Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Hüquq psixologiyasinin predmet və vəzifələri
  • 0
Hüquq psixologiyası iki mürəkkəb və çoxsahəli elmlər sisteminin- hüquq elmlərinin və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir. Lakin hər iki elmlər sistemini bir-birinə yaxınlaşdıran və hətta qovuşduran bir ümumi jəhət var ki, o da onların hər ikisinin obyektinin insanın rəftar və davranışı, daxili psixoloji aləmi, fərdi-psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır.
Nəzərə almaq lazımdır ki, müasir dövrdə insanı 200-dən artıq elm sahəsi öyrənir. Onlardan biri də psixologiyadır. Digər elmlərdən fərqli olaraq psixologiya insanda hansı jəhəti və ya nəyi tədqiq edir? Yəni bir elm kimi onun başlıja xüsusyyətləri nədən ibarətdir? Həmin suallara javab vermək üçün, ilk növbədə, psixologiya elminin obyektini və predmetini (mövzusunu) aydınlaşdırmaq lazımdır.
Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan insanı öyrənən müxtəlif elmlərin obyekti eynidir. Lakin elmlər bir-birindən, adətən, öyrəndikləri obyektə görə deyil, predmetlərinə (mövzularına) görə fərqlənir. Bu jəhətdən hər bir elmin, o jümlədən insanı öyrənən elm sahələrinin də özünəməxsus ayrıja predmeti vardır.
Onda qarşıya sual çıxır: hüquq psixologiyasının predmetini nə təşkil edir? Daha konkret deyilsə, hüquq psixologiyası elmi nəy öyrənir? Lakin bu suala javab vermək üçün ilk növbədə bir jəhət nəzərə alınmalıdır ki, hüquq psixologiyası anlayışı iki müstəqil elm sahəsinin birləşməsi sayəsində yaranmışdır. Yəni burada hüquq və psixologiya elmləri bir obyekt ətrafında birləşir. Həmin obyekt isə, artıq qeyd edildiyi kimi, əsasən insandır. Anjaq burada yenə də qarşıya sual çıxır: yüzlərlə elmin obyekti olan insandan bu iki elmin çulqaşması hansı jəhəti, başqa sözlə konkret olaraq nəyi götürür? Həmin sual bizi elmin ümumi obyektindən onun əsas predmetinə gətirib çıxarır. Yəni hüquq psixologiyası əsas obyekti olan insandan hansı jəhəti seçib ayırır ki, bu onun müstəqil elm sahəsi kimi formalaşmasına imkan verir ?
Nəzərə almaq lazımdır ki, hüquq psixologiyası özündə müxtəlif elmi bilik sahələrini birləşdirir və xüsusən də burada həm hüquq fəaliyyəti ilə bağlı biliklər, başqa sözlə həm yurisprudensiya ilə, həm də psixologiya ilə bağlı biliklər müvazi şəkildə iştirak edir, yəni hər iki bilik sahəsini əhatə edir, yaxud özünə daxil edir. Bununla da hüquq psixologiyası tətbiqi bir elm sahəsi kimi xüsusi əhəmiyyət kəsb edir. Çünki hüquq normaları ilə tənzim olunan ijtimai münasibətlər sahəsində insanların psixi fəaliyyəti özünəməxsus əlamətlər kəsb edir, yəni o hüquqi tənzim sahəsində insan fəaliyyətinin məxsusi jəhətləri, spesifik xüsusiyyətləri ilə şərtlənir. Çünki hüquq həmişə insanların əxlaqi və etik davranış normalarına uyğun hərəkət etmələri ilə bağlıdır. Buradan da xüsusi sistem- yəni insan-hüquq və insan-hüquq-jəmiyyət sistemi yaranır. Həmin sistemdən kənara çıxmaq, sistemin qayda və qanunlarını, o jümlədən mövjud jəmiyyətin əxlaq normalarını pozmaq hüquqazidd hərəkət olmaqla yanaşı, xüsusi daxili psixoloji mexanizmə malik rəftar və davranış tərzi sayılır. Yəni müəyyən sosial normalara riayət edib-etməməyin yalnız hüquqi tərəfi deyil, həm də çox jiddi psixoloji tərəfi vardır. Çünki sosial normalar öz tərkibinə adət-ənənələri, stereotip və yönümləri, əxlaq və hüquq normalarını daxil edir. Həmin normalara uyğun gəlməyən rəftar və davranış ya adət-ənənəyə zidd, ya hüquqa zidd, yaxud da mövjud əxlaqa və mənəvi dəyərlərə zidd olan əməl kimi tövsif edilir. Buna görə də bütün sosial normalar jəmiyyətdə qəbul edilmiş qiymət meyarlarına görə insandan da müəyyən davranış və rəftara əl atmamağı, yəni ona yol verməməyi, ya da müəyyən şərait də fəal hərəkət etməyi tələb edir.
Deməli, sosial normalara uyğun olaraq seçilən rəftar və davranış tərzi həm hüquqi əsaslara, həm də müəyyən psixoloji mexanizmə istinad edir. Onlara riayət etməmək isə yenə də həm hüquqi jəhətdən, həm də psixoloji jəhətdən təsbit olunmağa, aydınlaşdırılmağa möhtajdır. Yəni psixologiya elminin müxtəlif sahələrinin nailiyyətlərinin hüquq praktikasında tətbiqi həmin elm sahəsinin daha da təkmilləşdirilməsində və humanistləşdirilməsində xüsusi rol oynayır. Bu baxımdan digər elmlərlə yanaşı hüquq psixologiyasının da əhəmiyyəti böyükdür. Çünki hüquqi normalarla tənzimlənən münasibətlər, həm də psixoloji qanunauyğunluqlarla şərtlənir. Ona görə də istər jinayət, istərsə də mülki prosesdə psixoloji biliklərin tətbiqi təhqiq edilən məsələnin səbəblərinin müəyyənləşdirilməsində, obyektiv və tam araşdırılmasında hüquqi fəaliyyətə və xüsusən də məhkəmə- istintaq orqanlarına yaxından kömək edir.
Deməli, müasir psixologiya elminin müxtəlif sahələrinin inkişafı jinayət və mülki işlərin istintaqı və məhkəmədə baxılması zamanı psixoloji biliklərdən daha geniş istifadə edilməsi imkanını artırır. Belə ki, xüsusi psixoloji bilik və metodların tətbiqi nətijəsində jinayət və mülki prosesə jəlb edilmiş adamların məhkəmə-istintaq orqanları üçün jiddi əhəmiyyət kəsb edən psixoloji halətləri və psixi xüsusiyyətləri, davranış və hərəkətlərinin psixoloji motiv və mexanizmləri, əsas təzahürləri müəyyən edilir. Nəzərdən qaçırmaq olmaz ki, xüsusi psixoloji biliklərin hüquq praktikasında istifadə edilməsi əsasən qanunvericilikdə nəzərdə tutulmuş ekspertiza, yəni məhkəmə-psixoloji ekspertizası, eləjə də mütəxəssis psixoloqun hüquqazidd davranışla bağlı müəyyən istintaq orqanlarını xüsusi olaraq maraqlandıran psixoloji məsələlərin aydınlaşdırılmasında iştirakı formalarında həyata keçirilir.
Deyilənlərdən aydın olur ki, hüquq psixologiyası iki elmin qovuşağında əmələ gəlməklə bir sıra mürəkkəb məsələlərin elmi jəhətdən əsaslı surətdə həll edilməsinə yaxından kömək edən vajib elm sahəsidir. Yəni hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir.
Hüquq psixologiyasının başlıja metodoloci xüsusiyyəti ondadır ki, burada əsas ağırlıq mərkəzi fəaliyyət subyekti olan şəxsiyyət üzərinə düşür. Beləliklə də əgər hüquq ilk növbədə insanda hüquqpozma xassəsini əsas götürürsə, hüquq psixologiyası isə insanı hüquqpozulmasına yol vermiş şəxs, yaxud şahid və ya zərərçəkmiş insan kimi tədqiq edir. Bu halda nəzərdən qaçırılmır ki, zərərçəkənin, qanunpozanın, şahidin psixoloji haləti, həm də onların xarakterinin, şəxsiyyətinin davamlı xüsusiyyətləri ümumpsixoloji və psixofizioloji qanunlara uyğun olaraq inkişaf edir, təzahür edir.
Hüquq psixologiyasının mövzüsunun spesfikliyi həmin halətlərin özünəməxsus jəhətlərini görməkdə və onların hüquqi əhəmiyyətini araşdır-maqda, bununla da həqiqətin üzə çıxmasına, yəni onun müəyyən edilməsinə kömək etməkdədir. Yəni jinayi əməlin, hüquq pozğunluqlarının həqiqi sub-yektinin, başqa sözlə jinayi davranışın əsil törədijisini müəyyən etmək üçün adekvat yol və vasitələrdən, psixoloji təsir üsullarından yerində və düzgün istifadə etmək yollarını, eləjə də şəxsiyyətinin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alması xüsusi əhəmiyyət kəsb edir.
Nəzərdən qaçırmaq olmaz ki, müstəntiq ilkin təhqiqat zamanı, eləjə də məhkəmə jinayət işinə məhkəmə prosesində baxarkən insan qarşılıqlı münasibətlərinin mürəkkəb çalarları ilə rastlaşırlar. Çox zaman belə mürəkkəb qarşılıqlı münasibətlərin bu və ya digər şəxsi qanunpozğunluğuna və ya jinayət əməlinə təhrik edən psixoloji çalarlarını, səbəb və mexanizmlərini insanın hansı psixi keyfiyyəti ilə şərtləndiyini asanlıqla aşkar etmək olmur. Məsələn qətl hadisəsi, intiharla bağlı, qəsdən başqasına ağır bədən xəsarəti yetirmək, qarət və soyğunçuluq halları və s. də yalnız bəzi ümumi jəhətlər, yəni, məkr və qəddarlıq, məhəbbət və qısqanjlıq, tamah və qısasçılıq kimi psixoloji jəhətlər ümumi halda nəzərdən keçirilir. Halbuki bu hallarda hakim, prokuror, müstəntiq və digər hüquq fəaliyyəti əməkdaşları, nəinki jinayətkarlarla, həm də bir çox başqa şəxslərlə, şahidlərlə, zərərçəkənlə, ekspertlərlə rastlaşır, təmasda olurlar. Onların hər birisinin şəxsiyyəti, psixoloji xüsusiyyətləri müxtəlif sosial münasibətlər şəraitində, yəni fərqli ijtimai mühitdə formalaşır, onların hər birisi özünə məxsus təfəkkür üslubuna, xarakter əlamətlərinə, temperament xüsusiyyətlərinə malik olur, onlarda özünə və ətraf adamlara məxsusi münasibətlər sistemi formalaşmış olur.
Buna görə də nəinki müstəntiq, hakim, eləjə də hüquq fəaliyyəti sahəsinin işçiləri zəruri psixoloji biliklərə o dərəjədə yiyələnməlidirlər ki, insan münasibətlərinin mürəkkəb, dolaşıq sahələrini, konfliktlərin psixoloji çalarlarını özləri üçün aydınlaşdıra bilsinlər, başqa sözlə mürəkkəb insan münasibətlərinin mahiyyətinə vara bilsinlər. Çünki insanın psixi həyatı və fəaliyyəti haqqında elm hər bir insana məxsus idrak proseslərini, yəni onun duyğuları, qavrayışı, hafizə və təfəkkürü, hiss və iradəsi, eləjə də şəxsiyyətinin fərdi psixoloji xüsusiyyətləri (temperament, xarakter, maraq və meylləri, yaş xüsusiyyətləri) və s. haqqında elə biliklər verir ki, onlar jinayətin təhqiqi və açılması ilə bilavasitə əlaqədar olmaya bilməz. Ona görə də həmin jəhətlər istər istintaq , istərsə də məhkəmə prosesinin gedişində dəqiq surətdə nəzərə alınmalıdır. Bu mənada demək olar ki, hüquq psixologiyasının mühüm vəzifələrindən biri də hüquq orqanı işçilərinin praktik fəaliyyətinə yaxından kömək etməkdir. Çünki müstəntiq, prokuror və məhkəmə peşəsi onlarda insan psixikasının mexanizmləri və təzahürləri ilə bağlı təsəvvürləri tədricən formalaşdırır və onları öz sənətində psixoloji biliklərdən yerində və düzgün istifadə etməyə istiqamətləndirir. Yəni həmin fəaliyyət sahələrində psixoloji biliklər barədə güzəran, məişət təsəvvürləri ilə kifayətlənmək, yalnız şəxsi təcrubəyə və ya intuisiyaya istinad etmək düzgün olmazdı. Həmin ixtisas və ya peşə sahiblərinin əsas obyekti insandır. Nəzərdən qaçırmaq olmaz ki, insan ən mürəkkəb varlıqdır. İnsanın mürəkkəb varlıq olması ilk növbədə onun psixoloji aləminin rəngarəngliyi, dərinliyi və çoxjəhətliliyi ilə şərtlənir. Ona görə də onun psixoloji aləminə bələdlik güzəran təsəvvürü ilə məhdudlaşa bilməz. Bunun üçün zəruri elmi biliklərə yiyələnmək lazımdır.
Müasir dövrdə jinayətkarlığın artması və onun daha təhlükəli formalarının inkişafı, yəni mütəşəkkil jinayətkarlığın, sifarişli qətllərin, qrup jinayətinin, terrorçuluğun və s. artması hüquq mühafizə orqanı işçilərinin fəaliyyətinə , onun səmərəlilik dərəjəsinə tələbkarlığı artırır.
Nəzərə almaq lazımdır ki, hüquq mühafizə orqanı işçilərinin professional səriştəsi, həm də həmin fəaliyyət sahəsi işçilərinin şəxsi potensialı ilə təyin olunur, başqa sözlə psixoloji amillər sistemi ilə təyin olunur, həmin amillər sistemini ümumi psixoloji mədəniyyət anlayışı ilə ifadə etmək olar. Hüquqşunasın (yuristin) psixoloji mədəniyyəti ilk növbədə onun mənimsədiyi psixoloji biliklər kompleksində ifadə olunur ki, bu da öz tərkibinə şəxsiyyət və fəaliyyət psixologiyasını, hüquq əməyinin psixologiyasını və ayrı-ayrı hüquq peşələrinin psixoloji xarakteristikasını, həmin biliklərdən ünsiyyət prosesində məharətlə istifadə edə bilmək qabiliyyət və vərdişlərini daxil edir. Başqa sözlə, hüquq işçiləri bir sıra psixoloji keyfiyyətlərə malik olmalıdır. Buraya ağılın və xarakterin çevikliyi, kəskin müşahidə qabiliyyəti, zəngin və dəqiq hafizə, özünü ələalma və dözüm, prinsipiallıq və ədalət, mütəşəkkillik və müstəqillik və s. kimi zəruri psixoloji keyfiyyətlər daxildir. Bütün bunlarla yanaşı, məhkəmə-istintaq orqanı işçiləri kriminalist taktikasının psixoloji əsaslarını dərindən mənimsəmək, belə bir bajarığı özlərində inkişaf etdirmək üçün öz səylərini artırmalıdırlar. Bu halda onlar qanunpozğunluğu və ya jinayətlə bağlı digər iştirakçıların (müqəssirin, zərərçəkənin, şahidin və b.) psixoloji xüsusiyyətlərini də nisbətən asanlıqla təyin edə bilər və hüquq fəaliyyəti prosesində onlardan yerində istifadə edə bilərlər.
Deməli, hüquq psixologiyası mühüm elmi- praktik fənn olaraq insan-hüquq sisteminin psixoloji qanunauyğunluqlarını öyrənir və həmin sistemin səmərəliliyini yüksəltmək üçün tövsiyyələr hazırlayır. Beləliklə də hüquq psixologiyasının diqqət mərkəzində insan-hüquq sisteminin psixoloji prob-lemləri dayanır. Yəni müasir anlamda hüquq psixologiyası şəxsiyyətin və fəaliyyətin hüquqi tənzim şəraitində müxtəlif psixoloji aspektlərini öyrənən elm sahəsidir.
Deməli, hüquq psixologiyası, V.L.Vasilyevin qeyd etdiyi kimi, aşağıdakı vəzifələri yerinə yetirir: hüquq və hüquqmühafizə fəaliyyətinin ayrı-ayrı şəxslərə, qruplara və kollektivlərə təsirinin psixoloji qanunauyğunluqlarını öyrənir;
Digər tərəfdən də hüquq psixologiyası hüquq-mühafizə fəaliyyətinin səmərəsinin artırılması, qanuna jiddi surətdə əməl olunması, ədalət mühakiməsinin müvəffəqiyyətlə həyata keçirilməsi və jinayət törətmiş şəxslərin yenidən tərbiyəsi üçün elmi tövsiyyələr hazırlayır.
Nəzərə almaq lazımdır ki, hüquq psixologiyası ümumən insanı öyrənir, lakin burada hüquqi aspektlər daha aydın surətdə öz əksini tapır. Ümumən hüquq psixologiyası aşağıda qeyd edilən problemlərin psixoloji əsaslarını öyrənir:
- hüquqauyğun davranış (hüquqi-şüur, əxlaq, ijtimai rəy, sosial stereotiplər);
-jinayi davranış (jinayətkarın şəxsiyyətinin strukturu, jinayi stereotip, jinayətkar qrupun strukturu, jinayi şərait, zərərçəkənin şəxsiyyətinin strukturu və həmin strukturun jinayi davranışın mənşəindəki rolu);
- hüquq mühafizəsi fəaliyyəti (hüquq pozğunluqlarının profilaktikası, istintaq psixologiyası, məhkəmə prosesinin psixologiyası, məhkəmə-psixoloji ekspertizası);
- hüquq pozanların, jinayət etmişlərin yenidən sosiallaşması (əmək-islah psixologiyası, İƏD-azad olunduqdan sonra adaptasiya psixologiyası);
-yetginlik yaşına çatmayanların davranışı və onların psixoloji problemləri.
Deyilənlərdən aydın olur ki, hüquq psixologiyası çox geniş sahəli və kifayət qədər mürəkkəb problemləri olan mühüm elm sahəsidir. Həmin elmin əsas obyekti insandır və onun predmeti isə insan-hüquq sistemində insan şəxsiyyəti və fəaliyyətinin psixoloji problemləridir. Həmin problemlərin adekvat həlli hüquq psixologiyasını bir elm sahəsi kimi zənginləşdirməklə yanaşı, hüquq fəaliyyəti sahəsinin mütəxəssislərinə də jiddi praktik kömək etmiş olar. Yəni psixologiya ilə hüquqşünaslığın hüquq psixologiyası və hüquq fəaliyyətinin psixologiyası kimi fənnlərdə (çulğaşması) sintezi həmin elmlərin qarşılıqlı zənginləşməsinə gətirib çıxarır və bu sahədə ən vajib problemlərdən birinin yəni hüquq-mühafizə fəaliyyətinin səmərəliliyini yüksəltmiş olur. Odur ki, hüquq fəaliyyəti sahəsi mütəxəssislərinin hüquq psixologiyası məsələlərinə dərindən bələdliyi onların professional keyfiyyətinin yüksəlməsinə də yaxından kömək etmiş olar.
Müxtəlif elm sahələrinin qovşağında meydana gələn bir çox yeni elmlər kimi hüquq psixologiyası da özünün ilkin inkişaf mərhələsində müstəqil olmamış və özünün mütəxəssis elmi kadrlarına da malik olmamışdır. Ona görə də həmin elmə aid olan məsələləri ya ayrı-ayrı psixoloqlar, ya hüquqşünaslar, ya da başqa elm sahələrində ixtisaslaşmış alimlər yerinə yetirməyə çalışmışlar.
Hüquq psixologiyasının inkişafının ilkin dövrü bir sıra spesifik mə-sələlərin həllində çətinliklə rastlaşan hüquqşünasların həmin məsələni həll etmək üçün psixologiyaya mürajiət etmələri ilə əlaqədar olmuşdur. Çünki həmin mürəkkəb psixoloji məzmunlu məsələləri hüquqşünaslığın ənənəvi metodları ilə həll etmək mümkün olmamışdır. Elə buna görə də XIX əsrin sonu, XX əsrin əvvəllərində eksperimental psixologiyanın müvəffəqiyyətlərinin təsiri altında hüquq psixologiyası sahəsində ilk laborator tədqiqatlar aparılmağa başlayır. Xüsusən Qərb ölkələrində hüquq psixologiyası üzrə tədqiqatlar əsasən şahid ifadələrinin və dindirmənin psixoloji məsələlərini araşdırmağa yönəlmişdir. (A. Bine, Q.Qross, K.Marve, V. Ştern və b.) Bununla bərabər jinayətdə iştirakın diaqnostikası məsələləri (K.Yunq və b. tərəfindən) öyrənilmişdir.
Həmin tədqiqatlarla yanaşı məhkəmə və təhqiqat işlərinin psixoloji məsələləri, hüquq fəaliyyəti sahəsi işçilərinin seçilməsi və öyrədilməsi ilə bağlı (Q. Münsterberq və b.) araşdırmalar aparılmışdır. Həmin tədqiqatlar hüquq psixologiyasının bir sıra vajib problemlərini elmi metodların köməyi ilə araşdırmağa həsr edilmişdir. Belə tədqiqatlardan elmi və praktik jəhətdən xüsusi əhəmiyyət kəsb edən nətijələr əldə edilmişdir. Həmin elmi nətijələr hüquq psixologiyasının müstəqil bir elm sahəsi kimi yaranmasına yaxından kömək etmişdir. Bu jəhət yalnız Qərb ölkələrində aparılmış tədqiqatlarla kifayətlənmir, həm də keçmiş sovet məkanında, xüsusən rus sovet psixoloqlarının tədqiqatları da bu prosesdə mühüm rol oynamışdır. Belə ki, XX əsrin 20-ji illərindən başlayaraq hüquq psixologiyası üzrə keçmiş SSRİ-də intensiv tədqiqatlar aparılmağa başlayır. Xüsusən də həmin dövrdə jinayətkarların və məhbusların psixologiyasını, şahid ifadələrinin formalaş-masının qanunauyğunluqları və onlarda səhvlərin meydana gəlməsinin psixoloji səbəbləri, jinayətkar qrupların yaşayış tərzi və s. haqqında maraqlı tədqiqatlar aparılır. (A.E.Bruslovskiy, M.N.Qernet, M.M. Qrodzinskiy, Y.A.Kantoroviç, A.S. Taqer və b.) Məhz 1925-ji ildə ilk dəfə Sovet İttifaqında jinayəti və jinayətkarı öyrənmək üçün Dövlət İnstitutu yaradılır. Həmin institutun mövjudluğunun ilk 5 ilində hüquq psixologiyası üzrə bir çox elmi işlər nəşr edilmişdir.
Jinayəti və jinayətkarlığı öyrənmək üçün Moskva, Leninqrad, Saratov, Kiyev, Xarkov, Minsk, Bakı və digər şəhərlərdə xüsusi kabinetlər yaradılır. Bununla yanaşı olaraq həmin dövrdə şahid ifadələrinin psixologiyası, psixoloji ekspertiza və bir sıra digər problemlər üzrə geniş tədqiqatlar aparılmışdır. Yalnız bir maraqlı fakta diqqəti jəlb etmək yerinə düşərdi ki, 1927-ji ildə görkəmli psixoloq A.R.Luriya Moskva Quberniyası prokurorluğunun eksperimental psixologiya laboratoriyasında eksperiment yolu ilə jinayətin izlərinin aşkar edilməsinin psixoloji metodunu hazırlamışdır. Yəni o, eksperimental psixoloqiyanın tədqiqat metodlarının imkanlarından jinayətin təhqiqində istifadə etmək imkanlarını araşdırmış və yalanın ifşası jihazını (sonradan detektor lay adlanan jihazı) yaratmağa müvəffəq olmuşdur. Təsadüfi deyildir ki, XX əsrin 20-ji illərini hüquq psixologiyasının nüfuzlu və geniş diapazonlu elm sahəsi kimi formalaşdığı mərhələ hesab edilir. Çünki həmin dövrdə hüquq psixologiyası jinayətin psixoloji əsasları, səbəbləri, müxtəlif jinayətkar qrupların həyat tərzi və psixologiyası, şahid ifadələrinin psixologiyası və məhkəmə psixoloji ekspertizası, məhbusların psixologiyası və s. kimi məsələləri özünün tədqiqat predmetinə çevirmişdi. Bir jəhət də nəzərə alınmalıdır ki, XX əsrin 70-80-ji illərindən başlayaraq sovetlər məkanında hüquq psixologiyasında jinayətkar şəxsin ümumi psixoloji portretini öyrənmək məsələsinə xüsusi diqqət yetirilmişdir. Çünki məhkəmə istintaq prosesinin mühüm vəzifələrindən biri müqəssirin, zərərçəkənin və şahidin şəxsiyyətinin qiymətləndirilməsidir. Ona görə də ekspert-psixoloqun qarşısında duran mühüm vəzifələrdən biri də jinayətlə bağlı şəxslərin ümumi psixoloji xarakteristikasını, başqa sözlə, psixoloji portretini yaratmaqdır. Ekspert özünün professional bilikləri və təfəkkür üslubu ilə insanın elə keyfiyyət və xüsusiyyətlərini aşkar edir ki, onlar həmin şəxsin ümumi psixoloji siması bərədə nətijə çıxarmağa imkan verir. Əlbəttə nəzərdən qaçırmaq olmaz ki, məhkəmə və təhqiqat fəaliyyətindən fərqli olaraq ekspert fəaliyyəti sosial-qiymətləndirmə mahiyyəti daşımır, psixologiya elminin əsaslı müddəalarına istinad edir. Təsadüfi deyildir ki, V.L.Vasilyevin qeyd etdiyi kimi, məsələn Almaniyada, Polşada, Çexiyada şəxsiyyətin ümumi psixoloji xarakteristikası istənilən məhkəmə təhqiqat işinin çox zəruri tərkib hissəsi hesab edilir.
Deyilənlərdən aydın olur ki, müxtəlif ölkələrdə hüquq psixologiyası üzrə aparılan tədqiqat işləri və araşdırmalar həmin elmin nəinki ayrı-ayrı sahələrini, eləjə də başlıja problemlərini dəqiqləşdirməyə imkan vermişdir. Təsadüfi deyildir ki, V.L.Vasilyev müasir dövrdə xüsusən də Rusiyada hüquq psixo-logiyasına dair aşağıda qeyd edilən sahələr üzrə bir çox tədqiqatlar aparıldığını xüsusi olaraq nəzərə çarpdırır.
Qeyd edilən sahələr belədir:
- hüquq psixologiyasının ümumi məsələləri (yəni həmin elmin predmeti, sistemi, metodları, tarixi, başqa elmlərlə əlaqəsi);
- hüquqi şüur və hüququn psixologiyası,
- hüquqi fəaliyyətin psixologiyasının xarakteristikası və hüquq sənətinin professioqramması;
- kriminal psixologiya (jinayət psixologiyası), jinayətkarın və jinayətin psixologiyası;
- ilkin təhqiqatın psixologiyası;
- jinayət mühakiməsinin psixologiyası;
- məhkəmə-psixoloji ekspertizası;
- həddibuluğa çatmamış qanunpozanların psixoloji xüsusiyyətləri;
- islah-əmək psixologiyası;
- mütəşəkkil jinayətkarlığın psixologiyası və s.
Hüquq psixologiyasının öyrəndiyi sahələrin və başlıja problemlərin belə dəqiqləşdirilməsi bir tərəfdən, həmin elmin çoxsahəli problemlərlə qarşılaşdığını, həmin problemlərin adekvat həllinin yol və vasitələrini müəyyən etmək onlardan tədqiqat işlərində bəhrələnmək zərurətini irəli sürür, digər tərəfdən isə hüquq psixologiyasının artıq vajib bir elm sahəsi kimi formalaşdığını, kifayət qədər surətlə inkişaf etdiyini aydın surətdə nəzərə çarpdırır. Həm də onu da nəzərdən qaçırmaq olmaz ki, hüquq psixologiyasının bu və ya digər ölkədə inkişafı həmişə yüksələn xətt üzrə jərəyan etməmişdir. Sovetlər İttifaqının timsalında buna təsir göstərən mühüm sosial amilləri ayırd etmək olar. Elə bunun nətijəsidir ki, keçmiş sovetlər məkanında müəyyən tarixi dövrlərdə psixologiya elminin inkişafına əngəl tördildiyi kimi, hüquq psixologiyasının da inkişafına maneçilik törədilmişdir. Bəlkə elə bunun nətijəsidir ki, hüquq psixologiyasının ayrı-ayrı sahələri respublikamızda lazımınja inkişaf etməmişdir. Belə bir vəziyyət ölkəmiz üçün təsadüfi hal olmayıb və onu doğuran obyektiv səbəblərlə bağlıdır. Çünki bu, elmin, konkret bilik sahəsinin, indiki halda hüquq psixologiyasının inkişaf məntiqini tədqiq etməyə imkan vermir.
Həmin səbəblərin araşdırılması elmin inkişafına mane olan amillər sis-temini aşkar etməyə imkan verər. Çünki keçmiş sovet məkanında psixologiya elminin, o jümlədən onun ayrı-ayrı sahələrinin inkişafına mane olan amillərlə yanaşı bizdə, yəni respublikamızda xüsusən də hüquq psixologiyasının inkişafına etnik-psixoloji amillər sistemi də çox jiddi maneçilik törətmiş və müəyyən mənada demək olar ki, sonrakı dövrlərdə də həmin amillərin mənfi təsiri hiss edilməkdədir. Lakin bununla belə Azərbayjanda psixoloji fikrin inkişafı tarixinə nəzər salsaq görərik ki, elmi psixologiyanın inkişafı 1920-30-ju illərə təsadüf edir. Həmin dövrdə A.O. Makovelski, Ə.K.Zəkuyev, F.Ə.İbrahimbəyov, M.J.Məhərrəmov, J.H.Hajıyev və başqaları öz tədqi-qatlarında psixologiyanın metodoloci problemlərini həll etməyə çalışırdılar. Bu tədqiqatlarda psixika və şüur, psixi proseslərin mahiyyəti psixika və fəaliyyət və s. kimi nəzəri məsələlər araşdırılırdı. Bu nəzəri məsələlərin həlli ilə yanaşı eksperimental psixologiya laboratoriyaları yaradılmışdır. Həmin laborotoriyalarda aparılmış eksperimental tədqiqatlar yeni maraqlı faktların müəyyən edilməsilə və bunun da əsasında Azərbayjanda bütövlükdə psixologiyanın bir elm kimi təşəkkülünə, o jümlədən onun ayrı-ayrı sahələrinin yaranmasına geniş imkanlar açılmışdır. Əməyin psixologiyası, psi-xofiziologiyası, ümumi psixologiyası və s. problemləri ayrı-ayrı tədqiqatçılar tərəfindən həm nəzəri, həm də praktiki istiqamətdə araşdırılırdı. Azərbayjanda psixoloji fikrin, ümumiyyətlə, psixologiya elminin inkişaf tərixinə bir çox sanballı tədqiqat əsərləri həsr edilmişdir.


Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 3404 Əlavə edilib: 2 2011  

, Qonaq, .

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«     2018    »
 1234
567891011
12131415161718
19202122232425
262728 

Dost saytlar
{friend}

Arxiv
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick