hər kəslə yola getmək bacarığı.
18. Özünə qarşı tələbkar olmaq.
19. Tənqidi olmaq.
20. Mənəvi zənginlik.
21. Hər hansı məsələni izah edə bilmək bacarığı.
22. Düzgünlük dərəcəsi.
23. Öz sözünü demək bacarığı.
24. Diqqətli olmaq.
25. Müstəqillik.
26. Ünsiyyətcillik.
27. İdrakı cəhətdən məsələyə yanaşma tərzi.
28. Hər şeylə maraqlanmaq.
29. Ədalətlilik.
30. Fərqlilik.
31. Özünə güvən hissinin olması.
32. Kollektivçilik.
33. Utancaqlıq.
34. Məsələni analiz etmə bacarığı.
35. Məsuliyyətlilik hissi.
Tələbə qrupunda psixoloji iqlim şəraitini müəyyən etmək üçün ikinci bir metodika kimi Sişoranın qrupun bağlılıq indeksini müəyyən edən metodikasından da istifadə etmişik. Bu metodika 5 sualdan ibarətdir. Bu 5 suala 5 6 cavab variantı verilib. Tədqiq olunan 5 6 cavab variantından doğru saydığı birini seçməlidir.
Nəticələrin işlənilməsi aşağıdakı kimi aparılır:
Hər bir cavab variantının qarşısında mötərizədə onun malik olduğu ballar göstərilir. Tədqiqat zamanı tədqiq olunanlara mötərizədə bu balların göstərilməsi məqsədəuyğun deyildir. Bu onlarda müəyyən ustanovka yarada bilər.
Bu metodikadan maksimal alına biləcək bal 19, minimal qiymət isə 5 ola bilər.
Bu metodikaya daxil olan suallar aşağıdakılardır:
1. Siz qrupa mənsubluq dərəcəsini necə qiymətləndirirsiniz?
a) Özümü onun bir hissəsi hesab edirəm (5)
b) Qrup fəaliyyətinin çox hissəsində mən də iştirak edirəm (4)
c) Qrup fəaliyyətinin yalnız bəzi hissəsində iştirak edirəm (3)
d) Özümü qrupun üzvü kimi hiss etmirəm
e) Qrupdan kənarda fəaliyyət göstərirəm (1)
f) Bilmirəm, cavab verməyə çətinlik çəkirəm.
2. Sizin imkanınız olsa idi, başqa qrupa keçmək istərdinizmi?
a) Bəli, çox istərdim.
b) Elə bir fərq görmürəm (3)
c) Qalmaqdan daha çox, məncə dəyişərdim (2)
d) Yəqin ki, daha çox öz qrupumda qalardım (4)
e) Mən öz qrupumda qalmaq istəyirəm (5)
f) Bilmirəm, cavab verməyə çətinlik çəkirəm.
3. Qrupunuzda tələbələr arasında münasibətlər necədir?
a) əksər qruplara nisbətən yaxşıdır (3)
b) demək olar ki, bir çox qruplarda olduğu kimidir (2)
c) əksər qruplara nisbətən daha pisdir (1)
d) Bilmirəm, cavab verməyə çətinlik çəkirəm.
4. Hakim orqanlar (müəllim, təhsil müəssisəsinin idarə heyəti) ilə qrupun münasibəti necədir?
a) əksər kollektivlərə nisbətən daha yaxşıdır (3)
b) əksər qruplardakı kimidir (2)
c) əksər qruplardan daha pisdir (1)
d) bilmirəm (1)
5. Sizin qrupda təlim fəaliyyətinə olan münasibəti necədir?
a) əksər kollektivlərdən daha yaxşıdır (3)
b) əksər qruplardakı kimidir (2)
c) əksər qruplardan daha pisdir (1)
d) bilmirəm (1)
Bu metodika üzrə nəticələrin alınması aşağıdakı kimi aparılır:
15 bal və daha yüksək yüksək nəticə
11 15 bal orda nəticədən yuxarı
7 11 bal orta
4 7 bal orta nəticədən aşağı
4 bal və daha aşağı aşağı nəticə.
Birinci metodikanın işləmə qaydası.
Bu metodikanın açarı aşağıda verilmişdir:
- təlim fəaliyyətinə olan münasibət;
qanun qayda ilə hərəkət (1), məqsədyönlülük (16), diqqətli olmaq (25), əməksevərlik (6), özünə qarşı tələbkar olmaq (18);
- davranış və fəaliyyət mövqeyi:
ictimai aktivlik (12), əxlaqi cəhətdən inkişaf səviyyəsi (9), hər şey ilə maraqlanmaq (7);
- biliyi xarakterizə edən keyfiyyətlər:
mənəvi zənginlik (21), fərqlilik (34), hər hansı məsələni izah edə bilmək bacarığı (32), hər şeylə maraqlanmaq (14), düşüncəlilik (2), dünyagörüşü (5);
- ağlın keyfiyyəti:
müstəqillik (34), kitabla işləmək məharəti (4), iradi cəhətdən güclü olmaq (24), kömək etmək əzmi (30), ictimai aktivlik (20);
- təlim fəaliyyətini təşkil edə bilmək bacarığı:
tənqidi olmaq (8), düzgünlük dərəcəsi (15), bitkin fikirlilik (22), işi planlaşdırmaq bacarığı (13), məsuliyyətlilik (26);
- qrup yoldaşlarına olan münasibət:
ünsiyyətcillik (29), ədalətlilik (33), düzgünlük (23), kömək etmə əzmi (11), kollektivçilik (17);
- özünə münasibət:
özünə tənqidi yanaşmaq (10), utancaqlıq (31), müstəqillik (28), özünə güvən hissi (35), özünə qarşı tələbkar olmaz (19).
Bu nəticələr aşağıdakı düsturla hesablanır:

Bunun nəticəsində biz S i tapırıq. Bu düsturda n seçilmiş nəticələrin məcmusudur, N eksperimentdə iştirak edənlərin ümumi sayıdır. S isə qrupda şəxsiyyətlərarası münasibətləri, qrupun bağlılıq səviyyəsini xarakterizə edən göstəricidir.
Əgər S≥0,5 olarsa tədqiq olunan qrup artıq kollektiv səviyyəsinə çatmışdır. Yəni burada psixoloji iqlim müsbətdir.
Əgər S=0,3 0,5 olarsa, qrup inkişaf səviyyəsinə görə aşağı münasibətlər sisteminə əsaslanır. Qrupda psixoloji iqlimin daha çox neqativ olduğunu demək olar.
Tələbə qrupunda psixoloji iqlim səviyyəsini müəyyənləşdirmək üçün Bakı Dövlət Universitetində təhsil alan 26 nəfərdən ibarət 1 qrup tələbə ilə tədqiqat işi aparılıb. Tədqiq olunanlar ilə yuxarıda qeyd etdiyimiz hər iki metodika ayrı ayrılıqda aparılıb. Tədqiqatın gedişatından alınan nəticələr alınmış nəticələrin işlənilməsi yarımfəslində şərh edilib.

2.2. Alınmış nəticələrin işlənilməsi
Tələbə qruplarında psixoloji iqlimin tədqiq edilməsi üçün biz 26 nəfərdən ibarət tələbə qrupu üzərində eksperiment aparmışıq. Qeyd etdiyimiz kimi, eksperiment BDU də təhsil alan III kurs tələbələri üzərində aparılmışdır.
Tədqiq olunanlarla ilk öncə birinci metodika aparıldı. Bu V.S. İvaşkin və V.V. Onufriyevanın metodikasıdır. Bu metodikanın məqsədi qrupda tələbələr arasında mövcud olan şəxsiyyət keyfiyyətlərinin qrupda yaranan psixoloji iqlimin şəraitinə olan təsirini müəyyən etməkdən ibarətdir. Metodika 35 şəxsiyyət keyfiyyətini əks etdirən anket sorğusundan ibarətdir.
Tədqiq olunanlara təlimat verilir ki, verilmiş 35 şəxsiyyət keyfiyyətlərindən sənə yaxın olan 5 əsas keyfiyyəti seç.
Bu metodika üzrə aparılmış tədqiqatın nəticələri aşağıdakı kimi oldu (onu da qeyd etmək istərdik ki, bu metodikanın işlənilmə yolu, yəni açarı 2.1. Tədqiqatın təşkili və keçirilməsi yarımfəslində verilmişdir):
Tədqiq olunanların 42% - i seçmiş 5 əsas şəxsiyyət keyfiyyəti içərisində ən çox mənəvi zənginlik keyfiyyətini qeyd etmişdilər.
Tədqiq olunanların 38% - i seçilmiş 5 əsas şəxsiyyət keyfiyyəti içərisində ən çox hər kəslə yola gedə bilmək bacarığı keyfiyyətini qeyd etmişdilər.
Tədqiq olunanların 19% - i seçilmiş 5 əsas şəxsiyyət keyfiyyəti içərisində ən çox kömək etmək əzminin olması keyfiyyətini seçmişdilər.
Tədqiq olunanların 7% - i seçilmiş 5 əsas şəxsiyyət keyfiyyəti içərisində ən çox öz sözünü demək bacarığı keyfiyyətini seçmişdilər.
Yuxarıdakı nəticələrin alınması səbəbi kimi onu qeyd etməliyik ki, tədqiq olunanlara bu metodika üç istiqamətdə təqdim edildi.
Birinci istiqamət aşağıdakılardan ibarətdir:
Sizə təqdim edilmiş 35 şəxsiyyət keyfiyyətindən sizin fikrinizcə qrupunuzda olan psixoloji iqlim şəraitini daha da yaxşılaşdırmağa kömək edən 5 əsas şəxsiyyət keyfiyyətini seçin.
İkinci istiqamət aşağıdakılardan ibarətdir:
Sizə təqdim edilmiş 35 şəxsiyyət keyfiyyətindən sizin fikrinizcə qrupunuzda qrup yoldaşlarınız arasında normal münasibətlərin qurulmasına kömək edən 5 əsas şəxsiyyət keyfiyyətini seçin.
Üçüncü istiqamət aşağıdakılardan ibarətdir:
Sizə təqdim edilmiş 35 şəxsiyyət keyfiyyəti içərisindən sizin fikrinizcə qrupunuzda özünüzə olan münasibətinizdə daha çox istifadə etdiyiniz 5 əsas şəxsiyyət keyfiyyətini seçin.
Yuxarıda aldığımız nəticə birinci istiqamət üzrə aparılan tədqiqatın nəticəsi idi.
Tələbələr arasında aparılan ikinci istiqamət üzrə tədqiqatın nəticəsi aşağıdakı kimi oldu:
Tədqiq olunanların 45% - i qrupda qrup yoldaşları arasında normal şəxsiyyətlərarası münasibətlərin yaradılmasında 35 şəxsiyyət keyfiyyətindən ədalətlilik keyfiyyətini 5 əsas seçim içərisinə daxil etmişdir.
Tədqiq olunanların 31% - i qrupda qrup yoldaşları arasında normal şəxsiyyətlərarası münasibətlərin yaradılmasında 35 şəxsiyyət keyfiyyətindən düzgünlük keyfiyyətini 5 əsas seçim içərisinə daxil etmişlər.
Tədqiq olunanların 10% - i qrupda qrup yoldaşları arasında normal şəxsiyyətlərarası münasibətlərin yaradılmasında 35 şəxsiyyət keyfiyyətindən kömək etmək əzmini 5 əsas seçim içərisinə daxil etmişlər.
Tədqiq olunanların 7% - i qrupda qrup yoldaşları normal şəxsiyyətlərarası münasibətlərin yaradılmasında 35 şəxsiyyət keyfiyyətindən kollektivçilik keyfiyyətini 5 əsas seçim içərisinə daxil etmişdilər.
Tədqiq olunanların cəmi 3% - i qrupda qrup yoldaşları arasında normal şəxsiyyətlərarası münasibətlərin yaradılmasında 35 şəxsiyyət keyfiyyətindən ünsiyyəcillik keyfiyyətini 5 əsas seçim içərisinə daxil etmişdilər.
