Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: BİRGƏ FƏALİYYƏT ŞƏRAİTİNDƏ ÜNSİYYƏT PROBLEMİ (Y. YANOUŞEK)
  • 100
BİRGƏ FƏALİYYƏT ŞƏRAİTİNDƏ ÜNSİYYƏT PROBLEMİ


Y. YANOUŞEK


İnsanlar arasında ünsiyyətə birgə fəaliyyət, şəxsiyyətlətarası qarşılıqlı təsir və qarşılıqlı münasibət daxildir. Ünsiyyətin vacib hissəsini kommunikativ ünsiyyət təşkil edir.
Psixoloji analiz üçün, hər şeydən əvvəl, daxilən insanların birbaşa qarşılıqlı təsiri ilə əlaqəli olan birgə fəaliyyət çox vacibdir.
Birgə fəaliyyətin analizini bir neçə mərhələdə həyata keçirmək olar:

Analizin birinci mərhələsində - tədqiqatçının diqqət mərkəzində insan fəaliyyətinin istehsalçının tələbatlarından kənara çıxmaq və başqa insanın tələbatlarını istehsal etmək qabiliyyəti dayanır. Birinin digəri üçün fəaliyyətinə prosesual yanaşma onun təbiətinin tərkib hissələri kimi interiorizasiya və eksretorizasiyanın qarşılıqlı əlaqəsindən yaranır. Fəaliyyət planların, niyyətlərin, ideyaların eksteriorizasiyasını özündə təşkil edir. Fəaliyyət kimə yönəlibsə, o, mənanın interiorizasiyası hesab olunur, məsələn: həyata keçirilən fəaliyyətin mənası. Əlaqələndirici moment kimi interiorizasiyanın eksteriorizasiyaya keçməsi və əksinə proses göstərilir.
V.S.Vqotskiy uşaqda iradənin inkişafını böyüklərin uşağa göstərdiyi münasibət kimi uşağın özünə göstərdiyi münasibət formasında xarakterizə edir. Həyata keçirilən fəaliyyətin mənasının interiorizasiyası öz planının eksteeriorizasiyasına keçir və əksinə. Fəaliyyət metodunda belə keçidlərə baxmayaraq, fəaliyyətin birgəliyi bu mərhələdə hələ gizli qalır.

İkinci mərhələdə fəaliyyətin birgə xarakteri artıq aydın olur. Marksa görə, əməkdaşlığın mahiyyəti eyni və ya müxtəlif, lakin bilavasitə əlaqəli olan əmək prosesində bir qrup insanların məqsədyönlü və birgə iştirakından ibarətdir. Əməkdaşlıq özündə iştirakçıların ümumi məqsədini və birgə fəaliyyətdə vacib funksiya kimi fərdi fəaliyyəti birgə fəaliyyətə birləşdirməyi özündə ehtiva edir, qrup məhsuldarlığını yüksəldir, sosial fasilitasiyaya yardım edir. Belə ki, birgə fəaliyyət şəraitində fərdi nailiyyətlərin asanlaşmasına kömək edir.
Məqsədyönlülük və qarşılıqlı asıllıq əməkdaşlığın vacib komponentləridir və müxtəlif səviyyələrdə və müxtəlif şəraitdə çıxış edirlər. Onlar etirazsız və açıq-aşkar tərtib olunan qrup normaları ilə tənzimlənirlər.
Birgə fəaliyyətdə ictimai normalara riayət edən iştirakçıların davranışı heç də hər zaman ictimai maraqla motivləşmir. Digər tərəfdən, əməkdaşlıq münasibətləri ona kömək edir ki, ictimai maraq birgə fəaliyyətin iştirakçılarının aparıcı motivinə çevrilir. Bu zaman ön plana qarşılıqlı asıllığ
ın yeni tipi keçir. Onun mahiyyəti qarşılıqlı məsuliyyətdir. Bu zaman ictimai norma fərdi maraqların həyata keçməsi üçün şərtləri müəyyən etmir, lakin ictimai maraqla birgə motivasion gücdə birləşir.

Analizin üçüncü mərhələsi ondan ibarətdir ki, birgə fəaliyyət bilavasitə və eyni zamanda sosial şüurlu fəaliyyətə çevrilir. Kollektiv fəaliyyətdə bir tərəfdən məqsədə çatmaq yolları arasında, digər tərəfdən isə əməkdaşlar arasında qarşılıqlı münasibət arasında fərqlər aradan qaldırılır.

Kommunikativ ünsiyyətin əsas sxemi:
1. Kommunikator (danışan)
2. Ünsiyyət prosesi
3. Resipient (dinləyən)
Ünsiyyət prosesində fikrin ötürülməsi və qəbul olunması prosesi baş verir.

Kommunikativ ünsiyyətin strukturu:
1. Kommunikatorun düşündüyü
2. Kommunikator üçün xəbərin vacibliyi
3. Xəbərin məzmunu
4. Resipient üçün xəbərin vacibliyi
5. Resipientin anlama effekti
Kommunikator və resipient arasında rol dəyişdirilməsi baş verir. İnformator və soruşanın rolu nöqteyi - nəzərindən baxdıqda 4 kommunikativ situasiyanı ayırmaq olar:

1. Soruşan informator üzərində üstünlük təşkil edir - İnformator soruşan üzərində üstünlük təşkil edir.
Bu zaman soruşan əvvəlcədən hansı informasiyanın ona lazım olduğunu bilir, necə ki informator da soruşana hansı informasiyanın lazım olduğunu bilir və ona həmin informasiyanı verir.

2. Soruşan informator üzərində üstünlük təşkil edir - Soruşan informator üzərində üstünlük təşkil edir.
Bu zaman informasiyanın ötürülməsi hər iki iştirakçının informasiya almaq arzusu ilə bağlıdır.

3. İnformator soruşan üzərində üstünlük təşkil edir - İnformator soruşan üzərində üstünlük təşkil edir.
Bu halda informasiya almağa əsaslı bir tələbat olmur. Burada söhbət informasiyanın özünütəzahür və qarşıdurmasından gedir.

4. Soruşan eyni zamanda həm də informatordur - İnformator eyni zamanda həm də soruşandır.
Bu zaman informator və soruşan arasında rol mübadiləsi vacib və sistematikdir.

Birincidən fərqli olaraq, dördüncüdə məhz lazım olan informasiyanın verilməsi vacib deyil. İkincidən fərqli olaraq dördüncüdə informasiyanın ötürülməsi və qəbul olunması eynidir və ya informasiyanın qəbulu informasiyanın ötürülməsinə tabe olur. Üçünncüdən fərqli olaraq, dördüncüdə yeni informasiyanın qəbuluna fərdi tələbat müşahidə olunur.













ƏDƏBİYYAT:

1. Маркс К., Энгельс Ф. Соч., т. 23, гл. II.
2. Маркс К., Энгельс Ф. Соч., т. 46, ч. 1.
3. Выготский Л. С. Развитие высших психических функций. — М., 1960.
4. Леонтьев А. А. Психология общения: Тартуский государственный университет. — Тарту, 1974.
5. Проблемы общения в психологии / Под ред. Б. Ф. Ломова. — М., 1981.
6. Рубинштейн С. Л. Основы общей психологии. — М., 1946.
7. Яноушек Я. Коммуникация трех участников совместной деятельности. — В кн.: Проблемы общения в психологии / Под ред. Б. Ф. Ломова. М., 1981, с. 168—177.
8. Яноушек Я. Личността в совместната дейност. — В кн.: Изявата / Под ред. М. Драганова. — София, 1980, с. 68—79.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Aydan1568a ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Aydan1568a Baxıxılıb: 2443 Əlavə edilib: 7 июля 2011  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©