Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: TEMPERAMENT TİPLƏRİ
  • 0
TEMPERAMENT TİPLƏRİ

Temperament haqqında anlayış, adətən, hər hansı bir insan qrupunda müşahidə apardıqda qrupdakı insanların birinin cəld, digərinin təmkinli, birinin tez özündən çıxan, digərinin müvazinətli, birinin hər şeyə tez reaksiya verən, digərinin ləng olduğunu görürük. İnsanların bir-birlərindən bu cür fərqli xüsusiyyətə malik olmaları qədim zamanlardan diqqəti cəlb etmişdir. Ona görə də, bəşəriyyət lap qədimdən müxtəlif adamların psixi xasiyyətinin tipik xüsusiyyətlərini ayırmağa, onların ümumiləşmiş portretlərini tipologiyasını verməyə cəhd göstərmişlər, temperament tiplərinin az sayını azaltmağa çalışmışdır. Bu cür tipologiya praktiki olaraq faydalı idi, belə ki, onun köməyi ilə konkret həyat şəraitində bu və ya digər insanın davranışını qabaqcadan görmək və nəzərə almaq olardı. Tarixən insanları bir-birindən fərqləndirən həmin xüsusiyyətlərə «temperament» adı verilmişdir.
Temperament – insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavabvermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir. Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir. Psixi fəaliyyətin və ya davranışın dinamik xarakteristikası çoxcəhətlidir. Onun xüsusiyyətlərini təhlil etmək üçün sürət, temp (tezlik dərəcəsi), ritm, intensivlik, plastiklik, dözümlülük və s. kimi müxtəlif anlayışlardan istifadə olunur.
Temperament insana irsən xas olan, davamlı xüsusiyyətlər toplusudur. Psixoloqlar temperamentə belə tərif vermələrinə baxmayaraq, özləri də etiraf edirlər ki, bunu birmənalı şəkildə qəbul eləmək olmaz. Temperamentin formalaşmasına ətraf mühit, həyat tərzi, tərbiyə ciddi təsir göstərir. xüsusən də uşaq və yeniyetməlik çağlarında bu təsirə daha çox məruz qalırıq. elə ona görə də bəzən qaraqabaq, həmişə özünə qapanan bir uşağın böyüdükcə tədricən dəyişdiyinin şahidi oluruq. Belə ki, həmin uşaq məktəb illərindən fərqli olaraq, institut illərində və yaxud iş yerində istiqanlı, söhbətcil insan kimi tanınır. ümumiyyətlə, psixoloqların fikrincə, istənilən insanda müxtəlif temperament tiplərinin xüsusiyyətləri cəmləşir. Ona görə də psixoloqlar insanın hansı tipə mənsubluğunu müəyyənləşdirərkən, bir qayda olaraq, o insanda hansı tipin xüsusiyyətlərinin daha qabarıq və çox olduğunu nəzərə alırlar. Ən maraqlısı isə budur ki, insanın aid olduğu əsas tipi nəzərə almasaq, yerdə qalan tiplərin xüsusiyyətlərinin dərəcəsini müəyyənləşdirmək qeyri-mümkündr. İnsanlar psixi fəaliyyətin dinamik xarakteristikasına görə bir-birindən fərqlənirlər.
Temperament xüsusiyyətlərini düzgün xarakterizə etmək üçün biz bir mühüm cəhəti dəqiqləşdirməliyik: psixi fəaliyyətin dinamik xüsusiyyətləri çoxdur. Onlar təkcə temperamentlə deyil, həm də fəaliyyətin motivləri, insanın adətləri, psixi halətləri, situasiyanın tələbləri və s. ilə şərtlənir.
Temperament latın dilindən «qarışıq, mütənasiblik» deməkdir. Temperament haqqında təlimin yaradıcısı qədim yunan görkəmli həkimi hippokrat (e.ə. təxminən 460-377 illər) sayılır. O təsdiq edir ki, insanlar 4 əsas «orqanizm şirəsi» nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. Bu, «orqanizm şirələrinin» nisbəti yunanca «krasis» sözü ilə ifadə olunurdu ki, sonralar həmin sözü yunanca temperamentum – «mütənasiblik» sözü ilə əvəz edildi. Hippokratın təliminə əsaslanaraq digər tanınmış antik dövr həkimi klavdiy qalen (təxminən 130-200-ci illər) məşhur traktatı «de temperamentum» kitabında şərh etdiyi temperamentlərin tipologiyasını işləyib hazırladı.
onun təliminə əsasən temperamentin tipi orqanizimdə bu şirələrdən birinin üstünlüyündən asılıdır. . İnsan orqanizmində hansı mayenin üstünlük təşkil etdiyini əsas götürərək sanqvinik, xolerik, melanxolik və flaqmatik olmaqla 4 temperament tipini müəyyənləşdirmişdir. temperamentin bu 4 tipinin adı həmin şirələrin adına uyğun verilmişdir:sanqvinik latınca sanqvius-qan, fleqmatik yunanca fleqma-selik, bəlğəm, xolerik yunanca chole-öd, melanxolik yunanca melian chole – qara öd.
temperament haqqında təlimlər tarixindən. İnsanların psixi fəaliyətlərinin dinamikliyinə görə fərqlənmələri hələ qədim zamanlardan diqqəti cəlb etmişdir. Bu cür fərqlərin yaranmasının səbəbləri müxtəlif istiqamətdə öyrənilmişdir. müasir dövrə qədər temperament haqqında əsasən üç nəzəriyyə geniş yayılmışdır: humoral nəzəriyyə, sematik nəzəriyyə və sinir sistemi nəzəriyyəsi.
temperament haqqında humoral nəzəriyyənin bani¬si hippokrat olmuşdur. Bu nəzəriyyənin adı latınca humor (maye) sözündən götürülmüşdür. Hippokrat ilk dəfə olaraq bu nəzəriyyəni əsaslandırmış və onun irəli sürdüyü dörd tipin adı müasir dövrdə də saxlanmışdır. Hippokratın nəzəriyyəsi temperamentin öyrənilməsi üçün əsaslı təkan rolunu oynamışdır.
Humoral nəzəriyyənin bəzi müasir tərəfdarları göstərirlər ki, orqanizm daxilində hormonların nisbəti və balansı temperamentin təzahürlərini müəyyən edir, məsələn, qalxana bənzər vəzin hormonlarının çoxluğu insanın yüksək əsəbililik və qıcıqlanması ilə şərtlənir.
Sonrakı əsrlərdə tədqiqatçılar davranışın bədən quruluşundakı və fizioloji funksiyalardakı fərqlərlə üst-üstə düşən müxtəlifliyi müşahidə edərək bu fərqləri nizama salmağa və qruplaşdırmağa çalışıblar. Nəticədə temperamentin çoxsaylı konsepsiyaları və tipologiyaları meydana çıxmışdır. Bu konsepsiyaların əsasında şəxsiyyətin ən müxtəlif şərtləri qoyulmuşdu. Bir sıra konsepsiyalarda temperamentin xüsusiyyətləri irsi və anadangəlmə kimi başa düşülür və bədən quruluşunun xüsusiyyətlərində fərdi fərqlərlə əlaqələndirilirdi. Belə tipologiyalar konstitusion tipologiya adını alır. Bu tipologiya temperament haqqında somatik nəzəriyyənin əsasını qoymuşdur. Burada bədən quruluşu temperament tipi üçün əsas kimi götürülmüşdür. Onların sırasında ən geniş yayılmış tipologiya 1921-ci ildə öz məşhur «bədən quruluşu və xarakter» əsərini nəşr etdirmiş E.Kreçmerin təklif etdiyi tipologiya oldu. Onun başlıca ideyasına görə müəyyən bədən quruluşu tipinə malik olan insanlar müəyyən psixi xüsusiyyətlərə malikdir. E. Kreçmer insanların bədən hissələrinin bir çox ölçülərini aparır ki, bu da ona 4 konstitusional tipini: leptosomatik, piknik, atletik, displastik ayırmağa imkan verdi.
1. leptosomatik – kövrək bədən quruluşu, hündür boy, yastı döş qəfəsi, dar çiyinlər uzun və arıq aşağı ətraflarla xarakterizə edilir.
2. piknik – ifrat piy toxumu, balaca və ya orta boyla, böyük qarınlı, qısa boyunda girdə başlı, şişkin bədənlə xarakterizə edilir.
3. atletik–inkişaf etmiş əzələləri, möhkəm bədən quruluşu, hündür və ya orta boylu, enli, çiyinləri olan adamdır.
4. displastik–formasız, düzgün olmayan quru¬luşa malik adamdır. Bu tipdən olan fərqlər bədən quruluşunun müxtəlif deformasiyaları ilə xarakterizə edilir.
Bədən quruluşunun adı çəkilən tiplərinə kreçmer onun şizotimik, iksptimik və siklotimik adlandırdığı 3 temperament tipini aid edir:
Şizotimik – astenik bədən quruluşuna malikdir, özünə qapanıb, əhval-ruhiyyəsi sıçrayır, inadkardır, ətrafındakılara çətinliklə uyğunlaşır.
Ondan fərqli olaraq iksatimik – atletik bədən quruluşuna malikdir. Bu, sakit təmkinli, jest və mimikaları, yüksək olmayan elastik düşüncəli həssas olmayan, çax vaxt xırdaca adamdır. Piknik bədən quruluşuna siklotimikdə malikdir. Onun emosiyalarıı sevinc və kədər arasında sıçrayır, adamlarla asanlıqla əlaqəyə girir, realist baxışlara malikdir.
Kreçmerin nəzəriyyəsi avropada daha geniş yayılmışdır abş-da xx əsrin 40-cı illərində u.şeldonun temperament konsepsiyası böyük populyarlıq qazanır. şeldon bədən quruluşunun əsas tiplərinin mövcudluğu haqqında fərziyyədən çıxış edirdi. Bu fərziyyəni təsvir edərkən embriologiyadan götürülmüş terminlərdən istifadə etməklə o, üç tipi müəyyən etmişdir: 1) endomorf; 2) mezomorf; 3) ektomorf.
şeldona görə bədən quruluşunun bu tiplərinə temperamentin müəyyən tipləri müvafiqdir. Müasir psixologiya elmində konstitusion konsepsiyaların əksəriyyəti onlarda insanın psixoloji xüsusiyyətlərinin formalaşmasında mühit və sosial şəraitin rolunun tonu qiymətləndirilməsinə görə kəskin təngidə məruz qalır.
 temperamentin tipləri

Yuxarıda qeyd etdiyimiz kimi, müasir psixologiyada temperamentin dörd tipi əsas götürülür: sanqvinik, xolerik, fleqmatik, melanxolik. İnsanları temperamentlərinə görə fərqləndirərkən həmin tiplərdən istifadə olunur. İnsanların hansı tipə məxsus olduqlarını müəyyənləşdirmək üçün müasir psixologiyada temperamentin özünə məxsus xassələrinə istinad edirlər. Bunlara aktivlik, reaktivlik, emosionallıq aiddir.
aktivlik. Bu xassə altında insanın məqsədə çatmaq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsi, qarşılaşdığı maneələri necə aradan qaldırması nəzərdə tutulur.
Emosional oyanıqlıq. Bu ad altında bir növ insanın ən zəif xarici və daxili təsirləri hiss etmək qabiliyyəti başa düşülür. Hər cür hiss və emosiyaların əmələgəlmə, cərəyanetmə və kəsilməsi xüsusiyyətləini xarakterizə edən xassə və keyfiyyətlər emosionallığa bağlıdır. Psixologiyada onun əsas cəhətləri kimi mütəəssirlik, impulsivlik və emosional labilliyi fərqləndirirlər.
Emosiyaların gücü. burada emosional oyanmanın intensivliyi və modallığı əsas götürülür.
Həyəcanlılıq. Psixologiyada ən çox həyəcanlılıq altında qorxulu şəraitdə özünü göstərən emosional oyanıqlıq başa düşülür.
Qeyd edilən xassələrin olub-olmadığını nəzər almaqla insanların temperament tiplərini müəyyənləşdirmək mümkündür.
Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlə və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun muddət işləyə bilir. sanqviniklər həddindən artıq qayda-qanuna əməl edən olurlar. sürətli hərəkətə, çevik təfəkkürə, sürtli nitq tempinə malik olurlar. Onlarda plastiklik yüksək olur. Hissləri asanlıqla bir-birini əvəz edə bilir. düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilir, bir işdən digərinə asanlıqla keçə bilirlər. Onlarda ekstravertlik yüksək olur. sanqviniklərin bu xüsusiyyətini qeyd edən psixoloqlar bir qədər mübağiləyə yol verərək, söyləyirlər ki, "sanqvinik yadplanetlilərin arasına düşsə belə, onun üçün vəziyyət elə də cansıxıcı olmayacaq. qısa zaman ərzində onlarla dil tapacaq. və həyatdan həzz almağı bacaracaq". Bir sözlə, bu qəbildən olan insanlar istənilən şəraitə tez alışırlar. son dərəcə emosinal olsalar da, yaddaşları zəifdir. Onlar üçün sanki hər şey bir anlıqdır: tez sevinib, tez də kədərlənirlər. ancaq heç nə onları təbdən çıxarmır. çünki sevinci də, kədəri də tez unudurlar. Bir sözlə, onlar üçün yalnız bu gün, bu saat, bu an var. eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər. elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə olaraq, intizamlıdır
Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. lakin xoleriklərdə reaktivlik aktivliyi üstünlük təşkil edir. Ona görə də xoleriklər həddindən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar.onlarda plastiklik zəif, rigidlik yüksək olur. Bu işi onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meylli olurlar. Diqqətlərini keçirməkdə çətinlik çəkirlər. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də ekstravertlik yüksək olur. müvazinətsiz olurlar. Çox nadir hallarda "susmaq lazım gələndə birinci ol" tövsiyəsinə riayət edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanların başı, həmişə, necə deyərlər, qeylü-qalda olur: ətrafı ilə asanlıqla yola getmir, tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır. Başladıqları işi bir qayda olaraq sona çatdırırlar. İstənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. xolerik tipə aid olan insanlar sadiqdirlər. Ətrafına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər
Fleqmatik. özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Onların mimikaları kasıb, ifadəsiz olur. Onlar öz diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əks-olunma yüksək olur. Təkliyi sevirlər. vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. bunlarla yanaşı fleqmatiklər olduqca işgüzar olurlar. dözümlü və özlərini ələ ala biləndirlər. Onların asanlıqla özlərindən çıxması olmur. yeni adamlara çətin alışırlar. Psixoloqların fikrincə, fleqmatik tip insanlar vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Bir sözlə, onlar gec uyğunlaşdığı, alışdıqları kimi gec də unudurlar. elə ona görə də psixoloqlar məsləhət görürlər ki, ilk baxışda qaradinməz, sakit, son dərəcə soyuqqanlı təəssürat oyadan bu insanların sadiqliyinə şübhə ilə yanaşmayaq. Həmişə rəfiqələrini, dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da hörmətsiz yanaşmırlar
Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. kiçicik bir işdən, hərəkətdən dərindən təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndir. mimika və hərəkətləri dərindən ifadəli deyildir. Səsləri zəif, hərəkətləri süstdür. onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Kiçik uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarına gözləyirlər. Həddindən artıq təklikliyə qapılırlar. O tez ruhdan düşür, bəzən gücü çatan işi belə axıra qədər yerinə yetirmir. Onlarda introvertlik yüksək olur. Mövcud olduğu dünyaya və cəmiyyətə ayaq uydura bilmədiyini hiss edər. Bu vəziyyət bəzən onu hüzünləndirir, bəzən isə məmnunluq hissi verir. Hadisələrin, həyatın içində olmaqdansa heç bir çıxarsız, heç bir məqsədsiz bir tamaşaçı və nəzarətçi kimi kənarda qalmağı üstün tutur. Bitməyən sıxıntısı, həmişə boşluqda olmağı və hüznü onu heç çıxa bilməyəcəyi kədərə boğa bilər. kədərini bəzən gülərək (demokritos), bəzən ağlayaraq (heraklitos), bəzən də susaraq (hölderlin) üzə vururlar.
Melanxolik insanlarda həyata qarşı maraqsızlıq, bezginlik ola bilər. Çökmüş, "sönmüş" vəziyyətdə görünə bilərlər. Gələcəyə ümidsiz olmaqla yanaşı çarəsiz və yazıq olduqlarını da düşünə bilərlər. Həyatı öz əlində tuta bilməmə, varlığın mənasını tapa bilməmə, özünü yetişdirə bilməmə qorxusu melanxoliyaya səbəb ola bilər. Özünü yetişdirmədikdə, daha doğrusu yetişdirə bilmədikdə çarəsizliyə düşürlər. Hansısa bir varlığın onunla oynadığı, ona rahatlıq vermədiyi hissi keçirib, özü belə bilmədiyi şeylərə hirslənə bilər.
Melanxolik insan hər çağda içində olduğu cəmiyyətin şərtlərindən razı olmadığını, razı ola bilmədiyini, həyatda bir məna görmədiyini, cəmiyyətlə ayaqlaşa bilmədiyini, ünsiyyət qura bilmədiyini və buna görə də hər hansı (özünə məxsus) yolla öz "qabığına" çəkilərək, heç olmasa ruhunun bir hissəsi də olsa xilas etməyə çalışdığını demişdir.
Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu tiplərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı həmin tipə aid edirlər.
Bütün bunlarla yanaşı olaraq temperamentin bu tiplərindən birini yaxşı, digərini pis adlandırmaq olmaz. Hər tipin özünəməxsus müsbət və mənfi cəhətləri vardır.


Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən Meded ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: Meded Baxıxılıb: 11541 Əlavə edilib: 15 Aprel 2013  

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©