Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Kriminal psixologiya
  • 0
Kriminal psixologiyanın predmeti və vəzifələri

Kriminal psixologiya hüquq psixologiyasının mühüm sahələrindən biri olub hüquq pozğunluğunun psixoloji mexanizmlərini və cinayət əməlinə yol verən hüquqpozanların psixoloji xüsusiyyətlərini öyrənir. Başqa sözlə, kriminal psixologiya ayrı-ayrı şəxslərdə cinayətkar yönümün, cinayətkarlığa meyilliliyin, cinayət törətmək fikrinin, niyyətinin yaranmasının, cinayətin hazırlanması və həyata keçirilməsinin, eləcə də cinayətkar davranış stereotipinin yaranmasının psixoloji qanunauyğunluqlarını öyrənir. Deməli, kriminal psixologiya cinayətkarların şəxsiyyətini, onlara təsir etməyin psixoloji yol və vasitələrini öyrənir. Bu da hüquq psixologiyasının həmin sahəsinin praktik yönümünü təmin edir. Başqa sözlə, kriminal psixologiyada cinayətkarların şəxsiyyətinin, onların cinayətkar davranışla bağlı psixoloji xüsusiyyətlərinin öyrənilməsi zərurəti, hər şeydən əvvəl, praktikanın tələbləri ilə şərtlənir, yəni cinayətkarlığa qarşı mübarizə aparmaq tələbatı ilə bağlıdır.
Kriminal psixologiya kriminal şəraitdə şəxsiyyətin immunitetinin mexanizmini öyrənir və bu cəhəti aşkar etmək sayəsində cinayətkarlığın qarşısını almaq üçün tövsiyyələr verir.
Kriminal psixologiya çərçivəsində nəinki zorakılığa əl atan cinayətkarların, eləcə də müəyyən maddi mənafe və təmanna ilə bağlı cinayətkar davranışa əl atan şəxslərin psixoloji xüsusiyyətləri, həm də cinayətkar qrupların strukturu və psixoloji xüsusiyyətləri öyrənilir.
Nəzərə almaq lazımdır ki, insanların cinayət əməllərinin, hüquq pozğunluqlarının genezisinə, başqa sözlə, baş vermə səbəblərinə müxtəlif elm sahələri bir birindən fərqli surətdə yanaşırlar. Həmin məsələ ilə əlaqədar olaraq hüquq psixologiyası mütəxəssisi V.N. Kudryavtsev yazır: Konkret hüquq pozğunluğunun strukturu müxtəlif nöqteyi nəzərlərdən təhlil oluna bilər, yəni ona müxtəlif cəhətlərdən yanaşmaq olar. Həmin məsələyə hüquqi cəhətdən yanaşma onu xüsusi bir əməl kimi xarakterizə edir və burada dörd ünsürü və ya dörd cəhəti: obyekti, obyektiv və subyektiv cəhətləri və subyekti ayırd edir (fərqləndirir). Amma kriminologiya, sosiologiya və psixologiya üçün dinamik, genetik yanaşma daha faydalı və məhsuldardır, çünki məhz belə yanaşma insan davranışını inkişafda, dəyişilmədə öyrənməyə imkan verir. Bu nöqteyi-nəzərdən konkret hüquq pozğunluğu müəyyən məkan və zaman daxilində baş verən prosesdir. Həm də bizi daha çox hüquq pozğunluğunun səbəbi maraqlandırdığı üçün bu halda nəinki qanunla qadağa olunan konkret davranış və əməli, eləcə də onların baş verməsindən əvvəlki hadisələri də nəzərə almaq, öyrənmək lazımdır.
Beləliklə, hüquqazidd davranışın genezisi, yəni onun baş verməsi və inkişafı aşkarlanmış olur . Həmin müəllif bir cəhəti də qeyd edir ki, şəxsiyyətin təşəkkülü və formalaşması prosesi hüquq və kriminologiya elmləri üçün müəyyən əhəmiyyət kəsb etsə də, əslində həmin məsələ psixologiyanın, pedaqogikanın, sosiologiyanın, eləcə də insan haqqında olan digər elmlərin problemidir, çünki insanın davranış və hərəkətlərinin mexanizmlərini aşkar etmək üçün hər bir insanın beyin fəaliyyəti, yəni daranış və rəftarın psixofizioloji mexanizmləri də xüsusi əhəmiyyət kəsb edir. Bununla bərabər, nəzərdən qaçırmaq olmaz ki, şəxsiyyətin inkişafı və formalaşması prosesində müvəffəqiyyətli sosializasiyanın baş verməsi möhkəm sosial qadağalar və daxili nəzarətin mövcudluğu ilə təmin olunur.
Nəzərə almaq lazımdır ki, cinayət hərəkəti ilə bağlı niyyət, duşuncə təfəkkür prosesində yaranır. Belə bir fikrin, niyyətin formalaşmasına ictimai əxlaqa və hüquqi şüura uyğun gəlməyən anlayış və təsəvvürlər təsir edir. Şəxsiyyətin nə dərəcədə antiictimai görüşlərlə, fikir və mülahizələrlə sirayət olunduğunu, onun hansı sosial yönümə malik olduğunu onun tələbatlar sistemini, maraqlarını, hərəkət motivlərini kompleks halda təhlil etmək əsasında aydınlaşdırmaq olar. Tələbatların təhrif olunması, yaxud ona uyğun olmayan tələbatların yaranması, eləcə də cəmiyyətin insan üçün zəruri tələbatların ödənilməsini təmin edə bilməməsi, ictimai maraqlara uyğun gəlməyən subyektiv maraq və meyllərin yaranması şəxsiyyətin antiictimai xüsusiyyətlərinin meydana gəlməsini şərtləndirir.
Hüquqazidd niyyətin yaranmasına insanın malik olduğu sinir sisteminin tipi, temperamenti, xarakteri, elejə də intellekt və şüur səviyyəsi də təsir edir. Buna görə də cinayətkaplığın və ya hər hansı cinayi davranışın hər şeydən əvvəl sosial amillərlə şərtlənməsi mülahizəsi heç də cinayi davranışın öyrənilməsində şəxsiyyətin fərdi xüsusiyyətlərini öyrənməklə müəyyənləşdirilməsi zərurətini inkar etmir. Buna görə də insan davranışında fərdi psixoloji və sosial amillərin nisbəti məsələsi bir çox mütəxəssislərin mübahisələrinə səbəb olmuşdur. Həmin münasibətlə görkəmli rus psixoloqu B.F. Lomov haqlı olaraq qeyd edir ki, insanda bioloci olanla psixoloji (o cümlədən sosial amillərin) əlaqəsi məsələsi ilə bağlı bütün hallar üçün ümumi olan nə isə bir universal prinsip tapmağa cəhd etmək düzgün olmazdı. Çünki həmin əlaqələr çoxtərəfli və çoxplanlıdır. Müəyyən ölçüdə və bir müəyyən şəraitdə bioloci olan psixi olana nisbətdə onun mexanizmi (yəni psixi proseslərin fizioloji təminatı), digər halda onun meydana gəlməsi üçün vacib şərt, üçüncü halda isə psixi inikasın məzmunu (məsələn, orqanizmin vəziyyətini duymaq), dördüncü halda isə psixi hadisəyə təsir edən amil kimi, beşinci halda isə müəyyən davranış aktlarının səbəbi, altıncı psixi hadisələrin meydana gəlməsi şəraiti və s. kimi çıxış edir.
Odur ki, şəxsiyyətin təşəkkülündə bioloci və sosial amillərin nisbətinin oynadığı rolun təhlili, hər şeydən əvvəl, həmin amillərin sosial inkişaf prose-sindəki yerinə və mövqeyinə görə nəzərdən keçirilməlidir. Nəzərdən qaçırmaq olmaz ki, sosial amillərin bioloci xüsusiyyətlərə bilavasitə (yəni dolayısı ilə) və vasitəli şəkildə təsiri bioloci amillərin sosial yönəlişlik əlamətlərinə təsirindən heç də az əhəmiyyət kəsb etmir. Doğrudur, insanın təbii imkanları, cinsi xüsusiyyətləri, sinir sisteminin tipləri anadan olarkən mövcud olur. Lakin həmin anadangəlmə təbii imkanlara, sinir tiplərinə validiyenlərin sağlamlıq səviyyəsi ilə yanaşı xüsusən də anaların alkoqolizmə, narkotik maddələrə alışması ciddi mənfi təsir göstərir. Yəni yeni doğulan uşaqların orqanizmində həmin amillərin təsiri ilə müxtəlif xəstəlik və pozğunluqlar özünü göstərir. Xüsusən də spirtli içkilərdən hamiləlik dövründə çox istifadə edən qadınların 74 %-nin övladları tam normal uşaq kimi dünyaya gəlmir və onlarda elə anadan olandan müəyyən xəstəliklər özünü göstərir. Bu cəhət onu göstərir ki, fərdin malik olduğu anadangəlmə irsi xüsusiyyətlərinə belə ana orqanizmi vasitəsilə sosial amillər bu və ya digər dərəcədə təsir göstərir.
Bununla bərabər, şəxsiyyətin istiqamətinə, şəxsi keyfiyyətlərinə təsir göstərən bioloci və sosial amillərin qarşılıqlı təsiri də çox mürəkkəb səciyyə daşıyır, çünki həmin amillər qarşılıqlı əlaqə və münasibətdə şəxsiyyətə təsir göstərərək onun davranış və rəftarlarında, şəxsi keyfiyyətlərində, onun sosial fəallığının xarakter və istiqamətində özünəməxsus izlər qoyur. Bu mənada haqlı olaraq qeyd edilir ki, insanlar qəhrəman və ya jani kimi doğulmurlar, onlar həyat prosesində belə olurlar, yəni həmin şəxsi keyfiyytlərin formalaşmasında aparıcı rolu sosial amillər, həyat prosesində təsir göstərən, insanın müəyyən şəxsi keyfiyyətlərə malik olan şəxsiyyət kimi formalaşmasını şərtləndirən amillər təşkil edir. Heç şübhəsiz, burada tərbiyə, təlim, ətraf mühitin təsiri mühüm rol oynayır. Lakin şəxsiyyətin sosial keyfiyyətlərinin formalaşmasında bioloci amillərin rolunu inkar etmək düzgün olmazdı. Bu mənada görkəmli rus psixoloqu A.N. Leontyev haqlı olaraq göstərir ki, qəribəlik təzad ondadır ki, şəxsiyyətin inkişafının ilkin şərtləri öz mahiyyəti etibarı ilə şəxsiyyətsizdir (yəni tam aydın halda bəlli deyildir). Şəxsiyyət də fərd kimi subyektin həyatı münasibətlərini ifa edən inteqrasiya prosesinin məhsuludur. Lakin bizim şəxsiyyət adlandırdığımız varlığın fərddən köklu fərqləri vardır. Çünki o ictimai münasibətlərin təsiri ilə formalaşır və öz fəaliyyəti, davranış və rəftarları ilə ictimai münasibətlər sferasına daxil olur. Buna görə də bu və ya digər şəxsdə özünü biruzə verən cinayi davranış təzahürləri əsasən sosial amillərin təsiri ilə şərtlənir.
Ancaq bir cəhət də nəzərdən qaçırıla bilməz ki, insan davranışına təsir edən və onu neqativ istiqamətə yönəldən bioloci amillər də mövcuddur. İnsan davranışına mənfi təsir göstərən bioloci amillərə aşağıdakı cəhətlər aid edilir:
- bioloci tələbatların patalogiyası bir çox hallarda seksual pozğunluğun, cinsi cinayətkarlığın səbəbi olur;
- əsəb-psixi xəstəliklər (psixopatiya, nevrosteniya və s.) onlar sinir sistemində oyanıqlığı güjləndirir, müəyyən qıcıqlayıcılara qeyri-adekvat reaksiya veril-məsinə səbəb olur, nəticədə insanın öz hərəkətləri, rəftar və davranışı üzərində sosial nəzarəti çətinləşdirir, bir sıra hallarda qəflətən baş verən cinayətlərin törənməsinə səbəb olur;
- psixofizioloji gərginliyin artıq olması, konflik şəraitinin yaranması, ətraf mühitin kimyəvi tərkibinin dəyişilməsi və s.
Bütün bu bioloci amillər, əlbəttə, cinayi davranışın baş verməsinə təsir edir. Lakin nəzərdən qaçırmaq olmaz ki, cinayi davranışın baş verməsini şərtləndirən amillər içərisində insanların zəruri tələbat və ehtiyaclarının ödənilməməsi və onun təmin olunması ilə bağlı çətinliklər də mühüm yer tutur.
Tələbatların neqativ, bəzən də cinayi davranışı şərtləndirən bir neçə cəhəti vardır. Əvvəla, tələbatlar keçmiş həyat tərzinin təsiri ilə yaranır. Yəni keçmiş həyat tərzinin ölçüləri, standartları insanların aktual tələbatlarına onların şəxsi təcrubəsi və keçmiş nəsillərin təcrubəsi, ənənəsi əsasında təsir göstərir. Keçmişdə olduğundan pis yaşamamaq yönümü bütünlükdə həyat tərzinə təsir edir.
Ikinci tərəfdən, tələbatlar proqnozlaşdırılan gələjək vasitəsilə də təsir edir. Yəni insanlar yaşayış tərzində baş verə biləjək dəyişiklikləri də proqnozlaşdırır və sabah bu gündən pis yaşamamağa jan atır. Yəni sabah əlavə tələbatların yaranması haqqında təsəvvürlər müəyyən insanların buna hazır olmaq üçün lazımi tədbirləri vaxtında görmək istiqamətində fəallıq göstərməsini şərtləndirir. Bəzi şəxslərdə belə fəallıq hüquqa zidd davranışlarla nəticələnir.
Üçüncü tərəfdən, insanların tələbatları başqa sosial qrupların və ya digər insanların həyat və yaşayış tərzinin müqayisə edilməsi nəticəsində formalaşır. Burada başqaları kimi yaşamaq, onlardan geri qalmamaq istəyi insanlarda müxtəlif davranış tərzlərinin özünü biruzə verməsinə səbəb olur.
Dördüncüsü, tələbatların formalaşması, imkana uyğun yaşamaq prinsipinə də tabe olur. Yəni burada aldığı əmək haqqına, ümumən qazancına və imkanlarına uyğun olaraq yaşayış tərzini, dolanışajağını qurmaq meyli bir çox adamlarda üstünlük təşkil edir, lakin bəziləri də bu prinsipə əməl etmək istəmir. Qaz vurub, qazan doldurmaq yönümünə üstünlük verirlər ki, bu da son nəticədə qanunazidd hərəkətlərlə nəticələnir.
Deyilənlərdən aydın olur ki, insanların ehtiyac və tələbatlarının ödənilmə dərəjəsi onların davranışlarına müxtəlif istiqamətlərdə təsir göstərir. Burada bir sıra hallarda ciddi uyğunsuzluq və ziddiyyətlər özünü biruzə verir. Yəni insanların rol davranışında konfliktin yaranması və onun şəxsiyyətdaxili həlli sosial, hüquqi və əxlaqi qadağaların ölçüsündən, eləcə də onlara riayət etmək dərəjəsindən asılıdır. Bir halda insanların tələbat və ehtiyaclarının ödənilməsi nisbətən normal səviyyədə olur, insanlar öz davranış və hərəkətlərini mövcud qaydalara uyğun şəkildə tənzim edir, qanun pozuntularına, asosial davranışlara yol vermirlər.
Digər halda isə tələbat və ehtiyacların ödənilməsi lazımi səviyyədə olmur. Maddi ehtiyaclardan əziyyət çəkən bəzi şəxslər həmin ehtiyac və tələbatların heç olmazsa minimum həddə ödənilməsi üçün müxtəlif vasitələrə əl atmaq məjburiyyətində qalırlar. Bu halda belə insanlar öz zəruri ehtiyaclarını ödəmək üçün normal iş şəraitinə, dolanışıq vasitələrinə malik olmadıqlarından bəzən qanuna zidd hərəkət və davranışlara yol vermək məjburiyyətində qalırlar. Bu halda bəzən qanun pozuntularına, hətta cinayi davranışa da yol verirlər. Burada qanunazidd davranış ehtiyac və zəlalət üzündən baş verir, yəni həmin şəxslərdə cinayətkar əmələ əl atmaları çox zaman situativ səciyyə daşıyır və daxili yönümlə, stereotiplə şərtlənmir.
Lakin buna baxmayaraq, hər hansı səbəb və ya motivlə olur olsun cinayətə yol vermiş şəxs müəyyən psixoloji xüsusiyyətləri ilə fərqlənir və buna görə də istər psixoloji, istərsə də hüquq ədəbiyyatında işlədilən cinayətkarın şəxsiyyəti anlayışı onu bioloci xüsusiyyətlərinə görə deyil, sosial keyfiyyətinə və ya sosial fərd kimi əməlinə görə belə adlanır. Buna görə də kriminoloci cəhətdən şəxsiyyət öyrənilərkən insan şəxsiyyəti sosial şəraitlə, mühitlə qarşılıqlı əlaqə və münasibətdə, qarşılıqlı təsirdə nəzərdən keçirilməlidir, çünki cinayətkar davranışı özlüyündə nə şəxsiyyət, nə də mühit təyin etmir və yaratmır, məhz onların qarşılıqlı təsiri belə bir davranışın baş verməsini şərtləndirir. Buna görə də sosial mühit nəinki insan davranışını təyin edən zəmin və şəraitdir, həm də insanların həmin şəraiti yaradan və dəyişdirən davamlı fəaliyyətidir. Deməli, sosial mühit insanların sosial inkişafının həm mənbəyi, həm də məhsuludur.
Cinayətkarın şəxsiyyəti kriminal psixologiya üçün həm də müstəqil məna kəsb edir, başqa sözlə müstəqim mənaya malikdir, çünki o yalnız hər hansı xarici şəraiti əks etdirmir, həm də qarşılıqlı təsirin fəal tərəfi kimi çıxış edir. Yəni cinayətkarın şəxsiyyəti üçün şüurlu, məqsədəyönəlmiş fəaliyyət də xarakterikdir. Buna görə də sosial şəraitin cinayətkar davranışla əlaqəsi mürəkkəb səciyyə daşıyır. Çünki sosial şərait cinayətkarın şəxsiyyətindən, onun psixi keyfiyyətlərindən sınıb keçərək cinayət əməlində təzahür edir. Bir sıra hallarda sosial şərait cinayətkar şəxsiyyətinə xüsusi möhür vurur, yəni xüsusi sosial şəraitdə cinayətkar davranış yalnız ayrı-ayrı təzahürlər şəklində deyil, ayrı-ayrı adamların şəxsində professional cinayətkarlıq davamlı davranış forması kimi təzahür edir. Belə şəxslər hətta şərait dəyişsə belə öz cinayətkar əməlindən əl çəkmir, yəni dəyişilən şəraitə uyğunlaşaraq qarşıya çıxan maneələri aradan qaldırmağa çalışır ki, yenə cinayət əməlinə qayıtsın.
Deyilənlərdən aydın olur ki, kriminal psixologiyada cinayətkarın şəxsiyyəti ilə onun sosial mühitinin qarşılıqlı əlaqəsinə kompleks halda yanaşmaq, yəni mühit və şəxsiyyətin müxtəlif çalarlı münasibətlər sistemini ətraflı öyrənmək və nəzərə almaq lazımdır.
Çünki cinayətkarlıq nəinki bir sıra cinayət əməllərinin məjmuidir, həm də belə əməlləri törədən, yəni vaxtaşırı cinayətlər törədən şəxslərin məjmuidir. Təsadüfi deyildir ki, cinayətkarlığın strukturu, vəziyyəti və inkişaf dinamikası araşdırılarkən nəinki cinayət faktları, həm də cinayətkarlar kontingenti, başqa sözlə cinayətkar qrup və ya dəstə də ətraflı öyrənilir.
Bu yolla əldə edilən faktların, eləcə də subyektiv amillərin ümumiləş-dirilməsi cinayətkarlığın dinamikasını da daha dəqiq surətdə proqnozlaşdırmağa imkan verir. Həm də cinayətkarlığın sosial proseslərə təsirini də müəyyən etməyə imkan verir, eləcə də cinayətkarlığa qarşı mübarizəni əsaslı surətdə təşkil etməyi mümkün edir. Buna görə də cinayətkarların şəxsiyyətini, onların psixoloji xüsusiyyətlərini öyrənmək kriminal psixologiya üçün xüsusi əhəmiyyət kəsb edir.
Cinayətkarlığın sosial determinasiya mexanizmi cinayətkarların şəxsiyyətini öyrənərkən iki yanaşma tərzini, yəni sosial tipik və sosial rolla bağlı cəhətləri uzlaşdırmağı zəruri edir. Birinci halda hər şeydən əvvəl şəxsiyyətin sosial mövqeyi, müəyyən sosial normaları, onları dərk etmək və icra etmək xüsusiyyətləri təhlil edilir. Bu halda şəxsiyyətin sosial amillərlə şərtlənən və sosial təsirlərin obyekti olan davranış xüsusiyyətlərinə daha artıq diqqət yetirilir.
Ikinci halda isə şəxsiyyət fəal varlıq, ictimai münasibətlərin subyekti kimi nəzərdən keçirilir. Yəni şəxsiyyətə sosial rol baxımından yanaşdıqda onun obyektiv olaraq kriminogen səciyyə daşıyan mövqe və funksiyalarını görməyə imkan verir, çünki bunlar şəxsiyyətin üzərinə müəyyən vəzifələr qoyur, onlar da mahiyyət etibarılə mövcud hüquq normalarına zidd olur, onları ancaq və ancaq qanun pozulması ilə yerinə yetirə bilər. Deməli, sosial rol funksiyası (kriminal qrupda) şəxsiyyətə bir birini inkar edən tələblər verir, yəni qanuna zidd olsa da müəyyən hərəkət və əməli etməlisən, belə bir tələbin meydana çıxması insanı sosial hüquqi konflikt şəraitinə salır, yəni ona olan müsbət təsirləri heçə endirir.
Sosial-tipoloci yanaşma şəraitin, ətraf mühitin hansı tip şəxsiyyət yetirməsini aydınlaşdırmağa imkan verir, yəni onun hansı sosial mövqe və rolu yerinə yetirməyə hazır olmasını müəyyən etməyə imkan verir. Bununla bərabər, belə bir yanaşma sayəsində şəxsiyyətin müvafiq tipik situasiyalarda maneələri aradan qaldırmağa, ziddiyyətləri həll etməyə nə dərəcədə jan atmasını aydınlaşdırmağa da kömək edir.
Kriminal psixologiya üçün bir cəhət də xüsusi əhəmiyyət kəsb edir ki, ümumən cəmiyyətdə, ya ölkədə, eləcə də hər hansı bölgədə cinayətkar davranışa meylli şəxsiyyət tipi nə dərəcədə yayılmışdır və belə tiplər cəmiyyətin digər üzvləri ilə necə rəftar edirlər, onlara nə dərəcədə uyğunlaşa bilirlər. Bununla bərabər, cinayətkar davranışa meyilli şəxslərin təşəkkülünün sosial iqtisadi, sosial psixoloji səbəb və şəraiti necədir?
Buna görə də kriminal psixologiyanın mühüm vəzifələrindən biri şəxsiyyəti cinayətkar davranışa sövq edən daxili və xarici təhrikləri, onların müəyyən xarici aləm faktorları ilə çulğaşaraq hər bir fərd üçün krimonogen şərait yaratması məsələsini ətraflı araşdırmaqdır.
Həm də nəzərdən qaçırmaq olmaz ki, hər bir şəxsə onun inkişafının, tərbiyəsinin sosial xarakterindən asılı olaraq bu və ya digər insanla, yaxud insan qrupu ilə yaxınlaşmaq, onlara müəyyən əlaqə və münasibətdə olmaq səciyyəvidir, çünki bu yolla o, öz ünsiyyət tələbatlarını ödəyə bilər, həm də öz şəxsi və birgə məqsədinə nail ola bilər. Həmin qruplarda, toplumlarda insan özünəməxsus mövqe qazanır, bəzən də bu mövqe asılılıq, tabe olmaq şəklində təzahür edir. Lakin janilərdən, cinayətkarlardan fərqli olaraq hüquq normalarını gözləyən şəxslər ürəyi istəmədiyi qrupdan çıxa, ondan uzaqlaşa bilər, ona öz münasibətini dəyişə bilər, yəni öz daxili mövqeyini dəyişə bilər.
Lakin bir çox janilər üçün situasiya tamamilə başqa məna kəsb edir. Başqa birisi ilə rabitə (məişət münasibətində cinayətin qurbanı ilə) münasibət onun üçün çox ciddi əhəmiyyət kəsb edir, bəzən hətta belə rabitə, əlaqə onun üçün həyatını təmin etmək vasitəsi olur. Bir çox hallarda cinayətkar öz qurbanına onun tələbatlarını ödəyən əsas vasitə sayır və bunu ona təlqin etməyə çalışır. Deyliənlərdən aydın olur ki, kriminal psixologiyada sistem yanaşma sayəsində cinayətkarın psixoloji xüsusiyyətləri daha ətraflı öyrənilir və praktik əhəmiyyətli nəticələr əldə edilir.
Həmin yanaşmanın başlıja müddəaları aşağıda qeyd edilən cəhətlərdən ibarətdir:
- hüqüq pozğunluğuna və xüsusən də cinayətkar davranışa yol verənlərin şəxsiyyəti mürəkkəb ierarxik sistem kimi tədqiq edilir və həmin sistemdə cinayətkar davranışla bir başa əlaqəsi olan elementlər ayırd edilir;
- qanun pozanların, cinayətkar davranışa yol verənlərin şəxsiyyəti onların fəaliyyəti, sosial şəraitlə qarşılıqlı münasibətləri vasitəsilə dərk edilir, öyrənilir;
- şəxsiyyət və onun fəaliyyəti ilə yanışı tədqiqatın, araşdırmanın mühüm tərkib hissələrindən biri də fərdi əhatə edən mühit, xüsusən də sosial mikromühit olmalıdır.
Bütün bu cəhətlər dəqiq surətdə nəzərə alındıqda kriminal psixologiya özünün başlıja problemlərini müvəffəqiyyətlə həll edə bilər. Çünki tədqiqatlar göstərir ki, müxtəlif növlu (zorakılıq, ehtiyatsızlıq, maddi təmanna və s.) ilə bağlı cinayətlərdə hüquqazidd davranışa yol verən şəxslərin motivasiya sahəsində ciddi təhriflər, pozulmalar baş verir. Yəni onlarda hüquqi şüur lazımi səviyyədə inkişaf etməmiş olur, ona görə də cinayətkar davranışa yol verirlər.
Qeyd edilən cəhətlər onu göstərir ki, kriminal psixologiyanın predmeti çox mürəkkəb və çoxcəhətlidir, burada hüquq pozğunluqlarının psixoloji mexanizmlərinin, cinayətkarların psixoloji xüsusiyətlərini öyrənmək önəmli yer tutur və bu sahədə əldə edilən elmi nəticələr hüququ zidd davranışla mübarizə işində xüsusi əhəmiyyət kəsb edir.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 2911 Əlavə edilib: 2 2011  

, Qonaq, .

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«     2018    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Dost saytlar
{friend}

Arxiv
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick