Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Təfəkkür nəzəriyyələri 1
  • 100
1.Təfəkkür təsəvvür assosiasiyası kimi
İnsanın psixi həyatı haqqında danışarkən ilk olaraq davranışda assosiasiya prin-sipinin əlaqəsinə nəzər yetirməliyik.Bu prinsip psixologiyada assosianizm cərəya-ninin yaranmasına təkan verib.Assosiasiya anlayışına hələ qədim zamanlardan filosofların əsərlərində təsadüf olunur.Lakin geniş XVII-XVIII əsrlərdə yayıldı. Assosiasiyanın əsas qanunu belədir:Assosiasiya nə qədər tez-tez təkrarlanarsa bir o qədər möhkəm və davamlı olar.Assosiasiyanın 4növü qeyd edilir:
1.oxşarlığa görə
2.ziddiyyətliyə görə
3.məkan və ya zaman yaxınlığına görə
4.münasibətə görə
Assosiasiya əsasən D.Hartli,C.Prinstli,C.Mill,D.Mill,A.Ben,T.Çiqenin əsərlərində tədqiq edilib.
Bu dövrdə təfəkkür psixologiyası hələ elmdə ayrıca bölmə kimi öyrənilmirdi.Bu zaman təfəkkür hələ subyektin xüsusi fəaliyyət forması kimi nəzərdən kecirilmirdi. Təfəkkür ümumi-əqli fəaliyyət kimi öyrənilirdi.Təfəkkürün inkişafı assosiasiyanın toplanması kimi qəbul olunurdu.Təfəkkürün formal-məntiqi xarakteristikası təfək-kürə assosianist yanaşma ilə eyni zamanda mövcud idi.Belə hesab olunurdu ki, təfəkkür prosesləri eksperimental şəkildə öyrənilə bilməz.Təfəkkürü ancaq insanın yaratdığı mədəni məhsulların təhlili kimi öyrənmək olar.Assosiativ nəzəriyyənin əsas məsələsi ideyanin reproduksiyasidir.Onu çox vaxt reproduktiv təfəkkür nəzə-riyyəsi də adlandirirlar.Bu nəzəriyyələr sonralar tənqid atəşinə tutuldu.L.S.Vıqotski assosianist anlamin şərhini etiraz edərək,daha sadə ümumiləşdirmə (birləşdirmə, eyniləşdirmə)formasını assosiasiyanın təşkili ilə əlaqələndirirdi(oxşarlığa və ziddiy -yətliyə görə).Assosianist yanaşma Y.A.Samarin və P.A.Şevarevin əsərlərində in-kişaf edib.A.F.Esaslou assosiasiyanı təfəkkür mexanizmi kimi qəbul etmişdir.




Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən sweet ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: sweet Baxıxılıb: 1196 Əlavə edilib: 26 сентября 2010  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©