Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Emosional reaksiyaların fizioloji mexanizmləri.
  • 0
Emosional reaksiyaların fizioloji mexanizmləri.
Anatomik biliklər emosianal reaksiyalarla bağlıdır.E.D.Xomski və N.Y.Batovun qeyd etdiyi kimi beyin təşkilinin emosianal sfera ilə bağlı sualları az işlənilmişdi.Bu müəyyən edilmiş emosiyaların beyin lokalizasiyasının yönəlişliyi ilə bağlı fizioloji tədqiqatlara geniş analiz vermir.Bu neyrofizioloqlar tərəfindən hazırlanıb.
E.D.Xomski və N.Y.Batov emosianal sferanın beyin təşkilinin öyrənilməsində 2 istiqaməti qeyd edirlər:
1.qapalı(ensiz) lokalizasionizm
2.sistem yanaşma
Qapalı lokalizasionizm konsepsiyasının tərəfdarları iddia edirlər ki,hər bir “bazis” emosiyalar öz mərkəzlərinə sahibdirlər.Belə ki,heyvanların təcrübələrində və insana terapevtik müdaxilədə istifadə olunmuş elektostimulyasiyada müəyyən edilmiş beyin nahiyələrində göstərilmişdi ki,adacığın öncəki hissəsi,hipotalamusun,qapaqcığın arxa hissəsi,mindal nüvəcik qorxu emosiyası ilə;mindalina və talamusun medial nüvəsi – həyəcan;hipotalamusun ön hissəsi, arakəsmə nahiyə,frontal nahiyə -məmnunluq yaşantısı ilə(Delqado,1971;Bextereva,1980; Smirnov,1967;Collier,1977;Grosssman,1970.) bağlıdır.Beləliklə,emosianal reaksiyalar bu müəlliflərin fikrincə qabıqaltı mərkəzlərlə bağlıdır.Bu tədqiqatlar göstərirlər ki,baş beynin qapalı lokallaşdırılmış qıcıqlandırıcıları əhəmiyyətsiz emosiyalar yaradır.Qalan emosiyalar bazis emosiyaların uyğunlaşdırılmasında ciddi lokalizasiya və şərtlirefloktor kimi yaranır. 13
Tədqiqatçılar,emosiayaların qabıqaltı substratlarına sistemli yanaşmadan baxaraq “emosianal beynin” və ya “Peypeç sahəsinin”mövcudluğunu qeyd edirlər. “Emosianal beyin”sistem kimi təsvir olunur və 3 qarşılıqlı əlaqədə olan hissədən ibarətdi:
1.ön beynin limbik sistemi (hippokamp,arakəsmə,periformalı qabıq və öyrənmələr);
2.hipotalamus (ön kompleksin 32 cüt nüvəsi,hansı ki,parasimpatik vegetativ sinir sistemi ilə bağlıdır, eləcə də arxa komlekslər,hansı ki, simpatik sinir sistemi ilə bağlıdır);
3.orta beynin limbik nahiyələri (mərkəzi boz maddə,retuklyar formasiya ilə üzbəüz mərkəzlər).
Mövcud anda limbik sistem emosianal reaksiyaların təmin olunmasında iştirak edərək müxtəlif beyin sistemi kordinatorları rolunu rədd edir, “limbik beynin” mərkəzi hissələri ikitərəfli olaraq qabıqaltı strukturla əlaqəyə malikdir,eləcə də böyük yarımkürələrin müxtəlif qabıq nahiyələri ilə.Emosiyaların tənzim olunmasında qabığın yeni rolu heyvanlarda eksperimentlərdə və insanlarda klinik müşahidələrdə göstərilir.
Emosianal reaksiyaların yaranmasında reflektor reaksiyalar.
Emosianal reaksiyalar qeyri-ixtiyari və ixtiyari olaraq yarana bilər.Qeyri –iradi yaranma şərtsiz və şərti reflektor ola bilər (məsələn,qorxu(vahimə)emosiyası və ya duyğuların emosiansal çalarları).
Yeni doğulmuş uşaqlar,hətta baş beyin yarımkürələrsiz doğulmuşlar da yeməyə mimiki(ağız burnunu əymə)reaksiya verirlər (Steiner,1973).Öyrənmə həddində uşaqlar “korlanmış yeməyi” tanımağa başlayan kimi (təxminən 7 yaşlarında baş verir) onlar onlara korlanmış təsiri bağışlayan isətənilən yeməyə nifrət bəsləyir (daha doğrusu agız burnunu əyir).Bu zaman artıq bu yeməyin həqiqətən belə olub olmaması vacib deyil(Rozin,Fallon,1987).
Amerikan psixoloqları C.Uotson və R.Reynor qorxunun şərtlənməsini eksperimental şəkildə yoxlayırlar.Tədqiq olunan 11aylıq oglan uşağı idi.Ona ağ siçan göstərirlər,o,heç bir qorxu keçirmir.Bu halda eksperimentatorlar hər dəfə tədqiq olunana siçanı gösətdikdə gur cigiltili səslər səsləndirirlər.Səsə görə tədqiq olunan ağlayaraq ordan uzaqlaşmaq istəyirmiş.Bir neçə dəfə təkrarlandıqdan sonra uşaq bir siçanın görünməsində belə hürkməyə başlamışdı.Tezliklə o digər ağ rəngli obyektlərdən belə qorxmağa başlamışdı.
Bu eksperiment göstərir ki,insanda bu üsulla qorxu hissi yaranır.
Emosiyaların yaranmasında ixtiyari mexanizmlər hər şeydən əvvəl insanların imkanlarının dəyəri və təlabatların təmin olunması ilə bağlıdı.Emosiyalar insnaların bu və ya digər obyektərin təqdim etməsi nəticəsində yarana bilər,eləcə də keçmişdə qalmış və baş verən hadisələrdə (emosianal yaddaş).
Emosiya və ali sinir fəaliyyəti.
1949-cu ildə məşhur Pavlov sessiasından sonra bütün yaradılışlar şərtireflektor fəaliyyətlə əlaqələndirilir,emosiyalar təkcə fizioloqlar deyil psixoloqlar tərəfindən də bu mövqedən öyrənilir.Bu mövqe yayılmağa başlayır,emosiyalar dinamik steriotipin pozğunluğu,adi-şərtsiz reflektor nəticəsində yaranır.A.Q.Kovalev (1970) İ.P.Pavlovun fikrinə və təsəvvürlərinə əsaslanaraq qeyd edirdi ki, “müvəqqəti 14
əlaqələrin və ya münasibətlərin qurulması sisteminin asanlığı,hansı ki,əlverişli daxili və xarici şərtlərlə müəyyən olunur,müsbət emosiyalarla bağlıdır. Və əksinə,mənfi emosiyaları insan müvəqqəti əlaqələrin qırılması,şərtin və ya təlabatın qəflətən dəyişməsi sistemində hiss edir.Daha aydın emosiyanın yaranması adət almış bağlılığın müxtəlifliyində və ya steriotipin pozulması və ya kök salmış əlaqələr sistemi ilə bağlıdır”.
Pavlovun özü deyirdi ki,anadangəlmə emosiyalar anadangəlmə təlabatların ödənilməsi və ya ödənilməməsi,instinktlərlə bağlıdır və əldə edilmiş emosiyalar ontogenezdə anadangəlmə təlabatların təmin olunmasına istiqamətlənmişdir.Eyni zamanda o,heyrətamiz asan şəkildə müsbət və mənfi emosiyaların fizioloji mexanizmlərinin izahını verir:birinci –oyanıqlıq, ikinci – ləngimə ilə bağlıdır.İclasların birində deyirdi: “Şübhəsiz – qorxuların fizioloji əsasları ləngimədir.Demək,bütün qorxu və nigarançılıqlar sırası –bunlar müxtəlif dərəcəli və kiçik variasiyalı ləngimə prosesi olacaqdır”.Və ya “mənfi xarakterli emosiyalar –ləngimədir.
“Ali sinir fəaliyyətinin fiziologiyası”məruzəsində Pavlov deyirdi: “düşünmək lazımdı ki,dinamik steriotipin müdafiə və yönəlişliyində yarımkürələrin sinir prosesləri onun 2 əsas kateqoriyası-müsbət və mənfi və onların intensivlik dərəcəsi ilə adi şəkildə hisslər adlandırılır.Steriotiplərin yönəlmə prosesləri,yönəlişliyin tamamlanması,steriotipin müdafiə olunması və onun pozulması subyektiv müxtəlifliyə-mənfi və musbət hisslərə malikdir...”ASFdə emosiyaların yaranmasının mexanizmlərinin belə açıq bağlaması dinamik streotiplərlə bağlılığı Pavlov düşüncəsinə xarakterik olaraq digər məruzəsində qeyd edir : “baş beynin yuxarı nahiyələrində dinamik steriotip”fikrinə əsaslanaraq qeyd edir: “mənə elə gəlir ki,həyat obrazının adi dəyişikliyində, vərdiş almış məşğələlərin dayandırılmasında,yaxın adamın itirilməsində və s.də ağır hisslər dəyişiklikdə köhnə steriotiplərin pozulması və yenilərinin qurulmasında əhəmiyyətli dərəcədə fizioloji əsaslara malikdir”.Əlbəttə,steriotipin pozulması mənfi emosiyaların yaranmasına səbəb ola bilər,ancaq bu səbəb emosianal reaksiyaların fizioloji mexanizmi deyil.
R.Solomon və D.Korbit bəzi emosiyaların məhrum edilməsi hipotezini (emosiya əlamətinə görə müqayisə edilməsində induksionizm mexanizmlərinin yaranması)irəli sürürlər,pozitiv affektin aktivasiyasına müvafiqliq bilavasitə neqativ affektlərlə emosiyaları aktivləşdirir.Və əksinə olaraq,neqativ affekt pozitiv affektləri aktivləşdirir.Nəticə etibarilə,sevinc bəzi ilkin neqativ təsüratın funksiyasıdır.Bu eyni zamanlılıq induksiyanın fizioloji təsəvvürlərinə uyğundur,bir mərkəzin oyanıqlığı yanındakı digər mərkəzin ləngiməsinə gətirib çıxarır,ancaq birincinin ləngiməsi isə ikincinin ləngiməsinə səbəb olur.
Emosiya və vegetativ sinir sistemi.
Bəzi müəlliflər mənfi emosiyaları ən çox vegetativ sinir sisteminin simpatik şöbəsinin, mərkəzi adrenergetik strukturların aktivləşdirməsi;müsbət emosiyalar isə - parasimpatik şöbənin və xolienergetik təbiətin strukturlarının aktivləşməsi ilə əlaqələndirir(Anoxin,1957;Kalyujnıy, 1964;Bovard,1961).
Beləki,P.V.Simonov (1970) qeyd edir ki, çoxsaylı eksperimental faktlar
15
(Bartelt,1956; Gellhorn, 1964 və s.) hər iki şöbənin vegetativ sinir sisteminin müsbət emosiyaların realizasiyasında iştirakı kimi,mənfi emosianal vəziyyətin də realizasiyasında mərkəzi simpatik və parasimpatik şöbələrin nümayəndələrinin qarşılıqlı təsirinə şahidlik edir.Bu mərkəzlərin aktivləşdirilməsi eyni zamanda baş verə bilər.C.Leysinin və digərlərinin məlumatına əsasən bir və həmin emosianal reaksiya ürək döyünməsinin (simpatik dəyişiklik) sürətlənməsi və parasimpatik dəyişikliyin şiddətlənməsi ilə müşayət oluna bilər Mənfi emosiyalar zamanı parasimpatik şöbənin də əlamətləri özünü göstərir (Smith,Venger,1965).N.D.Skryabinin (1974)tədqiqatlarında bəzi insanlarda qorxu zamanı ürək döyüntülərinin kəsilməsi müşahidə olunur.Və əksinə,müsbət emosiyalar zamanı,məsələn,əyləndirici kinofilmlərə baxış zamanı simpatik-adrenalin dəyişikliklər müşahidə olunur(Levy,1965).
Simonov hesab edir ki,simpatik və parasimpatik təsirin iştirak dərəcəsi mənfi emosiyaların xarakterindən asılıdır.Aktiv müdafiə mütləq aqressiv reaksiyalarla,ürək döyüntülərilə,passiv müdafiə isə - ürək döyüntülərinin ləngiməsi ilə müşayət olunur.
Emosiaya və retikulyar formasiya.
Fiziologiyanın hər şeydən əvvəl elektroensofolaqrafiyanın inkişafı emosiyanın yaranmasının-aktivasiyasının daha bir nəzəriyyəsinin yaranmasına səbəb olur,hansı ki,D.Lindsli və D.O.Xebbs tərəfindən formalaşdırılıb.Onların təsəvvürləri ilə razılaşaraq qeyd edək ki, emosianal vəziyyət baş beynin gövdəsinin aşağı hissəsi retikulyar formasiya ilə müəyyən edilir. Retikulyar formasiyanın oyanması
16
nəticəsində yaranan “aktivasiya kompleksi” emsoiyaların fizioloji təzahürləridir və elektroensofalaqramma da öz əksini tapır.Bu nəzəriyyə emosiyaların anatomo-fizioloji mexanizmlər tərəfindən yaranması fikrində birtərəfliliyə görə zərər çəkir.
Emosiya və hormonal sistem.
Göstərilmişdi ki,müxtəlif hormonlar müxtəlif emosiyaları yaradır. Noradrenalinin defisiti darıxma şəklində depressiya yaradır,serotaninin defisiti isə həyəcan (təşviş, təhlükə)səviyyəsində depressiya yaradır. Xəstə,depressiya vəziyyətində olan beyinlərin tədqiqi zamanı göstərilir ki,o noradrenalinin kimi kasadlaşır,eləcə də serotonin kimi.Beyində serotoninin konsentrasiyasının artırılması əhval ruhiyyəni yaxşılaşdırır (Danilov,2000).
V.K.Myaqer və A.İ.Qoşev (1964) adrenalin və noradrenalin arasında münasibətə əsasən müxtəlif mənfi emosiyaları öyrənməyə başladılar.Onların aldıqları nəticə 1ci cədvəldə təsvir olunub.
Hormonal tənzim olunması P.Henri tərəfindən emosiyaların vegetativ –hormonal nəzəriyyəsinin yaranmasına səbəb olur.Müsbət və mənfi emosiyaların yaranmasını izah edərkən,o,iki düzbucaqlı sistemin aktivasiyasını ayırd edir,hansı ki,iki tendesiyanın yaranması ilə şərtlənir.Bunlar mübarizə/qaçış – sakitlik,rahatlıq və depressiya -əhval ruhiyyənin qaldırılmasıdır.Henri hesab edir ki,hər üç mənfi emosiya özünəməxsus vegetativ reaksiyaya malikdir.
Cədvəl 1.Adrenalin və noradrenalin arasında münasibətdə müxtəlif mənfi emosiyalar.
Emosianal vəziyyət Adrenalin Noradrenalin
Həyəcan Yüksəlir Yüksəlir
Qorxu Yüksəlir Azalır
Ümidsizlik Azalır Yüksəlir
Ağlama Azalır Azalır
Qəzəb mindalin nüvəsinin oyanıqlığı və noradrenalin və testosteronun miqdarının yüksəlməsi ilə əlaqədardır.Qorxu üçün,mindalin nüvəsinin bazolaterial oyanıqlığı,adrenalinin noradrenalinə nisbətdə üstünlüyü xarakterikdir.Qanda kortizolun miqdarı biraz artır.Henriyə görə depressiya, “hipofiz –böyrəküstü vəz”sisteminin oyanıqlığı ilə əlaqədardır və koptikosteroidin,adrenokortikotrop hormononun,endorfin çıxarılması və testosteronun miqdarının azalması ilə xarakterizə olunur.Henrinin fikrincə,qəzəb və qorxu emosiyası üçün eyni müsbət emosiya ziddiyyəti var,hansı ki,sakitlik vəziyyətindədir.
Depressiya vəziyyətini əksi ruh yüksəkliyidir.Ona adrenokortikotrop hormonunun,kortizol və endorfinin azalması uyğun gəlir.Qanda açıq sarı hormonlar (testosteron-kişilərdə,estroqen və proqesteron –qadınlarda) artır.
Emosiya və baş beyin böyük yarımkürələrinin funksional assimmetriyası.
Bu sualla əlaqədar olaraq indiki anda yetərincə ədəbiyyat var,ancaq onların hər birində fikirlər bir-birinə uyğun gəlmir.Bir vaxtlar belə iddia edirdilər ki,emosianal reaksiyalar sağ yarımkürənin fəaliyyəti ilə əlaqədədir (Luriya,1973; Suvorova,1978).Bu əsas verir ki, desinlər ki,sol yarımkürəyə “qeyri emosianal struktur” kimi baxır (Tucker,1981).Bundan sonrakı tədqiqatçılar belə bir fikrə
17
gəldilər ki,emosianal reaksiyalar hər iki yarımkürənin işində iştirak edir. Düzdür, burda da fikir ayrılığı yaranıb.İ.A.Pereverzev (1980) ədəbiyyatı gözdən keçirərək 3 tip tədqiqatçılar qrupunu ayırd edir (onların fikrinə əsasən):
1.sağ yarımkürənin rolunu əsas tutan;
2.sağ yarımkürənin mənfi emosiayalarla,sol yarımkürənin müsbət emosiyalarla əlaqəsini üstün tutan;
3.eyni bir emosianal aktın yaranmasında hər iki yarımkürənin differensasiya olunmuş nahiyələrilə sol yarımkürənin rolunu əsas tutan.
Birinci qrup sağyarımkürə zərər çəkmə dəyişikliyi əsas qavrayış və emosianal ekspressiya yaranmasına aid olan faktları göstərir.L.Y.Balonov və s.tədqiqatlarına görə emosiyanın foto şəkildə kəskin ağırlaşmasının tanınması X.Qardner və digərləri xəstələrdə yumorun anlamasının pozulmasını sağ yarımkürənin zədələnməsi ilə əlaqələndirir.Sağ yarımkürənin üstünlüyü təkcə üz ekspressiyasının qavranılması ilə müəyyən olunmur,eləcə də nitq (təkcə xəstə insanlarda (Heilmen,1975) deyil,sağlamlarda da (Carmon,Nachson,1973;Haggard,Parkinson,1971)) ilə müəyyənləşir.V.P.Morozova görə “emosianal eşitmə” sol qulaqdan siqnal daxil olduqda yüksək olur.Emosianal stimulların səhv qiyməti daha kobud formada sağ qulaqdan stimulların daxil olması ilə müşayət olunur.Göstərilir ki,xəstələrdə sağyarımkürə ocaq zədələnməsi sayəsində davranışda emosianal ifadəliliyinin zəifləməsi əmələ gəlir:mimika və jestikulaysiya kasadlılığı, nitqin intonasiyasının zəifləməsi:səsin emosianal ifadəliliyi itir,nitq monotonlaşır (Babenkova,Belıy,1975;Qubina,1964;Dobroxotova,1974;Lebedinskiy,1948;Xoroşko,1935;Borodetal,1981).Xəstədə danışıqları ilə mimikası arasında uyğunsuzluq müşahidə olunur.Xəstələrdə emosianal reaksiyalar sol yarımkürənin zədələnməsilə daha adekvat situasiyadadır (Moroç,1975).
Sağlamlar boyuklərdə və uşaqlarda göstərilirdi ki,emosiya yaşantısı EEQ-ye görə yarımkürələr arası assimmetriyası sağ yarımkürənin böyük aktivasiyası hesabına qüvvətlənir (Ayrapetyanç, 1977;Denisova,1978;Davidson,1979).
İkinci qrup tədqiqatçılar daha real olaraq mövcud vəziyyəti emosiyaların lokalizasiya məzkəzləri ilə əks etdirir.Klinistlər artıq çoxdandır qeyd edirlər ki,müxtəlif yarımkürə ocaqların zədələnməsi emosianal sferada müxtəlif dəyişikləri özündən uzaqlaşdırır.Xəstələrdə( sağ yarımkürəsi zədələnmiş) müsbət emosiyalar fonunda asan oyanıqlığa-eyfariyayla və şıltaqlığa sahib olur(üstün olur).Sol yarımkürələri zədələnmiş xəstələrdə isə tez-tez depressiv reaksiyalar qeyd edirlər (Babenkova;Dobroxotova;Lebedenskiy;Olşanskiy,1978 və s).
X.Terçina və Ç.Çekotto Vadın nümunələrindən istifadə edərək təcrübələrində dominant (sol) yarimkürənin zədələnməsindən sonra depressiv reaksiyaların,sağ yarımkürənin zədələnməsindən sonra eyfarik reaksiyaların yaranmasını göstərirlər.Analoji olaraq mövcud materiallar V.L.Deqlin (1970),L.Y.Balonov və V.L.Deqlin (1976),Q.Cianotti (1969),Q.Rossi və Q.Rozadini (1976) tədqiqatlarında istifadə olunub.
Üçüncü qrup tədqiqatçılara görə eyni bir emosianal reaksiyanının yaranmasında hər iki yarımkürə iştirak edir,bununla belə sol yarımkürənin əsas
18
rolunu rədd edir (Balonov,Deqlin, 1976;Balonov,Nikolaenko,1976; Deqlin, Nikolaenko,1975).Bu müəlliflər hesab edirlər ki,əhval ruhiyyənin yaxşılaşması üçün ən vacib şərt sol yarımkürənin aktivasiyasıdır,ancaq əhval ruhiyyənin pisləşməsi üçün vacib şərt bu yarimkürənin inaktivasiyasıdır.Belə ki,D.Xarman və V.Rey (1977)müsbət və mənfi emosiya zamanı sol yarımkürənin aktivasiyasındakı dəyişiklikdə ziddiyyətli yönəlişliyi əldə edirlər .E.Ştraus (1983) göstərir ki,Emosianal-pozitiv eləcə də emosianal-neqativ sözlər sol yarımkürə ilə tanınır,sağla yox.M.N.Rusalov (1987) müəyyən edir ki,mimikada emosianal fonun qiyməti sol yarımkürənin aktivasiyasının mərhələlərindən asılıd: aktivasiyanın səviyyəsinin yüksəlməsi müsbət emosiayalarla nəticələnir,aktivasiyanın azalması isə mənfi emosiyalarla nəticələnir.
Sol və sağ yarımkürənin emosianal reaksiyanın yaranmasında rolu ilə bağlı sualların təhlilində R.Sperri həmkarları (Sperri,1964;Zaidel,Sperri 1974)ilə birlikdə maraqlı məlumatlar əldə ediblər. Xəstə insanların davranışlarını öyrənən zaman kəsikdən əvvəl və sonra onlarda qabarlı vücudun (bədənin) tibbi göstəricilərdə hər iki yarımkürənin birləşməsini görmüşlər.Bu hər bir yarımkürənin bir-birindən izolə edilmiş halda funksiyalarını öyrənməyə imkan verir.Sağ yarımkürənin qavranılan obyektlərin,eləcə də emosiogenlərin adlandırılmasını təmin etmədiyi müəyyən olunur.
C.Qreyanın anatomo-fizioloji emosiya nəzəriyyəsi.
Q.Ayzenkin tələbəsi C.Qrey 3 beyin sistemini fərqləndirir,hansı ki,3 əsas emosiya qrupunun yaranmasını müəyyən edir:
1.həyəcanlılıq
2.sevinc-xoşbəxtlik
3.dəhşət(qorxu)-qəzəb
Həyəcanlılıq generasiya edən beyin sisteminin strukturu hərəki ləngimə sistemi (Behaviour İnhibition System və ya B/5) nəzəriyyəsinin müəllifləri tərəfindən adlandırlıb.Bu sistem cəzanın və ya müsbət möhkəmlənmənin şərti siqnallarına,eləcə də “yenilik”saxlayan stimullara cavab verir. Onun aktivliyi qeyri həyəcanlı cismlərlə bloklaşdırılır.
İkinci sistem –mübarizə və qaçış sistemi –qəzəb və qorxu emosiyası ilə bağlıdır.O,şərtsiz aversiv qıcıqlara reaksiya verir.Onun aktivliyi morfinalar tərəfindən bloklaşdırılır,qeyri-həyəcanlı cismlərə o reaksiya vermir.
Üçüncü sistem – davranışın yaxınlaşma sistemi (Behaviour Approach System və ya BAS) şərti siqnallar mükafatı stimulları kimi adekvat deyil.BAS-ın aktivasyası zamanı yaranan emosiyalar xoşagələn bəsirətlə (öncədən görmə) ,ruh yüksəkliyi,xoşbəxtlik yaşaması ümidlərlə bağlıdır.
İnsanın emosianallığının individual xüsusiliyi C.Qreyə görə bu emosianal sistemlərin balansından asılıdır.B/5-in individual aktivliyinin artırılması yüksək həyəcanlılıqda insanın həvəsini irəlicədən müəyyən edir.Mübarizə/qaçış sisteminin hakim olması aqressiyaya meyldə və ya aktiv müdafiə davranışında əks olunur. BAS-n hakim olması isə müsbət emosiyaların yaranması meylindən,optimizmdən asılıdı




Tərcümə edən: Diyanə Hüseynova

Mənbə:Å.Ï.Èëüèí,Ýìîöèè è ÷óâñòâî,Ñàíêò –Ïåòåðáóðã,2001
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 1178 Əlavə edilib: 16 May 2012  

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©