Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: Ntqin xarakteristikası
  • 0
Nitqin xarakteristikası
İntonasiya adı altında səslə bağlı olan bütün təzahürlər başa düşülür və danışılanların məzmununa diqqətimizin cəmlənməsini tələb etmir. Bu intonasiya özlüyündə nitqin melodiyası, fasilənin mövcud olması və davamlılığı, səsin gurluğu, nitqin ritmi və başqalarıdır.İntonasiya adı altında həmçinin başa düşülür.İntonasiya adı altında həmçinin qeyri-şifahi məzmunun müxtəlif səsləri də başa düşülür.
İnsanın səsinin eşidərək biz onun haqqında öz fikirlərimizi deməyə çalışırıq.Düzdür və ya səhvdir bunu artıq sonra müzakirə edəcəyik.Psixoloqlar bizə kömək üçün insanın səsini xarakterizə edirlər.
Onlardan bəziləri aşağıdakılardır:
Nitqin sürətliliyi. Cəld, zirək danışırsa, sürətli temp həmsöhbətin impulsivliyindən xəbər verir. Sakit, asta temp soyuqqanlılıq, düşüncəlilik (mühakiməlilik), ciddilikdən; nitqdə nəzərə çarpan enib qalxmalar isə müvazinət, özünəinamın çatışmamazlığından və yüngül həyəcanlanmadan xəbər verir.
Hind-Avropa dilli ölkələrdə dəqiqə ərzində 200-500 heca sürətilə (bundan aşağı və ya yuxarı sürətli isə müvafiq olaraq asta və ya olduqca sürətli danışan kimi xarakterizə olunur) danışmağa qabildirlər.Buna əsasən nitqin 3 növündən bəhs edirlər:
Dəqiqə ərzində 200 hecaya yaxın çox asta nitqi bildirir.
Dəqiqə ərzində 350 hecaya yaxın normal nitqi bildirir.
Dəqiqə ərzində 500 hecaya yaxın isə sürətli nitqi bildirir.
Nəzərə alın ki,fransız və italyanlar üçün normal nitq tempi adətən məsələn, almanlardan daha yüksək olur.
Bundan əlavə, psixoloqlar qeyd edirlər ki, tələffüz olunan söz və ya frazaların sürətinin kəskin şəkildə fərqlənməsi təkcə insanların bir-birindən deyil, eləcə də, bir insan müxtəlif situasiyalara düşməsindən asılıdır.Məsələn, bir insan elə situasiyaya düşə bilərki orda sürətlə danışmalı olsun, digərində isə asta.
Müəyyən olunmuş situasiyada insan oxşar danışığı aparmaq üçün ona deyilən sürətdən olduqca sürətlə danışır.
Gurluq.Güclü səs, bir qayda olaraq, böyük həyat gücünə malik, lovğalı insana xasdır. Mülayim, zəif səs təmkinlilik, ciddilik, nəzakət və ya həyat gücünün zəifliyindən xəbər verir. Səsin gurluğunun irdən dəyişməsi emosionallıq və ya həyəcanlılığı bildirir.
Gurlu tələffüzün özünün səbəbləri ola bilər.Hərdən insanlar bu yolla nəsə vacib olan bir şeyi əldə etmək istəyirlər və bu zaman insana stress hormonları verilir.İnsan elə bir situasiyaya düşür ki, o nəsə əldə etmək məcburiyyətində olur təkid etmək, razı salmaq, vədləri yerinə yetirmək.
Əgər siz çox sakit və ya çox güclü insansınızsa, keçmişdə əks tipli insanla problem yaşayıbsınızsa bu zaman siz xoşagəlməzliklər qaçmaq istərdiniz.Nəzərə alın ki, daxili şəxsiyyəti dəyişməlisiniz, buda öz üzərinizdə iş prosesində baş verə bilər.Özünüzə sakit və ya bərk danışmaqla bağlı nə qədər vəd verməyinizdın asılı olmayaraq diqqətiniz yayınan zaman yenidən əvvəlki olacaqdır.
İnsanlar bəzi sözlərin tələffüzü zamanı onları asta tələffüz etmək üçün özlərinə çox diqqət ayırırlar.Bu qeyri-şüuru və ya şüurlu şəkildə xüsusi taktik üsul kimi baş verə bilər.Bəzi psixoloqlar hesab edirlər ki, kimki həmişə başa düşülməyən şəkildə və ya fısıltılı danışırsa həmin insan sadəcə anlaşılmayan olmaq istəyir.Anlaşılmazlığın səbəbi həmçinin insanın sözü düzgün tələffüz edib etməməsi ilə bağlı şübhələnməsi də ola bilər.Əgər danışan mövzudan xəbərdardırsa bu zaman o, özünə güvənir və sözləri aydın tələffüz edir.
Artikulyasiya. Aydın və dəqiq şəkildə tələffüz daxili intizamı, həyat çatışmamazlıqlar və aydınlıqlara olan tələbi göstərir.
Qeyri-müəyyən tələffüzə, bir qayda olaraq, güzəştə getməyi, inamsızlıq, yumşaqlıq, iradı ətaləti məxsusdur.
Yüksəklik.Falset (hərfi mənada yüksək səs)təfəkkür və nitqi daha çox intellektə əsaslanana insana xasdır.
Sinədən gələn səs təfəkkür və nitq emosional, təbii, şüurlu şəkildə təşkil olunmur. Yük-sək kəskinlikli səs tərəddüd və qoruxunun əlamətidir, aşağı isə sakitliyi, rahatlığı və ləyaqəti bildirir.
Nitqin müddəti və rejimi.Ritmik danışma hisslərin zənginliyindən, müvazinətlilikdən, cəldlik, yaxşı əsaslı əhval-ruhiyyədən xəbər verir.Ciddi dövrü, düzgün danışmaq yaşananların şüurlu şəkildə dərk olunmasını, gərgin iradəni, intizamı, pedantlığı, soyuq hissləri bildirir.Qeyri-sabit dairəvi danışma (piknik üçün xarakterik olan ünsiyyət)gizli yaşayan,dolu, emosional insanlara xasdır. Küncvari ifşa edici danışıq (şizotomiklərə xasdır)təfəkkürün məqsədəuyğun-luğunu, düşüncəliliyi bildirir.
Gülüş.Ən vacib antistressli faktorlarından biridir, sağalan effekt verir. Gülüşün məzmun-lu tərəfi müxtəlif ola bilər: şən və komik gülüş, eləcə də o, acı, bədxah, iranik, insafsız, kinli və s ola bilər.Bundan əlavə, gülüş sünii də ola bilər.
Gülüşün xüsusiyyətləri ilə bağlı psixoloqların maraqlı tədqiqatı:
 A ilə gülüş (xa -xa) tamamilə açıq, ürəkdən gələn, yüngülləşdirən və qayğısızdır.Həyat gücünü, energiyanı, gərinlikdən azad olmanı göstərir.Bu gərginlik zarahatın köməyilə də yarana bilər ki, sonradan gülüşlə azad etmək olsun. Belə gülüş çox yoluxucudur və başqalarına keçə bilər.
 E-ilə gülüş (xe-xe) o qədər də xoşa gələn deyil, daha çox lovğalı (ədəbsiz), paxıllığı bildirir. Bu şəkildə sanki kiməsə gülürlər.Bu gülüş həm də insanlar nəyisə başa düşmədikdə onlara güldükdə yaranır. Xe!çağırışı o qədər də nəzakətli deyil, o inkar edici kimi fəaliyyət göstərir. Hərdən e-ilə gülüş sadə şəkildə asanlıqla və sərbəst tərgidilməyən insanlarda olur. Onlarda müəyyən komplekslər olur. Elə təəssürat yaranır ki,onlar gülürlər,ancaq ağızlarını acmağa qorxurlar.Bu səbəbdən də tamamilə a-ilə gülüş yaranmır.
 İ-ilə gülüş (xi-xi) eyni zamanda gizli və hiyləgər, ironiyalı və bədxah gülüşdür. Belə gülüş arabir gülüşü gizlik gülüşə çevirir.Bu gülüş bir tərəfdən müəyyən hissləri yaşadığımız, digər tərəfdən isə ona daxili vermək istədikdə yaranır. Belə ki, bu, ədəbimiz mövqedən mənasız və qeyri ciddidir.
 ilə gülüş (xo-xo) özünün istehzalı və etiraz ediciliyinin əsasında lovğa yaltaq səslənir. O, təəccüb və ya istehza ilə assosiasiya olunur.Belə gülüş gülən insanın əvvəlcədən necə gülməli hadisəylə qarşılaşacağını bilmədikdə yarana bilər. O- ilə gülüş insan gülüşə hazır olmadıqda və sadəcə onu özündən çıxartmaq istədikdə yarana bilər. O, məsələn, gülən insan həmsöhbətlə arasında baş verən hər hansı bir məsələnin yerinə yetirilməsinə inanmadıqda yaranır.
 U-ilə gülüş (xu-xu) gizli qorxunu, cəsarətsizliyi göstərir.
Qeyri-şifahi məzmunun səsi. Bu səsli təzahürün bir neçə keyfiyyətidir: ümumi situasiyadan asılı olaraq dilin tutulması, ah çəkmə və ya inildəmək (ah fəryad çəkmə) müxtəlif manelərə malik ola bilər. Əgər daim inləyən, sızıldayan insanlar hər şeydə faciə görürlər.Buna görə də onlar həmişə qüssə çəkir və ya hərdənbir inildiyir. Psixoanalitiklər buna dərindən baxırlar, ancaq fəlakət və ya dərd qəmin üstündə işləmir. İnsan etiraz etməməsinə baxmayaraq əzab çəkir.Bəzilərində belə vəziyyət hər hansı bir xəstəlik yarada bilər.Digərlərində isə - xarici həll olunmamış problemlər yarada bilər.Xoşagəlməz odur ki, belə səslər ətrafdakılara darıxdırıcı təsir bağışlayır.
Öskürək və ara bir öskürmə öskürmədən xəbər verir.Eləcə də daimi yaranan gəyirmə ilə interpretasiya olunur:insan daxilən əziyyət çəkdikdə bu zaman o, simvolik olaraq gəyirib qaytarmaq istəyir. Əgər siz özünüz belə xüsusiyyətlərə sahib biri olursunuzsa, onda bu zaman bu haqda düşünməlisiniz.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Fuad Bayramov ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Fuad Bayramov Baxıxılıb: 1325 Əlavə edilib: 9 İyul 2012  

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick