Ana səhifə Qaydalar Haqqımızda Qeydiyyat Statistika
 
Menyu


Populyar xəbərlər

Sayğac


Bax: . Suisidal davranış probleminə Ekzistensial –humanistik yanaşma
  • 0
. Suisidal davranış probleminə psixoloji yanaşma
Mürəkkəb və çoxcəhətli bir problem olan suisidal davranış problemi ilə bağlı maraqlı fikirlər bir sı-ra psixoloji yanaşmalarda da öz əksini tapmışdır. Həmin yanaşmaları aşağıdakı kimi qruplaşdırırlar:
1. Psixoanalitik yanaşma
2. Ekzistensial –humanistik yanaşma
3. Geştalt psixoloji yanaşma


Ekzistensial –humanisitik yanaşma. Eksiztensial –humanistik yanaşma (R.Mey, K.Rocers) suisidal davranışın əmələ gəlməsində emosional yaşantıları xüsusilə qeyd edir. Bu yanaşmanın nümayəndələri R.Mey, K.Rocers suisidal davranışın əmələ gəlməsində həyəcanın rolunu və digər emosional yaşantıla-rın rolunu xüsusi qeyd edir. K.Rocers hesab edir ki, həyatın əsas meyli özünüaktuallaşdırmadır. Ekzistensial –humanistik yanaşma insanın məhdudiyyətlərə xüsusi diqqət yetirir. Şəxsiyyət “anadan-gəlmə” istedadın deyil, insanın şəxsi təcrübəsi sayəsində inkişaf edir. R.Meyin fikrincə, insanlar öz mövcudluqlarının mənasız ol-masından, qayğısızlıqdan, tənhalıq və ölüm qorxusundan əziyyət çəkirlər.
V.Frankl da suisid fenomeninə ekzistensial –humanistik yanaşma baxımından nəzər yetirmişdir. O, güman edir ki, ekzis-tensial həyəcan ümidsizlik, günah və məzəmmət zamanı qorxu kimi yaşanır. Franklın fikrincə, suisidə bəraət yoxdur, çünki o, öz suisidal hərəkəti ilə ölümdən qorxduğunu göstərir. Suisid həyatın özündən qorxmaqdır. V.Frankl qeyd edir ki, yalnız özünəinanan insan öz şəxsi varlığı üsuluna münasibətdə azaddırlar. Belə ki, bu cür insanlar ekzistensial məhdudiyyətin 3 mərhələsini keçir: məğlubiyyətinə dözmək, əzab çəkir və mütləq ölməlidir. Buna görə də V.Franklın fikrincə insan özünün bütün həyəcan və əziyyətlərini yaşayaraq ölməlidir, əks halda belə insanlarda yalnız biri olur – öz əliylə ölüm
E.Fromm Z.Freydin tədqiqatlarını davam etdirmişdir və belə nəticəyə gəlmişdir ki, suisidə ölümə anadangəlmə meyl kimi baxılsın. O, deyirdi ki, ölümə meyl (nekrofiliya) psixoloji patolo-giyanın fenomenidir. İnsan nə qədər biofiliyaya (həyata, yaşama-ya meyli) meyillidirsə, nə qədər ki, onun ləngiməsi baş verir, nek-rofiliya bir o qədər inkişaf edir. Fromma görə nekrofiliya – biofi-liyanın neqativ alternatividir. Nekrofiliya üçün irqçilik, müharibə-yə, terrora və genositə sitayiş kimi xarakter əlamətləri xarak-terikdir.







Mənbə: "İntiharın psixologiyası" kitabından
Əgər səhv aşkar etmisinizsə bu məlumatın yerləşdirən DiyaneHuseynova ilə əlaqə yaradın
Xəbəri yerləşdirən: DiyaneHuseynova Baxıxılıb: 1790 Əlavə edilib: 16 октября 2013  

Информация
Посетители, находящиеся в группе Qonaq, не могут оставлять комментарии к данной публикации.

Sorğu
Saytın işləməsini qiymətləndirin.

Çox gözəldir.
Pis deyildir.
Yaxşıdır...Amma...
Bir neçə dəyişikliklər olmalıdır.
Belədə...


Təqvim
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Dost saytlar
{friend}

Arxiv
Июнь 2017 (1)
Май 2017 (1)
Декабрь 2016 (3)
Сентябрь 2015 (3)
Январь 2015 (10)
Сентябрь 2014 (2)
 
 
Vuqar
 Copyright ©2009-2013 www.psixologiya.net design by OldNick©