Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: KURS ISI
  • 40
MÜNDƏRİCAT

GİRİŞ--------------------------------------------------------------------------------------3

I. FƏSİL TƏNHALIQ PSİXOLOJİ PROBLEMİNƏ İLKİN
BAXIŞ ------------------------------------------------------------------------------------5
1.1.Ölkəmizdə tənhalıq problemi-------------------------------------------------------5
1.2. Tənhalığa təsir edən başlıca sosial-psixoloji amillər və onların əsas
xüsusiyyətləri----------------------------------------------------------------------------6

II. FƏSİL TƏNHALIQ PROBLEMİNİN ƏSAS EKSPERİMEN-
TAL PSİXOLOJİ TƏDQİQİ------------------------------------------------------11
2.1..Tənhalıq şəraitinin aradan qaldırılmasının əsas yol və vasitələri-------------11
2.2.İlin fəsilləri və tənhalığın yaşanması arasındakı aslılıq------------------------14

NƏTİCƏ---------------------------------------------------------------------------------18
İSTFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SIYAHISI--------------------------20


GİRİŞ


Tənhalıq indiki zamanda olduqca önəmli və ümümbəşəri problem olaraq qalır.Elə bu səbəbdən də təsadüfi deyil ki,son zamanlarda bu problem insanlar tərəfindən daha çox diqqət cəlb edir.Belə ki,aparılan müxtəlif psixoloji tədqiqatların nəticələri onu göstərir ki,tənhalıq şəraiti insanlar arasında geniş yayılmış və bu vəziyyətin yaranmasının həm şəxsin özünə həm də ətrafdakılarına ciddi təsiri mövcuddur.Yəni cəmiyyət içində cəmiyyət üzvünün yadlaşması, kəkin tənhalıq hissinə düçar olması həm fərdin özü , həm də o cəmiyyət üçün acınacaqlı nəticələrə gətirib çıxarır.O,nəinki pataloji pozğunluğa ,həmçinin cəmiyyətə qarşı təhlükə yarada biləcək davranışlar da törədə bilər.Amma unutmaq olmaz ki,tənha insanın cəmiyyətə qarşı yönəlmiş aqressiyası, zorakılığı çox vaxt onun özünə qarşı edilən zorakılığına-özünəqəsdinə əsaslanır. Belə ki, son dövrün tədqiqatları göstərir ki, kütləvi hal alan gənclər və yeniyetmələr arasında özünü öldürmə(suisid) halının əsas səbəbi də məhz tənhalıqla üzvi şəkildə bağlıdır. Həmçinin genclər və yeniyetmələr arasında geniş yayılan narkomaniya , alkoqolizm və digər mənfi meyllərin yaranma səbəbi də tənhalıqla əlaqələndirilir.
Həmçinin ünsiyyət problemi də bu prosesə öz mənfi təsirini göstərir.
Bunun 2 əsas səbəbi ola bilər:
1-cisi ünsiyyət vasitələrinin çoxluğundan asılı olaraq insanların qarşı-qarşıya etdiyi ünsiyyətin telefonla , internetlə və başqa digər ünsiyyət vasitələri ilə əvəz olunması ilə nəticənir. Bu da getdikcə insanların ünsiyyət qabiliyyətini minimuma endirir.
2-cisi isə utancaqlıqdan irəli gələn ünsiyyət problemidir. Məhz bu problem gələcəkdə həmin insanların başqalarıyla təmasda olmamasına , azad fikir irəli sürə bilməməsinə və bu kimi digər əlamətlərə gətirib çıxarır. Bu prosesin ən pik nöqtəsi sonda tənhalıq kimi psixoloji problemin əmələ gəlməsi ilə nəticələnir.
Tənhalığın yaranmasıyla bağlı aşağıdakı düsturu nəzərdən keçirək.
Ünsiyyətin tələbatının ödənilməsinə maneçilik törədən amillərindən biri də utancaqlıq hissidir. Qadınların 30 %-i , kişilərin 23 %-i məhz bu səbəbdən ünsiyyətdə müəyyən çətinliklər yaşayır.
Utancaq insanlar ümumi söhbətlərə çox az daxil olur , heç zaman söhbətə birinci başlamır. Söhbət zamanı inamsız davranır , diqqət mərkəzində olmaqdan yayınır , az və yavaş səslə danışır. Bu cür insanlar daha çox dinləyir , az danışır. Artıq suallar verməkdən , diskusiyalara girməkdən çəkinir. Öz fikrini çox inamsız və qətiyyətsiz bildirir.
Söhbət üçün lazımi sözlər tapa bilmir, bəzən dili topuq vurur.Ətrafdakıların diqqəti ona yönələndə özünü itirir , nə cavab verəcəyini , zarafata , replikaya necə reaksiya verəcəyini bilmir. Ünsiyyətdə utancaqlıq çox vaxt insanın özünə qapanması və tənhalığı ilə nəticələnə bilir.
Yaxın səmimi münasibətlərin , insanlarla əlaqənin itirilməsi və s tənhalıqla nəticələnir.
Tənha insan özünü az cəzbedici hiss edir, belə zənn edir ki, ona heç kim hörmət etmir və onu sevmir.Tənha şəxsin özünə bu cür münasibəti kinlilik, qəmginlik, dərin bədbəxtlik hissi ilə müşayiət olunur, çox vaxt bu cür insanlar sosial təmasdan qaçır , özünü başqalarından təcrid edir, daha çox pessimist hisslər keçirir, başqalarından yalnız pislik gələcəyini gözləyir. Tənha insanların diqqəti həddən artıq öz daxili aləmlərinə yönəlmiş olur. Onlar daha çox özlərinə qapanmış olur, başqaları ilə ünsiyyət zamanı isə ən çox özlərindən danışır, həmsöhəbəti haqda az sual verir, danışıq mövzularını tez-tez dəyişirlər.


FƏSİL-1. TƏNHALIQ PSİXOLOJİ PROBLEMİNƏ
İLKİN BAXIŞ


1.1.ÖLKƏMİZDƏ TƏNHALIQ PROBLEMİ

Tənhalıq problemi hər bir ölkədə müxtəlif səviyyələrdədir.Məsələn uzun illərdir ki,Sosiolizm ideoloqları heç bir dəlil irəli sürmədən tənhalıq yalnız kapitalist cəmiyyətinə məxsusdur şüarını insanların beyninə yeritmişdi. Və buna görə də uzun illərdir ki, sovet psixologiyasında tənhalıq problemi lazımınca tədqiq edilməmişdi. Ölkəmiz Sovet birliyinin əsarətində olduğu dönəm bu problem bizdən də yan keçməmişdi.Baxmayaraq ki, bir çox inkişaf etmiş ölkələrin tənhalıq problemi ilə bağlı tədqiqatları 70 ili ötmüşdür.
Tənhalıq problemi ölkəmizin bu günü üçün aktuallıq kəsb edir. Yəni torpaqlarının 20 %-dən çoxu əsarət altında olan ,övladları itkin düşən , girov saxlanılan , vəhşicəsinə qətlə yetirilən , ev-eşiyindən adət etdiyi sosial mühitindən zorla qovulan bir milyondan çox qaçqın və köçkün əhalisi olan respublikamızda bu qədər itkilərdən sonra tənhalıq şəraitinin yaranması üçün daha münbit şərait yaranmışdır. Elə buna görə də müasir şəraitdə respublikamızda maddi-iqtisadi,sosial-siyasi eləcə də mənəvi-psixoloji şəraitlə əlaqədar olaraq tənhalığın çoxalmasına təsir edən amillərin artmasını,ölkəmizdə tənhalıq problemi elmi-psixoloji cəhətdən müasir tələblər səviyyəsində tədqiq edilmədiyini ,tənhalıq şəraitinin aradan qaldırılmasının optimal yol və vasitələrdən istifadə olunmadığını və bunun kimi bir sıra səbəblərdən irəli gəlir.





1.2. TƏNHALIĞA TƏSİR EDƏN BAŞLICA SOSİAL-PSİXOLOJİ AMİLLƏR
VƏ ONLARIN ƏSAS XÜSUSİYYƏTLƏRİ.


Psixoloji ədəbiyyatlarda tənhalığa təsir edən başlıca amillər xarici və şəxsiyyətin bilavasitə oz xüsüsiyyətləri ilə bağlı olan daxili səbəblər kimi təsnif edirlər.Lakin bu tədqiqat işində ,tənhalığa təsir edən amilləri nəzərdən keçirdikdə məlum olur ki. Xarici səbəblərin özü də makrososial və mikrososial olmaqla 2 yerə bölünür.
Mikrososial səbəblər dedikdə burada konkret bir fərdin tənhalığına səbəb olacaq yaxın dostların olmaması , ailəarası , şəxsiyyətlərarası münasibətlərdəki ayrı-ayrı problemlər və s. kimi amillər nəzərdə tutulmuş , makrososial səbəblər , yəni urbanizasiya , siyasi-ideoloji , iqtisadi dəyişikliklər və s baxımdan isə müəyyən bir cəmiyyətdə olan tənhalığını şərtləndirən səbəblər diqqət mərkəzinə çəkilmişdir.
Psixoloji ədəbiyyatlarda göstərilmiş tənhalığın yaranmasına təsir edən 2-ci səbəb isə şəxsiyyətin daxili-subyektiv amilidir. Bunun üçün biz ilk növbədə şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri, temperament tiplərinin təviri ilə bağlı olan bəzi məlumatları müəyyənləşdirib bu xüsüsiyyətlərin tənhalığa nə kimi təsir göstərdiyini araşdıraq. Müşahidələr nəticəsində aşağıdakı nəticələr çıxarılmışdır.
 Digər tiplərlə müqayisədə xolerik və melonxolik temperament tipləri tənhalığa daha çox meyillidir. Həmçinin bu temperamentlərə malik insanların tənhalığa qarşı mübarizəsi digərlərilə müqayisədə daha zəifdir.
 Sanqvinik və xolerik fiziki təklik şəraitində özü tənhalıq halətini yarada biləcəyi təqdirdə , melanxolik və fleqmatik intensiv ünsiyyət şəraitində tənhalığı yaşamağa daha meyillidir
 Melanxolik və fleqmatiklər tənhalığı daha çox emosional baxımdan , sanqvinik və xoleriklər isə sosial tipdə yaşayırlar.
 Sanqvinik temperament tipli şəxslərin tənhalığı yaşama ehtimalı daha azdır.
 Melanxolik və xolerik temperament tipli şəxslər isə tənhalığı daha intensiv və tez-tez yaşamağa meyillidirlər.
 Tənhalıq şəraitini yaşayan xoleriklər düşdüyü vəziyyətin səbəbini başqalarında , melanxolik isə özündə , taleyində gorməyə meyillidir.
 Tənhalıq şəraitini yaşayan melonxiklər daha çox depressiv hisslər, xoleriklər isə aqressiv hisslər keçirir.
Melanxolik tənhalığa daha çox meyillidirlər.Lakin xoleriklər tənhalığı daha çox xroniki formada yaşama ehtimalı var.
Həmçinin tənhalığın cinslər arasında da fərq mövcuddur.Məsələn müşahidələr zamanı müəyyən edilmişdir ki , qızlar cavablarında oğlanlardan fərqli olaraq daha çox təklik qorxusu rast gəlinir.
Tənhalıq vəziyyətində nə kimi təzahürlərə malik olması baxımından tədqiqata əsasən aşağıdakı nəticələrə gəlinmişdir.
Faktların təhlili göstərmişdi ki, tənhalıq şəraitində ən çox rast gəlinən reaksiya aşağıdakı kimi olmuşdur.
 Xəyallara dalıram-66 %
 Musiqi dinləyirəm-63%
 Yatıram-38%
 Televizora,videoya baxıram-34%
 Ağlayıram-33%
Son dövrlərdə respublikamızda tənhalıqla bağlı problemlərin araşdırılması istiqamətinndə bir çox tədqiqatlar mövcuddur ki bunlardan biri də Ə.S.Bayramovun tədqiqatıdır.Onun tədqiqatı yadlaşma fenomeninin öyrənilməsi istiqamətindədir.Həmin tədqiqat işlərində yadlaşma fenomeninə fərdi,
ayrı-ayrı insanların problemi kimi deyil, daha qlobal,bir qədər də ümummilli problem kimi yanaşılması bu məsələnin aktualığını daha da nəzərə çarpdırır.
Tənhalığın bir sıra fəsadları mövcuddur ki bunlar aşağıdakılardır.
 Müxtəlif somatik xüsusiyyətlərin yaranması
 Aqressivlik və destruktivlik
 Ruhi xəstəliklərin yaranması
 Alkoqolizm və narkomaniya
 Özünəqapanma və s.
Müasir insan tənhalığı daha kəskin , intensiv və məcburi ünsiyyət şəraitində - şəhər izdihamında , öz ailəsi daxilində , dostları içərisində hiss edir . ingilis yazıçısı Robert Morli bu baxımdan müasir ingilis cəmiyyətini aşağıdakı kimi xarakterzə edir:
Əgər siz pəncərədən içəri baxsanız , daha çox muzeylərdəki mumyadan düzəldilmiş fiqurlara bənzəyən insanlar görəcəksiniz: biri qəzet oxuyur , biri toxuyur , biri gözlərini tavana zilləyib musiqi dinləyir , televizora baxır. Onlarda bir-birilə danışmağa heç bir həvəs , istək yoxdur. Nahar vaxtı ailə üzvlərinin bir yerə yığılıb nahar etməsinə çox nadir hallarda rast gəlinir. Hətta bizim evlərdə nahar stolları artıq dəbdən düşməyə başlayıb . İnsanlar televizorun qarşısında oturaraq sakitcə yeməklərini yeyirlər. Hal-hazırda ingiltərədə geniş yayılmış olan sözlər səsini kəs , sakit ol kimi sözlərdir. Televizor bizim bütün hiss və fikirlərimizi qoyduğumuz , saxladığımız özünəməxsus soyuducudur. O, bizim əvəzimizə gülür , sevinir , ağlayır və darıxır . Bizim bu sükutu əsrimizdə o hətta bizim əvəzimizə danışır.
Cəmiyyət daxilində insanın sosial təcrid şəraitində olması psixozların inkişafına zəmin yarada bilər. Londonda tibbi psixoloji assosiasiyanın prezidenti Ervin Stengel Müasir cəmiyyətin tənhalığı mövzusunda məruzə edərək qeyd edərdi:
Biz çox az-az bir-birimizlə ünsiyyətdə oluruq. İnsanlarda çox təhlükəli vərdiş əmələ gəlmişdir: onlar bir birinə həmsöhbət kimi cansız predmetləri radionu , televizoru , kompyuteri , qəzeti , canlılardan isə heyvanları insanlardan üstün tutur.Məruzənin ortasında professor qəfil auditoriyaya belə bir sualla müraciət edir:
Siz axırıncı dəfə nə zaman öz həyat yoldaşınızla yarım saat söhbət etmisiniz? Məlum oldu ki, zalda olan 150 nəfərdən heç kim öz həyat yoldaşıyla axırıncı dəfə bu qədər bu qədər söhbət etməmişdir.