Üçüncü istiqamət üzrə aparılmış tədqiqatın nəticələri aşağıdakı kimi oldu:
Tədqiq olunanların 38% - i qrupda özlərinə qarşı olan münasibətdə 35 şəxsiyyət keyfiyyəti içərisindən seçdiyi 5 əsas keyfiyyətdən biri kimi özünə güvənmək hissini qeyd etmişdilər.
Tədqiq olunanların 31% - i qrupda özlərinə qarşı olan münasibətdə 35 şəxsiyyət keyfiyyəti içərisində seçdiyi 5 əsas keyfiyyətdən biri kimi özünə qarşı tələbkar olmağı qeyd etmişdilər.
Tədqiq olunanların 18% - i qrupda özlərinə qarşı olan münasibətdə 35 şəxsiyyət keyfiyyəti içərisində seçdiyi 5 əsas keyfiyyətdən biri kimi özünə tənqidi yanaşmağı qeyd etmişdilər.
Tədqiq olunanların 11% - i qrupda özlərinə qarşı olan münasibətdə 35 şəxsiyyət keyfiyyəti içərisindən seçdiyi 5 əsas keyfiyyətdən biri kimi müstəqilliyi qeyd etmişdilər.
Tədqiq olunanların 2% - i qrupda özlərinə qarşı olan münasibətdə 35 şəxsiyyət keyfiyyəti içərisindən seçdiyi 5 əsas keyfiyyətdən biri kimi utancaqlığı qeyd etmişdilər.
Tələbə qrupunda psixoloji iqlimi tədqiq etmək üçün istifadə etdiyimiz ikinci metodika Sişoranın qrupun bağlılıq indeksini müəyyən edən metodikadır. Bu metodika 5 sualdan ibarətdir. Tədqiq olunan suala uyğun gələn cavab variantını qeyd etməlidir.
Bu metodikanın tələbələri arasında apardıqdan sonra nəticələrini işlənilməsi bizə aşağıdakı göstəriciləri verdi:
Tədqiq olunanların çoxu 59% - i 1 ci suala (siz qrupa mənsubluq dərəcəsini necə qiymətləndirirsiniz) b cavab variantını (qrup fəaliyyətinin çox hissəsində mən də iştirak edirəm) vermişdir.
Tədqiq olunanların 30% - i 1 ci suala a cavab variantını (özümü onun bir hissəsi hesab edirəm) vermişdir.
Tədqiq olunanların 11% - i 1 ci suala c cavab variantını (qrup fəaliyyətinin yalnız bəzi hissəsində iştirak edirəm) vermişdir.
Tədqiq olunanların 49% - i ikinci suala (sizin imkanınız olsa idi, başqa qrupa keçmək istərdinizmi?) a cavab variantını (yəqin ki daha çox öz qrupumda qalardım) vermişdir.
Tədqiq olunanların 45% - i ikinci suala c cavab variantını (mən öz qrupumda qalmaq istəyirəm) vermişdir.
Tədqiq olunanların 6% - i ikinci suala b cavab variantını (elə də fərq görmürəm) vermişdir.
Tədqiq olunanların 51% - i üçüncü suala (qrupunuzda tələbələr arasında münasibət necədir?) b cavab variantını (demək olar ki, bir çox qruplarda olduğu kimidir) vermişdir.
Tədqiq olunanların 42% - i üçüncü suala a cavab variantını (əksər qruplara nisbətən yaxşıdır) vermişdir.
Tədqiq olunanların 7% - i üçüncü suala c cavab variantını (əksər qruplara nisbətən daha pisdir) vermişdir.
Tədqiq olunanların 67% - i dördüncü suala (hakim orqanlarda: müəllim, təhsil müəssisəsinin idarə heyəti ilə qrupun münasibəti necədir?) b cavab variantını (əksər qruplardakı kimidir) vermişdir.
Tədqiq olunanların 20% - i 4 cü suala a cavab variantını (əksər qruplara nisbətən daha yaxşıdır) vermişdir.
Tədqiq olunanların 13% - i 4 cü suala s cavab d cavab variantını (bilmirəm) vermişdir.
Tədqiq olunanların 56% - i 5 ci suala (sizin qrupda təlim fəaliyyətində olan münasibəti necədir?) b cavab variantını (əksər qruplardakı kimidir) vermişdir.
Tədqiq olunanların 37% -i 5 ci suala a cavab variantını (əksər kollektivdən daha yaxşıdır) vermişdir.
Tədqiq olunanların 7% - i 5 ci suala c cavab variantını (əksər qruplardakından daha pisdir) vermişdir.
Alınmış nəticələrin işlənilməsi göstərdi ki, tədqiqat apardığımız konkret tələbə qrupunda psixoloji iqlim normal, müsbət (pozitiv) istiqamətdə inkişaf edib. Bu faktı tələbə qrupunda qrup yoldaşları arasında mövcud olan şəxsiyyətlərarası münasibətlərdə təsdiq etdi.











NƏTİCƏ
Tədqiq etdiyimiz mövzu tələbə qrupunda psixoloji iqlim şəraitinin müəyyən edilməsi idi. Bu məqsədə nail olmaq üçün bir tədqiqatda iki metodikadan istifadə etdik.
Alınmış nəticələrin təhlili göstərdi ki, tədqiq etdiyimiz tələbə qrupunda psixoloji iqlim əsasən pozitiv axardadır.
Tədqiqat işimizdə qarşımıza qoyduğumuz əsas fərziyyə tələbə qrupunda psixoloji iqlim şəraitinin qrupda tələbələr arasında qurulan şəxsiyyətlərarası münasibətlər sistemindən bilavasitə asılı olduğunu təsdiqləməkdən ibarət idi. Tədqiqat işinin gedişatından da məlum oldu ki, tələbə qrupunda mövcud olan şəxsiyyətlərarası münasibətlər müsbət, dostluq istiqamətində qurularsa, bu zaman qrupda tələbələr arasında psixoloji iqlim də buna müvafiq olaraq yaxşı olacaqdır. Əksinə, qrupda tələbələr arasında münasibət mənfi, rəqabət, düşmənçilik və ya etinasızlıq ruhunda qurularsa, bu zaman qrupda psixoloji iqlim neqativ ruhda qurulacaqdır. Onu da qeyd etmək lazımdır ki, qrupda pozitiv iqlim şəraitinin yaradılması yalnız qrupda qrup yoldaşlarının arasında olan şəxsiyyətlərarası münasibətlərdən asılı deyil, eyni zamanda pedaqoq tələbə arasında qurulan münasibətlər sistemindən asılıdır.
Ona görə də xüsusən I kursda oxuyan tələbələr ilə müəllimlər daha ehtiyatlı davranmalıdır. Əgər bu dövrdə münasibətlər sistemində müəyyən soyuqluq, etinasızlıq yaşanarsa, bu sonrakı illərdə də öz əksini göstərəcəkdir.
Nəticə olaraq onu qeyd etmək istərdik ki, tələbə qrupunda psixoloji iqlim şəraitinin normal pozitiv əsasda qurulması üçün bir çox amillər əsasdır. Bunların içərisində ən əsas amil qrupda tələbələr arasında qurulan şəxsiyyətlərarası münasibətlərin növüdür.
Bundan əlavə olaraq qrupda tələbələrin fərdi psixoloji xüsusiyyətlərinin də qrupda psixoloji iqlim şəraitinə bilavasitə təsiri olur.
Daha sonra əsas amillərdən biri qrupda rəhbərlik, idarəetmə işinin aparılması səviyyəsidir.
Yuxarıda qeyd etdiyimiz xüsusiyyətlər əsas verir ki, müasir psixologiyada sosial qrup fenomeni və eyni zamanda sosial qrup olan tələbə qrupunun ətraflı təhlil edilməsi vacib məsələlərdən biri olduğu fikrini dəstəkləyək. Belə ki, qrupda tələbələr arasında psixoloji iqlim
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Ataturk ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Ataturk Baxıxılıb: 3298 Əlavə edilib: 4 İyun 2010  

#1 Müəllif: Gornostay2 (15 Yanvar 2011 02:00)


Qrup: Istifadəçi
:

-... .
- .
! ! !
- .
ICQ:

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick