Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: QRAFOLOGİYA HAQQINDA ÜMUMİ MƏLUMAT
  • 40
QRAFOLOGİYA HAQQINDA ÜMUMİ MƏLUMAT
Qrafologiya sözü iki yunan sözünün: “gropho”- yazıram və “logos”- öyrənirəm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qrafologiya kəlməsini termin kimi ΧΙΧ əsrdə fransız abbat Mişon işlətmişdir.
Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik bir elm sahəsidir. Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Ona görə də qrafoloji analiz kompyuterləşdirilməmışdir. Yazının analizi müxtəlif metodlarla aparılsa da burda qrafoloqun həssaslığı çox vacibdir.
Qrafoloji analizdə insanın temperamenti, xarakteri, yazı yazdığı zaman psixo-fizioloji vəziyyəti haqqında, sosial mövqeyi haqqında və yazdığına münasibəti haqqında məlumatları əldə etmək olar.
Qrofoloji analiz bizə imkan verir ki, tədqiq olunanla ünsiyyətdə olmadan onun psixoloji portretini verək. Eyni zamanda qrafoloji analiz bizə imkan verir ki, tədqiq olunana gərəkli məlumatlar və məsləhətlər verək.
Qrafologiyadan vakansiyaların seçimində, ailədaxili münasibətlərdə, kriminalistikada, hərbi xidmətdə, hüquq-mühavizə orqanlarında, partnyorların və qrup üzvlərini seçilməsində geniş istifadə etmək olar.
Qrafoloji analiz üçün tələb olunan əsas şərtlər aşağıdakılardır:
• Yazı ağ, standart formatda, xəttlərsiz kağızda yazılmalıdır.
• Yazı diyircəkli qələmlə, yaxud da mürəkkəbli basma qələmlə yazılmalıdır.
• Yazı ən az 15-20 sətrdən ibarət olmalıdır.
• Yazının sonunda yazanın imzasının olması vacibdir.
• Yazı rəngli karandaş, flamastr və ya markerlə yazılmamalıdır.
• Yazının məzmunu vacib deyil.
• Yazı düz masa üzərində, oturaq vəziyyətdə yazılmalıdır.
• Yazanı məcburən yazdırmaq olmaz.
• Yazı yazılan otağın şəraiti nəzərə alınmalıdır.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən sweet ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: sweet Baxıxılıb: 2737 Əlavə edilib: 4 ноября 2010  

#1 Müəllif: AYSEL (10 ноября 2010 21:48)


Qrup: Istifadəçi
tesekkur bu informasiya zacotdan kecmeme cox komek etdi
ICQ:

 
#2 Müəllif: Elnara Bakhishli (30 января 2011 20:31)


Qrup: Istifadəçi
Salam Aysel, qrafologiya ilə maraqlandığın üçün çox sevindim. Amma bu məlumatin mənbəyini də qoysaydın çox sevinərdim. Məsələn: psynews@azersayt.com
Hörmətlə, Elnarə Baxışlı
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Июль 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©