İnsan üçün müəyyən vaxtlar tək qalmaq çox vacibdir və buna görə də o müəyyən vaxtlar tək qalmağa can atır. Elə olur ki , onlar başqa insanların əhatəsində olduqda belə öz-özünə qapanmağı , daxili aləminə çəkilməyi və fikirləşməyi öyrənə bilirlər. Lakin əksər insanlar özlərinə sığınacaq axtarmağa məcburdurlar. İstənilən vaxt belə sığınacaqların tapılması isə heç də hamıya müəssər olmur.
C.Yanq tənhalığın 3 tipini fərqləndirir:
1.Xroniki tənhalıq-insanın uzun müddət başqaları ilə ünsiyyət yarada bilməməsinin nəticəsi kimi özünü göstərir.
2.Situativ tənhalıq-insanın artıq bərqərar olmuş sosial ünsiyyət modelinin dağılmasının nəticəsidir. Bu zaman insanın keçirdiyi hər hansı bir stress vəziyyəti bu cür tənhalığın yaranmasına təsir edən amil kimi özünü göstərə bilir. İnsanın yaxın adamını itirməsini nəticəsində keçirdiyi stress onun tənhalğına səbəb ola bilər. Adətən bu cür tənhalıq hissini yaşayan insanlar öz itkiləri ilə barışa bilmirlər.
3.Keçici tənhalıq-vaxtaşırı əksəriyyət insanlarda təsadüfi özünü göstərən , ötəri bir haldır.
Əgər insan həyatında tənhalığa gətirib çıxaran hər hansı bir dəyişiklik baş vermişsə biz həmin insanı situativ tənha insan kimi xarakterzə edə bilərik. Lakin əgər həmin insan uzun müddət ərzində 2 və daha artıq illər ərzində həmin dəyişikliyə uyğunlaşa bilmirsə biz onu xroniki tənhalıq kateqoriyasına aid edirik.
Insanların qarşılıqlı münasibəti alınmadıqda , dostluq , mehribalıq , qayğı insan üçün yad olduqda insanlarda bir-birinə qarşı laqeydlik hökm sürdükdə insan özünü tənha hiss edir. İnsan özünü o zaman tənha hiss edir ki, o öz tələbatını ödəmək üçün ciddi ünsiyyət çatışmazlığı ilə üzləşir. Tənha insan özünü başqalarından təcrid olunmuş , normal şəxsiyyətlərarası ünsiyyətə , ətrafdakılara dostluq və məhəbbət tipli münasıbətlərə girməyə qabil olmayan bir adam kimi hiss edir.
Tənha şəxsiyyət depressiya yaşayan , ünsiyyət bacarığından məhrum olmuş bir adamdır.
Tənha insan özünü az cəzbedici hiss edir, belə zənn edir ki, ona heç kim hörmət etmir və onu sevmir.Tənha şəxsin özünə bu cür münasibəti kinlilik, qəmginlik, dərin bədbəxtlik hissi ilə müşayiət olunur, çox vaxt bu cür insanlar sosial təmasdan qaçır , özünü başqalarından təcrid edir, daha çox pessimist hisslər keçirir, başqalarından yalnız pislik gələcəyini gözləyir. Tənha insanların diqqəti həddən artıq öz daxili aləmlərinə yönəlmiş olur. Onlar daha çox özlərinə qapanmış olur, başqaları ilə ünsiyyət zamanı isə ən çox özlərindən danışır, həmsöhəbəti haqda az sual verir, danışıq mövzularını tez-tez dəyişirlər.
Həmsöhbətin ifadələrinə ləng reaksiya verirlər. Məclislərdə lazımi səviyyədə şənlənə bilmir, onlar üçün zəruri olduqda belə nəyin barəsindəsə razılaşmaq , hər hansı bir şəxsi və ya işgüzar məsələni həll etmək üçün kiməsə zəng vurmaqda çətinlik hiss edirlər.
Tənha insanlar çox vaxt həm özlərini , həm də başqalarını neqativ qiymətləndirir. Şəxsiyyətlərarası münasibətlərdə şübhə və inamsızlığın göstərilməsi tənhalığın davamlı xarakter daşımasına gətirib çıxara bilər. Həmçinin tənhalıq zamanı özünəhörmət hissinin azalması haqda da faktlar vardır. Tənha insanların əksəriyyəti üçün əsas çətinlik yeni münasibətlərin qurulması ilə bağlı olur: inana bilcəyin insan tapmaq , yeni dostlar qazanmaq , sevdiyi insana rast gəlmək .
Tənha insanlar adətən tək qalmaqdan qorxurlar. Onların əksəriyyəti özlərini bir sıra sahələrdə arzuedilməz hesab etdikləri üçün yeni münasibətlərin qurulmasından qaçırlar. Onlar avtomatik fikirlərində özlərini qeyri-cazibədar ,darıxdırıcı , axmaq , özünüsevən kimi təsvir edə bilər. Üstəlik onlar hesab edir ki, bu xüsusiyyətlər onların şəxsiyyətinin strukturunda möhkəmlənib və bu xüsusiyyətləri dəyişmək qeyri-mümkündür.
Tənha insana ünsiyyətə girməkdə maneçilik törədən amillərdən biri də onun başqaların yanında pərt olmaq və nə demək , nə etmək lazım olduğunu bilməmək qorxusudur. O, başqası ilə ünsiyyətdə olarkən özünə daima müşahidəçi gözü ilə baxır. Belə insanlar özlərinin çox pis göründükləri fikri rahat vermir, buna görə də onlar hər hansı sosial tədbirlərdə iştirak edə bilmirlər.
Bəzi tənhalıqdan əziyyət çəkən insanlar isə kifayət qədər sosial vərdişlərə malik olmadıqlarına görə başqalarının onlardan qaçdığını , ona güldüyünü zənn edir. Digərləri isə ətrafdakılara qarşı dərin inamsızlıq hissi keçirirlər və düşünürlər ki, başqa insanlar ancaq özlərini fikirləşir, öz mənafeləri üçün çalışır və onlardan öz mənafelərinə uyğun olaraq istifadə etməyə çalışırlar.
Tənhal;qdan əziyyət çəkənlərin bir qismi isə hesab edir ki, onları heç kəs başa düşə bilməz və onlar kiməsə öz fikirləri və ya hissləri haqda danışsa insanlar ondan üz döndərəcək.
Bununla yanaşı əksər insanlar hesab edirlər ki, onlar özlərinə uyğun həmsöhbətə rast gəlməyə heç bir şansları yoxdur. Bəzən tənha insanlar çox yaxın münasibətlərdən qorxur, düşünürlər ki, belə münasibətlər yaratsalar öz azadlıqlarını itirə bilərlər və həmsöhbətlərinin hisslərinə qarşı cavab verə bilməzlər.
Yaxud bəzən də həmsöhbətdən nəisə qeyri-real şeylər gözləyirlər. Bu tip insanlar çox tərs , heç nədə güzəştə getməyən , tələbkar , öyüd-nəsihət verməyi xoşlayan olurlar lakin bu xüsusiyyətlərini özlərində görə bilmir, başqalarının onlardan fərqli düşüncə tərzinə malik olmalarını heç cür qəbul edə bilmir.



FƏSİL-2.TƏNHALIQ PROBLEMİNİN ƏSAS
EKSPERİMENTAL-PSİXOLOJİ TƏDQİQİ


2.1.TƏNHALIQ ŞƏRAİTİNİN ARADAN QALDIRMASININ
ƏSAS YOL VƏ VASİTƏLƏRİ



Tənhalığı aradan qaldıran yol və vasitələrin etnik xüsüsiyyətlərindən asılı olaraq başqa başqa olur.Amma bu fərqləndirici əlamətlərin olmasına baxmayaraq istifadə edilən yol və vasitələrdə ümumi cəhətlər az deyildir.Umumiyyətlə tənhalıq probleminə həsr olunmuş ədəbiyyatlarda tənhalığı aradan qaldırmaq istiqamətində nəzərdə tutulan kömək əsasən sosial vərdişlər treninqi , koqnitiv- davranış terapiyasını və utancaqlıq qruplarını əhatə edir.
Tənhalıq halətində olan şəxsin mühüm problemlərindən biri də ürəyini kiməsə aça bilməməsidır.Yəni uzun illərin sınağından keçmiş dərdini gizlədən dərman tapmaz atalar sözü də buna misaldır.
Həmçinin tənhalığı yaradan səbəblərdən biri də elmi-texniki tərəqqinin sürətlə inkişafı müqabilində sosial psixoloji məqamların diqqətdən kənarda qalmasıdır.bununla yanaşı müasir dövrdə makrososial problemi də tənhalıq probleminə ciddi təsir göstərir.Məsələn kənddəki sosial-psixoloji abu-hava şəxsiyyətlərarası münasibət və ünsiyyətin xarakterindən fərqli olaraq şəhərdəki sosial-psixoloji mühit , əhalinin sayının çox olması , ünsiyyət intensivləşməsi və digər bu qəbildən olan amillər şəhərdə insanların bir-birindən yadlaşması , tənhalaşmasına gətirib çıxarır
Qeyd edək ki,xoşbəxtlik probleminin tədqiqi ilə məşğul olan amerikan psixoloqu M.Arqayl da göstərir ki,o insanlar ki,hər hansı bir çətinlik , problem zamanı özünə qapanmır, öz problemləri haqqında başqalarına danışır və ya ibadətə duaya üz tuturlar adətən onlar özünə qapananlardan daha xoşbəxtdirlər
Respondentlər tənhalıq probleminin həlli ilə bağlı belə bir fikir səsləndirirdilər ki, dindar,
ALLAH-la daim ünsiyyətdə olan insanlar arasıda tənhalıq probleminin yaşanması minimum səviyyədədir.Həçinin belə insanlar ətraflarındakı tənhalıq problemi yaşayan insanlara da məsləhət kimi dinə üz tutmağı , ALLAH-a sığınmağı tövsiyyə edirlər.Tədqiqatlar əsasında müəyyən olunmuşdur ki, dinə inanan insanlar özünü çox nadir hallarda tənha hiss edir.
Ümumiyyətlə dinin psixologiyası ilə məşğul olan alimlər yekdiliklə qeyd edirlər ki, insanların dinə üz tutmalarının ən başlıca səbəbi onların ağır ruhi yaşantılar keçirməsidir.
Digər tərəfdən bütün dinlərdə ALLAH-la ünsiyyət forması kimi dualar mövcuddur ki, bu yolla insan ən çətin anlarıda heç kimə deyə bilmədiyi yaşantılarını, istəklərini deyərək rahatlaşa ,və ümid əldə edə bilirlər.Bəzən isə tənhalıq problemini yaşayan insan içindəkilərini bölüşmək üçün konkret bir insana və ya ALLAH-a yox özü özünə və ya günlüyünə qeyd edir.Amma bu fərqliliklər arasında böyük fərq yoxdur çünki bu prosesdə əsas cəhət odur ki, fikir və yaşantılar bir yol vasitəsilə həmin insandan çıxsın və heç olmasa özü tərəfindən də olsa dərk olunsun.
Bu mövzuyla əlaqəli olan görkəmli Avstriya psixoterapevti V.Franklın ekzistensial analiz və loqoterapiya adlandırdığı metodun tənhalıq problemini psixoterapiyasında istifadə olunması böyük nəticələr verə bilir.
Frankla görə, əgər insan həyatın xeyrinə heç bir dəlil gətirə bilmirsə , onda gec və ya tez özünü öldürmə , suisid haqqında fikirlər oyanacaq. Frankl belə hesab edirdi ki, mahiyyət etibarilə insan həyatı heç vaxt mənasız ola bilməz və hər bir insanın da həyatda öz mənası olur.Sadəcə problem ondadır ki, bu mənanın öz özlüyündə mövcud olmasına baxmayaraq bəzən insan onu tapmaqda çətinlik çəkir.Loqoterapiya isə insana məhz bu mənanı tapmaqda kömək edir.
Araşdırmalar nəticəsində müəyyənləşmişdir ki,tənhalıq problemini yaşayan insanlar öz hiss və yaşantılarını xarici nitq vasitəsilə kənara boşaltma , katarsis effektinə nail olma mühüm psixoterapevtik əhəmiyyət kəsb edir. Bütün bunlar ALLAHla unsiyyət, ürəyini konkret olaraq kiməsə açma, musiqi dinləmə, şəxsi gündəliklərin yazılması, və s.vasitələrlə reallaşa bilər.
Bununla bərabər tənha insanlara kömək məqsədilə onlara başqalarına qarşı maraq hissinin yaradılması və ya gücləndirilməsi istiqamətində psixoloji kömək tədbirləri də həyata keçirmək gərəklidir. Müxtəlif faktlara əsasən aydın olur ki, tənhalıq halətinin az-az yaşayanlarla müqayisədə bu haləti intensiv yaşayanlara nisbətən təkliyə daha çox meyilli olub və tez-tez təklikdə olular.







2.2. İLİN FƏSİLLƏRİ VƏ TƏNHALIĞIN YAŞANMASI
ARASINDAKI ASILILIQ


Lalə Cabbarovanın müasir şəraitdə tənhalığın sosial- psixoloji problemləri adlı dissertasiyasında tənhalığın fəsillər üzrə dəyişkənliyi təcrübə əsasında müəyyənləşmışdir. Və bu təcrübə aşağıdakı kimidir.
İlk əvvəl təcrübə tədqiq olunanlara tənhalığı əks etdirən şəkillər çəkməsi tapşırılır.Və bu təcrübə əsasında müəyyənləşir ki, tənhalığı əks etdirən şəkillərdə ən çox aşağıdakılardan ibarətdir.
Qurumuş , ləçəkləri tökülmüş çiçək , yarpağını tökmüş ağac , çovğunlu hava , buludlu hava , yağış , aylı , ulduzlu gecə və s. Amma maraqlısı odur ki, bu şəkillər arasında günəş , gül-çiçək təsvirlərinə rast gəlinmir. Əksinə belə obyektlər xoşbəxtlik-lə bağlı şəkillərdə öz əksini tapır.
Yəni , ümumilikdə tənhalığı əks etdirən şəkillər qarlı-boranlı , buludlu-yağışlı , soyuq fəsillərə xas olan obyektlərdir. Tədqiqatçılar bildirir ki, bu nəticələrdən belə bir sual meydana çıxır ki, bu sual aşağıdakı kimi əks olunur.
Tənhalıq şəraitinin yaşanması və atmosfer dəyişiklikləri arasında müəyyən asılılıq varmı? Bu asılılığın nədən ibarət olması haqqında tədqiqatçıların yuxarıda qeyd etdiyi obrazlar əsasında bir neçə fərziyyə formalaşmışdı ki, məhz bu fərziyyələri yoxlamaqla bir sıra anket sorğuları keçirmişdilər. Və bu anketə aşağıdakı kimi suallar daxil idi.
 Siz tənhalıq hissini ən çox hansı fəsillərdə keçirirsiniz?
 Siz tənhalıq halətini günün əsasən hansı vaxtında keçirirsiniz?
Dissertasiyanın məhz bu təcrübəsinin sorğusu nəticəsində respondentlərin verdiyi cavabların nəticələri aşağıdakılardan ibarət olmuşdur.



İlin fəsilləri və tənhalığın yaşanması arasındakı asılılıq
(148 nəfər arsında aparılmış sorğunun
nəticələrinin faizlə göstəriciləri)











 6%- yaz
 17%- yay
 43%- qış
 11%- fərqi yoxdur
 32%- payız

Günün müəyyən vaxtları və tənhalığın yaşanması arasındakı asılılıq
(148 nəfər arasında aparılmış sorğunun
nəticələrinin faizlə göstəriciləri)










 8%-gecə
 4%-səhər
 12%- bütün gün ərzində
 42%günorta
 35%-axşam

Həmçinin tədqiqatçılar bildirmişdir ki , ilin fəsilləri ilə tənhalığın yaşanması arasındakı asılılığı göstərən respondentlərdən bəziləri payız-qış , payız-qış-yay, kimi cütlükləri də qeyd etmişlər.
Buna gorə də , hesablama prosesində eyni bir suala bir anketdən 2 , bəzən isə 3 cavab hesablanmışdır.
Ümumiyyətlə yuxarıda çəkilmiş diaqramları aydınlaşdırsaq görərik ki , respondentlərin tənhalıq halətini yaşaması ən çox qış və payız aylarına , çox az hallarda isə yaz aylarında təsadüf edir.
Respondentlərin 11%-i isə tənhalığın yaşanmasının bütün fəsillərə təsadüf etdiyini və yaxud tənhalığın yaşanması ilə ilin fəsilləri arasında heç bir asılılığın olmadığını qeyd etmişlər.
Digər diaqramı isə tədqiqatçılar belə əks etmişlər: respondentlərin böyük əksəriyyəti tənhalıq halətini əsasən günorta , ən az faizi isə səhərlər yaşayırlar.
Ümumiyyətlə yay və yaz ayları təbiətin oyanması , payız və qış ayları isə əksinə təbiətin solması kimi xarakterzə olunur. Hətta adi danışıq dilində də obrazlı şəkildə insan ömrünün müxtəlif çağlarını, yaş dövrlərini ilin fəsilləri ilə də müqayisə edilirlər: yəni , gənclik dövrünü ömrün baharı , qocalıq , ahıllıq dövrünü isə insan ömrünün payızı , qışı kimi təsvir edirlər.
Digər tərəfdən qış və payız aylarında gün qısalır , gecə uzanır və insanlar gecənin uzanmasına neqativ reaksiya verirlər. Yəni bu qaranlığın (ümumilikdə qara rəngin) insanlarda doğurduğu xoşagəlməz assosiasiyalarla əlaqədar ola bilər.
Beləliklə aparılan bu tədqiqatlardan aşağıdakı nəticələrə gəlmək olar.
1.Qış və payız aylarında insanların tənhalıq halətini yaşama ehtimalı daha çoxdur ki , bu da öz növbəsində həmin fəsillərdə təbiətdə gedən dəyişikliklər və dəyişikliklərin insana göstərdiyi psixoloji təsirlərlə əlaqədardır.
2.Yay fəsillərində yuxarı sinif şagirdlərində və tələbələrdə tənhalıq halətinin yaşama ehtimalının artmasını təbiətdə gedən dəyişikliklərlə deyil , sosial səbəblərlə əlaqələndirmək olardı.
3.digər fəsillərlə müqayisədə yazda tənhalığın yaşanma ehtimalı xeyli, təqribən 6-7 dəfə azlıq təşkil olur.
4.Ən çox günorta və axşam vaxtları insanlar tənhalıq yaşamağa daha çox meyilli olurlar.Səhərlər bu haləti yaşama ehtimalı təqribən 10 dəfə az olur.
5.Pis hava şəraiti , o cümlədən havanın tutqun , temperaturun aşağı səviyyədə olması depressiya , melanxoliya , darıxdırıcılıq kimi mənfi emosional halətlər yaratmağla bərabər insanlarda tənhalığa meylliyi daha da artırır.
Tədqiqat prosesində ümumiyyətlə tənha insanların ümumiləşdirilmiş psixoloji portretini yaratmaq məqsədilə müxtəlif tipli sorğu üsullarından istifadə edilmişdir.
Nəticələrin kəmiyyət baxımdan təhlilini apararkən , məlum olmuşdur ki, tədqiqatçıların təqdim etdiyi 28 keyfiyyət arasından respondentlər tənha insanı xarakterzə etmək üçün ən çox aşağıdakı keyfiyyətlərə üstünlük vermişlər: ünsiyyətsiz (68%) , özünəqapılan (56%) , qapalı (46%) , bədbin (44%) , küsəyən (41%) , aciz (39%) və s.
Həmçinin tənhalıq halətini yaşayan şəxslərin hansı hisslər keçırməsi ilə bağlı təcrübəyə əsasən aşağıdakı göstəricilər əmələ gəlmişdir.
Tənhalıq halətini keçırən insanlar ən çox darıxma (69%) , pis əhval-ruhiyyə (51%), boşluq (44%) , hər şeyə maraqsız yanaşma (40%) , hər şeyin mənasızlaşması (38%) , ümidsizlik (35%) , köməksizlik (34%) , kimi hisslər keçirirlər.
Ümumiyyətlə əgər bu sorğunun nəticələrini ümumiləşdirsək , onda tənhalıq zamanı ən çox yaşanan hissləri depressiv (yəni ümidsizlik , pis əhval-ruhiyyə və s) və ekzistensial (hər şeyin mənasızlaşması , hər şeyə marağın sönməsi) kimi hisslər xarakterzə etmək olar.
Həmçinin tədqiqatlardan biri bu halətin yaranma səbəbidir. Yəni , bu təcrübənin məqsədi tənhalıq halətini nə yaratmasıdır.
 Sevgi-məhəbbət uğursuzluğu-28%
 Başqaları tərəfindən başa düşülməmək , diqqətsizlik ,laqeyd münasibət-26%
 Təhqir olunma , işin boşa çıxması (frustrasiya) -25%
 Rayondan , valideynlərindən , dostlarından ayrı düşmək-13%
 Hər şeydən bezmək , yorğunluq-6%
 Qaçqınlıq , köçkünlük -4%
 Konkret deyə bilmərəm ,bilmirəm-12%
Bütün bunlarla yanaşı tənhalığı müəyyən sağlamlıq problemləri ilə yəni , xəstəliklə əlaqədar , təhsil aldığı qrupda həmyaşıdının olması , yaxın adamın vəfatı ilə əlaqədar keçirdiyinin deyənlər də var.


5.NƏTİCƏ

Bu kurs işində yazılmışlardan aşağıdakı kimi nəticə çıxarmaq olar.
Tənhalıq hazırki dövrün ən aktual və önəmli problemlərindan biri olaraq qalmaqdadır. Və bu problemi yaradan özünəməxsus səbəblər mövcuddur.
Amma ən önəmli amillər isə xarici və şəxsiyyətin bilavasitə oz xüsüsiyyətləri ilə bağlı olan daxili səbəblər kimi təsnif olunur.
Xarici səbəblərin özü də makrososial və mikrososial olmaqla 2 yerə bölünür.
Mikrososial səbəblər dedikdə burada konkret bir fərdin tənhalığına səbəb olacaq yaxın dostların olmaması , ailəarası , şəxsiyyətlərarası münasibətlərdəki ayrı-ayrı problemlər və s. kimi amillər nəzərdə tutulmuş , makrososial səbəblər , yəni urbanizasiya , siyasi-ideoloji , iqtisadi dəyişikliklər və s baxımdan isə müəyyən bir cəmiyyətdə olan tənhalığını şərtləndirən səbəblər diqqət mərkəzinə çəkilmişdir. Tənhalığın yaranmasına təsir edən 2-ci səbəb isə şəxsiyyətin daxili-subyektiv amilidir. Bunun üçün isə şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri, temperament tiplərinin təviri ilə bağlı olan bəzi məlumatları müəyyənləşdirib bu xüsüsiyyətlərin tənhalığa nə kimi təsir etdiyini müəyyənləşdirmək lazımdır.
Məsələn 4 temperament üzrə aparılan tədqiqatlardan aydın olmuşdur ki,melanxoliklər tənhalığa daha çox meyillidirlər.Amma xoleriklər tənhalığı daha çox xroniki formada yaşama ehtimalını özündə göstərirlər. Sanqvinik temperament tipli şəxslər tənhalığı yaşama ehtimalı digər temperamentlərlə müqayisədə daha azdır. Fleqmatik intensiv ünsiyyət şəraitində tənhalığı yaşamağa daha meyillidir. Bu xüsusiyyət həm də melanxolikə xasdır.
Ümumulikdə bu 4 tipdən melanxolik və fleqmatiklər tənhalığı daha çox emosional baxımdan , sanqvinik və xoleriklər isə sosial baxımdan yaşayırlar.
Belə ki, son dövrün tədqiqatları göstərir ki, kütləvi hal alan gənclər və yeniyetmələr arasında özünü öldürmə(suisid) halının əsas səbəbi də məhz tənhalıqla əlaqədardır. Bununla yanaşı genclər və yeniyetmələr arasında geniş yayılan narkomaniya , alkoqolizm və digər mənfi meyllərin yaranma səbəbi də məhz tənhalıqla əlaqədardır.
Ölkəmizdə bu problemin səviyyəsinin hələ də yüksək olması tənhalıq probleminin həllini icra etmənin digər ölkələrlə müqayisədə gec başlamasıdır.Məsələn , bəzi ölkələrdə bu problemin həlli dövrü 70 ildən çoxdur. Amma ölkəmizin sovet birliyinin əsarətində olması da bu prosesin ləng inkişafına böyük təsiri olmuşdur.
Hazırki, tədqiqatlarından belə nəticəyə gəlinir ki, tənhalıq halətinin vaxtında qarşısı alınmazsa bu gələcəkdə böyük fəsadlara gətirib çıxara bilər.Və bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulan kömək əsasən sosial vərdişlər treninqini , koqnitiv-davranış terapiyasını və utancaqlıq qruplarını əhatə edir. Lakin , tənhalıq haləti zamanı ekzistensial hisslərin daha çox yaşanmasını nəzərə alsaq bu halətlə mübarizə məqsədilə ekzistensial analiz və loqoterapiya metodundan istifadə edilməsinin daha səmərəli nəticə verə biləcəyini nəzərdən qaçırmaq olmaz . Bunula yanaşı tədqiqatlar göstərir ki, bəzi adamlarda ALLAH-a və dinə dərin inamın olması onları tənhalıq halətindən qoruyur. Həmçinin araşdırmalar göstərir ki, tənhalıq halətini yaşayan insan xarici nitq vasitəsilə kənara boşaltma katarsis effektinə nail olma mühüm psixoterapevtik əhəmiyyətə malikdir.
Tənha insanlara kömək məqsədilə onlarda başqa insanlara qarşı maraq hissini yaratmaq və ya gücləndirmək istiqamətində də psixoloji kömək tədbirləri həyata keçirilmək gərəklidir.
Tədqiqatlardan aydın olur ki, insan digər canlılardan fərqli olaraq yalnız özünün təbii və maddi ehtiyaclarının ödənilməsi ilə kifayətlənmir. Yalnız bu halda tənhalıq haləti və onun ağır fəsadları heç kəsi narahat etməz.



5.İstifadə olunmuş ədəbiyyatlar.

1.Elmi-texniki tərəqqi və ünsiyyət problemləri.
Bakı Universitetinin xəbərləri jurnalı
2.Lalə Cabbarovun müasir şəraitdə tənhalığın sosial psixoloji problemləri
mövzusunda dissertasiyası (2002-ci il)
3.Yüksək urbanizasiya şəraitində ünsiyyət problemi
Bakı Universitetinin xəbərləri jurnalı. BAKI-2001
4.Tənhalıq halətinin yaranmasında temperament tiplərinin rolu
Gənc aspirantlarının və tədqiqatların respublika
konfransının tezisləri. BAKI-2001
5. Tənhalıq halətinin fəsadları və profilaktikası haqqında.
Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi istiqamətləri mövzusunda respublika ali məktəblərarası elmi-praktik konfransın tezisləri. BAKI-1997
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən AYSEL ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: AYSEL Baxıxılıb: 4215 Əlavə edilib: 17 2010  

#1 Müəllif: AYSEL (8 2010 22:40)


Qrup: Istifadəçi
nshallah yayarlanacaq telebeler olar smile
ICQ:

, Qonaq, .

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«     2017    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Dost saytlar
{friend}

Arxiv
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick