Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Psixoloji terminlər
  • 100
Psixoloji terminlər

Adekvat - həmin şərait üçün müvafiq, münasib olan.

Affekt psixoloji halət: onun əsasını qüvvətli, coşğun və nisbətən qısamüddətli emosional təəssürat təşkil edir.

Afferent mərkəzəqaçan, bədənin periferiyasından (ətraflarından) mərkəzə gedən. Afferent sinir sinir impulsunu hiss üzvlərindən mərkəzi sinir-sisteminə aparan teldir.

Analizator duyğuların üzvi əsasını təşkil edən mürəkkəb neyrofizioloji sistem. Bu anlayış İ.V.Pavlov tərəfindən təklif olunmuşdur.

Appersepsiya 1. Qavrayışın keçmiş təcrübədən, bilik ehtiyatından və psixi fəaliyyətin ümumi məzmunundan asılılığı. 2. Şüursuz psixi halətlərin aydın dərk olunan psixi halətlərə keçməsi aktı.

Ekstravertlik bəzi adamların xarakteroloji xüsusiyyəti. Yüksək ünsiyyətlilikdə, ürəyiaçıqlılıqda, başqa adamlara maraqda və dərin özünütəhlilə meylli olmamaqda təzahür edir.

Empatiya başqa adamların psixi hallarını başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyəti.

Efferent mərkəzdənqaçan, mərkəzdən periferiyaya gedən. Efferent sinir sinir impulslarını mərkəzi sinir sistemindən effektora aparan teldir.

Eqosentrik nitq məktəbəqədər yaşlı uşağın oyununu müşayiət edən və onun özünə yönəldilmiş nitq fəaliyyəti. Xarici nitqdən daxili nitqə keçid mərhələsini təşkil edir.

Genotip bütün genlərin məcmusu, orqanizmin genetik konstitusiyası.

İdentifikasiya elə prosesdir ki, onun gedişində və nəticəsində fərd özünü başqa adamlara onların arasında mövcud olan emosional rabitələr (empatiya) əsasında şüurlu və ya şüursuz olaraq eyniləşdirir, özünü bu rabitələrlə bağlı şəxs kimi aparır.

İndifferent laqeyd, iştirak etməyən.

İnstinkt - 1. Xarici və daxili mühitin müəyyən stimullarına şərtsiz-reflektor cavab vermənin anadangəlmə mürəkkəb forması; öyrənmədən asılı olmayan uyğunlaşma davranışı kompleksi. 2. Hərəkət üçün spesifik emosional oyanma ilə uzlaşan anadangəlmə impuls.

Konformluq fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitə şüurlu uyğunlaşma.

Libido psixoloji enerjidir, əsasında insanın başlıca meylləri
( seksual və həyat meyli ) durur.

Motiv müəyyən tələbatların ödənilməsi ilə əlaqədar olaraq, fəaliyyətə təhrik etmə.

Qıcıqlanma xarici təsirlərə müəyyən funksional və struktur dəyişmələr kompleksi ilə bütün canlı törəmələrin cavabvermə qabiliyyəti.

Refleksiya insanın idrakının öz-özünə, özünün daxili aləminə, psixi keyfiyyət və halətlərinə yönəldilməsi.

Semantik sözlərin və ya ifadələrin mənasına və əhəmiyyətinə aid olan.

Senzitivlik stimulların təsirinə həssaslıq.

Sosiometriya qruplarda və kollektivlərdə rəğbət və nifrət tipli şəxsiyyətlərarası münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri üçün tətbiq olunan standartlaşdırılmış metodik üsulların məcmuyu.

Stimul reseptorlarda oyanma prosesinə səbəb olan xarici və ya daxili təsir.

Şüur - dil mənaları sistemində obyektiv gerçəkliyin psixi inikasının yüksək, yalnız insana xas olan forması.

Şüuraltı aktual şəkildə dərkedilməyən, lakin davranışa və şüurun məzmununa nəzərə çarpacaq dərəcədə təsir göstərməyə qabil olan psixi proses və halətlərin məcmuyu.

Tələbat insan və heyvanların fəallığının əsas mənbəyi; onların konkret yaşayış şəraitindən asılılıqlarını ifadə edən daxili halət.

Verbal aqressiya mənfi hisslərin sözlü formada ifadəsi.

Verbal hafizə - hafizənin növü olub, nitqli informasiyanın yaddasaxlanması, hifz edilməsi və yadasalınması xüsusiyyətlərini şərtləndirir.

Vərdiş işin dəfələrlə invariant (dəyişilmədən) təkrarı nəticəsində qismən avtomatlaşan, asanlıqla, sürətlə və dəqiq həyata keçirilən icra üsulu.

Yönəliş insanın onu əhatə edən gerçəkliyin obyekt və hadisələrinə münasibətdə müəyyən tərzdə qavrama, qiymətləndirmə və hərəkət etməyə hazırlığının daxili haləti.



Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 6873 Əlavə edilib: 15 Yanvar 2010  

#1 Müəllif: DiyaneHuseynova (16 Yanvar 2010 21:23)


Qrup: Admin
lazimli materialdir.tesekkurler.bele materiallardan cox yerlesdirseniz pis olmazdi
ICQ:

#2 Müəllif: Yeraz (17 Yanvar 2010 13:38)


Qrup: Istifadəçi
indi biliremki psixologiyada terminler var..............................
ICQ: 123123

#3 Müəllif: psixoloq-api (17 Yanvar 2010 13:45)


Qrup: Istifadəçi
bu terminlerin coxu mende var
ICQ: 11111111111111111

#4 Müəllif: DiyaneHuseynova (17 Yanvar 2010 21:18)


Qrup: Admin
Sitat: Yeraz

indi biliremki psixologiyada terminler var..............................
her bir elmde termin var

ICQ:

#5 Müəllif: AYSEL (29 Yanvar 2010 16:29)


Qrup: Istifadəçi
SAG OLUN
ICQ:

#6 Müəllif: selvin (16 Mart 2010 14:12)


Qrup: Istifadəçi
MARAQLI IDI TESEKURLER


--------------------
ICQ:

#7 Müəllif: 3_M (26 Mart 2010 20:17)


Qrup: Istifadəçi
Shexsiyyet hakkinda etrafli melumat ! Haiw edirik bu isteyimizi nezere alin !

Haiw edirem menim ICQ nomreme yazmiyib . Cavabi bura yazin !!! Gabaxcadan TSK)))))
ICQ: 2115243213

#8 Müəllif: Fuad Bayramov (26 Mart 2010 21:29)


Qrup: Admin
3_M,-SALAM. siz '''SEXSIYYETIN INKISFININ YS USUSIYYETLEIR'' movzusunda genis melumat saytimizda "Tehsil - telebe" bolmesinde elde ede bilersiniz.mutemadi sekildede melumatlar yerlesdirilecek.HORMETLE ADMIN.
ICQ:

#9 Müəllif: PearL (5 Sentyabr 2010 16:49)


Qrup: Istifadəçi
salam. azerbaycanda mudafie olunan butun dissertasiya ishlerinin siyahisni hardan tapa bilerem, komeyinizi gozleyirem. coxsagolun
ICQ:

#10 Müəllif: sky (5 Fevral 2012 15:10)


Qrup: Istifadəçi
Cox tesekkurler.Yeni melumatlarinizi gozleyirik.
ICQ:

#11 Müəllif: melek151 (18 Mart 2012 01:59)


Qrup: Istifadəçi

salam

bunlarin coxu mende var hesasliq darixma men ne edim

 

ICQ:

#12 Müəllif: lena21 (30 Mart 2013 23:14)


Qrup: Istifadəçi
men psixoloqla sohbet etmek isteyirem mene komek eden olacaq?

melek151,
sene ne olub ay melek? goresen her gununu yaxsi keciren biri var bu dunyada?
ICQ:

#13 Müəllif: Lord_of_Hackland (30 İyun 2013 13:14)


Qrup: Istifadəçi

Salam,mende shizofreniya xesteliyi var...gelecekde yaxinlarima zerer vermekden qorxuram,bunu nece mualice etmek olar?

not:delixanaya gondereceksizse IP Hider programini iwe salim,tapmiyasiz meni )

ama xahiw edirem birwey deyin...bele qala bilmerem...

ICQ:

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick