Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: ÇƏTİN UŞAQLARLA İŞ
  • 0
ÇƏTİN UŞAQLARLA İŞ
Bildiyimiz kimi hər bir şagird özünəməxsus idrak fəaliyyətinə, emosional sabitliyə, iradəyə, xarakterə malikdir. Hər bir uşaq fərdi yanaşma tələb edir. Bəzi müəllimlərin isə buna qüvvələri çatmır yaxud verdikləri tövsiyə və məsləhətlər səmərəsiz olur. Bu da onunla bağlıdır ki, onların psixolojibilikləri qənaətbəxş deyil. Bu və buna bənzər hallar psixologiya elminin məktəblərə yol tapmasını və məktəbdə psixoloji xidmətin yaranmasını zəruri etdi.
Məktəbdə psixoloji xidmətin əsas məqsədi şagirdlərin psixi sağlamlığının qorunması qaydasına qalmaqdır. Məktəblərimizdə çalışan praktik psixoloq qüvvələrinin az olmasına baxmayaraq bu istiqamətdə iş aparılır. Lakin gəlin görək psixoloqların fəaliyyəti pedaqoji kollektiv tərəfindən dəstəklənirmi? Pedaqoji kollektiv şagirdlərin psixoloji sağlamlığını düşünürmü? Fikrimi pedaqoji mühitdə çətin uşaq adlandırılan problemlə izah etmək istərdim. Ümumiyyətlə, çətin uşaq yoxdur. Uşağın çətin olmasında sosial mühit ilk növbədə ailə, həmçinin uşağın yaş və orqanik xüsusiyyətlərinin rolunu qeyd etmək lazımdır. Fikrimcə, uşağın çətin uşaq kimi özünü biruzə verməsində böyüklərin əməyi daha çoxdur. Belə uşaqlar yaşlıların onlara münasibətlərinin nəticəsi olaraq yaranırlar. Adətən davranışında müəyyən nöqsanlar olan, müəllimlərlə tez-tezkonfliktə girən, cəmiyyətin qəbul olunmuşnormalarına qarşı çıxan uşaqları bu qəbildən olan uşaqlara aid edirlər. Əgər uşaq özünü pis aparırsa, deməli onunla qarşı tərəf arasında anlaşılmazlıq var. Çox vaxt müəllimlər belə bir anlaşılmazlığın fərqinə varmır və özlərinin hakim mövqelərindən istifadə edərək şagird şəxsiyyətinin alçaldılması, müxtəlif yollarla cəzalandırma hallarına yol verirlər. Hesab edirəm ki, bu cür münasibətlərlə uşaq davranışında müsbət dəyişikliklərə nail olmaq olmaz. Əgər müəllimlər uşağa kömək etmək istəyirlərsə, ilk növbədə çətin hesab etdikləri uşaqla maraqlanmalı, söhbət etməli, onları dinləyib anlamağa çalışmaqla keçirdikləri yaşantıları başa düşdüklərini, onların problemlərinə şərik olduqlarını hiss etdirməlidirlər. Xüsusən də yeniyetməlik yaşı dövründə. Çünki əksər psixoloqların fikrincə bu dövr hər hansı bir xoşagəlməz halın yaranması üçün nə qədər gərgin, təhlükəli olması ilə yanaşı, profilaktik tədbirlərin təsir göstərməsi, şəxsiyyətin inkişafının korreksiyası və xoşagəlməz davranışın qarşısını almaq üçün bir o qədər də əlverişli dövrdür.
Adətən məktəb kollektivi belə fikirləşir ki, əgər məktəbə psixoloq gəlibsə, deməli, onların mövcüd problemləri tezliklə həll olunacaq. Təbii ki, problemlərin həll olunmasında psixoloq öz istiqamətverici köməyini göstərəcəkdir. Lakin hesab edirəm ki, məktəbin mövcüd problemləri psixoloq müəllim əməkdaşlığına əsaslanırsa daha tez və səmərəli həll oluna bilər.
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən DiyaneHuseynova ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: DiyaneHuseynova Baxıxılıb: 1554 Əlavə edilib: 21 Aprel 2013  

#1 Müəllif: REBBIMIN AWIQIYEM (1 Noyabr 2013 22:53)


Qrup: Istifadəçi
belay 


--------------------
ICQ:

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dost saytlar
{friend}

Arxiv
Dekabr 2016 (3)
Sentyabr 2015 (3)
Yanvar 2015 (10)
Sentyabr 2014 (2)
Avqust 2014 (5)
Mart 2014 (5)
 
 
Vuqar
 Copyright 2009-2013 www.psixologiya.net design by OldNick