Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Boşanmanın uşaqlara təsiri
  • 100
Boşanma ailə üçün mühüm bir qərardır. Bir çox ana-ata uşaqlarını düşünərək bu qərarı təxirə salar və ya boşanmanı heç düşünməz. Uşaqların həm bioloji həm də psixoloji inkişaf mərhələlərinin sağlam olması üçün onların yaxşı bəslənmə qaynaqlarına ehtiyacı vardır. Bu qaynaqları, birinci planda uşağın doğulub böyüdüyü ailə mühiti təmin edər. Daha sonra isə təhsil mərhələlərində bu bəslənmə davam edər. Ana-ata olma, öhdəçilikləri və məsuliyyətləri olan bir vəziyyətdir. Qurani Kərimdə də uşaqlara layiq olduğu dəyəri vermək, onları sevib qorumaq, onların dincliyi üçün çalışmaq və ehtiyaclarını aradan qaldırma mövzusu vurğulanmaqdadır. Bir yerdə yaşayan, rolların müəyyən olduğu, mənəvi dinamiklərin möhkəm bir şəkildə zireh meydana gətirdiyi ailələrdə, uşaqlar daha sağlam inkişaf edər. Qarşıdurmanın, eqoist və tək tərəfli dünyagörüşünün hakim olduğu, hər fərdin öz mənfəətlərini ön plana çıxardığı bir mühitdə isə, uşaqların psixologiyası zamanla pozular.
Boşanma, ən çox uşaqlara təsir edər. Çünki onların uşaq və günahsız baxışında ailə, son dərəcə əhəmiyyətli bir müəssisədir. Ana atanın bir yerdə olması, uşağa güvən və hüzur verər. Davamlı qarşıdurma və döyüş mühitinin olması, uşağın həyata dünyagörüşünü pozar. İç dünyası sarsılan uşağın davranışlarında ciddi pozulmalar görülər. Ana-atalar özlərinə daha dolanışıqlı bir ailə qurmaq üçün dolanışıqsız mühiti tərk edib, öz xoşbəxtliklərini axtararkən, onların bədbəxtliyinə səbəb olarlar. Uşaqların həyatdakı ən mühüm güvən simvolu olan ana və ata birlikliyinin pozulması, onlarda psixiatrik problemləri də güllələyə bilər.
Vəziyyətin daha yaxşı başa düşülməsi baxımından bir misal ilə boşanma müddətini açıqlaya bilərik: Ailəsinin tək uşağı olan Elçin beş yaşındadır. Ana və atası işləyir. Evliliyin ikinci ilində dünyaya gəlmişdir. Üç yaşına gəldiyində ana-ata arasında ünsiyyət problemləri başlamışdır. Hər nə qədər ana-ata diqqət yetirsə də, çox zaman valideyinlər arasındakı mübahisələrə şahid olur. Mübahisə sonrası Elçin, böyük bir kədər yaşamaqda lakin bunu ifadə edə bilməməkdədir. İrəliləyən illərdə Elçin ətrafında yoldaşlarına qarşı daha əsəbi, tez ağlamaya meylli, yemək yemə və yuxu mövzusunda uyğunlaşmazlıq göstərən, uşaqcasına davranışları ilə diqqət çəkən bir uşaq olmuşdur. Ana-ata arasındakı qarşıdurmaların nəticəsində Elçinin gündüz davranışları da dəyişmişdir. Gündüz yaşanan davranış problemlərinin bənzəri, evdə də özünü göstərməyə başlamışdır. Zaman keçdikcə ailə içi stress artmaqda və ana-ata arasındakı mübahisə şiddətlənməkdədir. Bir neçə dəfə ailə içi şiddətə şahid olmuşdur. Nəticə olaraq valideyinlər boşanma qərarı almışlar. Boşanma qərarını uşağa söyləmişlər; ancaq bu mərhələdən sonra Elçinin davranışları daha da dəyişmişdir. Boşanma qərarı deyildikdən sonra, Elçində sevdiklərini itirmə və tərk edilmə qorxusu, gələcək adına qayğılar, anasından ayrılmaq istəməmə və bədbəxtlik baş göstərmişdir. Ana-ata boşandıqdan sonra Həsən, anasının yanında qalmağa, atasını da müəyyən zamanlarda görməyə başlamışdır.
Bu misalda görüldüyü kimi, valideyinlərin boşanma müddətlərində yaşadıqları çətinliyin əhəmiyyətli bir qisimi, uşaqlarına əks olunmaqdadır. Hər yaşda fərqli reaksiyalar olmasına baxmayaraq,Elçinin verdiyi reaksiyalar yaşına uyğundur. Buna görə boşanma müddəti və sonrasında uşaqların ruh sağlamlığının diqqətə alınması lazımdır. İdeal olaraq ana-atalar, öz qarşıdurmalarını uşaqlarına əks etdirməyib, boşanma sonrasında da uşağın bu müddətdə meydana gələ biləcək mənfiliklərdən təsirlənməsini düşünməlidirlər. Valideyinlərin ayrılaraq özlərinə hüzuru seçmələri, uşaqlarının bədbəxtlik və narahatlığı ilə nəticələnirsə, boşanma qərarı da eqoist və tək tərəfli bir qərar olaraq ortaya çıxmaqdadır. Burada hər ana atanın ‘Ya onların xoşbəxtliyi nə olacaq? Ya onların duyğuları nə olacaq?’ şəklində düşünərək tək tərəfli qərar verməkdən qaçınması lazımdır.

İdarə edilə bilər və ya düzəldilə bilər səviyyədəki ailəvi stressi aradan qaldırmaq üçün daha da əhəmiyyətlisi, özümüzü xoşbəxt hala gətirmək üçün uşaqlarımızı bədbəxtliyə itələməməliyik. Uşaqlarda yaşanması olabiləcək psixoloji çətinlikləri isə, zamanında fərq edərək, dəstək müddətini başlatmalıyıq. İnkişaf müddətini tamamlamamış uşaqların iç dünyalarının zədələnilməməsi üçün, edilməsi lazım olan hər şey edilməlidir. Ana-ata ayrılığı yaşayan uşaqların, evlilik düşüncələrində pozulmalar, evlilik həyatlarında daha sıx sarsıntılar, şəxsi həyatlarında isə, daha çox psixiatrik problemlər görülməkdədir. Valideyinlər boşanma qərarı vermədən əvvəl, uşaqlarının bütün həyatını göz önünə götürməli, qərarlarının nəticələrini vicdanlarında hiss etməlidirlər.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 2334 Əlavə edilib: 26 декабря 2011  

#1 Müəllif: sky (5 февраля 2012 14:57)


Qrup: Istifadəçi
Zaman kecdikce usaqlar da bosanmaya alisir.Ancaq her bir bosanma usagin psixologiyasina menfi tesir gosterir.Bunu usagin gelecek heyatinda da musahide etmek mumkundur.
ICQ:

 
Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©