Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: FƏALİYYƏTİN İRADİ TƏNZİMİ (mühazirə mətni)
  • 40
FƏALİYYƏTİN İRADİ TƏNZİMİ

1. Fəaliyyət haqqında ümumi məlumat
2. Fəaliyyətin quruluşu
3. Fəaliyyətin növləri
4. Iradə haqqında anlayış
5. Iradi işin quruluşu
6. Şəxsiyyətin iradi keyfiyyətləri

Fəaliyyət sözü fəallıq sözündən əmələ gəlsədə ancaq yni məzmunlu anlayış dyildir. Fərq ndadır i, fəaliyyət daha ç ssial yönümlüdür, fəallıq isə təbii tələbatların ödənilməsini şərtləndirir. Fəaliyyət əsasən insan davranışında və hərəətlərində grçələşir. Fəallıq isə daha ç hyvanlara məsusdur. Insan fəaliyyətini hyvan fəallığından fərqləndirən əsas myarlardan biri də insan fəaliyyəti yaradıcı aratr daşıyır. Hç bir hyvan təbiətin vrdiyi hazır məhsullardan başqa özünə prdmt hazırlamır. nların qazandığı ictimai təcrübə hç bir şəildə digər məhsullara ötürülmür. Insan fəaliyyəti isə yaradılmış fəaliyyət məhsulları başqa nəsillər tərəfindən davam tdirilir və mədəni sərvət imi qrunub salanır.
Fəaliyyət insanın dər lunmuş məqsədi ilə tənzim dilən daili (psii) və arici (fizii) fəallığıdır. Insan fəaliyyəti bu və ya digər şəildə özünəməsus strutura mali lur. Burada mtiv və məqsəd fəaliyyətin əsas struturunu yaradır. Fəallıqda isə bilavasitə rqanizmin tələbatının ödənilməsində öz əsini tapır. Atuallaşmış tələbat imi çıış dir. Insan fəaliyyətində isə fəaliyyətin sn nəticəsini müəyyənləşdirən məqsəd lur.
Mtivlər tələbatlarla sı əlaqədədir. Mtivlərin əsasında tələbatlar dayanır. Mtiv insanı bu və ya digər fəaliyyətə və ya fəallığa sövq dən, təhri dən qüvvədir. Ayrı-ayrı anlarda mtiv məqsədə, məqsəd isə mtivə çvrilə bilər. Hyvanın fəallığında bu cəhət nəzərə çarpmır. Burada özünü göstərən davranış ati aratrlidir. Insan fəaliyyəti isə sistmati aratrlidir. Insanı fəaliyyətə təhri dən tələbatdır. Tələbat insanın nəyə isə lan htiyacıdır. Lain htiyac tələbata çvrilir i, , hazırı nrt şəraitdə atuallaşmış lsun, başqa sözlə, isan üçün müstəsna, həyati əhəmiyyət əsb tsin. Tələbatlar mənşəyinə və prdmtinə görə təsnif dilir. Mənşəyinə görə: 1)təbii və 2) mədəni. Prdmtinə görə: 1) maddi və 2) mənəvi.
Insanın fəaliyyəti də tələbatın əsasında qurulur. Ancaq insanın fəaliyyəti ssiallaşmış tələbatlar üzərində qurulur.
Fəaliyyətin tərib hissələrinə aşağıdaılar daildir:
1. Mtiv məqsəd fəaliyyətin vtrunu əmələ gətirir.
2. Fəaliyyətin şəraiti
3. arici və daili fəallıq
4. Intririzasiya və stririzasiya. Maddi (əşyavi) əməliyyatların firi əməliyyatlara çvrilməsi intririzasiya, firi əməliyyatların arici əməliyyatlara çvrilməsi isə stririzasiya adlanır.
5. Vərdişlər və bacarıqlar. Avtmatlaşmış prsslərə vərdişlər dyilir. Yəni, şüurun üsusi nəzarəti lmadan icra dilir. Bütün vərdişlər məqsədyönlüdür. Adətlər də avtmatlaşmış hərəətlər birliyidir. Adətlər vərdişlərdən fərqli laraq tələbatlarla bağlıdır. Adətlərdən fərqli laraq vərdişlərdə + və -li ydur. Adətlər sönmür. nun sönməsi üçün tələbatlar aradan qaldırılmalıdır. Yni şəraitdə qarşıya qyulmuş məqsədə müvafiq laraq iş üsullarının sçilməsi və həyata çirilməsi üçün mövcud bili və vərdişlərdən istifadə lunması bacarıq adlanır.
6. Fəaliyyətin nəticəsi
İnsanın bütün həyatı boyu istifadə etdiyi fəaliyyət növlərinə yun, təlim və əmə daxildir. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən, oyunun köməyi ilə ödəyirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünüxidmət əməyindən istifadə edirlər. Məktəb yaşı dövründə aparıcı fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə şagirdlər həm oyundan, həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə insanlar oyundan və təlim fəaliyyətindən istifadə edirlər.
Təlim fəaliyyəti. Məktəblərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəlmiş fəaliyyət növlərindən biri aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər. Təlim insanın fəaliyyət və davranışını bəşıriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına əsaslı təsir göstərir. Məhz buna görə də təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o fərdin birbaşa psixi inkişafi vasitəsi kimi həyata keçirilir.
İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Buna görə də əməyi müəyyən ictimai faydalı maddi və ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər. Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət edir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir.
İradi iş zamanı 2 cür meneələri aradan qaldırmalı olur: daxili(subyektiv) və xarici(obyektiv) maneələr.
Daxili maneə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən istək və meyylərindən ibarət ola bilər. Məsələn, şagird sabah müəllimə cavab vermək üçün hazırlaşmağa başlayır. Elə bu vaxt televizorda onun çoxdan baxmaq arzusunda olduğu bir film nümayiş etdirəcəklərini eşidir. Bu zaman o, öz istəyini boğaraq qonşu otağa keçib dərsə hazırlaşırsa daxili maneəni aradan qaldırmış olur.
Xarici maneə isə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən obyektiv, onun istəyindən asılı olmayan maneədir. Məsələn, şagird sabahkı dərsə hazırlaşmaq məqsədini qarşısına qoyur. Bu zaman işıqlar sönür. Şagird öz məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan əmisigilə gedərək dərsi hazırlayırsa xarici maneəni aradan qaldıraraq öz məqsədinə nail olur.
İradə- ali psixi funksiya kimi, insanın həyatı prosesində formalaşır.İnsan fəallığının xüsusi forması olan iradə mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır və ilk növbədə nitqin köməyilə təşəkkül tapır.
İradənin fizioloji mexanizmi baş-beyin yarımkürələri qabığının fəaliyyəti ilə əlaqədardır. İ.P.Pavlovun nəzəriyyəsinə görə, insanın iradəsi söz qıcıqlandırıcıları ilə bağlıdır.İnsanın iradi davranışının fizioloji əsası birinci siqnal sistemi ilə qarşılıqlı təsirdə olan ikinci siqnal sistemidir. İradə-psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz davranış və fəaliyyətini idarə etmək qabiliyyətində, qarşısına qoyduğu məqsədə nail olmaq işində rast gəldiyi maneə və çətinlikləri aradan qaldırmaqda ifadə edilir.
İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə yetirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası.
İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışması, bu yönümdə mübarizə aparması, qarşısına çıxan maneələri dəf etməsi , eyni zamanda özünün aktual tələbatı ilə bağlı olmayan işlər görməsi, dünyagörüşünə, əqidəsinə, inam və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. İradə şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin motivlərdən fərqli olaraq iradə insanı yalnız fəallığa təhrik etmir, həm də lazım gəldikdə onun gəallığını ləngidir.
İradə özündə şüurun 3 mühüm xassəsini birləşdirmişdir: idrak, münasibət və hiss.
İnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir. Psixoloji planda iradi iş fəaliyyətin strukturuna daxil edilir. Ümumi şəkildə iradi işi proses kimi təhlil etdikdə onun iki əsas mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və yaxud intellektual mərhələ; 2. İcra və yaxud əsas iradi mərhələ
Zehni və yaxud intellektual mərhələ tələbatın dərk olunması, həvəs və arzunun əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar qəbulu və işin planlaşdırılması ilə xarakterizə olunur. Həqiqi iradi başlanğıc işin məhz hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul edilməsində təzahür edir.
Zehni mərhələ, xüsusən onun motivlər mübarizəsi və qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir.
İcra mərhələsi iradi işin psixoloji məzmununu açıb göstərən mərhələ hesab olunur. Zehni mərhələ iradi işin icra mərhələsi ilə tamamlanır. İnsanın iradi keyfiyyətləri, onun nə dərəcədə iradəli olub-olmaması məhz ikinci mərhələdə aşkar olur.
Adətən öz strukturuna görə iradi işlər 2 qrupa bölmək olar: sadə və mürəkkəb iradi işlər. Sadə iradi işlər qərar qəbulu və onun icrası ilə başa çatır. Məsələn, əgər dərsə hazırlaşmağı qərara alır və dərhal stolun arxasında əyləşərək hazırlaşmağa başlayırsansa, bu cür işi sadə iradi iş adlandırmaq olar. Mürəkkəb iradi iş zamanı qərarın qəbulu və icrası bir sıra mərhələlərdən keçir. Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol və vasitələrin axtarılması, qərarın icrası və s. mərhələlərdən keçmək zəruri olur.
Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər-mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyat prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirkmək olar:
1. İlkin iradi keyfiyyətlər-iradi güc, təkidlilik
2.Törəmə iradi keyfiyyətlər-qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.
3.Üçüncü iradi keyfiyyətlər-məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.
İradi keyfiyyətləri mənfi və müsbət olmaqla 2 qrupa bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbrlilik və s. aid edirlər. Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsliyi aid etmək olar.
Təkidlilik- qəbul edilmiş qərarın icrası zamanı qarşıya çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir. Tərslik- isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən öz inadından dönməməkdə özünü göstərir.
Qətiyyət-hər hansı məsələ ilə bağlı heç bir tərəddüd etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olunur. Qətiyyətlilik-məqsəd aydınlığı və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Qətiyyətsizlik-inamsızlıq, zəiflik, qorxaqlıq və məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur.
Cəsarət- iradənin çox mühüm keyfiyyəti olub, iradi işin mərhələsində özünü göstərən psixi xüsusiyyətdir. Qəbul edilmiş qərarın icrası zaman, tapşırığın, işin müvəffəqiyyətli həllindən ötrü qorxu hissinə qalib gəlmək, təhlükəyə qarşı getməkdə, risq etməkdə təzahür edir.Qorxaqlıq-insanın motivasiya sahəsi ilə bağlı olub, sosial keyfiyyət kimi, ətraf aləmdə baş verən hadisələrə münasibətdə özünü göstərir. Qorxaqlıq inamsızlıqla, cəsarətliliklə, qətiyyətsizliklə çulğalaşan keyfiyyətdir.
Özünü ələ ala bilmək-əsasən şəxsin iradi iş zamanı özünü ələ ala bilməsində, bütün fəaliyyətini qarşıya qoyulan məqsədin yerinə yetirilməsinə səfərbər etməsində, qorxuya üstün gəlib, bütün maneə və çətinlikləri aradan qaldırmasında ifadə olunur. Özünü ələ ala bilmək keyfiyyəti ən çətin situasiyada insan dözümlüyündə, soyuqqanlılıq və təmkinliyində ifadə olunur.
Məsuliyyətlilik- şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında daşıdığı cavabdehlik hissi ilə bağlıdır.
İntizamlılıq-şəxsin qəbul edilmiş qayda və qanunlara əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir.
İşgüzarlıq-mühüm iradə keyfiyyətlədən biri olub, başlanan hər hansı bir işi, fəaliyyəti tədriclə, ardıcıl olaraq, axıra qədər icra etməkdir.Tənbəllik-işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin təzahür formasıdır.
Müstəqillik-insanın hər hansı fəaliyyəti heç bir kömək, göstəriş olmadan həyata keçirmək qabiliyyətidir.
Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təşkil edir. Təqlid başqalarının davranışını olduğu kimi yamsılamaqdan ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən başqalarının təsiri altına düşməkdir.
Səbirlilik. Səbirli olmaq- iradi güc, təkidlilik, özünü ələ almaq, inam, dözümlülük kimi keyfiyyətlərdə təzahür edir.
Patopsixologiyada psixi vəziyyət, iradəsizlik, fəaliyyətə həvəs düşkünlüyü iradənin patopsixologiyasıdır və buna abuliya deyilir.
Zəif iradəlilik- məqsədə uyğunluğun və yüksək niyyətlərin yoxluğudur.
Ə D Ə B İ Y YAT:
1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı,2002.
2. Həmzəyev M.Ə., Psixologiya. Bakı. Nurlan 2007.
3. .. . . . .,1982
4. .. . .1. ., 1998.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Shahnaz Qurbanova ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Shahnaz Qurbanova Baxıxılıb: 4310 Əlavə edilib: 28 2009  

#1 Müəllif: sevdaya_bir_addim (26 2010 20:12)


Qrup: Istifadəçi
cox sag olun hec kimi bilmirem ama bu muhazire metinlerinin mene cox komeyi olur.muellife twk+
ICQ:

, Qonaq, .

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«     2018    »
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick