Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Motivlərin növləri
  • 100
İnsan tələbatlarının müxtəlifliyi onun hərəkət və fəaliyyətinin də motivlərinin müxtəlifliyini şərtləndiri, lakin bir sıra motivlər kifayət qədər tez-tez aktuallaşaraq insanın hərəkətinə olduqca çox təsir edir, digərləri isə yalnız müəyyən şəraitdə özünü göstərir. Motivlərin əsas növlərini nəzərdən keçirək.
Özünütəsdiq motivi –özünü sosiumda təsdiq etməyə cəhd; şəxsi ləyaqət, şöhrət və mənlik hissləri ilə bağlıdır. İnsan ətrafındakılara sübut etməyə çalışır ki, onun dəyəri var, cəmiyyətdə müəyyən status almağa cəhd edir, istəyir ki, onu qiymətləndirsinlər və hörmət etsinlər. Bəzən özünütəsdiqə cəhdi nüfuz motivasiyasına şamil edirlər (yüksək sosial status almağa və ya onu saxlamağa cəhd).Beləliklə, özünütəsdiq, özünün rəsmi və qeyri-rəsmi statusunun yüksəldilməsi, şəxsiyyətinin müsbət qiymətdəndirilməsi cəhdi insanı intensiv işləməyə və tərəqqiyə sövq edən böyük motivasiya amilidir.
Başqa insanlarla identifikasiya motivi – hər hansı qəhrəmana, pərəstişgaha, nüfuzlu şəxsə (ataya, müəllimə və s.) oxşamaq cəhdidir. Bu motiv insanı işləməyə və inkişaf etməyə sövq edir. Bu, başqa insanlara bənzəməyə çalışan yeniyetmələr üçün xüsusilə aktualdır. Pərəstişgaha oxşamaq cəhdi – bu hərəkət motivinin təsiri altında insan inkişaf edir və kamilləşir.
Başqa insanla identifikasiya fərdin pərəstişgahdan (identifikasiya obyekti) hər hansı enerjini rəmzi olaraq alması hesabına enerji potensialının yüksəlməsinə səbəb olur: qəhrəmanın (pərəstişgah, ata və s.) etdiyi kimi işləmək və hərəkət etmək arzusu, ilham, qüvvə yaranır. Yeniyetmə bu qəhrəmanla identifikasiya olunaraq, daha cəsarətli olur.
Səmərəli sosializasiya prosesinin mühüm şərti – gənclərin özlərini oxşatdığı, yaşamağı və işləməyi öyrəndikləri nümunənin, pərəstişgahın mövcud olmasıdır.
Hökmranlıq motivi – fərdin insanlara təsir etmək cəhdidir. Hökmranlıq motivi (hökmranlıq tələbatı) insan hərəkətlərinin ən başlıca hərəkətverici qüvvələrindən biridir. Bu, qrupda (kollektivdə) rəhbər mövqe tutmağa, insanlara rəhbərlik etməyə, onları müəyyən etmək və fəaliyyətlərini nizamlamaq cəhdidir.
Hökmranlıq cəhdi motivlər iyerarxiyasında mühüm yer tutur. Bir çox insanların hərəkətləri (məsələn, müxtəlif dərəcə rəhbərlərin) hökmranlıq motivindən doğur. Başqa insanlar üzərində hökmranlıq etmək və onlara rəhbərlik etmək – fəaliyyət prosesində xeyli çətinlikləri aradan qaldıraraq, böyük qüvvə sərf etməyə sövq edən motivdir. İnsan nəinki özünün inkişafı üçün və ya özünün dünyagörüşü tələbatlarının ödənilməsi, həm də ayrı-ayrı insanlara, kollektivə təsir etmək üçün çox işləyir.
Meneceri fəaliyyətə sövq edən bütövlükdə cəmiyyətə və ya ayrıca kollektivə fayda gətirmək, və ya məsuliyyət hissi, yəni sosial motivlər deyil, hökmranlıq motivi ola bilər. Bu halda onun bütün hərəkətləri hökmranlığın əldə edilməsi və ya əldə saxlanmasına yönələrək, həm ümumi iş üçün, həm də rəhbərlik etdiyi struktur üçün təhlükə doğurur.
Prosessual-məzmun motivləri – fəallığa xarici amillərlə deyil, fəaliyyətin proses və məzmunu ilə sövq edilməsidir. İnsan bu fəaliyyəti yerinə yetirməkdən, özünün intellektual və fiziki fəallığından xoşlanır. Onu məşğul olduğu işin məzmunu maraqlandırır. Başqa sosial və şəxsi motivlərin (hökmranlıq, özünütəsdin və s.) təsiri motivasiyanı gücləndirə bilər, lakin onlar fəaliyyətin prosesinə və məzmununa bilavisitə aid olmayıb, ona nisbətən xarici motivlərdir, ona görə də onları çox vaxt xarici və ya ekstrinsiv motivlər adlandırırlar. Prosessual-məzmun motivlərinin təsiri halında insan müəyyən fəaliyyətin proses və məzmunundan xoşlanır.
Məsələn, insan idmanla məşğul olur, ona görə ki, sadəcə özünün fiziki və intellektual fəallığını nümayiş etdirir (idmanda fərasət və hərəkətlərin qeyri-standart olması da həmçinin uğur amilləridir). Fərdləri idmanla məşğul olmağa prosessual-məzmun motivləri o hallarda sövq edir ki, idman fəaliyyəti ilə bağlı olmayan amillər (pul, özünütəsdiq, hökmranlıq və s.) deyil, oyun prosesi və məzmunu məmnunluq yaratmış olsun.
Prosessual-məzmun motivlərinin aktuallaşması zamanı fəaliyyətin mahiyyəti fəaliyyətin özündən ibarət olur ( fəaliyyət prosesi və məzmunu insanı fiziki və intellektual fəallığa sövq edən amilə çevrilir).
Ekstrinsiv (xarici) motivlər – sövq edən amillərin fəaliyyətdənkənar yerləşdiyi motivlər qrupudur. Ekstrinsiv motivlərin təsirindən fəaliyyətə bu fəaliyyətin prosesi və məzmunu deyil, onunla bilavasitə əlaqədar olmayan amillər sövq edir (məsələn, nüfuz və ya maddi amillər). Ekstrinsiv motivlərdən bəzilərini nəzərdən keçirək:
• cəmiyyət, qrup, ayrı-ayrı insanlar qarşısında borc və məsuliyyət motivi;
• özünü müəyyənləşdirmə və özünə təkmilləşdirmə motivləri;
• başqa insanlar tərəfindən bəyənilmək cəhdi;
• yüksək sosial status almaq cəhdi (nüfuz motivasiyası). Fəaliyyətə maraq olmadıqda (prosessual-məzmun motivasiyası) fəaliyyətin doğurduğu xarici atributlara cəhd mövcuddur, yəni əla qiymətlərə, diplom almağa, gələcəkdə şöhrət qazanmağa səy göstərilməsi;
• xoşagəlməz hadisələrdən və cəzalardan qaçma motivləri (neqativ motivasiya) – bu, fəaliyyətin yerinə yetirilməməs hallarında meydana çıxa bilən xoşagəlməz hadisələrin, narahatlıqların dərk edilməsindən yaranan hisslərdir.
Əgər fəaliyyət prosesində ekstrinsiv motivlər prosessual-məzmun motivləri ilə möhkəmləndirilməzsə, yəni fəaliyyət prosesi və məzmunu ilə möhkəmlənməzsə, bu zaman maksimal effekti təmin etməyəcək. Ekstrinsiv motivlərin təsiri halında fəaliyyət öz-özlüyündə cəlbedici deyil. Onunla bağlı olanlar (məsələn, nüfuz, şöhrət, maddi rifah) cəlbedicidir, bu isə fəaliyyətə sövq üçün heç də kifayət deyil.
Özünüinkişaf motivi – özünü inkişaf etdirməyə, özünü təkmilləşdirməyə səydir. Bu, fərdləri çox işləmək və inkişaf etməyə sövq edən vacib motivdir. A.Maslounun rəyincə, bu, öz qabiliyyətlərinin tam reallaşdırılmasına səy və özünün səlahiyyətini hiss etmək arzusudur.
Bir qayda olaraq, irəliyə hərəkət üçün həmişə müəyyən cəsarət olmalıdır. İnsan çox vaxt keçmişinə, uğurlarına, rahatlığına və sabitliyə güvənir. Qorxu riski və hər şeyi itirmək təhlükəsi onun özünü inkişaf yolunda qarşısını alır. Beləliklə, insan çox vaxt sanki «irəliyə hərəkət etməy səyi ilə özünüsaxlama və təhlükəsizliyə səy arasında qalır». Bir tərəfdən, o, yeniliyə doğru getməyə səy göstərir, digər tərəfdən isə təhlükə və ya naməlum olan bir şey qarşısında qorxu, riskdən qaçmaq arzusu onu irəliyə doğru hərəkətdən saxlayır.
A.Maslou israr edirdi ki, növbəti addım artıq adiləşmiş və bəlkə bezdirmiş ixtira və qələbələrə nisbətən obyektiv olaraq sevinc, daha çox rahatlıq gətirdiyi zaman inkişaf baş verir.
Özünü inkişaf, irəliyə hərəkət çox vaxt şəxsiyyətdaxili münaqişə ilə müşayiət olunur, lakin özünə qarşı zorakılıq deyil. İrəliyə hərəkət – gözləməkdir, yeni xoş hiss və təəssüratları qabaqcadan görməkdir.
İnsanlarda özünü inkişaf motivini aktuallaşdırmaq mümkün olduqda, onun fəaliyyətə olan motivasiyasının gücü artır.
İstedadlı məşqçilər, müəllimlər, menecerlər özünü inkişaf motivini işə salmağı bacarırlar. Onlar bu zaman öz şagirdlərinə (idmançılara, tabeliyində olanlara) inkişaf etmək və təkmilləşmək imkanlarını izah edirlər.
Nailiyyət motivi – fəaliyyətdə yüksək nəticələrə və ustalığa nail olmağa səydir; bu, mürəkkəb tapşırıqların seçilməsində və yerinə yetirməy səyində özünü göstərir. Hər hansı fəaliyyətdə uğurlar nəinki qabiliyyət, bacarıq və vərdişlərdən, habelə nailiyyətlərin motivasiyasından asılıdır. Yüksək nailiyyət əldə etmək motivasiyası yüksək səviyyədə olan insan yaxşı nəticə əldə etməyə səy edərək, qarşıya qoyduğu məqsədlərə çatmaq üçün inadla işləyir.
Nailiyyətin motivasiyası (yüksək nəticələrə yönəldilmiş hərəkətlər də)hətta eyni adamda həmişə eyni olmur və fəaliyyət predmetindən, şəraitdən asılıdır. Kimsə riyaziyyatdan mürəkkəb məsələləri seçir, kimsə isə əksinə, dəqiq elmlərdə sadə məqsədlərlə məhdudlaşaraq, ədəbiyyatdan mürəkkəb mövzuları seçir və məhz bu sahədə yüksək nəticələr əldə etməyə səy edir. Hər bir konkret fəaliyyətdə motivasiyanın səviyyəsini müəyyən edən nədir? Alimlər dörd amili fərqləndirirlər:
1. uğur qazanmağın əhəmiyyəti;
2. uğur qazanmağa ümid;
3. uğur qazanmağın subyektiv qiymətləndirilən ehtimalı;
4. nail olmanın subyektiv etalonları.
Prososial (ictimai əhəmiyyətli) motivlər – fəaliyyətin ictimai əhəmiyyətinin dərk edilməsi, qrup və ya cəmiyyət qarşısında məsuliyyət hissi ilə bağlı motivlərdir. Prososial (ictimai əhəmiyyətli) motivlərin təsiri ilə fərdin qrupla identifikasiyası baş verir. İnsan özünü nəinki müəyyən sosial qrupun üzvü hesab edir, nəinki onunla birləşir, həm də onun problemləri, maraqları və məqsədləri ilə yaşayır.
Fəaliyyətə prososial motivlərlə sövq edən şəxslərə normativlik, qrup standartlarına loyallıq, qrup dəyərlərinin qəbul edilməsi və müdafiəsi, qrup məqsədlərini reallaşdırmağa səy göstərmək xasdır. Məsul insanlar, bir qayda olaraq, daha fəaldırlar, öz peşə öhdəliklərini daha vicdanla yerinə yetirirlər. Onlar belə hesab edirlər ki, ümumi iş onların əmək və zəhmətlərindən asılıdır.
Menecer öz tabeliyində olan işçiləri arasında korporativ ruhu aktuallaşdırmalıdır, belə ki, qrupla (firma ilə) identifikasiya olunmadan, xüsusilə də onun dəyərləri, maraqları, məqsədləri ilə eyniləşmədən hər hansı uğuru qazanmaq mümkün deyil. Öz ölkəsi ilə identifikasiya edən, onun problemləri və maraqları ilə yaşayan hər hansı siyasətçi başqalarından daha çox öz fəaliyyətində aktiv olacaq, dövlətin çiçəklənməsi üçün əlindən gələni edəcəkdir.
Beləliklə, qrupla, borc hissi və məsuliyyətlə identifikasiya olunmaqla bağlı olan prososial motivlər insanı fəaliyyətə sövq etməkdə olduqca mühüm rol oynayır. Subyektdə bu motivlərin fəaliyyətinin aktuallaşması onda ictimai əhəmiyyətli məqsədlərə nail olmaqda fəallıq yaratmağa qadirdir.
Affiliasiya motivi – (ingilis dilində affiliation - birləşmə) başqa insanlarla münasibət qurmaq və ya bu münasibəti saxlamaq cəhdi, onlarla əlaqə və ünsiyyət cəhdidir. Affiliasiyanın mahiyyəti ünsiyyətin özünü qiymətləndirməsindən ibarətdir. Affiliativ ünsiyyət elə ünsiyyətdir ki, insana xoşdur, rahatlıq və dinclik gətirir.
Lakin ayrı-ayrı fərdlər öz işlərini yola vermək, zəruri insanlarla faydalı əlaqələr qurmaq üçün də ünsiyyətdə ola bilər. Bu halda ünsiyyət başqa motivlərdən doğur, başqa tələbatların ödənilməsi vasitəsi olub, affiliativ motivasiya ilə heç bir əlaqəsi yoxdur.
Affiliativ ünsiyyətin məqsədi ünsiyyətdə olan tərəfdaş tərəfindən sevgi axtarışı (və ya simpatiya) ola bilər.
Neqativ motivasiya – fəaliyyətin yerinə yetirilməməsi səbəbindən baş verə biləcək mümkün xoşagəlməz hadisələrin, naraşatlıqların, cəzaların dərk edilməsindən doğan hisslərdir. Məsələn, şagirdi təhsilə valideynlərinin tələbləri və hədə-qorxuları, pis qiymətlər alması qorxusu sövq edə bilər. Bu cür motivin təsirilə təhsil müdafiə xarakteri alır və məcburi hesab edilir.
Neqativ motivasiyanın təsiri halında hər hansı xoşagəlməz hadisələr, cəza qorxusu və ya bunlardan qaçmaq cəhdi insanı fəaliyyətə sövq edir. O, belə fikirləşir: «Əgər mən bunu etməsəm, xoşagəlməz hadisələrlə üzləşəcəyəm». Neqativ motivasiyanın təsirilə fəaliyyəti məhz bu hisslər yaradır.
Neqativ motivasiyanı tətbiq etmək mümkün olan və aktuallaşdırmağa qadir olan neqativ sanksiyaların formaları müxtəlifdir:
• verbal (sözlə) cəza (məzəmmət, töhmət);
• maddi sanksiyalar (cərimə, güzəştlərdən məhrum etmək, təqaüdlər);
• sosial təcrid (nəzərə almamaq, qrup tərəfdən qəbul edilməmək, sosial ostrakizm);
• azadlıqdan məhrumetmə;
• fiziki cəza.
Neqativ sanksiyaların başlıca nöqsanı onların təsirinin qısamüddətli olmasıdır: onlar yalnız təsiri dövrlərində fəaliyyəti stimullaşdırır (və ya xoşagəlməz hərəkətlərdən qoruyur).
Neqativ motivasiya insana təsir etdikcə, cəzanın labüdlüyünə inam daha artıqdır.
Beləliklə, neqativ motivasiya, o cümlədən də cəza insanı fəaliyyətə sövq edən kifayət qədər güclü motivasiya amilidir, lakin o da bir çox nöqsan və arzuolunmaz nəticələrdən uzaq deyil.
Fəaliyyətdə olan və potensial motivlər
Qabaqcıl yer tutan motivlər daim aktuallaşır və insan fəaliyyətinə motivasiya təsiri göstərir və fəaliyyətdə olan motivlər adlanır. Motivasiya iyerarxiyasından aşağıda olan motivlər insan fəaliyyətinə çox az təsir edir və çox vaxt özünü göstərmir. Bu motivlər potensial adlanır, belə ki, konkret vaxt kəsiyində oyadıcı təsir göstərmirlər, lakin müəyyən şərait yarandıqda aktuallaşa bilirlər.
Bir sıra amillərin təsiri ilə potensial motivlər oyadıcı xarakter alır (hərəkət edən olur). Məsələn, menecerlə söhbətdən sonra tabeliyində olan passiv şəxsdə sosial motiv daha oyadıcı olub fəaliyyətdə olan motivə çevrilir.
Motivlərin iyerarxiyasının dinamikliyi
Motivlərin iyerarxiyası mütləq sabit motivasiyalar kompleksi olmayıb, zamanla və yaşla (şəraitdən və insanların təsirindən asılı olaraq) dəyişir. Məsələn, tabe olan fərdi əməyə menecerin tələbləri və xoşagəlməz hadisələrdən qaçmaq səyi sövq edir. Sonradan bu motiv onun fəaliyyətinə az təsir edəcək, aparıcı yeri isə idrak motivi tuta bilər.
Motivasiya dairəsi kifayət qədər dinamikdir: ayrı-ayrı motivlərin mahiyyəti və təsiri dəyişir (müvafiq olaraq, motivlərin iyerarxiyası da). Müxtəlif amillər bu iyerarxiyanı dəyişə bilər, lakin motivasiya sferasının dinamikliyinə baxmayaraq, hər insana motivlərin iyerarxiyasının nisbi sabitliyi xasdır. İsrar etmək olar ki, bizi fəaliyyətə sövq edən motivlər müəyyən zaman kəsiyi ərzində nisbətən sabit və dəyişməzdir. Motivlərin iyerarxiyasının nisbi sabitliyi onunla müəyyənləşdirilir ki, bütövlükdə şəxsiyyət və xüsusilə motivlər (lakin situativ amillərdən asılı olan motivasiya yox) o qədər də asanlıqla dəyişmir. Və əgər uşağın motivasiya sferasını dəyişsək və ya inkişaf etdirsək, bunu yaşlı adamla etmək olduqca çətin olacaq.
Beləliklə, motivlərin iyerarxiyasını dəyişmək qabiliyyətinə malik olan müxtəlif amillərin təsirinə baxmayaraq, onu nisbətən sabit hesab etməyə əsas vardır. Fəaliyyət bir yox, bir neçə motivlə meydana gəlir. Fəaliyyəti nə qədər çox motiv determinə edirsə, motivasiyanın ümumi səviyyəsi o qədər yüksəkdir. Məsələn, fəaliyyət beş motivdən doğursa, motivasiyanın ümumi səviyyəsi insan fəallığını yalnız iki motiv determinə etməsindən adətən yüksək olur.
Hər motivi doğuran qüvvədən çox şey asılıdır.bəzən hər hansı motivin qüvvəsi bir neçə motivin təsirindən artıq olur. Bir çox hallarda daha çox motiv aktuallaşdıqca, motivasiya daha güclü olur. Əgər əlavə motivlər işə salınarsa, bu zaman motivasiyanın ümumi səviyyəsi yüksəlir.
Deməli, motivasiyanın ümumi səviyyəsi aşağıdakılardan asılıdır:
• fəaliyyətə sövq edən motivlərin sayından;
• situativ amillərin aktuallaşmasından;
• bu motivlərdən hər birinin sövqedici qüvvəsindən.
Bu qanunauyğunluğa əsaslanaraq, menecer öz tabeliyində olanların motivasiyasını gücləndirmək üçün üç aşağıdakı şərti yerinə yetirməlidir:
1. daha çox motivi işə salmaq (aktiuallaşdırmaq);
2. bu motiivlərdən hər birinin sövqedici qüvvəsini artırmaq;
3. situativ motivasiya amillərini aktuallaşdırmaq.
Bu qanunauyğunluq həmçinin motivasiya özünütənzimləməsinə də aiddir. Bu zaman müəyyən fəaliyyəti yerinə yetirmək lazımdır, lakin motivasiyanın ümumi səviyyəsini yüksəltməyə qadir olan əlavə motivləri fəallaşdırmaq (işə salmaq) da zəruridir.

Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən sweet ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: sweet Baxıxılıb: 3323 Əlavə edilib: 25 мая 2010  

#1 Müəllif: denizim (20 октября 2011 16:26)


Qrup: Istifadəçi
ela
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©