Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: K.İzardın differensial emosiya nəzəriyyəsi.
  • 0
K.İzardın differensial emosiya nəzəriyyəsi.
Bu nəzəriyyədə öyrənmə mənbəyini xüsusi emosiyalar təşkil edir,hansı ki,onların hər birini bir-birindən ayrı sərbəst həyacan motivasion prosesi kimi nəzərdən kecirilir.K.İzard aşağıdakı 5 əsas tezisi postulat kimi qəbul edir:
1.insan varlığının motivasiyon sisteminin əsasını 10 bazis emosiyalar təşkil edir: sevinc,kədər,qəzəb,nifrət,qorxu,utancaqlıq,günahkarlıq,təəccüblənmə,maraq,nifrət;
2.hər bir bazis emosiya nadir motivasyon funksiyaya sahibdir və təəssüratın spesifik formasını fərz edir;
3.fundamental emosiya müxtəlif cür yaşanır və müxtəlif cür insanın davranışına və koqnitiv sferaya təsir edir;
4.emosianal proses drayvalara qarşılıqlı təsir edir və hemostatik,perseptiv,koqnitiv və hərəki proseslərlə də onlara təsir edir;
5.öz növbəsində drayvalar hemostatik,perseptiv,koqnitiv və hərəki proseslər emosianal proseslər keçməsinə təsir edir.
Öz nəzəriyyəsində K.İzard emosiyaları mürəkkəb proses kimi təyin edir,neyrofiziloji,sinir-əzələ və hissi-həyəcan aspektlərini emosiyaya sistem kimi baxdığı bütün hər bir şeyi daxil edir.Bəzi emosiyalar, hansı ki,onların əsasında yaranmış mexanizmlər durur,ierarxiv təşkil olunur.Emosiyaların mənbəyi neyron və sinir-əzələ aktivatorları (hormonlar və neyromediatlar, narkotik vasitələr,beyin qanının temperaturunun dəyişməsi və neyrokimyəvi proseslər),affektiv aktivatorlar (ağrı,yorğunluq,digər emosiyalar) və koqnitiv aktivatorlardır( qiymət atribusiyası, yaddaş,antipatiya).
Bazis emosiyalardan danışarkən K.İzard bir neçə əlamətləri qeyd edir:
1.Bazis emosiyalar həmişə aydın və spesifik sinir subtratına malikdirlər;
2.Bazis emosiyalar özündə xüsusi və cəlb edici üz-əzələ hərəkətlərinin konfiqurasiyasının köməyi ilə yaradır.
3.Bazis emosiyalar aydın və spesifik olaraq dərk edən insanın təəssüratları ilə müşayət olunur.
4.Bazis emosiyalar təkamül-bioloji proseslər nəticəsində yaranır.
5.Bazis emosiyalar insana təşkil edici və motivləşdirici təsir edir və onunadaptasiyasına xidmət edir. 12
Belə ki,K.İzard özü də qeyd edir ki,bazisə əsaslanan bəzi emosiyalar bütün bu əlamətlərə himayədarlıq etmir.Günahkarlıq emosiyası mimiki və pantamimiki təəəssüratlara malik deyil.
Digər tərəfdən bəzi tədqiqatçılar bazis emosiyalar və xarakteristikalarının əlavə qazanılmış olduğunu qeyd edirlər.Bazis emosiyaları o emosiyalar adlandırmaq olar ki,onların dərin filogenetik kökləri olsun,həm də təkcə insanlar deyil,heyvanlarda da olsun.S.Şevalle-Skolnikov haqlı olaraq qeyd edir ki,emosianal təəssüratların tərzi emosiyaların fundamentallığına o vaxt şahidlik edir ki,onların filogenetik əmələ gəlməsi insan və ya digər primatların mimikasında ekspressiv olaraq uyğun gəlir.Buna görə də belə insanda yaranmış diskret emosiyalar (utancaqlıq, günahkarlıq) onlara aid deyil.Çətin ki,emosiyaları maraq və utancaqlıq adlandırmaq olar.
Emosiyaların motivasion mahiyyətini inkar etmədən K.İzardla çətin razılaşmaq olar ki, emosiyalar orqanizmin əsas motivasion sistemidir və fundamental şəxsi proseslər keyfiyyətində və insan varlığının mahiyyəti və əhəmiyyətini əlavə edir.Motivasiya K.İzardın təsəvvür etdiyindən olduqca çətindir.Emosiyalar insanın davranışında qərar qəbuluna motivator keyfiyyətində təsir edir.Eynilə insan varlığının mahiyyəti və əhəmiyyəti təkcə emosiyalarla təyin olunmur,dəyərlər və sosial təlabatlarla da təyin olunur.Emosiyalara bir neçə qeyri-adi baxışlar bir tərəfdən orqanizmin motivasion sistemi kimi,digər tərəfdən fundamental şəxsi proses kimidir.



Tərcümə edən: Diyanə Hüseynova


Mənbə:Е.П.Ильин,Эмоции и чувство,Санкт –Петербург,
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 626 Əlavə edilib: 16 May 2012  

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©