Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Art - terapiya
  • 0
Artterapiya 20-ci əsrin 30-cu illərində yaranmışdır. Onun birinci dərsi II dünya müharibəsi zamanı Almaniyadan ABŞ-na emiqrasiya olunmuş,emosional-şəxsi problemli uşaqların korreksiyasına cəhd edilməsi zamanı tətbiq edilmişdir. Rusiyada da artterapiyadan həmin vaxtlar istifadə edilmişdir. Bu, faşist düşərgələrində böyük stress keçirmiş, sonra isə ABŞ-a aparılmış uşaqlar üzərində keçirilmişdir. O vaxtdan etibarən artterapiya geniş əhatə dairəsi tapmış və sərbəst metod kimi istifadə olunur. “Artterapiya” termini (incəsənətlə terapiya) ilk dəfə 1938-ci ildə Adrian Hill stasionarda yerləşən vərəm xəstələri ilə işləyərkən öz yazılarında tətbiq etmişdir. Bu söz birləşməsi incəsənətin bütün növləri arasında istifadə edilərək, xəstəxanalarda, psixi sağlamlıq mərkəzlərində tətbiq edilirdi. Bu, psixoterapiyanın xüsusiləşmiş formasıdır və incəsənət üzərində əsaslandırılmışdır (Ilk növbədə təsviri və yaradıcı fəaliyyətdə). Ilk öncə artterapiya Z.Freydin və K.Yunqun nəzəri kontekstində yaranmışdır, sonralar daha geniş konseptual baza qazanmışdır. Bu, K.Rocersin (1951) və A.Maslounun (1956) təklif etdikləri humanist modellər əsasında öz inkişafını tapmışdır.
Artterapiyanın əsas məqsədi şəxsiyyət inkişaf harmonizasiyasının özünüifadə və özünüdərketmə qabiliyyətinin inkişafından ibarət olmasıdır. Artterapevtik təsirin vacib üsullarından biri aktiv təsəvvür üsuludur. Burada iki əsas ünsür bir-biri ilə üzləşir: şüurlu və şüursuz; onlar bir-biri ilə affektiv qarşılıqlı təsir vasitəsilə barışdırılır. “Humanitar istiqamətli nümayəndə” kimi çıxış edən artterapevtik korreksiya təsiri klientyə özünüifadə və özünürealizə etməkdə praktiki olaraq məhdudiyyətsiz imkanlar yaradır, öz “Mən”ini dərk etməkdə və təsdiq etməkdə ona kömək edir. Korreksiya mexanizminin digər imkanlarından biri kimi, hər iki tərəfin nümayəndəsinin fikrincə, yaradıcılıq prosesi meydana çıxır, reallıq, əvvəllər tədqiqatlardan gizlədilən, yeni münasibətləri təcəssüm etdirən hallar anladılır. Artterapiya kifayət qədər geniş yayılmış, 1960-cı ildə Amerikada Amerika artterapevtik assossiyasiyası təşkil edilmişdir. Buna oxşar qurumlar həmçinin Ingiltərə, Yaponiya, Hollandiyada da yaradılmışdır. Yüzlərlə peşəkar artterapevt psixi və ümumsomatik xəstəxanalarda, klinikalarda, mərkəzlərdə, məktəblərdə, həbsxanalarda, universitetlərdə çalışırlar. Artterapiya həm əsas, həm də köməkçi metod kimi tədbiq edilə bilər. Onun hər iki metodunu xarakterizə edən iki təsir mexanizmini göstərmək lazımdır:
I mexanizm ondan ibarətdir ki, incəsənət xüsusi simvolik formada konfliktli, zədələnmiş vəziyyəti rekonstruksiya edir və onun həllini subyektin kreativ qabiliyyəti əsasında tapır.
II mexanizm təbiətin estetik reaksiyaları ilə bağlıdır.Bu bağlılıq təsiri “əziyyətli,ağrılı affektdən ləzzət, həzzverici hala qədər” dəyişməyə imkan yaradır.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 1619 Əlavə edilib: 21 февраля 2012  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©